Məhkəmə qərarları › İş №2(102)-1641/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1641/2023

10.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1641/2023 10.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Xalq Bankı”ın cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh1 və Cavabdeh5 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1641/2023 (Açar sözlər: mənzildən çıxarılma, mülkiyyət hüququ) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X21 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçı Açıq Səhmdar Cəmiyyəti “Xalq Bankı”ın cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh1 və Cavabdeh5 qarşı “əmlakın özgəsinin qanunsu z sahibliyindən geri tələb olunması və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1194/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 10 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 19 sentyabr 2014-cü il tarixdə xxxx ilə X6 arasında **********81314 saylı kredit müqaviləsi imzalanmış və həmin kredit müqaviləsi əsasında ASC “Xalq” Bankı tərəfindən cavabdeh X7 illik faiz dərəcəsi 19 % olmaqla 48 ay müddətinə 85.000 manat məbləğində kredit verilmişdir.

2. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün Cavabdeh3 ilə ASC “Xalq” Bankı arasında bağlanmış 19 sentyabr 2014-cü il tarixli, **********81314/1 saylı ipoteka müqaviləsinin şərtlərinə görə Şəki şəhəri Maksim Qorki küçəsində yerləşən 0,0493 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 154,7 kvadrat metr ümumi, 72 kvadrat metr yaşayış, 82,7 kvadrat metr köməkçi sahədən ibarət olmaqla, 4 otaqlı, 8 nömrəli ev, X10 ilə ASC “Xalq” Bankı arasında bağlanmış 19 sentyabr 2014-cü il tarixli, **********81314/2 saylı İpoteka müqaviləsinin şərtlərinə görə Şəki şəhəri Şərbablar küçəsində yerləşən 0,02 hektar torpaq sahəsi və X15 ilə ASC “Xalq” Bankı arasında bağlanmış 19 sentyabr 2014-cü il tarixli **********81314/3 saylı İpoteka müqaviləsinin şərtlərinə görə Şəki şəhəri Otaq eşiyi küçəsində yerləşən 0,0292 hektar torpaq sahəsi və həmin torpaq sa həsinin üzərindəki 1 mərtəbəli, 123,55 kvadrat metr ümumi, 45,79 kvadrat metr yaşayış, 77,76 kvadrat metr köməkçi sahədən ibarət olmaqla, 2 otaqlı, 14 nömrəli ev ipotekaya qoyulmuşdur.

3. Kredit borcu ödənilmədiyindən Şəki şəhəri Maksim Qorki küçəsində yerləşən 0,0493 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 154,7 kvadrat metr ümumi, 72 kvadrat metr yaşayış, 82,7 kvadrat metr köməkçi sahədən ibarət olmaqla, 4 otaqlı, 8 nömrəli evə tutma yönəldilmiş və həmin ev tələbkar ASC “Xalq Bank”ın mülkiyyətinə rəsmiləşdirilmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən ünvan 1 ünvan ında 0,0493 hektar torpaq sahəsində yerləşən 154,7 kvadrat metr ümumi sahəsi olan fərdi yaşayış evi ASC “Xalq Bank”ın xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Xalq Bankı”ın cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh1 və Cavabdeh5 qarşı “əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb olunması və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh1, Cavabdeh5, onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmamış ailə üzvləri X16, X17, X8 və X4 daxil olmaqla ailə üzvləri və digər şəxslərin 1 (bir) ay müddətində ASC “Xalq” Banka mülkiyyə t hüququ əsasında məxsus olan Şəki şəhəri, Maksim Qorki küçəsində yerləşən 0,0493 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 154,7 kv.m. ümumi, 72 kv.m. yaşayış, 82,7 kv.m. yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evindən çıxarılmaları, fərdi yaşayış evinin həmin şəxslərin qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC “Xalq” Banka təhvil verilməsi, iddia ərizəsinin verilməsinə görə 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə borc alan X10 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulmasına görə bank xx.xx.2014-cü il tarixli **********81314 №li kredit müqaviləsi üzrə iddiaçının (Kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” iddia tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-3/2020 saylı, 24 yanvar 2020-ci il tarixli qətnaməsi ilə fərdi yaşayış evinə tutma yönəldilməsi qət edilmişdir. Bank və borc alan Qafqaz Bağırov tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətləri Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1008/2020 saylı, 24 iyun 2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “Daşınar və Daşınmaz Əmlakın Satışı X24” MMC tərəfindən keçirilmiş hərraclarda həmin fərdi yaşay ış evi satılmadığından o, əldə edilməsi üçün Banka təklif edilmiş və Bank həmin təklifi qəbul etmişdir. Fərdi yaşayış evinin alqı-satqısı Hərrac təşkilatçısı, Şəki Rayon İcra Şöbəsi və Bank tərəfindən imzalanmış Hərrac təşkilatının hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli, 51/02 nömrəli protokolu və Bank ilə Hərrac təşkilatçısı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Fərdi yaşayış evinə Bankın mülkiyyət hüququ elektron qaydada əldə edilmiş xx.xx.2021-ci il tarixli ********** Qeydiyyat npmrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Bankın fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu əldə etməsindən 8 aydan artıq müddət keçməs inə baxmayaraq, Bank bu günədək Fərdi yaşayış evinə dair öz konstitusion hüquqlarından istifadə edə bilməmişdir. İddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh1, Cavabdeh5 onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmayan ailə üzvləri X16, X17, X8 və X4 daxil olmaqla ailə üzvlərinin və digər şəxslərin heç bir qanuni əsas olmadan yaşaması, həmin əmlaka qanunsuz sahiblik və istifadə etməsidir. Fərdi yaşayış evinə mülkiyyət hüququnun iddiaçıya keçməsinə, cavabdehlərin ipoteka predmetinə tutma yönəldikdə fərdi yaşayış evini dərhal tərk etmələri barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələrinə və Bank tərəfindən fərdi yaşayış evinin 30 (otuz) gün müddətindən gec olmayaraq boşaldılması barədə Cavabdeh3 xx.xx.2022-c i il tarixli, SK-XOxx.xx.2022-001 nömrəli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər fərdi yaşayış evini boşaltmırlar. Bununla da iddiaçının mülkiyyət hüququnu pozmaqla həmin əmlaka sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olurlar. Fərdi yaşayış evi Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh1, Cavabdeh5, X11, X12, X5 və X3 yaşaması faktı Şəki “ASAN” xidməti mərkəzi tərəfindən verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022-ci il tarixli, ******* №li arayış (Forma № 2) ilə təsdiq olunur.

7. Şəki Rayon Məhkəməsinin 2(075)-899/2022 saylı, 07 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddianın qismən təmin edilməsi, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, Ca vabdeh1, Cavabdeh5, onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmamış ailə üzvləri X16, X17, X8 və X1 Səhmdar Cəmiyyəti “Xalq Bankı”nın mülkiyyətində olan, Şəki şəhəri, Maksim Qorki küçəsində yerləşən 0,0493 ha torpaq sahəsindən, həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 154,7 kv.m ümumi, 72 kv.m. yaşayış, 82,7 kv.m. yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evindən çıxarılmaları və həmin yaşayış evinin boşaldılaraq ASC “Xalq” Bankına təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin olunmalıdır.

9. Məhkəmə hesab etmişdir ki, kredit borcunun ödənilməməsi səbəbindən hərracdan alınma yolu ilə mülkiyyətinə keçmiş mübahisə predmeti olan fərdi yaşayış evinin hazırkı mülkiyyətçisi ASC “Xalq Bank”ı cavabdehlərin Şəki şəhəri, Maksim Qorki küçəsində yerləşən 0,0493 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 154,7 kv.m. ümumi, 72 kv.m. yaşayış, 82,7 kv.m. yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evindən çıxarılmasını tələb etməkdə haqlıdır.

10. Məhkəmə iddia tələbinin “...onlarla birlikdə yaşayan...digər şəxslər...”-in də çıxarılması hissəsinə münasibət bildirərək hesab etmişdir ki, həmin hissədə çıxarılacaq şəxslərin dai rəsi məhkəmə üçün aydın və məlum olmadığından iddia həmin hissədə təmin edilməməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 27.2, 157.2, 178.1-ci maddələrinə, “İpoteka haqqında Azərbaycan Respublikası Qanunu”nun 59.3, 59.3.1, 59.3.2, 59.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Qətnamədən Cavabdeh3 və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.

13. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, yaşadığı ev onun adına olmaqla evin hərracda olmasından məlumatsızdır. Əmlakın on un adından çıxarılması barədə heç bir məlumatı olmayıb. Həmçinin məhkəmə onun evinə aidiyyatı olmayan şəxsləri cavadeh kimi qeyd etmişdir. Həmin evin ona və ya digər cavabdehlərə məxsus olmasına aydınlıq gətirilməmişdir. Cavabdeh6, Cavabdeh4, Cavabdeh7, Cavabdeh1 və Cavabdeh5 onun evinə heç bir aidiyyatı yoxdur. Məhkəmə qeyd edilən şəxslərin onun evinə aidiyyatı olmalarına və ya onlara aid olan evə iddianın qoyulduğunu aydınlaşdırmamışdır. Əgər həmin şəxslərin onun evinə aidiyyatı var idisə həmin şəxslərin ipoteka qoyulan zaman razılğı əldə edilməmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni və əsaslı deyil, iş üzrə müəyyən edilən hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Ümimiyyətlə qətnamə obyektiv, tam, hərtərəflli araşdırma nəticəsində qəbul edilməmişdir. Məhkəmə iclasında onun iştirakı təmin edilməmişdir. Məhkəmə müdafiəsindən istifadə hüquq pozulmuşdur. Məhkəmə işə baxarkən cavabdeh kimi onun iştirakını və qızı azyaşlı Cavabdeh2 iştirakını təmin etməmiş, qızı azyaşlı olduğu üçün Şəki rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik orqanının iştirakını təmin etməmişdir. Məhkəmə işə baxarkən digər cavabdehlərində iştirakını təmin etməmişdir. Qeyd etdiyi kimi, məhkəmə işində onun tərəfindən məhkəmə bildirişlərini almasına dair hər hansı bir rəsmi sənəd ola bilməz. O, məhkəməyə dəvət edilmədən məhkəmə qətnamə çıxarır və onun məhkəmədə müdafiə hüququnu pozur. Birinci insatansiya məhkəməsində iştirakları təmin edilmədiyi üçün heç bir sənəd təqdim edə bilməmişlər vəsatət verə bilməmişlər.

14. Şəki Apellya siya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1194/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Ayaz Mahmudov) Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Şəki Rayon Məhkəməsinin 2(075)-899/2022 saylı, 07 iyun 2022-ci il tarixli qətnaməsi Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, mülki iş materiallarına əlavə edilən 19 yanvar 2022-ci il tarixli, SK-XO19.1.2022-001 saylı ipoteka predmeti olan və mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan əmlakı tərk etmələrinə dair bildirişdən, eyni zamanda həmin b ildirişin cavabdehlərə təqdim edildiyini təstiq edən xəbərnamədən görünür ki, apellyator qanuna uyğun olaraq Şəki şəhəri Maksim Qorki küçəsində yerləşən 0,0493 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 154,7 kvadrat metr ümumi, 72 kvadrat metr yaşayış, 82,7 kvadrat metr köməkçi sahədən ibarət olmaqla, 4 otaqlı, 8 nömrəli evi tərk etməsi barədə xəbərdar edilmişdir. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0.0493 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi ASC “Xalq Bank”ın mülkiyyətindədir.

16. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki iş materiallarına əlavə edilən ASAN-Şəki t ərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, Cavabdeh1, Cavabdeh5, X16, X17, X8 və X2 şəhəri, Maksim Qorki küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evində yuxarıdakı şəxslər qeydiyyatdadırlar. Yuxarıda adlçəkilən şəxslər mübahisə predmeti olan fərdi yaşayış evində qeydiyyatda olduqları üçün, birinci instansiya məhkəməsi həmin şəxslərin Şəki şəhəri, Maksim Qorki küçəsində yerləşən 0,0493 ha torpaq sahəsindən, həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 154,7 kv.m ümumi, 72 kv.m yaşayış, 82,7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evindən çıxarılmalarına dair qərara qəbul edərkən düzgün nəticəyə gəlmişdir.

17. Bundan başqa məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə iclasında onun iştirakının təmin edilməməsi, məhkəmə müdafiəsindən istifadə hüququnun pozulması və digər dəlilinə qiymət verərək qeyd etmişdir ki, məhkəmə tərəfindən çəkişmə prinsipinin həyata keçirilməsi üçün şərait yaradılmışdır. Belə ki, iş materiallarında olan 29 mart 2022-ci il tarixli məhkəmə iclasına dəvət edilmə ilə bağlı bildirişdən və onun göndərilməsinə dair reyestrdən məlum olur ki, iş üzrə cavabdehə rəsmi qaydada məhkəmə iclasına dəvət olunmasına dair bildiriş poçt vasitəsi ilə onun faktiki yaşadığı ünvana göndərilmişdir. Bundan başqa iş materiallarında olan məhkəmə bildirişin cavabdehə çatdırılmasına dair xəbərnamədən göründüyü kimi cavabdehin həyat yoldaşı sözügedən xəbərnamələrə imzasını qeyd etməklə, məhkəmə iclaslarının vaxtı barədə cavabdehin məlumatlandırılacağı nı təstiq etmişdir. Cavabdeh2 yetkinlik yaşına çatmaqla hazırkı iş üzrə cavabdeh olmuş və o, hazırkı qətnamə ilə razılaşaraq onu mübahisələndirməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyatorun Cavabdeh2 adından hazırki qətnaməni mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəld iyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir.

19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.1.4, 152.1-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 59.3, 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

20. Qətnamədən Cavabdeh3 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırıl mış və əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni və əsaslı deyil, iş üzrə müəyyən edilən hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Ümimiyyətlə qətnamə obyektiv, tam, hərtərəfli araşdırma nəticəsində qəbul edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin iclasında cavabdehin iştirakı təmin edilməmişdir. Məhkəmə müdafiəsindən istifadə hüququ pozulmuşdur. Məhkəmə qətnaməsində qeyd edir ki, Cavabdeh6, Cavabdeh4, Cavabdeh7, Cavabdeh1 və Cavabdeh5 ASAN-ŞƏKİ tərəfində verilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadırlar. Lakin cavabdehlə heç bir qohumluq və ya hər hansı bir əlaqəsi olmayan şəxslərin onun evində qeydiyyatda olmaları mümkünsüz olan bir haldır. Qeyd edilən şəxslər faktiki olaraq özlərinə aid evdə qeydiyyatdadırlar və onların evlərinin ona heç bir aidiyyatı yoxdur. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə işə baxmış, apellyasiya şikayətinin dəlilləri araşdırılmamış və rəsmi surətdə məhkəməyə vəkil və nümayəndə olaraq ərizə təqdim edilməsinə baxmayaraq məhkəmə üzrlü səbəbləri nəzərə almamış, məhkəmə baxışında və qətnamədə təqdim edilən məhkəmə prosesinin təxirə salınması barədə cavabdehin nümayəndəsinin və vəkilinin ərizəsini belə müzakirə etməmiş, prosessual hüquq normasını pozmuş,cavabdeh tərəf olaraq onun müdafiə hüququnu pozmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası.

22. Maddə 13 (hissə İ). Azərbaycan Res publikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

23. Maddə 29 (hissə İV). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

24. Maddə 6.1.4. Mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır.

25. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

26. Maddə

152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək v ə ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə y ol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

29. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keç ir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:

30. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.

31. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipotekaqoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə məhkəmə qərarı əsasında məcburi qayd ada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkə məsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozunt u düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi, məhkəmə baxışında və qətnamədə təqdim edilən məhkəmə prosesinin təxirə salınması barədə cavabdehin nümayəndəsinin və vəkilinin ərizəsinin müzakirə edilməməsi, üzrlü səbəblərin nəzərə alınmaması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan 24 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, apellyasiya instansiyası məhkəməsi işdə iştirak edən şəxslərdən cavabdehin vəkilinin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü soruşmuş iddiaçının nümayəndəsi işə baxılmasına etiraz etməmişdir. Məhkəmə cavabdehin vəkilinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (i.v 159)

48. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Bu normanın tələbinə görə məhkəmə iclasına gəlməyən şəxs təkcə məhkəməyə gələ bilməyəcəyi barədə məlumat verməklə kifayətlənməməli, bunun üzrlü səbəbi barədə sübutu təqdim etməlidir. Cavabdeh tərəf q anunun bu tələbinə əməl etməmiş, üzrlü səbəb barədə sübutu təqdim etməmişdir.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur.

50. Həmçinin iş materiallarında olan 13 oktyabr, 10 noyabr və 24 noyabr 2022-ci il tarixli məhkəmə iclasına dəvət edilmə ilə bağlı bildirişlərdən, tərəflərə elektron qaydada göndərilmiş SMS bildirişlərdən, habelə cavabdehin və nümayəndəsinin bildirişləri almaları barədə poçt xəbərnamələrindən aydın olur ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə cavabdehlərə və Cavabdeh3 nümayəndəsi və vəkilinə rəsmi qaydada məhkəmə iclaslarına dəvət olunmalarına dair bildirişlər poçt vasitəsi ilə onların faktiki yaşadıqları ünvanlara göndərilmiş, eyni zamanda cavabdehlərə elektron qaydada göndərilmiş SMS bildirişlər vasitəsilə məlumat çatdırılmış, Cavabdeh3 qeyd olunan xəbərnaməyə imza etməklə qəbul etmiş, onun nümayəndəsi və vəkili Vəkil ünvanına göndərilmiş xəbərnamə isə “Ağayeva” soyadlı şəxs tərəfindən imzalanmaqla qəbul olunmuşdur. (i.v 155-156)

51. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutla rı araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

52. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kas sasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarını n sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

55. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasi ya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1194/2022 sayl, 24 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar