Məhkəmə qərarları › İş №2(102)-1639/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1639/2025

02.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1639/2025 02.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “işə bərpa və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi nin Mülki kollegiyasının 2(103)-73/2025 nömrəli iş üzrə 10 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 02 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 27 avqust 2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-yə maliyyə direktorluğu – xəzinədarlıq bölməsi – əməliyyatlar üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Həmin gün işə başlayan iddiaçının aylıq əmək haqqı məbləği müqavilənin 4.2-ci bəndinə əsasən 625 manat müəyyən edilmişdir.

2. İddiaçı 24 noyabr 2021-ci il tarixli ərizə ilə Cavabdeh MMC-nin idarə heyətinin sədrinə müraciət edərək, 24 dekabr 2021-ci il tarixdən onun əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir.

3. İddiaçı 21 dekabr 2021-ci il tarixdə elektron poçt qutusuna göndərilmiş (saat 10:44) məktubla Solmaz Məlikovaya rəsmi şəkildə müraciət edərək, dekabr ayının son iş günü işdən çıxdığı barədə məlumat vermiş və bununla əlaqədar işlədiyi dövrdə, ona çatası son haqq-hesabın, əmək haqqı və istifadə edilməyən məzuniyyət pulunun hesablanması qaydası və məbləği barədə ətraflı məlumat verilməsini xahiş etmişdir. 4. 24 dekabr 2021-ci il tarixli 592-K saylı əmrlə Cavabdeh MMC-nin maliyyə departamenti xəzinə əməliyyatları bölməsinin əməliyyatlar üzrə mütəxəssisi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 24 dekabr 2021-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz təşəbbüsü ilə) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instans iya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra “iddiaçı” və ya “işçi”) iddia ərizəsi (tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə) Nəsimi Rayon Məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin (bundan sonra “cavabdeh” və ya “işəgötürən”, yaxud “MMC”) əmək münasibətlərinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli, 592-K saylı əmrinin ləğv edilərək işə bərpa edilməsi, işə bərpa edilməsinə dair məhkəmə aktının icra edildiyi günədək məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi, aldığı əmək haqqının qeyri-rəsmi hissəsindən olan məbləğindən ödənilməyən gəlir vergisi, DSMF ayırmaları (ödənilməmiş məcburi sosial sığorta ödənişlərinin), işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqlarının rəsmi ödənişindən yayınaraq yaranan fərqin 25000 manat məbləğində vəsaitin büdcə yə ödənilməsinin təmin edilməsi, istifadə edilməmiş 134 gün əmək məzuniyyəti üçün kompensasiya və son haqq-hesabın düzgün hesablanaraq ona ödənilməsi, hüquqi şəxs yenidən təşkil edilərkən hüquq varisi olduğu “X9” MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilərkən son iki ay üzrə ödənilməyən əmək haqqının, istifadə edilməmiş 118 gün əmək məzuniyyəti üçün kompensasiya və son haqq-hesabın hesablanaraq ona ödənilməsi, ödəniləcək məbləğlərin gecikdirilməsinə görə hər gün üçün 1 faiz məbləğin hesablanaraq verilməsi, 50000 manat dəyərində maddi və mənəvi zərərin, əmək haqqları üzrə bank hesabından çıxarışların alınması üçün 60 manat xidmət haqqının, həmçinin mediatora ödənilmiş 51 manat məbləğin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X9” MMC ilə bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçı gəlirlər üzrə mühasib vəzifəsinə qəbul olmuşdur. “X9” MMC Cavabdeh MMC-yə qoşulmaqla yenidən təşkil edilməsi (bununla bağlı reyesterdən çıxarış iddia ərizəsinə əlavə edilmişdir) səbəbi ilə orada fəaliyyət göstərən bütün işçilər kimi iddiaçı ilə olan əmək münasibətlərinə hüquqi baxımdan xx.xx.2017-ci il tarixdə xitam verilsə də, təsisçisi eyni şəxs olan, yəni, X5 məxsus "xxxx" MMC-də iddiaçı işçi kimi rəsmi qeydiyyata alınmış, lakin faktiki olaraq Cavabdeh MMC-də əmək funksiyalarını icra etmişdir. xx.xx.2019-cu ildə isə iddiaçı cavabdeh MMC-də əməliyyatlar üzrə mütəxəssis vəzifəsinə hüquqi baxımdan rəsmiləşdirilmişdir. xx.xx.2021- ci il tarixdə isə iddiaçı olan əmək münas ibətlərinə xitam verilmişdir. Əmək münasibətlərinə xitam verilməsinə dair əmr hal-hazıradək iddiaçıya təqdim edilməmiş, əmək haqqı tam hesablanmadan, yalnız rəsmi hissəsi nəzərə alınmaqla, qeyri-rəsmi hissəsi nəzərə alınmadan gəlir vergisi, DSMF ayırmaları (ödənilməmiş məcburi sosial sığorta ödənişlərinin) işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqları, həmçinin son haqq-hesab düzgün hesablanaraq iddiaçıya ödənilməmişdir. MMC-də işlədiyi dövrdə iddiaçıya hesablanmış əmək haqqı gəlir vergisi, DSMF ayırmaları (ödənilməmiş məcburi sosial sığorta ödənişlərinin), işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqları üzrə və digər ödəmələrə cəlb olunan məbləğlər də nəzərə alınmaqla 1150-1200 manat məbləğində olmuşdur. Bu məbləğdən gəlir vergisi, DSMF və sair ödəmələr çıxıldıqdan sonra iddiaçının (əmək haqqı) aldığı məbləğ 1000-1100 manat məbləğində təqdim edilirdi. Əmək haqqı 625 manat rəsmi və 445 manat isə qeyri-rəsmi hissələrlə ödənilmişdir. Əmək haqqı üzrə gəlir vergisi və məcburi dövlət sosial sığorta bu və ya digər ödənişlərin olduğunu, müvafiq orqanlarla da (qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanlarla) dəqiqləşdirərkən müəyyən olunmuşdur ki, əmək haqqından istifadə olunmayan məzuniyyət haqqı, son haqq-hesab, gəlir vergisi, DSMF, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqları ödənilməmişdir və ya düzgün ödənişlər ödənilməmişdir. Bu səbəbdən iddiaçıya əmək haqqının rəsmi və qeyri-rəsmi hissələrlə ödənilməsi təsdiqlənmişdir. Qeyd edilənləri nəzərə alaraq iddiaçı işlədiyi müddət ərzində dəfələrlə rəhbərli kdən əmək haqqının rəsmi qaydada verilməsini, gəlir vergisi, DSMF ayırmaları (ödənilməmiş məcburi sosial sığorta ödənişlərinin), işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqlarının düzgün hesablanaraq ödənilməsini, həmçinin ona əvvəlcədən vəd edildiyi kimi ölkədə gedən inflyasiyanın nəzərə alınmasını tələb etsə də, bu tələbi işəgötürən tərəfindən təmin edilməmişdir. Əksinə, rəhbərlik iddiaçıya bildirmişdir ki, burada əmək haqqı qeyri-rəsmi qaydada verilən, həmçinin qeyd edilən problemlərlə üzləşən tək o, deyil, şirkətin daxili siyasəti bu istiqamətdə formalaşmışdır. Ərizəni imzalamayacağı halda iddiaçı ilə olan əmək münasibətlərinə kobud pozuntu ilə xitam verəcəklərini bildirərək iddiaçını həmin ərizəni imza etməyə vadar etmişlər. İddiaçı işlədiyi dövrdə qeyri-formal məşğulluğun qurbanı olaraq əmək haqqı üzrə istifadə olunmayan məzuniyyət haqqı, son haqq-hesab, gəlir vergisi, DSMF, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqları ödənilməmiş və ya düzgün ödənilməyərək əmək hüquqları pozulmuşdur. Bunu nəzərə alaraq iddiaçı əmək haqqı üzrə ödənilən vergilərin müvafiq orqanlarla dəqiqləşdirilməsi üçün məcburi dövlət sosial müdafiə və sosial sığorta bu və ya digər vergi ödənişlərinin təsdiqi barədə ödəniş sənədlərinin (əsli ilə düzdür Cavabdeh MMC-nin rəhbərinin və ya bu hüquqa səlahiyyəti olan şəxsin imzası ilə və möhürlə təsdiqlənmiş qaydada) nüsxələrinin ona təqdim edilməsini xahiş edir. Eyni zamanda əsas tələbi qeyri-rəsmi əmək haqqı məbləğindən ödənilməyən gəlir vergisi, DSMF ayırmaları, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqlarının rəsm i ödənişindən yaranan fərqin ödənilməsinin təmin edilməsidir. Qeyd edilməlidir ki, kölgə iqtisadiyyatı əlavə yayınmalardır, vergi, DSMF və digər sahələrə ödəniş etməməkdir, həm də Azərbaycan iqtisadiyyatına çox böyük ziyandır. Buna görə də, kölgə iqtisadiyyatı ilə və qeyri-formal məşğulluqla mübarizə kompleks şəkildə aparılmalıdır. Qeyri-formal məşğulluq daha çox özünü qeyri-dövlət sektorunda, xüsusilə də, pərakəndə satış və xidmət sektorunda göstərir. Qeyri-formal məşğulluq işçini sosial təminat hüquqlarından, konkret olaraq işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək, sosial məzuniyyət ala bilmək, gələcəkdə pensiya almaq və sair kimi hüquqlardan məhrum edi r. Həmçinin qeyri-formal məşğulluq vergi və sosial sığorta daxilolmalarına ciddi ziyan vurur. Buna görə də, hər bir işəgötürən və işçi arasında əmək münasibətləri rəsmiləşdirilməlidir. Nəzərə alınmalıdır ki, bu kimi addımlar ölkədə qeyri-formal məşğulluğun səviyyəsinin aşağı enməsini göstərməklə yanaşı, əhalinin sosial təminatının yaxşılaşdırılması prosesinin də bir göstəricisidir.

7. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 15 iyul 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən i sə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərard ad çıxarır. Bu səbəbdən, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.

8. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərdir.

9. Cavabdeh iddiaya etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim vermişdir. İddiaya etirazda və iddia müddətinin tətbiq edilməsi barədə ərizədə qeyd olunmuşdur ki iddiaçı ilə cavabdeh arasında qarşılıqlı razılıq əsasında xx.xx.2019cu il tarixdə əmək müqaviləsi bağlanmış, tərəflərin imzası ilə təsdiqlənmiş və iddiaçı öz imzası ilə müqavilənin nüsxəsinin ona təqdim olunmasını təsdiq etmişdir. Bundan sonra 3 ilə yaxın müddətdə işçi ilə işəgötürən arasında əmək münasibətləri davam etmiş və əmək haqqının dəyişdirilməsi (art ırılması və ya azaldılması) müqaviləyə əlavə edilməmişdir. İddiaçının iddia etdiyi tələblər tamamilə əsassız olduğu kimi, eyni zamanda onun tərəfindən iddia müddəti ötürülərək məhkəməyə müraciət olunmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi əmək müqaviləsində əmək haqqının məbləğinin 625 manat olduğu öz əksini tapmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə əmək müqaviləsinin nüsxəsini alaraq onun şərtləri ilə tanış olmuş və iddia etdiyi hüquqlarının pozulmasından xəbərdar olmuşdur. Belə olan halda, iddiaçı hüquqlarının pozulduğunu hesab edirdisə, indi məhkəməyə müraciət etdiyi kimi məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçı işlədiyi və işdən öz ərizəsi ilə çıxdığı vaxtdan 3 ildən çox keçdikdən sonra məhkəməyə müraciət etmiş və iddiasının əsası kimi kobud əmək pozuntusu ilə işdən çıxarılma qdan qorxduğu üçün işdən azad olma barədə ərizə yazdığını bildirmişdir. İşə bərpa barədə iddia tələbi üzrə iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdən, digər tələblər üzrə iddia müddətinin axımı isə xx.xx.2019-cu il tarixdən başlamışdır. Qanunvericiliyin normalarına əsasən iddia müddəti işə bərpa barədə 1 ay, vurulmuş zərərlə bağlı 1 il müəyyən edilib. Beləliklə, iddiaçı tərəfindən hazırki iş üzrə iddia müddətinin ötürüldüyü aşkardır və mübahisəsizdir. Göstərilənlərə əsasən, iddia rədd edilməlidir.

10. Birinci instansiya məhkəməsində şahid X4 bildirmişdir ki, o, MMC-də 2020ci ilin avqust ayından hüquq şöbəsinin hüquqşünası vəzifəsində işə başlamışdır. 09 avqust 2022-ci il tarixdə müddətin bitməsinə görə əmək münasibətlərinə xitam verilmişdir. İddiaçını tanıyır. İddiaçı şirkətin maliyy ə direktorluğunda çalışmışdır. İşlədiyi dövrdə 1500 manat əmək haqqı almışdır. Əmək haqqının bir hissəsini - 625 manat rəsmi, digər hissəsini isə - 875 manat qeyri-rəsmi almışdır. Əmək haqqının alınması barədə əmək haqqı açıqlamaları e-mail vasitəsilə göndərilirdi. Əmək haqqının qeyri-rəsmi verilməsiylə bağlı dəfələrlə rəhbərliyə müraciət etmişdir. Cavabında ona bildirmişlər ki, əmək haqqını bu formada verirlər.

11. Birinci instansiya məhkəməsində şahid X3 göstərmişdir ki, o, MMC-də 2020-ci ilin aprel ayından 2022-ci ilin sentyabr ayınadək işləmişdir. İşlədiyi müddətdə son iki aydan başqa digər ayların əmək haqqını iki formada – rəsmi (725 manat) və qeyri-rəsmi (390-420 manat) almışdır. Yalnız 2022-ci ilin avqust və sentyabr aylarının əmək haqqını rəsmi almışdır. Əmək haqqını "xxxx" MMC- nin maliyyə idarəsindən götürürdü. Ona əmək haqqı ilə bağlı e-maillər gəlirdi. Əmək haqqını tam almışdır.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1154/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Ceyhun Tağıyev)

13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, “X10” MMC ilə bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçı gəlirlər üzrə mühasib vəzifəsinə qəbul olmaqla, “X9” MMC Cavabdeh MMC-yə qoşulmaqla yenidən təşkil edilməsi səbəbi ilə orda fəaliyyət göstərən bütün işçilər kimi onunla olan əmək münasibətlərinə hüquqi baxımdan xx.xx.2017-ci il tarixdə xitam verilsə də, təsisçisi eyni şəxs olan, yəni, X5 məxsus "xxxx" MMC-də işçi kimi rəsmi qeydiyyata alınaraq lakin faktiki olaraq Cavabdeh MMC-də əmək funksiya larını icra etməsini göstərsə də, işin materiallarında olan əmək kitabçasından görünür ki, iddiaçı ilə “X10” MMC arasında olan xx.xx.2014-cü il tarixdən yaranmış əmək münasibətlərinə xx.xx.2019-cu il tarixdə xitam verilmiş, xx.xx.2019-cu ildə isə iddiaçının öz ərizəsinə əsasən Cavabdeh MMC-də əməliyyatlar üzrə mütəxəssis vəzifəsinə qəbul edilməsinə dair tərəflər arasında əmək müqaviləsi bağlanılmaqla bu barədə müvafiq əmr verilmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Beləliklə də, iddiaçı ilə cavabdehin əmək münasibətləri xx.xx.2019-cu ildən yaranmış və xx.xx.2021-ci il tarixdə isə iddiaçı ilə əmək münasibətlərinə yenə də iddiaçının öz ərizəsi əsasında xitam verilmişd ir.

15. İddiaçı işdən azad olunmasına dair ərizənin ona yazdırılma səbəbi kimi, işlədiyi müddət ərzində dəfələrlə rəhbərlikdən əmək haqqının rəsmi qaydada verilməsini, gəlir vergisi, DSMF ayırmaları (ödənilməmiş məcburi sosial sığorta ödənişlərinin), işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqlarının düzgün hesablanaraq ödənilməsini, həmçinin ona əvvəlcədən vəd edildiyi kimi ölkədə gedən inflyasiyanın nəzərə alınmasını tələb etsə də, bu tələbinin işəgötürən tərəfindən təmin edilməməsini, cavabdehin işdən azad edilməsinə dair ərizəni onun imzalamayacağı halda onunla olan əmək münasibətlərinə kobud pozuntu ilə xitam verəcəklərini bildirərək onu həmin ərizəni imza etməyə vadar etmələrini göstərsə də, bu halları təsdiq edə biləcək hər hansı sübutları da məhkəməyə təqdim etməmişdir.

16. Həmçinin iddiaçı işlədiyi dövrdə ona əmək haqqının 625 manat rəsmi və 445 manat isə qeyri-rəsmi hissələrlə ödənilməsini, eləcə də ona hesablanmış əmək haqqının gəlir vergisi, DSMF ayırmaları (ödənilməmiş məcburi sosial sığorta ödənişlərinin), işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqları üzrə və digər ödəmələrə cəlb olunan məbləğlər də nəzərə alınmaqla 1150-1200 manat məbləğində olmasını göstərsə də, iş materiallarında olan, tərəflər arasında bağlanmış əmək müqaviləsindən aydın görünür ki, iddiaçıya verilən əmək haqqının məbləğinin 625 manat olması nəzərdə tutulmuşdur. İddiaçı ona müqavilədə nəzərdə tutulmuş əmək haqqından əlavə qeyrirəsmi 445 manat ödənilməsinə, eləcə də işlədiyi dövrdə qeyri-formal məşğulluğun qurbanı olaraq əmək haqqı üzrə istifadə olunmayan məzuniyyət haqqı, son haqq-hesab, gəlir vergisi, DSMF, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqları ödənilməməsinə və ya düzgün ödənilməyərək əmək hüquqlarının pozulmasına dair məhkəməyə heç bir sübut növü təqdim etməmişdir.

17. Birinci instansiya məhkəməsi şahid ifadələrinə qiymət verərək göstərmişdir ki, şahid X2 cavabdeh MMC-də işlədiyi dövrdə 1500 manat əmək haqqı almaqla bunun bir hissəsini rəsmi - 625 manat, digər hissəsini isə qeyri-rəsmi - 875 manat, X1 isə MMC-də işlədiyi müddətdə son iki aydan başqa digər ayların əmək haqqını iki formada – rəsmi (725 manat) və qeyri-rəsmi (390-420 manat) almalarını göstərmələri iddiaçının qeyrirəsmi əmək haqqı almasına dair dəlillərinin təsdiqi kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin t ələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Həmçinin şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır.

18. Birinci instansiya m əhkəməsi şahidlərin vaxtilə cavabdeh MMC-də işləməklə əmək münasibətlərinə xitam verildiyindən və iddiaçının tanışı olmaqla verdikləri ifadələri sonuncunun maraq və mənafeyinə uyğun formada verilmiş ifadə kimi qiymətləndirmişdir. Belə ki, istər iddiaçının izahatı, istərsə də şahidlərin ifadələri işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapmamışdır. Halbuki sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Buna görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və dig ər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildi yi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilibedilmədiyi əsaslandırılmalıdır.

19. Birinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçı iddia ərizəsində və izahatlarında əsas tələbinin qeyri-rəsmi əmək haqqı məbləğindən ödənilməyən gəlir vergisi, DSMF ayırmaları, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqlarının rəsmi ödənişindən yaranan fərqin ödənilməsinin təmin edilməsini göstərsə də, qeyd edilən halın mövcudluğu iddiaçı tərəfindən sübut edilmədiyi üçün və əmək qanunvericiliyində işçi ilə işəgötürən arasında əmək münasibətləri qüvvədə olan dövrdə əmək müqaviləsindən kənar qeyri-rəsmi əmək haqqı ödənilməsi nəzərdə tutulmadığından bu tələblər əsassızdır.

20. Beləliklə də, işin faktiki hallarından göründüyü kimi, iddiaçının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Başqa sözlə, işəgötürən əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir.

21. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqlarının pozulması, eləcə də işlədiyi dövrdə qeyri-formal məşğulluğun qurbanı olaraq əmək haqqı üzrə istifadə olunmayan məzuniyyət haqqı, son haqq-hesab, gəlir vergisi, DSMF, işsizlikdən sığorta ha qqı və icbari tibbi sığorta haqqları ödənilməməsi və ya düzgün ödənilməyərək əmək hüquqları pozulması halları müəyyən edilməmiş, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər və tutarlı sübutlarını məhkəməyə təqdim etməmişdir.

22. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tələblərinin əsası kimi istinad etdiyi hallar barədə rəsmi sübut növləri təqdim etməsə də belə, yalnız subyektiv mülahizə formasında çıxış etməklə kifayətlənmiş, ən azından ilkin məlumat xarakterli formasında da olsa müvafiq sənəd təqdim etmədiyindən onun vəsatətləri əsasında hər hansı ekspertizanın keçirilməsi məqbul sayılmamışdır.

23. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasında n və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, belə ki, işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

24. Bu baxımdan, birinci instansiya məhkəməsinin qənaətinə görə, iddiaçının cavabdehin əmək münasibətlərinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli, 592-K saylı əmrin ləğv edilərək işə bərpa edilməsi, istifadə edilməmiş əmək məzuniyyəti üçün kompensasiya və son haqq-hesabın düzgün hesablanaraq ona ödənilməməsinə dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddianın digər hissələrinə də hüquqi qiymət verilməsinə zərurət yoxdur.

25. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı işə bərpa ilə bağlı iddia müddətini də ötürmüşdür. Belə ki, iddiaçı əmək münasibətlərinə xitam verilməsinə dair əmrin hal-hazıradək ona təqdim edilməməsini göstərsə də, işin araşdırılmış hallarından məlum olur ki, o, tutduğu vəzifəsindən azad edilməsi barədə son haqq hesabını və əmək kitabçasını alması ilə tam məlumatlı olmuş, xx.xx.2021-ci il tarixdə qanunla müəyyən olunmuş iddia müddətini xeyli ötürdükdən sonra öncə mediasiya təşkilatına (arayışa (səh. 16) əsasən “mediasiyanın tətbiqi barədə təklifin tarixi – xx.x x.2022-ci il; İMS üçün ərizənin tarixi – xx.xx.2023-cü il”), daha sonra 23 yanvar 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh də Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir.

26. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddianın “işə bərpa” hissəsi istisna olmaqla, digər hissələr üzrə iddia müddəti buraxılmamışdır.

27. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə, 7-ci maddəsinin 2-ci hissəsi, 42-ci maddəsinin 1-ci və 2-ci hissələri, 44-cü maddəsinin 1-ci hissəsi, Mülki Məcəlləsinin 375.2, 377.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandrımışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

28. İddiaçı apellyasiya şikayə ti verərək, qətnaməsinin ləğv, iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki iş materiallarından da göründüyü kimi, məhkəmə həqiqəti müəyyən etmək vəzifəsi olmasına baxmayaraq bunu etməmişdir. Həqiqət isə ondan ibarətdir ki, iddiaçı işəgötürənin təzyiqi nəticəsində əmək münasibətlərinə xitam verilməsi barədə ərizə yazmaq məcburiyyətində qalmışdır. Həmçinin işəgötürən əmək haqqını rəsmi forma ilə yanaşı, qeyri-rəsmi formada vermişdir. Cavabdehin bu əməli, işçilərinə əmək haqqının qeyri-rəsmi qaydada verilməsi kölgə iqtisadiyyatının əsas hissəsindən biri olmaqla qeyri-formal məşğulluq kimi qəbul edilir. İddiaçının aldığı əmək haqqının işəgötürən tərəfindən qeyri-rəsmi hissəsindən ödənilməyən gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı (DSMF ayırmaları), işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqları üzrə rəsmi ödənişlərindən yaranan 25000 AZN məbləğində fərqi, fərdi hesabının sığorta hissəsinə ödənilən pensiya kapitalı məbləğini vergidən yayındırmaqla iddiaçı gələcəkdə yaşa görə əmək pensiyası təyinatından istifadə hüquqları məhdudlaşdırılır ki, bu da “Əmək pensiyaları haqqında” Qanunun tələblərində öz əksini göstərir. Hazırda şikayət olunan qətnamənin mövcudluğu “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının ədalətli məhkəmə baxışını nəzərdə tutan 6-cı maddəsinin tələblərinin pozulmasına xidmət edir. xx.xx.2019-cu il tarixindən cavabdehlə aralarında rəsmi əmək kontraktı rəsmiləşdirilsə də, təsisçisi eyni şəxs olan X5 məxsu s "xxxx" MMC-də xx.xx.2018-ci il tarixdən rəsmi əmək münasibətləri rəsmiləşdirildiyi vaxtdan "xxxx" MMC-nin işlərini görməklə yanaşı cavabdehlə aralarında rəsmi əmək kontraktı bağlanmış olmasa da xx.xx.2018 ci il – xx.xx.2019 cu il tarix aralığında cavabdehlə aralarında qeyri-rəsmi əmək münasibətləri olmuşdur. Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən əlavə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Habelə əməyi istismar olunmaqla, əmək qanunvericiliyi ilə müəyyən edilməmiş hallarda, əlavə işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur edilməklə, MMC ilə aralarında qeyri-rəsmi əmək münasibətləri olmuşdur. Bunun da sübutu kimi mülki iş materiallarına əlavə edilmiş MMC tərəfindən xx.xx.2018-ci il tarixli, F-4 49 saylı, "xxxx" ASC-nin rəhbərliyinə ünvanlanmış, xx.xx.2018 ci il tarixli, F-450 saylı, "xxxx" ASCnin rəhbərliyinə ünvanlanmış, xx.xx.2018-ci il tarixli, F-451 saylı, "xxxx" QSC-nin rəhbərliyinə ünvanlanmış və xx.xx.2019-cu ili tarixli, FD – 932 saylı dövlət orqanlarına, banklara ünvanlanmış məktubda və xx.xx.2018 - xx.xx.2019 ci il tarixlər aralığında şirkətdaxili rəhbərlərin və digər əməkdaşların elektron poçt ünvanlarına göndərilən məktubda görünür ki, iddiaçı ilə MMC arasında rəsmi əmək müqaviləsi bağlanılmasa da MMC-nin müvafiq işləri üzrə əmək funksiyalarının icrası iddiaçıya həvalə edilmiş və onun MMC-nin əməkdaşı olması barədə dövlət orqanlarına və banklara bununla bağlı rəsmi məlumat verilmişdir. İddiaçı xx.xx.2019 – xx.xx.2021-ci il tarixləri aralığı dövründə icra etdiyi əmək f unksiyalarından əlavə cavabdeh MMC ilə müqavilə əsasında fəaliyyətdə olan 260 nəfərdən çox olan Françayzinq sahibkarların bank hesablarının idarə olunması ilə bağlı MMC sahibkarlardan aldığı (elektron məhkəmə sisteminə az hissəsi əlavə edilmişdir) etibarnamələrdəki səlahiyyətləri iddiaçıya etibarnamə əsasında ötürməklə, qeyd olunan dövrdə bütün Françayzinqlərin bank hesabları üzrə aparılan əməliyyatların icrası iddiaçıya həvalə edilmişdir. Bu əlavə işin yerinə yetirilməsi (xidmətin göstərilməsinə) ilə bağlı iddiaçıya vəd edilmiş əlavə aylıq əmək haqqı da verilməmişdir. İddiaçı cavabdehlə aralarında əmək münasibətləri tərəflər arasında əmək kontraktı bağlanmazdan əvvəl cavabdeh MMC-də əmək funksiyalarını icra etmişdir. Lakin hazıradək əmək funksiyalarının icrası ilə bağlı iddiaçıya əmək haq qı ödənilməmişdir. Buna görə də işəgötürənin təqsiri üzündən ödənilməmiş əmək haqqı məbləği, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin icra edilməsi üçün məhkəmə tərəfindən ədalətli qərar qəbul edilməklə təmin edilməlidir. İşəgötürən əmək haqqı ödəməsindən, işçi qarşısında digər öhdəliklərdən də yayınmaq məqsədi ilə öz hüquqlarından sui-istifadə edərək həmin müddətlərdə iddiaçı rəsmi əmək kontraktı bağlamadan onu əmək funksiyalarının icrasına cəlb etmişdir. Lakin bu hal da, məhkəmə tərəfindən nəzərə alınmamışdır. İşin mübahisəsiz tərəfi ondan ibarətdir ki, xx.xx.2019 – xx.xx.2019 cu il tarixlərdə işlədiyi 5 (beş) iş günü üzrə işəgötürənin təqsiri üzündən iddiaçıya əmək haqqı ödənilməmişdir. Eyni zamanda cavabdehin təqsiri üzündən, hüquqi şə xs yenidən təşkil edilərkən hüquq varisi olduğu “X9” MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilərkən 2017-ci ilin noyabr və dekabr ayları üzrə ödənilməyən əmək haqqının, istifadə edilməmiş 118 gün əmək məzuniyyəti üçün kompensasiya və son haqq-hesab da iddiaçıya ödənilməmişdir. Bunların təsdiqi barədə, məhkəmədəki mülki iş materiallarına əlavə olunması üçün xx.xx.2023 cü il tarixində elektron məhkəmə sisteminə əlavə edilmiş, kifayət qədər əsaslı sənədlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən təqdim olunan Sosial arayışa və Bank hesabından çıxarışlara əsasən qeyd olunan müddətlərdə icra etdiyi əmək funksiyalarının icrasına münasibətdə iddiaçıya əmək haqqı, kompensasiya və son haqq-hesabın ödənilməməsi işin mübahisəsiz tərəflərindən birid ir. Həmin günlər üzrə əmək haqqının iddiaçıya ödənilməsi ilə bağlı işəgötürən tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Buna baxmayaraq bu hissədə də, məhkəmə qərəzli olaraq iddia tələbini təmin etməmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsinin maddi hüquqi əsası kimi 1 illik iddia müddətinin ötürülməsi ilə bağlı Əmək Məcəlləsinin 296-cı maddəsinin 2 və 4-cü hissələrinə və Mülki Məcəlləsinin 375.2-ci maddəsinə istinad etmişdir. Halbuki, iş materialları ilə iddia müddətinin ötürülməsi öz təsdiqini tapmır. Bununla da birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmaqla tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. Məhkəmə prosesi zamanı məhkəməyə təqdim etdiyi 2020-ci ilin aprel ayı üzrə əmək haqqının qey ri-rəsmi qaydada ödənilməsinə dair cədvəllərdəki şirkətin 300 nəfər işçilərinə, o cümlədən iddiaçıya və şahid Bəxtiyar Bədəlov da daxil olmaqla əmək haqqının bir hissəsinin qeyri-rəsmi qaydada verilməsi cədvəllərində adları göstərilən şəxslərin də imzası ilə öz təsdiqini tapsa da, bu fakt məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bununla yanaşı məhkəmə əmək haqqının qeyri-rəsmi qaydada verilməsi barədə ifadə verən şahidlərin ifadələrinin digər sübutlarla əhatə edilməməsini, şahidlərin cavabdehə qarşı iddia qaldırdığını göstərərək sübut kimi qəbul etmədiyinə istinad etsə də, 2020-ci ilin aprel ayı üzrə əmək haqqının qeyri-rəsmi qaydada verilməsi barədə cədvəlləri şahidlərin ifadələri ilə müqayisəli təhlil edərək nəzərə almamış, həmin cədvəllərə, ümumiyyətlə, heç bir hüquqi qiymət verməmişdir. Ekspertiza təyin edilməsi ilə bağlı verdiyi vəsatət təmin edilməmişdir. İşin mübahisəsiz tərəfidir ki, iddiaçı işdən azad olduğu vaxtdan hazıradək digər işəgötürənlə əmək münasibətlərinə girməmişdir, işsizdir. Digər işəgötürənlə əmək münasibətlərinə girmədiyi halda təzyiq olmadan əmək münasibətlərinə xitam verilməsinə dair iddiaçının ərizə ilə işəgötürənə müraciəti inandırıcı deyil. Bu isə həmin ərizəni öz iradəsi əleyhinə icra etməsinin göstəricisidir.

30. Apellyasiya instansiyası məhkəməsi iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir.

31. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/568 nömrəli rəyinə əsasən, iddiaçıya 27 avqust 2019-cu il tarixdən 24 dekabr 2021-ci il tarixədək olan dövr üzrə 17319,81 manat məbləğində əmək haqqının hesablanaraq ödənilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir.

33. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9345 nömrəli rəyinə əsasən işçinin əlavə işə və ya digər vəzifəyə keçirilməsi, əmək haqqına olan dəyişikliklər əmək müqaviləsinə əlavələr və əmrlərlə tənzimlənir. Həmçinin qeyd edilir ki, işçinin əlavə işə cəlb edilməsi və əlavə əmək haqqının hesablanmasına dair məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Təqdim edilmiş iş materiallarında iddiaçının əlavə işə cəlb edilməsi barədə hər hansı məlumat öz əksini tapmamışdır. Bununla da iş materiallarında olan sənədlərə (əmək müqaviləsi, əmək haqqı hesablanması barədə tabel uçot barədə məlumatları, bank hesabından çıxarışlar və s.) əsasən iddiaçıy a 27 avqust 2019-cu il tarixdən 24 dekabr 2021-ci il tarixdək olan dövr üzrə 17319, 81 manat məbləğində əmək haqqının hesablanaraq ödənilməsi müəyyən edilir.

34. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-73/2025 nömrəli iş üzrə 10 fevral 2025-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1154/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Azad İmanov)

35. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

36. İddiaçı işəgötürən tərəfindən artıq iş saatlarında əməyə cəlb edildiyini, işəgötürən tərəfindən ona artıq iş saatlarında əməyə cəlb edilməsi ilə əlaqədar əmək haqqının ö dənilmədiyini, bununla bağlı işəgötürənə iradını bildirdikdə müxtəlif növ təzyiqlərə məruz qaldığını bildirsə də, bununla bağlı mötbər sübutlar təqdim edə bilməmişdir. Öncəliklə fərz edilsə ki, iddiaçı əmək müqaviləsində nəzərdə tutulmuş iş saatlarından əlavə işə cəlb olunub, o zaman işəgötürəndən əlavə müqavilə bağlamasını və müvafiq rəsmiləşdirmə aparılmasını tələb etmək hüququ var idi. Belə bir rəsmiləşdirmənin olmadığı təqdirdə iddiaçı israrla cavabdehin müvafiq sənədləri gizlətdiyini, məhkəməyə təqdim etmədiyini qeyd etmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Maddə

81. Sübutların mümkünlüyü) tələbinə əsasən: Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki icraat qaydasında tərəflərin təqdim etdikləri (və ya vəsatətlər əsasında təmin edilən) sübutlar əsasında araşdırma zamanı məhkəmənin özü tərəfindən yalnız ekspertiza keçirilməsi mümkündür ki, bunun da təyin edilməsi iddianın uğurluğuna müsbət töhfə verməmişdir. İddiaçının müraciətində qeyd etdiyi kölgə iqtisadiyyatı, vergi, dsmf və digər sahələrdə ödənişlərdən yayınmalar və qeyri-formal məşğulluqla məcburi əməyə cəlb etmə mülki icraatın deyil, cinayət təqibinin araşdırma predmeti olduğundan, iddiaçının müvafiq hüquq mühafizə orqanlarına müraciət etmək hüquqları məhdudlaşdırılmamışdır.

37. Apellyasiya instansiyası məhkəməsi gədiyi nəticəni Əmək Məcəlləsinin 42(1), 68(1), 68(2), 99(1), 99(5), 296(1), 296(2), 296(3), 296(4), Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 81-ci maddələri ilə Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, o, ilkin olaraq işəgötürənə müraciət etmiş, sonradan mediasiyaya müraciət etmişdir. Sonda məhkəməyə müraciət edib. Tərəfindən 1 illik iddia müddəti pozulmamışdır. Onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam verilmişdir. Mediasiyaya müraciət müddəti daxil olmaqla (halbuki nəzərə alınmamalıdır) bir ay müddətində məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İşə baxan hakim onun tələbini əsassız olaraq iki hissəyə bölmüşdür. Əmək qanunvericiliyində birbaşa təsbit olunmuşdur ki, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilməlidir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini qanunvericiliyin tələblərinə uyğun olmasını yoxlamamışdır, qanunsuz ərizəyə istinad etməklə iş üzrə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə hər hansı araşdırma aparmamış, müstəqil olaraq hər hansı sübut əldə etməmişdir. Məhkəmə iddia müddətinin buraxılmaması halını aydınlaşdırmamışdır. Onun iddia müddətini üzrsüz səbəblərdən buraxımağı halı sübut edilməmişdir. İşəgötürən əmək haqqı ödəməsindən, işçi qarşısında digər öhdəliklərdən də yayınmaq məqsədi ilə öz hüquqlarından suiistifadə edərək həmin müddətlərdə onunla rəsmi əmək kontraktı bağlamadan onu əm ək funksiyalarının icrasına cəlb etmişdir. Bu hal da, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəflərin bərabərliyi, çəkişmə prinsiplərini pozmuş, işə faktlar əsasında baxmamış, öz qərarını yalnız tərəflərin çəkişmə pinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə deyil, özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Tələbinin təmin edilməsi ilə bağlı kifayət qədər sübutlar təqdim etsə də, həmin sübutları qərəzli olaraq mötəbər sübut kimi qəbul etməmiş, bəzi sübutlara isə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Bununla yanaşı, məhkəmə nəzərə almamışdır ki, işəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olun maqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Cavabdeh tərəfindən müvafiq sənədlər ekspertizaya təqdim edilməməsi səbəbindən ekspertizanın aparılması mümkün olmamışdır. Apellyasiya instansiyası məhkə məsi qəbul etdiyi qərardadın icrasını təmin etməmiş və bununla da obyektiv həqiqətin müəyyən edilməsindən imtina etmişdir. Tələb olunan sənədləri qərəzli olaraq ekspertə təqdim etməyən cavabdeh barəsində qanuni tədbirlər görməmiş, bununla da məhkəmə iş üzrə obyektiv araşdırmadan imtina etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 42(1). Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 68(1). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68(2). Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Maddə 99(1). İş vaxtından artıq iş – işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Maddə 99(5). İş vaxtından artıq işlərin görülməsinə cəlb olunmuş işçilər üçün işəgötürən bu Məcəllənin «Əməyin mühafizəsi» bölməsində nəzərdə tutulmuş normalara uyğun istehsalat və sosial-məişət şəraiti yaratmalı, əməyin təhlükəsizliyini təmin etməlidir. Maddə 296(1) Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296(2). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan büt ün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296(3). Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296(4). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar ç ıxarması üçün əsasdır. Maddə 379.1.6. Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Maddə 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 29.6. Tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir. Maddə 32.2. Mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edildikdə mediasiya prosesinə xitam verilir. Maddə 32.4. Mediasiya prosesinə barışıq sazişinin imzalandığı gündən (maddə 32.4.1), bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən (maddə 32.4.2) xitam verilir. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutula n tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmama sına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya ) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

42. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

43. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüq uq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Apellyasiya instansiyası məhkəməsinin iddia tələbi və apellyasiya şikayəti üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

46. İddia tələbi işə bərpa, alınan əmək haqqı məbləğinin qeyri-rəsmi hissəsindən ödənilməyən gəlir vergisi, DSMF ayırmaları (ödənilməmiş məcburi sosial sığorta ödənişlərinin), işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqlarının rəsmi ödənişindən yaranan 25000 manat fərqin büdcəyə, istifadə edilməmiş əmək məzuniyyəti üçün kompensasiya və son haqq-hesabın düzgün hesablanaraq iddiaçıya ödənilməsi barədədir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olmasını bildirmiş və tələbinin əsası kimi əmək müqaviləsinə xitam verilməsi barədə ərizəni işəgötürənin təzyiqi ilə yazmasına, əmək haqqını rəsmi və qeyri rəsmi formada almasına, aldığı əmək haqqının qeyri-rəsmi hissəsi üzrə məcburi dövlət ödənişlərinin ödənilməməsinə, istifadə edilməmiş əmək məzuniyyəti üçün kompensasiyanın verilməməsinə istinad etmişdir.

47. İşdən görünür ki, işə mahiyyəti üzrə baxan məhkəmələr iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə ərizəni yazmağa cavabdeh tərəfindən təzyiq edilməsi, eləcə də iddiaçının tələbinin əsası kimi istinad etdiyi digər halları müəyyən etməmişlər. Üstəlik, apellyasiya instansiyası məhkəməsi mühasibatlıq ekspertizası təyin etmiş və ekspertin rəyinə görə iddiaçının əlavə işə cəlb edilməsi təqdim edilmiş materiallarda öz əksini tapmamışdır. Həmçinin iddiaçıya 27 avqust 2019-cu il tarixdən 24 dekabr 2021-ci il tarixdək olan dövr üzrə 17319, 81 manat məbləğində əmək haqqı ödənilmişdir.

48. Bundan əlavə, iddia həm də iddia müddətinin keçməsi əsası ilə təmin edilməmişdir.

49. Beləliklə, işə mahiyyəti üzrə baxan məhkəmələr iddiaçının əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmamasını müəyyən etməklə yanaşı, iddianı həm də iddia müddətinin keçməsi əsası ilə təmin etməmişlər.

50. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın hər iki əsasla, o cümlədən iddia müddəti ötməsi müəyyən edildiyindən, iddiaçının iddia müddətini ötürməsi əsası ilə rədd edilməsi düzgün olmuşdur. Nəzərə alınsa ki, cavabdeh də müddətin tətbiqi barədə ərizə verib, belə olan halda, həm Əmək Məcəlləsinin 296-cı, həm də Mülki Məcəllənin 375.2-ci maddələrinin tələbləri baxımından iddianın təmin edilməsi istisna edilir.

51. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətini dəlilləridir.

52. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, işin faktiki halları ilə bağlı dəlillər iddia ərizəsi və apellyasiya şikayətində də irəli sürülüb və qeyd edildiyi kimi, həmin dəlillər işə sübutları qiymətləndirməklə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən təkzib edilib.

53. Cavabdeh tərəfindən müvafiq sənədlərin ekspertizaya təqdim edilməməsi səbəbindən ekspertizanın aparılmasının mümkün olmaması barədə dəlillə bağlı qeyd edilməlidir ki, işdəki məlumatlara əsasən apellyasiya instansiyası məhkəməsi iş üzrə iki dəfə mühasibatlıq ekspertizası təyin etmiş, hər dəfə də müvafiq rəy alınmış, cavabde h tərəfindən sənədlərin təqdim edilməməsinə görə rəy verilməsinin mümkün olmaması halı müəyyən edilməmişdir.

54. İddia müddətinin keçməməsi barədə dəlilə münasibətdə isə kollegiya qeyd edir ki, əvvəla, işə bərpa barədə iddia tələbi təkcə iddia müddətinin ötməsi əsası deyil, həm də əsassız olmasına (ərizənin təzyiq nəticəsində yazılmasının təsdiqini tapmaması) görə təmin edilməyib.

55. Bundan əlavə, iddianın “işə bərpa” hissəsi istisna olmaqla, digər hissələr üzrə iddia müddətinin buraxılmaması müəyyən edilsə də, qeyd edildiyi kimi həmin hissələr də işdəki sübutlarla təkzib edildiyi üçün təmin edilməmişdir.

56. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıd ır.

57. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-73/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar