Məhkəmə qərarları › İş №2(102)-1638/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1638/2020

04.06.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1638/2020 04.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X17 və X8 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X11, Cavabdeh və onun nümayəndəsi və vəkili X12 iştirakı ilə, Cavabdeh tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)3194/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Xaçmaz rayon məhkəməsinin (hakim İ.Xəlilov) xx xxx 2019-cu il tarixli, 2(067)-690/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı cavabdehin onun yaşadığı və mülkiyyətində olan evdən çıxarılması və eyni kənddə olan digər evə köçürülməsi tələbinə dair iddia tələbi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Elman Rəhimov sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Telman Quliyev) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Xaçmaz rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, iddia tələbi qismən təmin edilərək Cavabdeh iddiaçı X3 məxsus Xaçmaz rayonu, Alekseyevka kəndində 0,34 ha torpaq sahəsində yerləşən 156,1 kvadrat metr ümumi sahəsi olan fərdi yaşayış evindən çıxarılması qət olunmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi il ə müraciət edərək göstərmişdir ki, Cavabdeh onun gəlinidir. O, oğlu X4 ilə 2007-ci ildə ailə qurmuş, ona məxsus Xaçmaz rayonu, Alekseyevka kəndində yerləşən 2 mərtəbəli, 2 otaqlı evə gəlin köçərək bu günə kimi iki uşağı ilə həmin evdə yaşamışdır. Oğlu 2013-cü ilin mart ayının 20-də vəfat etmişdir. Oğlunun ölümündən sonra cavabdeh tez-tez onunla mübahisə edir, onu döyür, məcbur edir ki, evdən çıxıb getsin. Bununla bağlı dəfələrlə Xaçmaz rayon Polis Şöbəsinə müraciətlər etmişdir, müraciətləri ilə əlaqədar PŞdə ərizələri də vardır. Onun 82 yaşı var, xəstə və yaşlı adamdır, onun cavabdehlə birgə yaşaması qeyri-mümkündür.Ona görə də cavabdehin onun yaşadığı və mülkiyyətində olan evdən çıxarılması və eyni kənddə olan digər evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxa rıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda iki uşağı ilə yaşadığı cavabdehə məxsus Xaçmaz, rayonu Alekseyevka kəndində 0,34 ha torpaq sahəsində yerləşən 156,1 kvadrat metr ümumi sahəsi olan fərdi yaşayış evində yaşamaqla oraya müxtəlif ev avadanlıqları almış, habelə həmin evi təmir etdirərək hazırki vəziyyətə gətirmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi iddia tələblərindən kənara çıxaraq onun 12 il ərzində, öz evi kimi təmir etdirərək yaşadığı evindən çıxarılması barədə qanunsuz nəticəyə gəlmiş dir. İddiaçı ilə X16 xx.xx.1958-ci ildə rəsmi nikah əsasında evlənmişlər. Mübahisə predmeti olan yaşayış evi onların birgə nikah dövründə əldə etdikləri əmlakdır. Evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçilərindən biri də mərhum əri X5 olmuşdur. Onun vəfatından sonra miras olaraq həm həyatyanı topaq sahəsindəki payı, həm də pay torpaq sahəsindəki payı birinci növbəli vərəsələri kimi övladları X7 və X1 və mülkiyyət sənədlərində (çıxarışlarda) hər ikisinin adı vardır. Nəzərə alınmalıdır ki, X14 məxsus olmuş əmlaklar (ev və torpaq sahələri) xx.xx.2003-cu il tarixdə vəfat etdikdən sonra birinci növbəli vərəsəsi olmuş mərhum əri keçmişdir.Həyat yoldaşı X4 2013-cü ilin mart ayının 20-də vəfat etmişdir. Həyat yoldaşının vəfatından sonra azyaşlı övladlarının qanuni nümayəndəsi kimi onların əmlak larının idarəçisi odur. Elə bu səbəbdən də onun evdən çıxarılması qanuni olmamışdır. Məhkəmə bu hallara əhəmiyyət verməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Cavabdeh və onun nümayəndəsi və vəkili X18 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı və onun vəkili X19 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsində yalnız cavabdeh kasasiya şikayəti vermiş və iddia tələbinin rəmin edilən hissədə mübahisələndirmişdir. İddiaçı qətnamədən kasasiya şikayəti verməmiş və iddia tələbinin rədd edilən his sədə mübahisələndirməmişdir. Ona görə də, qətnamənin mübahisələndirilməyən hissələri hazırki kasasiya baxışının predmetini təşkil etmir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi, cavabdehin kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2017-ci il tarixli ******* nömrəli Dövlət reyestrindən Çıxarışa əsasən Xaçmaz rayonu, Alekseyevka kəndində 0,34 ha torpaq sahəsi ndə yerləşən 156,1 kvadrat metr ümumi sahəsi olan fərdi yaşayış evi X3 məxsusdur. xx.xx.1989-cu il tarixli Qeydiyyat vəsiqəsinin təsdiqolunmuş surətindən görünür ki, Xaçmaz rayonu, Alekseyevka kəndində yerləşən 4 otaqlı 164,4 kvadrat metr ümumi sahəsi,73 kvadrat metr yaşayış sahəsi olan fərdi yaşayış evi (hazırki mübahisə predmeti olan ev) X2 adına reyestrdə qeydə alınmışdır. Qətnamənin mübahisələndirilən hissəsi üzrə iddiaçı mülkiyyətində olan evdən cavabdehin çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin qaydalarına uyğun həll edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. İş materiallarına əlavə edilmiş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, cavabdehin çıxarılması tələb edilən ev xx.xx.1989-cu il tarixdən İddiaçı mülkiyyətindədir. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə idd ia tələbinə qiymət verərkən qeyd etmişdir ki, Cavabdeh 2007-ci ildə İddiaçı oğlu ilə ailə qurub iddiaçının evində yaşasa da, mülkiyyətçi ilə evdən (mənzildən) istifadə edilməsi ilə əlaqədar notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlamamışdır. Yəni onun hazırki mübahisə predmeti olan evə münasibətdə yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Bununla da məhkəmə belə qənaətə gəlmişdir ki, iddia cavabdehin evdən çıxarılması tələbinə dair hissədə təmin edilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən madd i hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kasasiya şikayətində göstərilənlərlə bağlı məhkəmədə işə baxılarkən hər hansı bir sübut təqdim etməmişdir. Digər tərəfdən sübutlar təqdim edildiyi halda belə həmin hallardan, yəni iddiaçının həmin evi təmir etdirməsi, uşaqlarının evi miras əmlak kimi qəbul etməsi və s. hallar hazırki iddia tələbinin mübahisələndirilən hissədə təmin edilməməsi üçün əsas deyildir. İddiaçı sübuta yetirdiyi halda təmir xərcləri ilə bağlı cavabdehə müstəqil iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Yaşayış evinin İddiaçıla 2003-cü i ldə vəfat etmiş arvadı X6 ümumi (birgə) mülkiyyətində olması, sonuncu öləndən sonra isə evin ½ hissəsinin miras əmlak olmaqla vərəsələrinin, o cümlədən bir hissəsinin əmlak olmaqla əri Şıxməmmədovun mülkiyyətinə keçməsi, əri N.Şıxməmmədovun 2013-cü ildə öləndən sonra isə onun payının bir hissəsinin uşaqlarına və ona keçməsi, beləliklə də özünün və uşaqların evin bir hissəsinin mülkiyyətçiləri olmasına görə iddianın təmin edilməsinin qanunsuz olmasına dair dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən göstərilən halları təsdiq edən hər hansı sübut təqdim olunmamışdır. İddiaçı Şixməmməd Məlikməmmədovun arvadı öləndən sonra yaşayış evinin ½ hissəsinə mülkiyyət şəhadətnaməsi alması və digər ½ hissəsinə miras açılmasına razılıq verməsi (“Notariat Haqqında” Qanunun 62-ci maddəsi), cavabdehin vəfat etmiş əri Şıxməmmədovun buna iddia etməsi, yaxud cavabdehin özünün öz adından və ya azyaşlı uşaqlarının adından bunu tələb etməsi iş materiallarından görünmür. Əksinə dövlət reyestri xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışdan görünür ki, mübahisənin predmeti olan yaşayış evi göstərilən tarixdə iddiaçının ayrıca mülkiyyəti kimi təkrarən dövlət qeydiyyatına alınmışdır. Yaşayış evinin yerləşdiyi 0,34 ha həyətyanı torpaq sahəsində cavabdehin mərhum ərinin payının olması və cavabdehin yaşayış evinə hüququnun olmasına əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehin kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-3194/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar