Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1640/2022 25.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDAD İ Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əliyev Ələsgər Əliabbas oğlu Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Nərimanov Rayon Məhkəməsinin 25.02.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “əmlakın açıq hərracda satılması və əldə edilmiş vəsaitin paylara uyğun bölünməsi” tələbinə dair ilk iddiası təmin edilmiş, Cavabdeh İddiaçı qarşı “kooperativ mənzildəki payların naturada bölgüsünün onun xeyrinə artırılması” tələbinə dair qarşılı qlı iddiasının, müstəqil tələb irəli sürən üçüncü şəxs X cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25.02.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X kassasiya şikayəti vermişdir. Üçüncü şəxs X verdiyi kassasiya şikayəti mülki işlə birlikdə Ali Məhkəməyə göndərilmişdir. Bundan sonra, Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə 09.02.2022-ci il tarixdə Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-nin 406.1-ci maddəsinə əsasən kassasiya şikayəti yazılı formada apelyasiya instansiyası məhk əməsi vasitəsi ilə verilir. Həmin Məcəllənin 406.2-ci maddəsinə görə kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə bilavasitə verilərsə, onda bu məhkəmə tərəfindən həmin şikayət bu Məcəllənin 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərilir. Yuxarıda göstərilən əsaslara görə hesab edirəm ki, Cavabdeh verdiyi kassasiya şikayəti MPM-in 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 112, 404-1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 oktyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti MPM-in 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-1640/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-1640/2022
25.02.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver