Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1640/2021 18.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilməsi, iddia müddətinin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7605/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli q ətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, İddiaçı ilə “xxxx” MMC arasında xx.xx.2017-ci il tarixli müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu Müqavilə tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər 1 ay müddətinə bağlanmışdır.
2. Həmçinin iş materiallarından görünür ki, “xxxx” MMC-nin xx.xx.2018-ci il tarixli, 1027/18ir saylı əmri ilə Əmək Məcəlləsinin 68- ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli m üddətli əmək müqaviləsi ləğv edilmişdir.
3. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, işdən azad olunan gün iddiaçı əmrlə tanış edilmiş, əmrin surəti və əmək kitabçası ona təqdim olunmuşdur.. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “işə bərpa olunma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının birinci xanımı, vitsePrezidenti, X2 prezidenti tərəfindən əvvəllər təmin edildiyi rəngsaz işinə cavabdeh “xxxx” MMC-nin baş direktoru Axundov X3 tərəfindən yenidən bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5. 22.05.2008-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən H.Əliyev adına dərin özüllər zavodunda rəngsaz olaraq işə qəbul edilmi şdir. Bir müddət işlədikdən sonra həmin zavodun bazasında xx.xx.2012-ci il tarixdə “xxxx” MMC yardımçı şirkəti yaranmışdır. Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinə əsasən hədəqorxu gələrək Neft Şirkətinin işçilərinə elan etmişlər ki, kim onlar tərəfə keçməsə işdən çıxarılacaq. “xxxx” MMC yardımçı şirkətinin işçisi az olduğuna görə, o da işdən azad olunmadığına görə həmin şirkətə keçmişdir. Bir müddət işləyəndən sonra xx.xx.2018-ci il tarixdə ixtisara salmışlar. Həmin şirkətdə şəhid ailələrini, müharibə veteranlarını, məcburi köçkünləri saxlamışlar. Onun da ata-ana himayəsindən məhrum olduğunu, iki azyaşlı uşaqlarının olmasını, dövlətin ona qayğısını, acınacaqlı vəziyyətini nəzərə almadan, onu Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinə əsasən hədə- qorxu gəlib işdən azad etmişl ər. Onun yerinə başqa adamı pulla işə götürmüşlər. Bu səbəbdən, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2020-ciil tarixli, 2(002)-831/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti üzrlü səbəb olmadan ötürmüş, yalnız 18 ay sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. Bundan başqa işin faktiki hallarından göründüyü kimi, iddiaçının mübahisələndirliyi əmr Əmək Qanunvericiliyinin tələblərinə riayət edilməklə verilmiş, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndi ilə mü əyyən edilmiş əsasla xitam verilmiş, iddiaçı işdən azad edilərkən cavabdeh tərəfindən iddiaçının Əmək qanunvericiliyində nəzərdə tutulan hüququ pozulmamışdır..
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68, 296-cı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7605/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(002)831/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında onların iradəsini ifadə edən əmək müqaviləsi bağlanmış, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndi ilə müəyyən edilmiş əsasla xitam verilmiş, iddiaçı işdən azad edilərkən cavabdeh tərəfindən iddiaçının əmək qanunvericiliyində nəzərdə tutulan hüququ pozulmamışdır.
13. Göründüyü kimi, cavabdeh tərəf müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə müəyyən edilmiş əsasla, həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş qaydad a xitam vermişdir.
14. Kollegiya iddiaçının yetim olması, uşaqlarının olmasının nəzərə alınmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd etmişdir ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin ikinci hissəsinə əsasən qeyd olunan hal müddətli əmək müqaviləsinə xitam verilməsi zamanı nəzərə alınmır.
15. Bundan başqa iddiaçı iddia müddətini də ötürmüşdür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəmə si işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək kassasiya şikayətinin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İddiaçı və vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdilər.
20. Cavabdehin nümayəndəsi məhkəmə iclasında vəkilsiz iştirak etdiy indən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Kassasiya baxışının hədləri
21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırk ı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Əmək Məcəlləsi
25. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. (Maddə 2.1)
26. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. (maddə 68.1)
27. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi əsaslarından biridir. (maddə 68, b bəndi)
28. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsin in həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. (maddə 296.2)
29. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. (maddə 296.3) Mülki Prossesual Məcəllə
30. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
31. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
32. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, h ərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
33. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
35. Kassasiya instansiyası mə hkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu isə apelyasiya baxışında sübut edilmişdir.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7605/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.