Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1636/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı, Cavabeh Cavabdeh2 və onun vəkili X3 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi ilə bağlı Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiy asının 2(107)-1558/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Şəki Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 13 saylı iclas protokolundan çıxarışa əsasən, Cavabdeh1 fərdi yaşayış evi tikmək üçün bələdiyyənin perspektiv inkişaf fondundan 118-ci kvartalından mülkiyyətinə 600 kvadrat metr torpaq sahəsi satılmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx xxxxxxxx 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, Şəki şəhəri 118-ci kvartalda yerləşən 0,06 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 150 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisində bağlanmış xx xxxxxx 2020-ci il tarixli, 4Ə-217 nömrəli daşınmaz əmlakın alğı-satqısı müqaviləsə əsasən, satıcı Cavabdeh1 özünə məxsus Şəki şəhəri 118-ci kvartalda yerləşən 0,06 ha torpaq sahəsini alıcı Cavabdeh2 satmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, **********50 nömrəli bildirişdə qeyd edilmişdir ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)563/2020 saylı qərardadı ilə Şəki şəhəri 118-ci kvartalda yerləşən 0.06 ha torpaq sahəsinin üzərinə həbs q oyulduğundan torpaq sahəsinin dövlət qeydiyyatına alınması dayandırılmışdır. Şəki Rayon Məhkəməsinin 2(075)-76/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı adına verilmiş vərəsəlik şəhadətnaməsinin və onun əsasında alınmış çıxarışın etibarsız hesab edilməsi, mirasdan onun payının müəyyən edilməsi və verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3355/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-sat qı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Cavabdeh1 adına verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, ******* saylı, RX seriyalı Çıxarışda qeyd olunmuş Şəki şəhəri, 118-ci kvartalda yerləşən 0.06 ha torpaq sahəsi ilə bağlı onunla Cavabdeh1 arasında olan alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun qızıdır. 2007-ci il tarixdə qızı hələ ailə həyatı qurmamışdan onun adına Şəki şəhəri 118-ci kvartalından fərdi yaşayış evi tikmək üçün Şəki bələdiyyəsindən 600 kvadrat metr torpaq sahəsi almışdır. Lakin həmin vaxt torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydiyyata aldıraraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almamışlar. 2009-cu ildə qızı Cavabdeh1 Nadir Şükürov adlı şəxslə ailə qurmuşdur. 2014-cü il tarixdə qızı ona müraciət edərək pul lazım olduğunu və ona görə də həmin torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Buna görə də aralarında alqı-satqı barədə razılaşmışlar. Həmin torpağın müqabilində qızına 5000 ABŞ dolları və 8000 manat pul vermişdir. Torpağı sənədləşdirmək üçün də qızı ona xx xxxx 2014-cü il tarixdə ƏN-İ № 394180 nömrəli etibarnamə vermişdir. Lakin həmin vaxt olan pulunu torpağın alınması üçün verdiyindən torpağın sənədləşdirilməsinə imkanı çatmamışdır. Həmin vaxtdan hazıradək torpaq sahəsi onun istifa dəsindədir. Aralarında bağlanmış şifahi əqd satıcı və alıcı tərəfindən icra edilərək tərəfindən qızına torpağın dəyəri və qızı tərəfindən isə torpaq sahəsi ona verilmişdir. O, həmin torpaq sahəsinə 2014-cü ildən heç bir maneə olmadan hal-hazıradək sahiblik və ondan istifadə edir. 2018-ci ildə o, həmin torpaq sahəsini sənədləşdirmək üçün qızı X2 adına RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışdır. Torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra o, cavabdehdən alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilməsini tələb etsə də, aralarında başqa işlərlə bağlı narazılıq yarandığından sonuncu notariat kontoruna getməkdən yayınır. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, İddiaçı onun anası, Cavabdeh1 isə bacısıdır. Həqiqətən də, torpaq bacısının adına alınmışdır. Lakin sonradan bacısı torpağı satmaq istədiyini bildirmiş, anası İddiaçı 5000 ABŞ dolları və 8000 manat pul verərək torpağı Cavabdeh1 almışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Lətifova Zərnaz Mürsəl qızı bildirmişdir ki, İddiaçı onun tanışıdır. İddiaçı qızı Cavabdeh1 adına alınmış torpaq sahəsini satın aldığını eşitmişdir. Şəki Rayon məhkəməsinin (hakim Pərviz Hacıyev) 2(075)-563/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Şəki şəhəri, 118-ci kvartalda yerləşən 0,06 ha torpaq sahəsi ilə bağlı onunla Cavabdeh1 arasında olan alqı-satqı müqaviləsinin bağlandığını, həmin torpaq sahəsi üçün 5000 ABŞ dolları və 8000 manat məbləğində ödəniş etdiyini bildirsə də, qeyd edilənlərlə bağlı iddiaçı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bu halın baş verməsi şahid ifadələri ilə təsdiqlənməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə dindirilmiş şahidlər isə hadisəni bilavasitə görməmişdir. Buna görə də Şəki şəhəri, 118-ci kvartalda yerləşən 0,06 ha torpaq sahəsi ilə bağlı onunla Cavabdeh1 arasında olan alqı-satqı müqaviləsinin bağlanmasını təsdiq edən hər hansı bir mötəbər sübut İddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən və sübutetmə yükünün iddiaçının üzərinə düşdüyündən iddia tələbi rədd edilməlidir. Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rövşən Rəfiyev sədrlik edən və məruzəçi, Vəzirxan Məlikov, Ayaz Mahmudov) xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi”nə dair iddiaçının gətirdiyi arqumentlər yalnız mülahizələrdən ibarətdir və iş materialları ilə təsdiq olunmur. İddiaçı apellyasiya şikayətinin dəlillərinin təsdiqi üçün məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Əksinə iş materiallarında olan sübutlar apellyasiya şikayətinin dəlillərini əsassız edir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Apellyаsiyа şikаyətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs olа bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1 Əbdürəhman oğlu) kassasiya şikayəti verərək ape llyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları X1 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Cavabeh Cavabdeh2 və vəkili X6 məhkəmə kollegiyasının iclasında ka ssasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycab Respublikası Mülki Məcəlləsinin: Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkə mə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1558/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov