Məhkəmə qərarları › İş №2(102)-1637/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1637/2021

17.02.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1637/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8957/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx xxxxxxx 2018-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də proqramçı vəzifəsində işləmiş və Cəmiyyətin direktorunun xx xxxx 202 0-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat 2020-ci ilin avqust ayında İddiaçı onunla əmək müqaviləsinə xitam verilməsi barədə xx xxxx 2020-ci il tarixli əmrin ləğv edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməklə əvvəlki vəzifəsinə bərpa olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4302/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsi ilə (hakim: N.T.Tağıyeva) iddia təmin edilərək cavabdehin İddiaçı barəsində olan xx xxxx 2020-ci il tarixli əmrinin ləğv edilməsi və məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilmə si qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Cavabdeh MMC-nin direktoru apellyasiya şikayəti verərək iddiaçının xx xxxx 2020-ci il tarixdə saat 10:30 radələrində üzrlü səbəb olmadan işdən özbaşına çıxıb gedərək xx xxxx 2020-ci il tarixədək işə çıxmamasını və belə olan halda onunla əmək müqaviləsinin pozulmasının qanuni olmasını əsas göstərməklə onun işə bərpa olunmasına dair qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər – F.F.Babayev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) cavabdehin apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin geri qay tarılması üçün işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumunun ödənilməməsini əsas götürmüş və gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası MPM-nin 108.1.4 və 361.3-cü maddəsinə əsaslanmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdeh qərardaddan kassasiya şikayəti verərək MMC tərəfindən apellyasiya şikayətinə görə dövlət rüsumunu ödənilməklə bunun apellyasiya və kassasiya instansiyası məhkəməsinin 142214 saylı birgə təsnifat kodu ilə təsdiqlənməsini əsas göstərməklə qərardadın ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya icraatı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 108.1.4 apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə dövlət rüsumu ödənilir. Maddə 361.3 şikayətə dövlət rüsumunun ödənilməsini təsdi q edən sübutlar əlavə edilir. Maddə 363.1.2 apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yo l verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qərardadın qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Tətbiq edilən yuxarıda göstərilən mülki prosessual hüquq normalarına görə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilərkən dövlət rüsumu ödənilməli və bunu təsdiq edən qəbz şikayətə əlavə edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən qanunun yuxarıda göstərilən normalarının ziddinə olaraq apellyasiya şikayətinə görə dövlət rüsumu ödən ilmədiyindən apellyasiya qeyri – mümkün hesab edilməlidir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi iş materiallarına uyğun olmadığından qərardad qanuni və əsaslı sayıla bilməz. İşin 88-ci səhifəsində olan “xxxx” ASC-nin xx xxxxxxx 2020-ci il tarixli qəbzindən görünür ki, iş üzrə Cavabdeh MMC tərəfindən banka 142214 büdcə təsnifatı kodu üzrə 16 manat ödənilmişdir. Həmin məbləğ dövlət rüsumu kimi banka ödənildiyindən, kollegiya cavabdeh tərəfindən dövlət rüsumunun ödənilməməsinə dair apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşmır və hesab edir ki, qərardad ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasi ya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8957/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar