Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1640/2019 05.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, Vəkil1 və Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi və vəkil2 iştirakı ilə, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi və vəkil2 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10245/2018 nömrəli iş üzrə 26 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayət i üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim F.F.Babayev) 2(004)-5134/2018 nömrəli iş üzrə 06 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin İddiaçı əmək müqqaviləsinə xitam verilməsi barədə 061A/18 nömrəli 24.04.2018-ci il tarixli əmrinin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi saxlanılmaqla İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində regional menecer vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün 26 aprel 2018-ci il tarixdən hesablanmaqla İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilməsi, iddiaçı tərəfindən hüquqi yardıma görə ö dənilmiş 200 (iki yüz) manat Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi) M.A.Məmmədov və H.H.Əhmədov ) 2(103)-10245/2018 nömrəli iş üzrə 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 iyul 2018-ci il tarixli, 2(004)5134/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının və vurulmuş ziy anın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin İddiaçı Zöhra oğlunun əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv edilməsi, müddətsiz əmək müqaviləsinin saxlanılması, bütün güzəştlərin bərpa edilməsi, İddiaçı tutduğu vəzifə saxlanılmaqla işə bərpa edilməsi və məcburi iş buraxmağa görə əmək haqqının və digər ödənişlərin iddiaçıya ödənilməsi; müdafiəçiyə ödənilmiş 200 manat pulun iddiaçıya ödənilməsi; iddiaçıya vurulmuş mənəvi ziyana görə 20000 manat məbləğin net olaraq X2 ödəilməsi barədə qətnamə qəbul ediləsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbinə əlavə verərək cavabdeh şirkət tərəfindən onun pozulmuş hüquqlarının və qanuni mənafeyinin qorunmasında və bərpasında köməklik göstərilmə si və Nərgiz Həsənovanı Cinayət Məcəlləsinin 308.1 və 309.1-ci maddələrinə istinad olaraq cərimə tətbiq edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin Magistr məzunu olmaqla ixtisası üzrə ümumi 15 il iş təcrübəsi vardır, onun 7 ili (05 yanvar 2011-ci il -25 aprel 2018-ci il tarixinədək) Cavabdeh nümayəndəliyində menecer vəzifəsində fəaliyyət göstərmişdir. Nümayəndəliyinin 05 fevral 2018-ci il tarixli bildirişində göstərilir ki, CavabdehŞirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyin hal-hazırkı vəziyyətini və mövcud iqtisadi şəraiti nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 05 yanvar 2011-ci il tarixli Əmək Müqavilənizə 19 mart 2018-ci il tarixində xitam veriləcəkdir. Müvafiq olaraq da 25 aprel 2018ci ildə qanunsuz olaraq mənimlə olan müddətsiz əmək müqaviləsinə xitam vermişdir (ƏMR № 06 İA/18, ƏMR № 06 TT/18, ƏMR № 05 ƏT/18). Əmək müqaviləsinə xitam verilməsinin əsas səbəbi kimi Cavabdeh nümayəndəliyinin hal-hazırdakı vəziyyətini və mövcüd iqtisadi şəraiti göstərilsə də, hesab edir ki, bu tam qanunsuz, heç bir hüquqi əsası olmayan səbəbdir. Hansı durumdan və mövcud iqtisadi şəraitdən söz gedə bilər ki, “Sanofi- Aventis Qrup” nümayəndəliyi mənfəət vergisi ödəyicisi olmaqla, 2018-ci ilin mart ayında iddiaçıdan başqa bütün işçilərin, hətta 3iİ ərzində akreditassiya keçməyən işçilərin əmək haqqının minimum 8% artırılması təmin olunmuş və 2018-ci ilin aprel ayında OTC qrupuna 2 işçi (tibbi nümayəndə) götürülmüşdür. Həmçinin, bildirmişdir ki, mövcud iqtisadi şərait dedikdə məhkəmənin diqqətinə ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü uğurlu iqtisadi siyasət, ölkənin iqtisadi göstəricilərinin artması zəminində şirkətin ölkənin iqtisadi durumuna mənfi rəy bildirmişdir. Hesab edir ki, bu ölkəmizin iqtisadi vəziyyətinə kölgə salmaqdan, cənab İlham Əliyevin yürütdüyü uzaqgörən iqtisadi siyasətə ləkə yaxmaqdan başqa bir şey deyildir. Şirkət hər hansı göstəricilərə, ölkədə vəziyyətin pis olmasını sübut edən faktlara əsaslanmadan qanunsuz şəkildə qanunsuz olaraq ixtisar etmişdir. İddiaçı bildirmişdir ki, hər il avqust ayında növbəti məzuniyyətinə çıxarkən “Sanofi- Aventis Qrup” şirkət tərəfindən verilən güzəştlər (benzin (aprel), telefon danışığı, tibbi sığorta) saxlanılırdı. Lakin bu il növbəti məzuniyyət vaxtında bu güzəştlər rəhbərlik tərəfindən verilməmişdir. Hətta işdə olarkən 12 mart 2018-ci ildə onun kompyuterdəSanofi sisteminə girişini bağlamışdır. Əsas məqsəd ondan ibarətdir ki, İddiaçı şirkətin vəzifəli şəxslərinə şikayət edə bilməsin 7 il ərzində şirkətdə açılan vakant yerlərə iddiaçını namizəd kimi nəzərə almamışdırlar, baxmayaraq ki,15 il iş təcrübəsi yaranan vakant yerlər üçün daha əlverişli idi. Bu şikayətlərlə bağlı 26.04.2018-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - “Çağrı mərkəzi”-nə müraciət olunmuşdur. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyin rəhbəri Nərgiz Əsgərova (Həsənova) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-1, 83, 111-1,2, 132 -1 (b, c134-3(a), 175-3,4,5, 179-2(k), 16-1, 88, 186-1-cı məddələrinin tələblərini pozaraq iddiaçı i lə olan müddətsiz əmək müqaviləsinə xitam vermişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi və vəkili Mustafayev Altay Oktay oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)10245/2018 nömrəli iş üzrə 26 sentyabr 2018-ci il tarixli qətnaməsini ləğv edilməsi və iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına cavabdehin kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştiarak edən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi və vəkili Mustafayev Altay Oktay oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştiarak edən İddiaçı Vəkil1 kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı o lmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-10245/2018 nömrəli iş üzrə 26 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquq i qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməyən hissəsində maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, işin həqiqi hallarına və tərəflərin qarşılıqlıı münasibətlərinə əsaslan mayan əsassız bir nəticəyə gəlmişdir. İş materiallarında olan: Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən İddiaçı ünvanlanmış 05 fevral 2018-ci il tarixli bildirişdən görünür ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış 05 yanvar 2011-ci il tarixli əmək müqailəsinə 19 mart 2018-ci il tarixdə xitam veriləcəyi göstərilmiş və İddiaçı 05.02.2018-ci il tarixdə həmin bidirişlə tanış olaraq imzalamağa etiraz etmişdir. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 24 aprel 2018-ci il tarixli, 06 1A/18 nömrəli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış 05 yanvar 2011-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş və işdənçıxma tarixi məzuniyyətin son günü, yəni 25 aprel 2018-ci il hesab edilmişdir. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 04 aprel 2018-ci il tarixli, 05 ƏT/18 nömrəli əmrindən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 175-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən səhvən artıq ödənilmiş 2731,20 manat məbləğində məzuniyyət haqqının işçinin əmək haqqından tutulması qeyd edilmişdir. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 24 aprel 2018-ci il tarixli 05 ƏT/18 nömrəli əmrindən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 175-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən səhvən artıq ödənilmiş 316,18 manat məbləğində məzuniyyət haqqının Əmək Məcəlləsinin 176-cı maddəsinin 1-ci hissəsində qeyd olunmuş məhdudiyyətlər nəzərə alınmaqla işçinin əmək haqqından tutulması qeyd edilmişdir. İddiaçı tərəfindən şirkət rəhbərliyinə ünvanlanmış 26.04.2018-ci il tarixli məlumatdan görünür ki, Mazda 3 markalıH***dövlət nişanlı avtomobil; NotebookLenovoThinkpad T440-Sanofi_AZ-İTS 282; İpad Apple-Sanofi-AZ-İTS-115 və giriş kartı onun istifadəsindədir, qalan digər əşyalar - onitor Lenovo-SanofiAZ-İTS-141; Pot-Leprikator Lenovo-Sanofi-AZ-İTS-081 və Printer HP Lazerjet P1102-Sanofi-AZ-İTS-194 ofisdə olduğundan onlara görə məsuliyyət daşımır; istifadəsində olan əşyaları isə yalnız məhkəmənin qərarında sonra qaytaracağını bildimişdir. İddiaçı tərəfindən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ünvanlanmış 27.04.2018-ci il tarixli məlumatdan görünür ki, 26.04.2018-ci il tarixdə e-mail vasitəsilə xahiş etdiyi əmək haqqının tam açıqlamasını; bütün hesabatların skan formasını; regional üzrə menecer ştatının ləğv olunması və onun işd ən azad edilməsi əmrinin hələ də göndərilmədiyini qeyd edərək Əmək Məcəlləsinin 88-ci maddəsinin tələblərinə əsasən həmin sənədəri poçtla yaşadığı ünvana və e-mail (mailto:kind_997@yahoo.comElektron ünvan ) vasitəsilə göndərilməsini xahiş etmişdir. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Nərgiz Əsgərova (Həsənova) tərəfindən “AzercellTelecom”a ünvanlanmış 26.04.2018-ci il tarixli 43 nömrəli müraciətdən görünür ki, ***-***-**-** nömrəsinin 26 aprel tarixindən etibarən şirkətin balansından çıxarılması və X1 adına keçirilməsi xahiş olunmuşdur. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 16.03.2018-ci il tarixli 08 M/18 nömrəli əmrdən görünür ki, İddiaçı məzuniyyət verilmiş və son məzuniyyət günü 25.04.2018-ci il tarixi nəzərdə tutulmuşdu r. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən İddiaçı ünvanlanmış 01 may 2018-ci il tarixli 45 nömrəli məktubdan görünür ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini nəzərə alaraq istifadəsində olan əşyaların işəgötürənə qaytarılması barədə 06 TT/18 nömrəli əmrin bir nüsxəsinin İddiaçı qeydiyyat ünvanna göndərilməsinə baxmayaraq Mazda 3 markalıH***dövlət nişanlı avtomobil; NotebookLenovoThinkpad T440-Sanofi_AZ-İTS 282 və İpad Apple-Sanofi-AZ-İTS-115 hələ də şirkətə qaytarılmadığını qeyd edərək həmin əmlakların 03 may 2018-ci il tarixinədək işəgötürənə geri qaytarılması xahiş olunmuşdur. Bakı şəhəri 13 saylı hüquq məsləhətxanası tərəfindən verilmiş 21 may 2018-ci il tarixli 165178 nömrli mədaxil qəbzindən görünür ki, Rəşad Abdiyev tərəfindən İddi açı hüquqi yardım göstərilməsi müqabilində iddiaçı tərəfindən 200 manat məbləğində xidmət haqqı ödənilmişdir. Lənkəran rayonu Mamusta kənd sahə xəstəxanası tərəfndən verilmiş 755616 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən (bülleten) görünür ki, İddiaçı 16.04.2018-16.05.2018-ci il tarixlərində stasionar, 17.05.2018-19.05.2018-ci il tarixlərində isə ambulator müalicədə olmuşdur. Cavabdeh Şirkətinin Mərkəzi Asiya ofisinin baş direktoru Ranqa Velaratne tərəfindən verilmiş sərəncamdan görünür ki, aparılan struktur dəyişikliklər çərçivəsində və büdcənin optimallaşdırılması məqsədilə şirktətin Azərbaycan Respublikasındakı Nümayəndəliyində reseptsiz dərmanlar böməsinin təşkilati strukturuna dəyişikliklər edilməsi barədə qərar qəbul edilmişdir: reseptsiz preparatlar üzrə 1 regional menece r vəzifəsi ixtisar edilmişdir. Dəyişikliklər 01 fevral 2018-ci il tarixdən qüvvəyə minir. Nərgiz Həsənova tərəfindən təsdiq edilmiş 02.02.2018-ci il tarixli yeni ştat cədvəlindən görünür ki, İddiaçı tutduğu vəzifədən başqa daha 1 ştat vahidi region üzrə menecer vəzifəsi mövcuddur. İddiaçı tərəfindən şirkət rəhbərliyinə ünvanlanmış 23 may 2018-ci il tarixli ərizədən görünür ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanunazidd olduğunu bildirmiş və xəstəlik vərəqələrinin surətlərini qoşmaya əlavə etmişdir. Azərbaycan Respublikasnın Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Azərbaycan Respulikasının Əmək Məcəlləsinin 16-ci maddəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, ixtisarın qanuni olmağı üçün ixtisar prosedurunun da qanunve riciliyə uyğun aparılması mühüm şərtdir. Bunun üçün aşağıdakı tələblərə əməl etmək vacibdir. İxtisar real olmalıdır, ixtisarın real olduğunu aşağıdakı sənədlərin məcmusu təsdiq edir: ixtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr; - işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd; - həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı; - ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd; -işçiyə ixtisar olunacağı barədə əvvəlcədən məlumat ver ildiyini təsdiq edən işçinin imzası olan sənəd və ya xəbərdarlıq müddəti əvəzinə müvafiq əmək haqqının ödənilməsi barədə işçinin yazılı razılığı və belə ödənişin edildiyini təsdiq edən sənəd; - xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd); - ixtisar olunan hər bir işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr. Bundan əlavə, apellyasiya məhkəməsi qeyd etmişdir ki, müəssisələrdə işçilərin sayının və ya ştatların ixtisarı müxtəlif səbəblərdən ola bilər: müəssisənin cari işləri daha az işçi ilə yerinə yetirə bilməsi, müəssisənin işinin azalması, fəaliyyət istiqamətinin dəyişməsi və nəticədə müəyyən qrup işçilərə eht iyacın qalmaması və sair. İxtisar həm işçilərin sayının ixtisarı, həm də ştatların ixtisarı formasında ola bilər. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funskiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür. Apellyasiya instansoiya məhkəməsi düzgün olaraq qənaətə gəlmişdir ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən İddiaçıla bağlanmış əmək müqaviləsinə işçinin ixtisarı qaydasında xitam verilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru Nərgiz Həsənova tərəfindən təsdiq edilmiş 02.02.2018-ci il tarixli ştat cədvəlindən görünür ki, reseptsiz dərmanlar qrupu üzrə işçilərin sayı 8 nəfər göstərilmiş, onlardan 5 nəfər işləyən işçi, 3 nəfər isə vakant yerdir. Belə olan halda, şirkətdə ştatın ixtisarı deyil, işçinin ixtisarı aparılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78.1-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda şəhid ailəsinin üzvlərinin, müharibə iştirakçılarının, əsgər və zabitlərin arvadının (ərinin), öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanların, həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşların, məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərin, kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərin işdə saxlanmasına üstünlük verir. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı barəsində işlədiyi dövr ərzində heç bir intizam tənbeh tədbiri tətbiq olunmamış, əksinə ona 2017-ci ilin 4-cü rübü üçün mükafat müəyyən edilmiş və o, öz ixtisası sahəsində magistr dərəcəsinə malikdir. Belə olan halda Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən İddiaçı peşəkarlıq səviyyəsinin müəyyən edilməsi, digər işçi ilə fəaliyyətinin qarşılaşdırılması və müqayisəli analizinin aparılması barədə hər hansı sənəd məhkəməyə təqdim olunmamış və ixtisar bu mənada da düzgün və real aparılmamışdır. İxtisarın real aparılmamasına əsas verən digər hal kimi Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına əvvəlcədən məlumat verildiyini təsdiq edən sənədin məhkəməyə təqdim olunmaması xüsusatına diqqət çəkmək lazımdır. Belə ki, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən əmək müqaviləsini ləğv etməzdən əvvəl işdən çıxarılacaq işçilərin peşəsini, sənətini, ixtisasını və əmək haqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına bu barədə məlumat verməli və ixtisar olunacaq işçiləri rəsmi xəbərdar etməlidir. Azərbaycan Respulikasının Əmək Məcəlləsinin 88-ci maddəsinə əsasən işəgötürən işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə borcludur. İşəgötürən işçinin şəxsiyyəti və ya onun əmək fəaliyyəti barədə məlumatları başqa işəgötürənə və ya müvafiq hakimiyyət orqanlarına, habelə digər yerlərə yalnız onların yazılı sorğusu və işçinin razılığı ilə göndərə bilər. İşçi haqqında tərtib edilmiş xasiyyətnamənin, zəmanətin, işçinin şəxsi sənədlərinin, onların surətlərinin və digər sənədlərin məzmunu ilə onu tanış etmədən işəgötürən tərəfindən başqa yerə göndərilməsi yolverilməzdir. Müsbət məzmunlu xasiyyətnamə ilə, zəmanətlə işçi tanış edilmədən onların başqa yerə göndərilməsinə yol verilir. Bu halda işəgötürən həmin sənədlərin hara göndərildiyi barədə işçiyə məlumat verməlidir. Qeyd olunan qanunvericilik norması konteksində apellyasiya məhkəməsi hesab etmişdir ki, işçinin hüquqları pozulmuşdur. Belə ki, İddiaçı tərəfindən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ünvanlanmış 27.04.2018-ci il tarixli məktubla, əmək haqqının tam açıqlamasının; bütün hesabatların skan formasının; regional üzrə me necer ştatının ləğv olunması və onun işdən azad edilməsi əmrinin hələ də göndərilmədiyini qeyd edərək həmin sənədləri poçtla yaşadığı ünvana və e-mail (mailto:kind_997@yahoo.comElektron ünvan ) vasitəsilə göndərilməsini xahiş etsə də, şirkət qeyd olunan sənədləri göndərməmişdir. Bundan başqa, Nümayəndəliyin 1999-cu il tarixli əsasnamə və Cavabdeh Şirkətinin sədri tərəfindən verilmiş 20.02.2018-ci il tarixli etibarnamə ilə Nərgiz Həsənovaya ştat cədvəlinin təsdiq edilməsi səlahiyyəti verilməmişdir. Bu prizmadan yanaşaraq Nərgiz Əsgərova (Həsənova) tərəfindən təsdiq edilmiş Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 02 fevral 2018-ci il tarixli yeni ştat cədvəli buna müvafiq səlahiyyət olmadan təsdiqlənmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə ə sasən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə, həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, habelə, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin ixtisar edilməsi qadağandır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə İddiaçı əmək qabiliyyətin itirdiyi vaxt, yə ni xəstəxanada stasionar müalicədə olduğu vaxt xitam verilmiş və işdənçıxma tarixi məzuniyyətin son günü, yəni 25 aprel 2018-ci il hesab edilmişdir. İş materiallarına əsasən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə 25 aprel 2018-ci il sonuncu iş günü hesab olunmaqla, bir gün əvvəl–24 aprel 2018-ci il tarixli əmrlə xitam verilmişdir. İş materiallarından göründüyü kimi, 25 aprel 2018-ci il iddiaçının məzuniyyətinin son günü olmaqla, o, işdə olmamış, əmr 24 aprel 2018-ci il tarixdə bir gün əvvəl verilmiş, həmin əmr 26 aprel tarixində elektron bazaya daxil edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində Kəmalə Qurbanovanın (ofis-menecer) təsdiqləmişdir ki, İddiaçı ona 25 aprel 2018-ci il tarixində -telefon danışı ğı zamanı xəstəxanada olduğunu və müailəcə aldığını bildirmişdir. Lakin buna baxmayaraq növbəti gün, yəni 26 aprel 2018-ci il tarixində əmək müqaviləsinə xitam verilməsi barədə əmr elektron sistemə daxil edilmiş və stasionarda müalicə alan şəxsin fiziki olaraq xəstəlik vərəqəsinin işə götürənə təqdim etmək imkanında olmaması nəzərə alınmamışdır. Apellyasiya iməhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi İddiaçı təqdim etdiyi xəstəlik vərəqəsinin saxtalığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sənəd və sübut təqdim edə bilməmiş və xəstəlik vərəqəsinin saxta və ya etibarsızlığına dair tələb irəli sürülməmişdir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cava bdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulduğundan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin İddiaçı əmək müqqaviləsinə xitam verilməsi barədə 061A/18 nömrəli 24.04.2018-ci il tarixli əmri ləğv edilməli, müddətsiz əmək müqaviləsi saxlanılmaqla İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində regional menecer vəzifəsinə bərpa edilməlidir barədə gəldikləri nəticəsi ilə razılaşır. Aşağı insatnsiya məhkəmələri düzgün olaraq hesab etmişlər ki, iddia tələbinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsində də əsaslıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmu ş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Həmin Məcəllənin 290-cı maddəsinin 3-cü hissəsinə görə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstə rməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş “mənəvi ziyan” dedikdə, işəgötürən və ya onun tabeliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, eti qadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Aşağı instansiya məhkəmələri iddianın həmin hissəsini konkret faktlarla sübuta yetirilmədiyi, həmçinin iddiaçı həmin tələbini əsaslandırmaq üçün heç bir sübut təqdim etmədiyi üçün əsaslı hesab etməmiş və onun rədd olunması qənaətinə gəlmişlər. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar araşdırılmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 265.1-ci maddəsinə əsasən məhkəmə mübahisəyə baxarkən, hüquqi şəxsin, dövl ət, yerli özünüidarə orqanının və digər orqanın, vəzifəli şəxsin və ya fiziki şəxsin fəaliyyətində qanunların və digər normativ hüquqi aktların pozulduğunu aşkar etdikdə, xüsusi qərardad çıxarmağa haqlıdır. Həmin Məcəllənin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayət əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Bununla bağlı aşağı instansiya məhkəmələri iddiaçının və cavabdehin əməllərində cinayət əlamətləri aşkar olunmadığından bu hissədə tələblərini rədd etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsa sən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiy ini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinin onun apellyasiya şikayətinin iddiaçının qanunsuz və əsassız xarakter daşıyan xəstəlik vərəqəsini sübut olaraq qəbul etməsi dəlili ilə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən cavabdeh iddiaçının təqdim etdiyi xəstəlik vərəqəsinin saxtalığını bildirsə də bununla bağlı məhkəməyə hər hansı sənəd və sübut təqdim edə bilməməsini və xəstəlik vərəqəsinin saxta və ya etibarsızlığına dair heç bir tələb irəli sürməməsini nəzərə almışdır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsi bu mövqeyi ilə razılaşır. Buna görə də kassasiya şikayətin bu dəlilini əsassız sayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilm iş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10245/2018 nömrəli iş üzrə 26 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi və vəkil2kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10245/2018 nömrəli iş üzrə 26 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1640/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1640/2019
05.03.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver