Məhkəmə qərarları › İş №2(102)-1641/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1641/2019

18.03.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1641/2019 18.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Hacıyev Sənan Firudin oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququ olmayan hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.09.2018-ci il tarixli 2(103)-7861/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı idd ia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanda yerləşən 20 saylı mənzilə istifadə hüququ olmayan hesab edilməsi, cavabdehin, uşaqları15 fevral 2007-ci il təvəllüdlü X1 və 16 aprel 2009-cu il təvəllüdlü X4 ilə özünə və uşaqlarına aid mənzildə olan əşyaları ilə birlikdə ünvan 1 ünvanda yerləşən 20 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 20 saylı mənzil qeydiyyat vəsiqəsinə əsasən İddiaçı anası X2 mülkiyyətində olmuşdur. X həmin mənzili 28 dekabr 2010-cu il tarixli bağışlama müqaviləsinə əsasən oğluna, yəni, İddiaçı bağışlamışdır. Tərəflər 27.01.2006-cı il tarixdə nikaha daxil olmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.05.2016-cı il tarixli qətnaməsi ilə nikahla rı pozulmuşdur və iddiaçı Cavabdeh hazırda iddiaçının ailə üzvü deyildir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı qarşı irəli sürdüyü “mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilmişdir. Lakin həmin qətnamə apellyasiya və kassasiya məhkəmələri tərəfindən ləğv edilmiş, Cavabdeh uşaqları ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 20 saylı mənzilə köçürülmələrinə qərar verilmişdir. Qətnamənin ləğv olunması üçün əsas kimi o göstərilmişdir ki, tərəflər arasında olan nikahın pozulması barədə qətnamə həmin vaxt qanuni qüvvəsini almamışdır. Bundan sonra, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmurları tərəfindən Cavabdeh uşaqları ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 20 sa ylı mənzilə köçürülmüşdür. Hal-hazırda isə tərəflər arasında olan nikahın pozulması barədə qətnamə qanuni qüvvəsini almış, yəni, Cavabdeh mübahisəli mənzilə olan istifadə hüququ artıq itirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 avqust 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Cavabdeh ünvan 2 ünvanda yerləşən 20 saylı mənzilə istifadə hüququ olmayan hesab edilməsi, Cavabdeh uşaqları - 15 fevral 2007-ci il təvəllüdlü X1 və 16 aprel 2009-cu il təvəllüdlü X4, özünə və uşaqlarına aid mənzildə olan əşyaları ilə birlikdə ünvan 1 ünvanda yerləşən 20 saylı mənzildən çıxarılmaları qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.Sarıyev, M.Məmmədov və E.Nağıyeva, iş 2(103)-11706/17) cavabd ehin apellyasiya şikayəti təmin edilməyərək hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 15 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının( hakimlər Qürbət Əsgərov, Gündüz Quliyev və Əhməd Nurməmmədov, ) 07 may 2018-ci il tarixli 2(102)-3128/18 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 15 noyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İsmayıl Xəlilov,Xəyalə Cəmilova və Abidin Hüseynov) 10.09.2018-ci il tarixli 2(103)-7861/2018 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, həmin iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 15 avqust 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh uşaqları 15 fevral 2007-ci il təvəllüdlü X1 və 16 aprel 2009-cu il təvəllüdlü X4 ilə ünvan 1 ünvanda yerləşən 20 saylı mənzilə istifadə hüquqlarının iki il müddətinə saxlanması, həmin müddətin axımının hazırkı qətnamə qəbul edildiyi andan (10 sentyabr 2018-ci il, cavabdehlərin mənzildə yaşadığı nəzərə alınır) hesablanması, iki il müddət başa çatdıqdan sonra (11 sentyabr 2020-ci il tarixdən) Cavabdeh uşaqları ilə birlikdə onlara aid əşyalarla ünvan 1 ünvanda yerləşən 20 saylı mənzildən çıxarılması qət edilmişdir. İddiaçı və vəkili Vəkil1 tə rəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.09.2018-ci il tarixli 2(103)-7861/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh faktiki olaraq uşaqlarla birlikdə gəlin gəldiyi günə kimi yaşadığı beş otaqlı mənzildə (valideynlərinə məxsus) yaşayırlar. Bunu sübut edən onun uşaqlarla görüşə imkanın yaradılmasına dair iddiasında cavabdehin bu faktı birinci instansiya məhkəməsində etiraf etməsidir. Bu barədə cavabdeh özünün apelyasiya şikayətində də göstərərək bildirib ki, onlar 2015-ci ilin may ayına kimi mübahisəli mənzildə yaşayıblar. Bundan əlavə cavabdeh maddi cəhətdən geniş imkanlara məxsusdur. Adına torpaq sahəsi və sair daşınmaz və daşınar əmlaklar var. Ayrıca yaşaya bilmə ləri üçün mülkiyyətində olan torpaq sahəsində fərdi tikilisi mövcuddur. Cavabdehin mübahisəli mənzildən istifadə hüququ onunla rəsmi nikah münasibətinə daxil olması ilə yarandığından, cavabdeh ailə münasibətlərində olduğu müddətdə də həmin mənzildən istifadə hüququnu realizə etmişdir. Deməli, cavabdehlə arasında nikah münasibətinə xitam verildiyindən onun mənzildən istifadə hüququna xitam verilərək, mənzildən istifadə etməsinin hər hansı hüquqi əsası qalmamışdır. Belə olan halda da hesab edir ki, apelyasiya instansiyası cavabdehə mənzildə yaşamaları üçün iki il müddət verməkdə haqlı olmamışdır. Göstərilənlərə əsasən hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)7861/2018 saylı iş üzrə çıxardığı 10.09.2018-ci il tarixli qətnaməsi ləğv edilməli və İddia tələbinin təmin edilməsi barədə y eni qərar qəbul edilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası iclasında İddiaçı və Cavabdeh vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onların izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş üzrə qətnamədən cavabdeh kassasiya şikayəti vermədiyindən, qətnamə cavabdehin kassasiya şikayətinə münasibətdə yoxlanılır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məh kəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, tərəflər 2006-cı ildə nikaha daxil olmuş, nikahlarından 15 fevral 2007-ci il təvəllüdlü X1 və 16 aprel 2009-cu il təvəllüdlü X4 anadan olmuş, ailə mübahisəli ünvan 1 ünvanda yerləşən 20 saylı mənzildə yaşamış və mənzil iddiaçının anasına X1ya məxsus olmuşdur. X1 həmin mənzili 28 dekabr 2010-cu il tarixli bağışlama müqaviləsinə əsasən oğluna, yəni, İddiaçı bağışlamış, sonuncunun adına mülkiyyət hüququ 26 yanvar 2011-ci il tarixdə qeydiyyata alınmış və tərəflər ailə olaraq orada yaşamaqda davam etmişlər. Həmçinin, apellyasiya instansiyası məhkəməsinin işin materialları ilə müəyyən etdiyi kimi Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli, 2(001)5776/2016 №-li qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə köçürülmə barədə iddiası rədd edilsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)8035/2016 saylı, 20 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə köçürülməsinə dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, Cavabdeh uşaqları ilə birlikdə İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 20 saylı mənzilə köçürülmələri qət edilmiş, apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1678/2017 saylı, 07 mart 2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən s axlanılmışdır. Hazırda iddiaçının tələbi cavabdehin mübahisəli mənzilə istifadə hüququ olmayan hesab edilməsi, cavabdehin, uşaqları ilə özünə və uşaqlarına aid mənzildə olan əşyaları ilə birlikdə sözügedən mənzildən çıxarılmaları barədədir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən son ra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil 26 yanvar 2011-ci il tarixdə iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçdiyindən və tərəflər mənzildə ailə üzvü kimi yaşadıqlarından cavabdehin mənzilə istifadə hüququ (etibarlı ailə münasibətləri əsasında) həmin tarixdən sonra yaranması, buna görə də hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarının tətbiq edilməli olmasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi düzgün olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisə həll edilərkən yuxarıda qeyd olunan normanın şərtlərinin mövcudluğu yoxlayarkən işin ara şdırılmış halları üzrə düzgün olaraq bu qənaətə gəlmişdir ki, cavabdeh artıq on ildən artıqdır ki, iki uşağı ilə birlikdə mübahisəli mənzildə yaşayır, hal-hazırda onların yaşamağa başqa yerləri yoxdur. İddiaçı bununla bağlı cavabdehin adına xüsusi mülkiyyətində 0,04 ha torpaq sahəsi və ev olmasını bildirsə də, sonuncunun həmin sahədə yaşamağın mümkün olması barədə heç bir sübut təqdim etməmişdir. Cavabdehin təqdim etdiyi evin fotoşəkillərindən görünür ki, orada yaşayış şəraiti yoxdur. Tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, həmin torpaq sahəsi ilə bağlı da, iddiaçının məhkəmə mübahisəsinə baxılır. Yəni real olaraq cavabdehin uşaqları ilə həmin evə köçərək yaşaması hazırda mümkün deyil. Cavabdehin yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keç irməyə əsasları yoxdur. Eyni zamanda onun maddi vəziyyəti və diqqətə layiq digər hallar (öhdəsində iki azyaşlı uşağının olması) özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları müəyyən müddət (iki il) saxlanmalı olmasına dair nəticəsi işin araşdırılmış hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Belə ki, cavabdeh iki uşağı ilə mübahisəli mənzildə uzun müddət yaşamış və həyatlarını həmin mənzilə uyğun qurmuşlar. Ailə münasibətlərinin pozulması ilə yeni münasibətlər yaranmışdır. Həmin münasibətlərin psixoloji təsirini yaşamaq, yeni yaşayış yeri axtarmaq, seçmək, qurmaq üçün vaxt lazımdır. Həmçinin də, apelly asiya instansiyası məhkəməsinin müəyyən etdiyi kimi, həmin müddət ərzində tərəflər arasında torpaq sahəsi ilə bağlı mübahisə başa çatmış olar, cavabdehin yaşayış yeri ilə bağlı münasibətlərə aydınlıq gətirilə bilər, eyni zamanda cavabdeh tərəf nikahdan sonra yaranmış vəziyyəti qiymətləndirməklə gələcək yaşayış yeri seçməklə bağlı müəyyən zəruri hərəkətlər etmiş olar. Yuxarıda qeyd olunan zəruri hərəkətlərin yerinə yetirilməsi üçün iki illik müddət ağlabatan müddət hesab oluna bilməsinə dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə məhkəmə kollegiyası razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək qeyd edir ki, iddiaçı cavabdehlə arasında nikah münasibətinə xitam verildiyindən onun mənzildən istifadə hüququna da xitam verildiyin dən mənzildən istifadə etməsinin hər hansı hüquqi əsası qalmamasını göstərsə də, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bu halı təsbit etməklə yanaşı eyni zamanda də həmin norma keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanmasının əsaslarını da təsbit etmişdir ki, həmin halların mövcudluğuna da apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları üzrə yuxarıda göstərilən qaydada düzgün hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edərək iddianın qismən edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün kassatora münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə dəlilləri əsassız olduğu üçün təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəmə si işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.09.2018-ci il tarixli 2(103)7861/2018 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar