Məhkəmə qərarları › İş №2(102)-1639/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1639/2019

01.04.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1639/2019 01.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “sökülmüş mənzilin əvəzində iki otaqlı mənzilin ona verilməsinə dair müqavilənin bağlanmış hesab edilməsi, kirayə və köçmək xərclərinin cavabdehdən tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.11.2018-ci il tarixli 2(103)-11664/2018 nömrəli qətnaməsindən İddiaç ı və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh MTK-ya təhvil verdiyi iki yaşayış otaqlı mənzilin əvəzində yeni tikiləcək binada iki yaşayış otaqlı, təmirli mənzilin verilməsinə dair onunla müqavilənin bağlanması vəzifəsinin cavabdehə həvalə olunması, cavabdeh tərəfindən 01 iyun 2017-ci ildən qətnamə çıxarılan günədək hər ay üçün 450 manat olmaqla kirayə haqqının, mənzildən köçmək üçün birdəfəlik ödənilməli olan, lakin ödənilməmiş 350 manat köçmək pulunun tutulması və qətnamə çıxarıldığı vaxtdan bina tikilib başa çatana və təmirli şəkildə ona təhvil verilənədək hər ay üçün 450 manat kirayə pulunun ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin (hakim Şahin Abdullayev) 09 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 55/9 saylı evin 2 saylı mənzilinin Cavabdeh MTK-ya təhvil verilməsi və həmin evin sökülməsi ilə əlaqədar həmin evin yerində inşa edilən binada layihə sənədlərində nəzərdə tutulan iki otaqlı təmirli mənzilin İddiaçı verilməsi Cavabdeh MTK-ya həvalə edilmiş, Cavabdeh MTK-dan İddiaçı xeyrinə 01 iyun 2017-ci il tarixdən 2018-ci ilin avqust ayınadək ödənilməli olan aylıq 450 manat kirayə haqqı-6750 manat və mənzildən köçmək üçün birdəfəlik ödənilməli olan, lakin ödənilməmiş 350 manat, cəmi 7100 (yeddi min yüz) manat məbləğində pul tutulması, Cavabdeh MTK-dan İddiaçı xeyrinə 01 sentyabr 2018 -ci il tarixdən başlayaraq Cavabdeh MTK tərəfindən inşa edilən bina tam başa çatana və iddiaçıya təhvil verilənədək hər ay 450 (dörd yüz əlli) manat kirayə haqqının tutulması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X3) 26.11.2018-ci il tarixli 2(103)-11664/2018 qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, həmin iş üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi iddiaçıya mənzil təhvil verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 55/9 saylı evin 2 saylı mənzilinin Cavabdeh MTK-ya təhvil verilməsi və evin sökülməsi ilə əlaqədar həmin evin ye rində inşa edilən binada iddiaçının təhvil verdiyi mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan (20 faizdən aşağı olmayan) təmirli mənzilin İddiaçı verilməsi Cavabdeh MTKya həvalə edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Nümayəndə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.11.2018-ci il tarixli 2(103)-11664/2018 nömrəli qətnaməsinin tamamilə ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsi Avropa Konvensiyasının president hüququna dair qərarlarının, maddi və prosessual hüquq normal arının pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassızdır. İddiaçı xüsusi mülkiyyətində olan mənzilin yerləşdiyi torpaq sahəsində cavabdeh tərəfindən yüksək mərtəbəli evin tikintisi barədə məlumatlar aldıqdan bir müddət sonra cavabdehin nümayəndələri onun mənzilinə gələrək yaşadığı mənzilin yerləşdiyi evin altında olan torpaq sahəsinin çoxmənzilli yüksək mərtəbəli evin tikintisi üçün ayrıldığını bildirmişlər, iddiaçı ilə cavabdehin nümayəndələrinin danışıqları zamanı belə qərar gəlinmişdir ki, cavabdeh onunla müqavilə bağlayacaq, söküləcək mənzilin əvəzində inşa ediləcək çoxmənzilli binadan iddiaçıya iki yaşayış otaqlı təmirli mənzil veriləcəkdir.Cavabdehlə olan razılığa əsasən onunla müqavilə bağlanmalı və müqaviləyə əsasən bina tikilib başa çatandan sonra ona iki otaqlı, təmirli mən zil ona təhvil verilməli idi. Bundan əlavə, bağlanması razılaşdırılmış müqavilədə mənzil cavabdehə təhvil verildiyi vaxtdan tikiləcək binada iddiaçıya mənzil təhvil verilənədək ona hər ay müvəqqəti yaşayacağı yer üzrə aylıq 450 manat kirayə haqqı, mənzildən köçmək üçün 350 manat köçmə pulu verilməli idi.Lakin iddiaçı mənzildən köçdükdən sonra cavabdeh yuxarıda qeyd edilənlərdən fərqli olaraq ümumi sahəsi 60 kv.m. yazılmış bir otaqlı mənzilin verilməsinə dair müqavilə layihəsi təqdim etdiyindən iddiaçı bununla razılaşmamışdır. Bu zaman cavabdeh ümumi sahəsi 60 kv.m kimi təklif etdiyi mənzilin neçə otaqdan ibarət olmasını müqavilə layihəsində, tikiləcək binanın təsdiq olunmuş layihəsində həmin mənzilin hansı mərtəbədə olmasını və neçə saylı mənzili təhvil verəcəyini göstərməmişdir. İddiaçıya 1 otaqlı ümumi sahəsi 60 kv.m olan mənzil təklif olunduğundan o, müqavilə bağlamaqdan imtina etmişdir. Azərbaycan Respublikası Prezidentinin əhalinin mənzil şəraitinin yaxşılaşdırılması sahəsində olan siyasətinin davamı olaraq Səbail rayon İcra Hakimiyyəti Başçısının 175 saylı 22 dekabr 2016-cı il tarixli sərəncamının icrasına şərait yaradılması üçün 2017-ci ilin may ayının sonlarında digər qonşular kimi iddiaçı yaşadığı mülkiyyətində olan mənzili boşaldaraq cavabdehə təhvil vermiş və ailəsi ilə ünvan 1 ünvanda aylıq 450 manat olmaqla mənzil kirayə edib kirayə müqaviləsi əsasında həmin mənzilə köçmüşdür. Hal-hazırda da həmin mənzildə ailəsi ilə kirayədə yaşayır və hər ay ailəsinin gəlirlərindən 450 manat kirayə haqqı ödəyir.İddiaçı məhkəməyə müraciət edənədək dəfələrlə müqavilə bağlanılma sı, ona köçmə və kirayə pullarının verilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, bu müraciətlər cavabsız qaldığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Səbail rayon məhkəməsində işə baxılan zaman cavabdeh tikilən binada mənzillərin təsdiq edilmiş layihəsini təqdim etməmiş, cavabdehə bir otaqlı mənzilin verilməsinə razı olduğunu bildirmiş, sonradan arakəsmə hörməklə bir otaqlı mənzilin iki otaqlı mənzilə çevrilməsi zamanı yeni yaradılan otağın pəncərəsinin olmamasını izah edə bilməmişdir. İddiaçının təhvil verdiyi sahədən artıq sahəni tələb etməsi və kirayə və köçmək pulunuiddiaçı ilə müqavilə bağlanmadığından bank vasitəsi ilə ona həmin pulu ödənilməməsi ilə izah etmişdir.Apellyasiya instansiyası məhkəməsi işə baxan zaman apellyasiya şikayətinin dəlillərindən iddia təl əblərindən fərqli məzmunda qətnamə çıxarmaqla MPM-nin 372.4.-cü maddəsinin tələblərini pozmuşdur. Cavabdehin inşa etdiyi binada iki otaqlı ümumi sahəsi 94 kv. m. olan mənzilin iki yaşayış otağının sahəsi 38,10 kv.m. (20,82 kv.m. və 17,28 kv.m) olduğu halda, iddiaçının iki yaşayış otaqlı mənzilinin sahəsi 30 kv.m.(16,0 kv.m. və 14,0 kv.m.) olmuşdur. Məhkəmə kollegiyasının cavabdehin üzərində iddiaçıya ümumi sahəsi 94,0 kv.m olan mənzilin verilməsi vəzifəsinin qoyulması iddiaçının əsassız varlanmasına gətirib çıxarmasına dair dəlilləri əsassızdır. İddiaçının cavabdehə təhvil verdiyi mənzilin ümumi sahəsi 79,0 olmuşdur və məhkəmə kollegiyası texniki pasportdakı məlumatlara istinad edərək mənzilin sahəsinin 41,2 kv. m. kimi göstərmişdir. Halbuki, mənzilin balkonu və digər köməkçi sahələri ol muş və iki yaşayış otaqlı ümumi sahəsi 79,0 kv. m. olan mənzilini cavabdehə təhvil vermişdir.Məhkəmə kollegiyası əsassız olaraq hesab etmişdir ki, binada iddiaçının mənzilinə uyğun ölçüdə iki otaqlı mənzil olmadığından layihədə nəzərdə tutulmuş daha artıq sahəsi olan iki otaqlı mənzilin verilməsi əsassız varlanmaya gətirib çıxara bilər. Hesab edirik ki, bu yalnız qətnamə qəbul etmiş məhkəmə kollegiyasının ehtimalıdır. Cavabdehin inşa etdiyi bir yaşayış otaqlı mənzildə yaşayış otağının sahəsi 30,15 kv. m. təşkil edir, bu halda digər sahələr köməkçi sahələrə aid olduğundan faktiki olaraq iddiaçının yeni binada mənzillə təmin edilməsi nəticəsində mənzil şəraiti pisləşmiş olacaqdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar Səba il rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun binaların tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 29.12.2016-cı il tarixdə Səbail rayon İHB tərəfindən 175 saylı sərəncam verilərək cavabdehin üzərinə bir sıra vəzifələr qoymuşdur.Lakin məhkəmə kollegiyasının mübahisələndirilən qətnaməsi ilə iddiaçının mənzil şəraitinin pisləşdirməsinə gətirib çıxaran qətnamə qəbul etmiş,faktiki olaraq qanuni və əsaslı olan rayon məhkəməsinin qətnaməsini cavabdehin maraqlarının təmin edilməsi baxımına qismən ləğv etmiş, faktiki olaraq cavabdeh tərəfindən inşa edilən mənzildə gələcəkdə iddiaçıya mənzil verilməsinin mümkünsüz olmasına dair qərar qəbul etmişdir. Belə ki, cavabdeh tərəfind ən inşa edilən binada cavabdehin sökülmüş mənzilinin texniki pasportunda göstərilmiş sahə və həmin sahədən 20 faizdən az olmamaq şərti ilə (təqribən 48 kv.m.) əlavə sahə verilməsimüəyyən edildiyindən və cavabdeh tərəfindən inşa edilən binada bu ölçüdə mənzil inşa edilmədiyindən qətnamənin icrası mümkünsüz olacaqdır. Prosessual məsələlər: İddiaçı və vəkili Nümayəndə kassasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdilər. Cavabdeh MTK işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin cavabdehin nümayəndəsi və ya vəkili məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmad an işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdi rilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı kassasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini göstərsə də, kassasiya şikayətində yalnız qətnamənin ona verilməli olan mənzilə dair hissəsi ilə razılaşmadığına dair dəlillər göstərilmiş, apellyasiya instansiya məhkəməsi Cavabdeh MTK-dan İddiaçı xeyrinə 01 iyun 2017-ci il tarixdən 2018-ci ilin avqust ayınadək ödənilməli olan aylıq 450 manat kirayə haqqı-6750 manat və mənzildən köçmək üçün birdəfəlik ödənilməli olan, lakin ödəni lməmiş 350 manat, cəmi 7100 (yeddi min yüz) manat məbləğində pul tutulması, Cavabdeh MTK-dan İddiaçı xeyrinə 01 sentyabr 2018-ci il tarixdən başlayaraq Cavabdeh MTK tərəfindən inşa edilən bina tam başa çatana və iddiaçıya təhvil verilənədək hər ay 450 (dörd yüz əlli) manat kirayə haqqının tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlamış, həmin hissədən cavabdeh kassasiya şikayəti verməmişdir. Buna görə də, kassasiya baxışının predmetini qətnamənin yalnız mənzilin təhvil verilməsi hissəsinin iddiaçının kassasiya şikayəti əsasında yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 55/9 saylı evin iki yaşayış otaqlı ümumi sahəsi 41,2 k v.m olan 2 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. Səbail rayon İcra Hakimiyyəti Başçısının 22.12.2016-cı il tarixli 185 saylı sərəncamı ilə Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan X7 küçəsi 70A70, Xanlar küçəsi 55/9, 57, 59 ünvanlarında yerləşən 1-2 mərtəbəli yaşayış binalarının söküntüsü Cavabdeh MTK tərəfindən yerinə yetirilməsi və həmin cəmiyyətə sahəsi 0,5 ha olan ərazi çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti o laraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılmasının Cavabdeh MTK-nın vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır. «Azərdövləttikintilayihə» DLİ tərəfindən təsdiq edilmiş ünvan 2 ünvanda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında 22.12.2016-cı il tarixli akta əsasən yaşayış evlərinə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması, həmçinin kommunikasiya xətlərinin və sistemlərinin yarasız vəziyyətdə olması müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, binada iddia çının əvvəlki mənzilinə uyğun ölçüdə iki otaqlı mənzil olmadığından iddiaçıya layihədə nəzərdə tutulmuş 94 kv.m sahəsi olan iki otaqlı mənzilin verilməsi əsassız varlanmaya gətirib çıxara bilər. Əksinə, cavabdehin təklif etdiyi bir otaqlı mənzili iddiaçının istəyi ilə təcrid etməklə ikiüç otaqlı mənzil kimi də istifadə etmək mümkündür. Buna görə də, 2 otaqlı (layihəyə görə sahəsi 94 kv.m. olan) mənzilin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin qənaəti əsaslı deyil. İddiaçıya təhvil verdiyi mənzilin əvəzi olaraq sahəsi əvvəlkindən 20 faizdən aşağı olmayan 66 kv.m. sahəli təmirli mənzil verilməsi daha ədalətli olmaqla hər iki tərəfin mənafeyinə uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin h əqiqi hallarına uyğun olduğundan və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, iş üzrə maddi və prossesual hüquq normaları düzgün tətbiq edildiyindən qanuni və əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdi m edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). İddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi ünvandakı söküntü işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar Səbail rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Səbail rayon İcra Hakimiyyətinin başçısının 22.12.2016-cı il tarixli 17 5 saylı sərəncamına əsasən həyata keçirilmişdir. Həmin söküntü işlərinin həyata keçirilməsi ilə əlaqədar şifahi razılaşma əldə olunmuş və iddiaçı mənzili sökülməsi üçün cavabdehə təhvil vermişdir. Tərəflər arasındakı narazılıq isə yalnız söküntüdən sonra iddiaçıya verilməli olan mənzilin ölçüsü ilə bağlı yaranmışdır. İddiaçı cavabdehə təhvil verdiyi mənzilin sahəsinin 79 kv.m olduğunu və cavabdehlə razılaşmaya əsasən ona 2 otaqlı təmirli mənzilin verilməli olduğunu, lakin mənzili söküldükdən sonra cavabdehin ona 1 otaqlı ümumi sahəsi 60 kv.m olan mənzil təklif etdiyini, onun isə bu təklifi qəbul etmədiyini bildirir. İşə əlavə edilmiş iddiaçıya məxsus mənzilin Çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 55/9 saylı evin 2 saylı mənzil 2 otaqlı, yaşayış sahə si 30 kv.m olmaqla, ümumi sahəsi 41,2 kv.m təşkil edir. Bu fakt mənzilə dair texniki pasportun göstəriciləri ilə də təsdiq olunur. Mənzilin sahəsinin artıq olması halını iddiaçı başqa qaydada sübuta yetirə bilməz. Çünki mənzilin sahəsini müəyyən edən sübut həmin mənzilə dair dövlət orqanının verdiyi çıxarış və texniki pasportdur. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Apellyasiya instansiya məhkəməsi məhkəmə iclasında müəyyən etmişdir ki, Cavabdeh MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasının layihəsində nəzərdə tutulan bir otaqlı mənzillərin ümumi sahəsi 66 kv.m., iki otaqlı mənzillərin ümumi sahəsi isə 94 kv.m-dir. İddiaçı cavabdehlə ona 2 otaqlı təmirli mənzili verilməsi barədə razılığa gəldiyini bildirsə də, tərəflər arasında belə bir razılığın olması barədə iş materiallarında hər hansı sübut mövcud deyildir. Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2, 14.2.2-ci maddələrinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktlarıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçını müvafiq mənzillə təmin etmək öhdəliyi Səbail rayon İcra Hakimiyyətinin başçısının 22.12.2016-cı il tarixli 175 saylı sərəncamından irəli gəlir. Həmin Sərəncamdın 2-ci bəndində qeyd olunur ki, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması Cavabdeh MTK-nın vəsaiti hesabına həyata keçirilsin. Həmin Sərəncam əsasında iddiaçıya təhvil verilməli olan mənzilin sahəsi ilə bağlı tərəflər arasında hər hansı razılaşma mövcud deyildir və iddiaçıya məhz 2 otaqlı mənzilin təhvil verilməsinə dair onlar arasında müqavilə öhdəliyi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona təhvil verilməsini tələb etdiyi 2 otaqlı mənzilin sahəsi onun mülkiyyətində olan mənzilin sahəsindən iki dəfədən də artıq olduğundan, apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, layihələndirilən binada iddiaçının əvvəlki mənzilinə uyğun ölçüdə iki otaqlı mənzil olmadığından iddiaçıya layihədə nəzərdə tutulmuş daha artıq sahəli iki otaqlı mənzilin verilməsi əsassız varlanmaya gətirib çıxara bilər. Məhkəmə kollegiyası analoji işlər üzrə vətəndaşlara təklif olunan mənzil sahələri ilə bağlı artıq təcrübə formalaşdığını və sökülmüş mənzillərin əvəzinə onların sahələrindən 15-30 faiz artıq sahəli t əmirli mənzillərin təklif olunmasını nəzərə alaraq, hesab edir ki, iddiaçıya təhvil verdiyi mənzilin əvəzi olaraq sahəsi əvvəlkindən 20 faizdən aşağı olmayan (çünki cavabdeh şirkət daha çox sahə təklif edir (66 kv.m.) sahəli təmirli mənzil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ədalətli və qanuni olmaqla, hər iki tərəfin mənafeyinə uyğundur. İddiaçı kassasiya şikayətində təkrarən təhvil verdiyi mənzilin sahəsinin 79 kv.m olduğunu iddia edərək göstərmişdir ki, cavabdehin inşa etdiyi bir yaşayış otaqlı mənzildə yaşayış otağının sahəsi 30,15 kv. m. təşkil edir, bu halda digər sahələr köməkçi sahələrə aid olduğundan faktiki olaraq iddiaçının yeni binada mənzillə təmin edilməsi nəticəsində mənzil şəraiti pisləşmiş ola caqdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, iddiaçının yaşadığı qəzalı vəziyyətdə olan mənzilin sökülərək yerində müasir tələblərə uyğun inşa edilmiş binada 30 kv.m yaşayış, 36 kv.m köməkçi sahəsi olan yeni təmirli mənzilin verilməsi iddiaçının mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir. İddiaçının sahəsi 16 və 14 kv.m olan 2 yaşayış otağı olan mənzilin əvəzində sahəsi 30 kv.m olan 1 yaşayış otağı, lakin daha artıq köməkçi sahəsi mənzilin verilməsi mənzilin şəraitinin pisləşməsi kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail o lmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlər ə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.11.2018-ci il tarixli 2(103)-11664/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar