Məhkəmə qərarları › İş №2(102)-1636/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1636/2025

12.06.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1636/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk iddia, Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsini cəlb etməklə) İddiaçı və Sumqayıt “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: payın naturada ayrılması, evə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərk ibdə, İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı "yaşayış sahəsinin naturada bölünməsi və mənzilə köçürülmə tələbi"nə dair ilkin, Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsini cəlb etməklə) İddiaçı və Sumqayıt “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1471/2024 nömrəli, 5 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 12 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında y azılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən ümumi sahəsi 88,10 kv.m olan 442 nömrəli ev xüsusi mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə ********** nömrə qeydiyyata alınmışdır.

2. X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.

3. Cavabdeh Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinə xx.xx.2022ci il tarixli ərizə, İddiaçı isə xx.xx.2022-ci il tarixli ərizə verərək, xx.xx.2022-ci ildə ölən X1 miras qalmış əmlakı qəbul etdiklərini bildirmişdirlər. 4. 1 saylı Sumqayıt regional “ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 21 oktyabr 2022-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»yə əsasən, xx.xx.2022-ci il tar ixdə vəfat etmiş X3 vərəsələrindən olan xx.xx.2016-cı il tarixdə vəfat etmiş oğlu X5 vərəsəsi qızı İddiaçıdır və o miras əmlakdan 1/2 hissədə pay almaldır. Mirasın 1/2 hissəsi açıq saxlanılmışdır. 5. 1 saylı Sumqayıt regional “ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 19 noyabr 2022-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»yə əsasən, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 vərəsələrindən olan oğlu Cavabdeh həmin miras əmlakdan 1/2 hissədə pay almaldır. Miras əmlakın 1/2 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çı xarışın surətindən görünür ki, Sumqayıt şəhəri, ünvan 1 paylı mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2022-ci il tarixdə 1/2 hissədə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 442 saylı evin naturada bölünməsi zamanı sahəsi 32 m² otağın iddiaçının, sahəsi 24 m² olan sahəsi olan otağın cavabdehin, sahəsi 32 m² olan otağın qarşısında olan sahəsi 8.4 m² olan dəhlizin də iddiaçının, sahəsi 24 m² olan otağın qarşısında olan sahəsi 16.4 m² olan dəhlizin isə cavabdehin istifadəsinə verilməsi və iddiaçının ona aid olan hissəyə köçürülməsi barədə q ətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahiəsli mənzilin ½ hissəsi iddiaçıya məxsusdur. Hazırda cavabdeh öz ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Mənzil 3 otaqdan ibarətdir. Cavabdeh iddiaçının həmin mənzildə yaşamağına maneçilik yaradır.

9. Cavabdeh İddiaçı və Sumqayıt “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

10. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh anası X7 xx.xx.2022-ci ildə dünyasını dəyişdikdən sonra onun qanun üzrə birinci növbə vərəsəsi kimi cavabdeh Sumqayıt “ASAN xidmət” mərkəzinə müraciət etmiş və oradan həmin evin ½ hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və şəhadətnamə əsasında ev üzərində pay hüququnu təsdiqləyən çıxarış götürmüşdür. Cavabdeh İddiaçı miras qoyanın vərəsəsi olmasından məlumatsız olmuş və yalnız hazırkı iddia ərizəsinin surətini aldıqdan sonra ona məlum olmuşdur. Halbuki, o miras qoyanın nəvəsi olmaqla 1ci növbə vərəsələr dairəsinə aid olmayan şəxs olmuşdur. İddiaçı onun mərhum qardaşı X5 övladıdır, lakin onun qardaşı İsmayıl xx.xx.2016-cı ildə dünyasını dəyişmiş və ondan 6 il sonra isə miras qoyan anası dünyasını dəyişmişdir. Lakin cavabdehin atasının miras qoyandan əvvəl dünyasını dəyişməsi səbəbindən irsi transmissiyaya yol verilmədiyi halda cavabdeh Sumqayıt “ASAN xidmət” mərkəzi onu miras qoyanın vərəsəsi kimi tanımış və cavabdehin adına qanun üzrə vərəsəlik hüq uqu haqqında şəhadətnamə vermiş, bununla da qanun tələbini pozmuşdur. Mərhum anasının vəfatından sonra vərəsələr arasında o, miras qoyanın 1-ci növbə vərəsəsi kimi həm faktiki, həm də rəsmi olaraq bu miras əmlakı qəbul etmiş və ha-hazırda da bu evdə də yaşayır. Evin bütün kommunal xidmət haqlarını o ödəyir, cavabdeh bu evdə yaşamır, onun qeydiyyatı və faktiki yaşayış ünvanı başqa mənzillərdir. Cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunsuz olaraq verilmiş, bu səbəbdən də həmin şəhadətnamə etibarsız hesab olunmalı və onun əsasında verilmiş çıxarış da ləğv edilməlidir.

11. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı əsasında məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ek spertizası Mərkəzinin 17 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/7575 nömrəli rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən mübahisə predmeti olan fərdi yaşayış evinin ½ hissədə natura bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1, 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X6 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən olunmuş və bölgü variantı rəyə əlavə edilmiş sxemdə qeyd olunmuşdur.

12. Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(060)-60/2024 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı "yaşayış sahəsinin naturada bölünməsi və mənzilə köçürülmə tələbi"nə dair ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, X4 miras qalan əmlak ünvan 1-yə dair İddiaçı adına verilmiş 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2V-1880 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2V1880 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında ünvan 1-ə dair (İddiaçı adına olan) verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, ünvan 1-in mülkiyyətçisi X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun oğlu mərhum X5 qızı İddiaçı birinci növbə vərəsə kimi sözügedən əmlakın qəbulu ilə bağlı xx.xx.2022-ci il tarixdə, yəni qanunvericilikdə nəzərdə tutulmuş 3 aylıq müddəti ötürməklə notariat ofisinə müraciət etmişdir. Belə olan halda, qarşılıqlı iddia üzrə iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbi əsaslıdır.

14. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının “İddiaçı atası X5 nənəsi X4 əvvəl vəfat etdiyi üçün irsi transmissiya yolu ilə mirasın qəbulunun yolverilməzliyi ilə bağlı” izahatı ilə əlaqədar qeyd etmişdir ki, vərəsə miras açıldığı vaxt sağ deyildirsə, onun vərəsələri mirası qəbul etmək hüququ əldə edərək öz valideynlərinin yerinə keçir. Mülki qanunvericilikdə bu hal, yəni vərəsənin miras qoyandan əvvəl ölməsi qanun üzrə vərəsəliyin tərkib hissəsinə daxildir.

15. Məhkəmə hesab etmişdir ki, ilkin iddianın təmin edilib-edilməməsi qarşılıqlı iddianın mahiyyəti üzrə həllindən asılı olduğundan və qarşılıqlı i ddia təmin edildiyindən ilkin iddia rədd edilməlidir.

16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1151.1, 1159.1.1, 1159.1.3, 1243.1, 1243.2-ci, "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9 və 59-cu maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarlarına istina dla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(060)-60/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı isə xx.xx.2023-cü il tarixdə qəbul edilib. Məhkəmə qərarı isə xx.xx.2024-cü il tari xdə çıxarılmışdır. Belə olan halda qarşılıqlı iddia tələbinin təmin olunması tamamilə əsassızdır. Belə ki, iddiaçının vərəsəlik hüququna, mirası qəbul edibetməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməlidir. Bununla belə vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir. Sumqayıt şəhəri, Co rat qəsəbəsi ünvanında yerləşən 442 saylı ev paylı mülkiyyət hüququ ilə ona və Cavabdeh məxsusdur. Cavabdeh onun əmisidir. Mənzilin ½ hissəsi də əmisinə, ½ hissəsi isə ona məxsusdur. Hazırda o, mənzilə köçüb orada yaşamaq istəyir. Lakin cavabdeh onun həmin mənzildə yaşamasına maneçilik yaradır. Bundan əlavə qarşılıqlı iddia ərizəsində iddiaçı Mülki Məcəllənin 1159, 1321, 1243, 1252 və 337-ci maddəsinə əsaslanmışdır. Yəni müddətlə bağlı iddiaçının tələbi olmamışdır. Belə olan halda məhkəmənin müddət tətbiq etməsi də, ilkin iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir.

19. Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim edərək onu qarşılıqlı iddia ərizəsi ilə eyni qaydada əsaslandırmışdır.

20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1471/2024 nömrəli, 5 noya br 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İlqar Dəmirov - sədrlik edən və məruzəçi, Zahid Məmmədov və Mirbahəddin Hüseynov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(060)-60/2024 nömrəli qətnaməsi ləğv edilərək ilk iddia təmin edilmiş, Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 442 saylı ev ekspertin tərtib etdiyi bölgü variantına uyğun aşağıdakı qaydada naturada bölünməsi qət edilmişdir: “həmin evin sahəsi 32 m² olan otağı, həmin otağın qarşısındakı dəhlizin sahəsi 8.4 m² olan hissəsi İddiaçı, həmin evin sahəsi 24 m² olan otağı, həmin otağın qarşısındakı dəhlizin sahəsi 16.4 m² hissəsi isə Cavabdeh istifadəsinə verilsin və İddiaçı ona aid hissəyə köçürülsün. Evin naturada bölgüsü zamanı dəhliz üzrə aparılacaq tikinti-təmir xərcləri iddiaçının hesabına həyata keçirilsin”, qarşılıqlı iddia təmin edilməmişdir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məkəməsi ilk iddia tələbinə münasibətdə Mülki Məcəllənin 1243 və 1246-cı maddələrinə istinad edərək təmin etməməklə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir.

22. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmə iş üzrə xx.xx.2024-cü il tarixdə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı qəbul edildiyi zaman hazırkı mülki iş birinci instansiya məhkəməsinin icraatında olmuş, lakin məhkəmə bunun nəzərə almadan qüvvədən düşmüş hesab edilmiş 1246-cı maddəni tətbiq etmiş, bununla da düzgün olmayan hüquqi nəticəyə gəlmişdir.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı miras qoyan X3 vərəsəsi olduğundan ona münasibətdə də miras əmlakından pay bölünməlidir.

24. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, iş materiallarında olan ekspert rəyinə əsasən mübahisə predmeti olan fərdi yaşayış evinin ½ hissədə natura bölünməsinin texniki cəhətdən mümkün olduğu (otaqlar 32 m² və 24 m² olmaqla, dəhlizi 8.4 m² və 16.4 m² olmaqla) müəyyən olunduğundan həmin rəyə əsasən fərdi yaşayış evi bərabər bölünməli, İddiaçı sahəsi 32 m² olan otaq və dəhlizin 8.4 m² hissəsi, Cavabdeh sahəsi 24 m² olan otaq və dəhlizin 16.4 m² hissəsi verilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil2 ekspert rəyinə uyğun dəhliz üzrə aparılacaq təmir-tikinti xərclərinin iddiaçının hesabı na aparılmasına etiraz etməyərək razı olduğunu bildirmişdir.

25. Məhkəmə kollegiyası qarşılıqlı iddia və apellyasiya şikayətinə etiraza münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsi İddiaçı atası X5 X4 əvvəl vəfat etdiyindən onun vərəsəsi olmaması ilə əsaslandırılmışdır Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən X3 mirası açıldığı zaman onun vərəsələri olacaq şəxslər X8 və Cavabdeh olsa da, X2 olmadığından onun övladı İddiaçı atasına çatası paydan miras almaq hüququna malikdir.

26. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1, 1159.1.3 və 1276-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya M əhkəməsinin 2(105)-1471/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti qarşılıqlı iddia tələbinə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, mübahisəli mənzil Cavabdeh mülkiyyətində olmaqla yanaşı onun tərəfindən əmlaka sahiblik edilmiş, sonun tərəfindən yaxşılaşdırma aparılmışdır. Lakin onun xəbəri olmadan iddiaçı vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı müraciət edərək əsassız olaraq vərəsəlik şəhadətnaməsi əldə etmişdir. Qeyd edilən qanunsuzluq apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi əsassız olaraq Sumqayıt şəhər məhkəməsinin qətnaməsini ləğv edərək Mülki Məcəllənin 1243.2-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, məhkəmə tərəfindən işin halları düzgün araşdırılmamış və sübutlara düzgün qiymət verilməmişdir. Məhkəmə tərəfindən ilkin iddia üzrə iddiaçının formal çıxışlarını sübut kimi qiymətləndirərək qeyd edilən maddələrin tələblərini pozmuşdur. b)

29. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

31. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

32. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətç isi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

33. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

34. Maddə 1159.1.3. Sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası pay dan bərabər miras alırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273.1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istina d etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməs i işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməs inin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

48. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hazırkı iş məhkəmənin icraatında olan dövrdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissə sinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı qəbul edilmiş və həmin qərarla müəyyən edilmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələri Konstitusiyanın 29-cu maddəsinin 7-ci hissəsinə uyğun olmayan hesab edilməli, bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməli, Mülki Məcəllənin mirasın qəbulu institutu nun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla qanunverici orqan tərəfindən mümkün qədər qısa müddət ərzində təkmilləşdirilməsi zəruri hesab edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır.

49. Belə olan halda, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında hüquqi mövqeyindən çıxış edərək müəyyən edir ki, İddiaçı miras qoyan X3 vərəsəsi olduğundan ona münasibətdə də miras əmlakında miras payı mövcuddur.

50. Apellyasiya instans iyası məhkəməsi haqlı olaraq ilkin iddianı təmin edərək xx.xx.2022-ci il tarixdə ölmüş X4 miras qalmış Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 442 saylı evin sahəsi 32 m² olan otağı, həmin otağın qarşısındakı dəhlizin sahəsi 8.4 m² olan hissəsinin İddiaçı, həmin evin sahəsi 24 m² olan otağı, həmin otağın qarşısındakı dəhlizin sahəsi 16.4 m² hissəsi isə Cavabdeh istifadəsinə verilməsi və İddiaçı ona aid hissəyə köçürülməsini müəyyən etmişdir.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil e tmir.

52. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1471/2024 nömrəli, 5 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar