Məhkəmə qərarları › İş №2(102)-1641/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1641/2025

03.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1641/2025 03.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X1 İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa tələbi), iddia müddətinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh X1 İdarəsinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-393/2025 nömrəli, 06 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmə nin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X1 İdarəsinin (bundan sonra – cavabdeh) xx.xx.2018-ci il tarixli 73 nömrəli əmrinə görə, bağ fəhləsi vəzifəsində işləyən İddiaçı (bundan sonra – iddiaçı) ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı iddia tələbi və iddia tələbinin həcminin artırılması ilə bağlı ərizələrlə məhkəməyə müraciət edərək sözügedən əmrin ləğvini və işə bərpa edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o 2018-ci ilin fevral ayından 09 aprel 2018-ci il tarixədək cavabdeh Şirvan şəhəri Yaşıllaşdırma Təsərrüfatı İdarəsində (VÖEN ****** ****) bağ fəhləsi vəzifəsinə təyin edilmişdir. Səhhəti ilə əlaqədar işəgötürənə məlumat verməklə tutduğu vəzifə üzrə əmək fəaliyyətini davam etdirə bilməmişdir. Tutduğu vəzifədən azad edilməyi barədə məlumat verilməmiş, əmək müqaviləsinin ləğv edilməsi barədə bildiriş ona göndərilməmişdir. Uzun çəkən müalicə müddətindən sonra Şirvan şəhərində yaşamışdır. Hüquqi savadsızlığından əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürən tərəfindən verilmiş əmrdən məlumatsız olmuşdur. Belə ki, əmək müqaviləsi üzrə müəyyən edilmiş əmək haqqı ailəsinin maddi tələbatını ödəmədiyindən işdən çıxmaqla fərdi əməklə məşğul olmuşdur. Hazırda mühafizə xidmətinə işə düzəlmək üçün müraciət etdikdə barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiq etməklə əmək müqaviləsinə xitam verilməsi barədə m əlumat almışdır. Əmri rəsmi aldıqdan (xx.xx.2024-cü il tarixdə) dərhal sonra mediasiya təklifi gödərilmişdir. Cavabdeh Şirvan şəhəri Yaşıllaşdırma Təsərrüfatı İdarəsi tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar o idarəyə dəvət edilməmiş, hər hansı bir intizam tənbehi tətbiq edilmədən yaşadığı ünvana bildiriş, xəbərdarlıq vermədən barəsində xx.xx.2018-ci il tarixli, 73 nömrəli əmr tətbiq edilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair cavabdehin qanunsuz verdiyi əmrin ləğv edilməsinə dair qanunvericiliyin tələbinə əsasən mediasiya təşkilatına müraciət etmişdir. Əmək müqaviləsinin bağlanması ilə əlaqədar işəgötürən tərəfindən əmək kitabçasına müvafiq qeydlər aparılmamışdır. Digər tərəfdən çalışdığı müddət ərzində barəsində heç bir intizam məsuliyyəti tətbiq edilməmişdir. Ç alışdığı müddət ərzində kollektiv arasında yüksək nüfuz və hörmət qazanmışdır. Daima əmək müqaviləsi üzrə öhdəlikləri vaxtında və dəqiq icra etmişdir. İşində ciddi və məsuliyyətli olmaqla rəhbərlik tərəfindən qoyulmuş öhdəlik və tapşırıqlar layiqincə icra edilmişdir. Cavabdehin qanunsuz əmri nəticəsində əmək fəaliyyətini davam etdirə bilməmişdir. İşdən azad edilməyi ilə bağlı cavabdehin vermiş olduğu əmr əsassız və qanunsuz olmuşdur.

4. Birinci instansiya məhkəməsində məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmiş, X1 İdarəsinin rəisi Soltanov ağalar Ağasəf oğlu ərizə göndərərək iş üzrə iddia müddətini tətbiq edərək iddianın rədd edilməsini xahiş etmişdir.

5. Şirvan Şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(032)-1431/2024 nömrəli qətnaməsi ilə (A.Məmmədli ) iddia təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əmək vəzifələrini kobud şəkildə pozması (heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi), bu pozuntunu istisna edən halların olmaması və bu səbəbdən işdən azad edilməsi iş materialları və iddiaçının məhkəmə iclasınada verdiyi izahatlarla öz təsdiqini tapdığından, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar isə iş materialları ilə öz təsdiqini tapmadığından və iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, cavabdeh tərəfindən iddiaçının işdən azad edilməsi ilə bağlı əmrin verilməsi zamanı əmək qanunvericiliyinin pozulması halları müəyyən edilmədiyindən, eyni zamanda iddia müddəti ötürüldüyündən iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmə k Məcəlləsinin 11-ci maddəsinin “b” bəndi, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, 70-ci maddəsinin ç bəndi, 71.2-ci maddəsi, 72-ci maddəsi, 296, 375.2-ci maddəsi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarına, MPM-in 14.2, 77.1, 217.3, 107, 119.1 və 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti iddia ərizəsi ilə əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, gənc yaşlarında əmək fəaliyyətinə cavabdeh tərəfindən c iddi xələl gətirilməsi, onun səhhətində arzu olunmayan nəticələrə gətirib çıxara bilər. Göründüyü kimi iddiaçı 2018-ci ilin yanvar ayından həmin ilin aprel ayına qədər Şirvan şəhəri Yaşıllaşdırma Təsərrüfatı İdarəsində fəhlə olaraq işləmişdir. Orda işlədiyi dövrdə təxminən 3-4 gün işə getməmişdir. İşə getməməyi ilə bağlı rəhbərliyə və digər məsul şəxslərə məlumat verməmiş, rəsmi sənəd təqdim etməmişdir. Sonradan əmək haqqı onu qane etmədiyindən işdən çıxmışdır. İşdən çıxma əmrin surətini əldə etməmiş və həmin əmrdən xəbəri olmamışdır. Daha sonra hərbi xidmətdə olmuş, 2024-cü ilin aprel ayında hərbi xidmətdən qayıtmışdır. Hərbi xidmətdən gəldikdən sonra başqa yerə işə düzəlmək istəyəndə məlumatı olmuşdur ki, 2018-ci ildə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi il ə xitam verilmişdir. Hal-hazırda həmin əmrin varlığı onun hüquq və vəzifələrini məhdudlaşdırır və onun əmək fəaliyyəti ilə məşğul olmasına qadağa qoyur. Bununla da onun konstitusion hüquqları pozulmuşdur.

10. Apellyasiya şikayətində həmçinin bildirmişdir ki, qətnamədə ƏM-nin 294-cü maddəsinin və Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 28-ci və 35ci maddələrinin tələblərinə riayət olunmamışdır. Qanunvericiliyin tələblərinə uyğunsuzluq olaraq bütün hallarda məhkəməyə qədər müraciət üçün iddia müddətinin 1 (ay) təşkil etdiyi göstərilərək müddətin 1 ay 23 gün ötürüldüyü bildirilmişdir. Lakin məhkəmə tərəfindən ötürülmüş hesab edilən 1 ay 23 gün müddət bütövlükdə əmək mübahisələrinə baxan orqana sərf olunmuşdur. Əmək mübahisələrinə baxan orqanlara müraciət etdikdə qanunla nəzərd ə tutulan 1 aylıq iddia müddətinin dayandırıldığını və həmin orqanların müvafiq qərar qəbul etdikdən sonra həmin iddia müddətinin başlandığı haqqında qanunauyğunluqlara düzgün riayət olunmamışdır.

11. Şirvan Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-393/2025 nömrəli, 06 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.A.Əsədli (sədrlik edən və məruzəçi), A.N.Novruzova və T.X.Heydərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı özünün işdən azad edilməsindən 6 ilə qədər vaxt keçməsindən sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəll ənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək mübahisələrində iddia müddətinin keçməsi faktı iddianın rədd edilməsi üçün kifayətdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində qeyd olunub ki, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Həmin maddədə işlədilən “mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi məhkəmənin səlahiyyətini, “bərpa edərək” ifadəsi isə bu səlahiyyətini yaranmasının əsasını bildirir. Ona görə də məhkəmə əmək mübahisəsinə mahiyyəti üzrə o halda baxa bilər ki, iddia müddətini bərpa etsin. Səlahiyyətin əksi qadağadır. Ona görə də həmin ifadənin əksi, yəni “mübahisəyə mahiyyəti üzrə baxa bilməz” ifadəsi o mənanı verir ki, iddia müddəti keçdikdə məhkəmə yalnız bu fakta əsaslanaraq iddianı rədd etməlidir. İddia müddəti keçdiyi halda məhkəmənin etməli olduğu hərəkətlər barədə mülki hüquqa aid qaydalar (məhkəmənin qabaqcadan iddiaçının müv afiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırması) əmək münasibətlərində tətbiq edilməli deyil. Çünki, Mülki Məcəllənin 2.3-cü maddəsinə görə əmək münasibətləri, əgər əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulmayıbsa mülki qanunvericiliklə tənzimlənir. Hazırkı işə münasibətdə əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulub: iddia müddəti bərpa olunmursa məhkəmə mübahisəyə mahiyyəti üzrə baxa bilməz. Nəzərə alınmalıdır ki, işə mahiyyəti üzrə baxmadan subyektiv hüququn olubolmadığı və pozulub-pozulmadığı müəyyən edilə bilməz. Ona görə də məhkəmə əmək mübahisəsini həll edərkən iddiaçının müvafiq subyektiv hüquqa malik olub olmadığını və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığını araşdırmalı deyil, Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddia rədd olunmalıdır.

13. Belə ki, Əmək Məcəlləsi iddianın başlanğıcını təyin edərkən mülki qanunvericilikdən fərqli olaraq konkret gün müəyyən edib. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində həmin gün belə göstərilib: işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün. Bundan başqa, iddia müddətinin məqsədi həm də ondan ibarətdir ki, bu müddət məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qə rar çıxarmaq zərurətindən azad edir, bununla da məhkəmələrə mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Əmək mübahisələrinin həlli zamanı Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığı və həmin hüququn cavabdeh tərəfindən pozulub pozulmadığının araşdırılması iddia müddətinin özünün məqsədinə ziddir. Çünki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı sübutlar toplanmadan və qiymətləndirilmədən müəyyən edilə bilməz. Əks təqdirdə, belə nəticə hasil olur ki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla müəyyən edilməlidir.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin tətbiq edilməsi üçün ca vabdeh tərəfindən ərizə verilir. Belə ərizələri tərəflər öz iradələrini ifadə etmək üçün verir. Ərizə verən cavabdeh “iddia müddəti” anlayışını dərk etməlidir: bu, pozulmuş subyektiv hüququn müdafiəsi müddətidir. Ona görə də cavabdeh ərizə verməklə belə məzmunda iradə ifadə etmiş olur: iddiaçının subyektiv hüququ mövcuddur, həmin hüququ pozub, ona görə də pozulmuş hüququn müdafiəsi barədə tələbə iddia müddətinin tətbiq edilməsini istəyir. Əgər cavabdeh bunun əksini hesab edirsə, belə halda o, ərizə verməməli, bununla da iddiaçının subyektiv hüququnun mövcud olmadığı və ya mövcud olsa da həmin hüququ pozmadığı barədə iradə ifadə etməlidir. Göstərilən iradə ifadələri bir-birini təkzib etdiyinə görə eyni zamanda mövcud ola bilməz, ikisindən biri mövcud olmalıdır. İddia müddətinin tətbiqi barə də ərizə verilirsə, birinci iradə ifadəsi mövcud sayılır. Göründüyü kimi, iddiaçı iddia ərizəsi verməklə subyektiv hüququnun mövcud olduğunu və cavabdeh tərəfindən pozulduğunu iddia edir, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddiaçının hüququnun mövcud olduğunu və həmin hüququ pozduğunu etiraf edir. Belə vəziyyətdə məhkəmə subyektiv hüququn olub-olmadığı və pozulubpozulmadığı barədə araşdırma aparmalı deyil, çünki tərəflər öz hərəkətləri ilə belə araşdırmaya olan zərurəti aradan qaldırmış olurlar. Araşdırma isə tərəflər üçün həyata keçirilir, çünki araşdırmanın nəticəsində qəbul ediləcək qətnamə ilə tərəflərin hüquq və vəzifələrinə dair məsələ həll ediləcək. Ona görə də tərəflərin belə hərəkətindən sonra məhkəmənin araşdırma aparması mülki prosesin dispozitivlik pr insipinə ziddir. Hazırkı işdə iddiaçı iddia ərizəsi verib, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verib. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.

15. Mə hkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı iddia müddətini ötürmüşdür.

16. İşin hallarından görünmüşdür ki, İddiaçı səhhəti ilə əlaqədar işəgötürənə məlumat verməklə tutduğu vəzifə üzrə əmək fəaliyyətini davam etdirə bilməmiş və işdən çıxmaqla fərdi əməklə məşğul olmuşdur. Bu da onu deməyə əsas vermişdir ki, 9 aprel 2018-ci il tarixdən İddiaçı artıq cavabdeh tərəfindən onunla əmək müqaviləsinə xitam verildiyini bilmişdir.

17. Apellyasiya insansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı birinci instansiya məhkəməsi zamanı verdiyi izahatında onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsindən 2024-cü ilin aprel ayından, hərbi xidmətdən gəldikdən sonra məlumatlı olduğunu bildirmişdir. Hesab edilsə ki, iddiaçı hüqunun pozulduğunu 2024-c ü ilin aprel ayından bilmişdir, (qeyd edilməlidir ki, iddiaçı apelyasiya mərhələsində məhkəmə iclasında verdiyi izahatında əmrin verilməsindən 2024-cü ilin aprel ayının 20 də məlumatlı olduğunu qeyd etmişdir) iddiaçı yenə də məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürmüşdür. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi iddiaçı hüquqlarının pozulduğunu 2024-cü ilin aprel ayından bildiyini özü etiraf etmişdir. (Eyni zamanda iddiaçı 2018-ci ildən işə çıxmadığı üçün onunla əmək müqaviləsinə xitam veriləcəyini bilməli idi) iddiaçı hüquqlarının pozulduğunu 2024-cü ilin aprel ayından bil diyi halda bundan yalnız təxminən 3 ay sonra (xx.xx.2024-cü il tarixdə) cavabdehə mediasiya təklifi göndərək məhkəməyə müraciət üçün qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürmüşdür.

18. Apellyasiya instansiyası məhkəməsi digər tərəfdən qeyd etmişdir ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki,... məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən i ddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. İddiaçı tərəf isə, birinci instansiya məhkəməsinə ötürülmüş müddətin bərpasına dair ərizə verməmişdir.

19. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 372.1, 375.2-ci, Əmək Məcəlləsinin 70, 72, 76, 294, 296-cı maddələrinə, “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarlarına, MPM-i 14.2, 77.1, 372, 373-cü maddələrinə istinadla əsaslandı rmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti Mülki Məcəllənin 377.1-ci, Əmək Məcəlləsinin 56, 68, 70, 296cı, MPM-in 8, 9, 77.1, 88, 385, 388, 390 və 418-ci maddələrinə istinad edilməklə əsaslandırılmış, apellyasiya şikayəti ilə eynilik təşkil etmiş və əlavə onunla göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mülki işin faktiki hallarını araşdırarkan tərəflərin qarşılıqlı münasibətini nəzərə almamış və iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, işi hərtərəfli, tam və obyektiv tədqiq etmədən, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadan, işin faktiki hallarına qiymət vermədən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

24. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan R espublikasının Əmək Məcəlləsi

25. Maddə 70, “ç” bəndi. Özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

26. Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsir li hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya ci nayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

27. Maddə 76, 1-ci hissə. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

28. Maddə 294, 2-ci hissə. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır

29. Maddə 296, 1-ci hissə. Bu Məcəllənin 294-cü maddəsinin ikin ci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

30. Maddə 296, 2-ci hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

31. Maddə 296, 3-cü hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

32. Maddə 296, 6-cı hissə. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Mülki Prosessual Məcəllə:

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan mü əyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiy ası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Məhkəmə kollegiyası əmək münasibətlərində iddianın əsaslılığı yoxlanmadan iddia müddətinin tətbiqinin mümkünlüyü ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, bu mövqe Əmək Məcəlləsinin 296-cı maddəsini n 6-cı bəndinə uyğun olmuşdur. Həmin normanın məzmununa görə, iddia müddəti üzrlü səbəblərdən ötürülərsə, yalnız bərpa edildiyi halda fərdi əmək mübahisəsinə mahiyyəti üzrə baxıla bilər. Bu baxımdan, fərdi əmək mübahisələrinə dair iddialarda iddia müddətinin tətbiqinə dair ərizə təqdim edilərsə, iddia müddətinin keçməsi faktı iddianın rədd edilməsi üçün kifayətdir.

45. Lakin məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cavabdehin iddia müddətinin tətbiqinə dair ərizə verməsinin ona qarşı qaldırılmış iddianı etiraf etməsi kimi qiymətləndirməsi ilə bağlı mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, bu hissədə prosessual pozuntuya yol verilmişdir. İlk öncə bu mövqe məhkəmə kollegiyasının yuxarıdakı mövqeyi ilə (iddianın əsaslılığı yoxlanmadan iddia müddətinin tətbiqinin mümkünlüyü il ə bağlı) ziddiyyət təşkil etmişdir. Digər tərəfdən, ziddiyyət təşkil etməsəydi belə, prosessual pozuntu hesab ediləcəkdi, çünki, iddia müddətinin tətbiq edilməsinə dair ərizənin verilməsi ilə iddianın etiraf edilməsi tamamilə fərqli anlayışlardır. Hər iki halın tətbiqi qanunvericilikdə fərqli qaydalarla müəyyən edilmişdir: iddia müddətinin tətbiqinə dair ərizənin verilməsi maddi (MM-in 375.2-ci maddəsi), iddianın etiraf edilməsi isə prosessual (MPM-in 52.2-ci) normalarla tənzimlənmiş, iddia müddətinin tətbiqi iddianın rədd, iddianın etirafı isə təmin edilmə əsası kimi müəyyən edilmişdir.

46. İddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Bununl a da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan azad olsun. Qeyd edilənlər ona dəlalət edir ki, iddia müddətinin keçməsindən istifadə etmək hər borclunun (cavabdehin) ona qarşı irəli sürülmüş tələbdən fərdi müdafiə vasitəsidir.

47. Bundan fərqli olaraq, iddianın tam və ya qismən etiraf edilməsi MPM-in 52.2-ci maddəsində müəyyən edilən prosessual hüquqdur. Həmin normaya görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Bu hüquq iddianın təmin edilmə əsası, bu istiqamətdə cavabdehin iradə ifadəsidir.

48. İddia müddətinin tətbiqinə dair ərizədə iddianın etiraf edilə bilməsi də mümkündür, lakin bu o demək deyil ki, bütün iddia müddətinin tətbiqin ə dair ərizələrin hamısında cavabdehlər həm də avtomatik olaraq iddianı etiraf edirlər.

49. Əmək mübahisələrində iddia müddətinin keçməsi iddianın mahiyyəti üzrə araşdırma aparılmadan rədd edilməsi əsası olduğundan, onun tətbiqinə dair ərizənin verilməsinin iddianın etiraf edilməsi kimi qiymətləndirilməsi ümumiyyətlə yolverilməzdir. Lakin hazırkı mübahisə mülki mübahisə olsaydı belə, yenə də cavabdehin iddianın etirafı ilə bağlı hər hansı qeydi olmadığı halda iddia müddətinin tətbiqi barədə ərizəsinin iddianın etirafı barədə iradə ifadəsi kimi qəbul edilməsi mümkün olmayacaqdı. Belə ki, Konstitusiya Məhkəməsi də bir çox qərarlarında iddia müddəti ilə əlaqədar qeyd etmişdir ki, mülki hüquqda bu institut mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün fəallığını təşviq etmək məqsədinə yönəlmişdir.... İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. (Konstitusiya Məhkəməsi Ple numunun “X.Xəlilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 18 iyun 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 yanvar 2009-cu il tarixli Qərarı).

50. Göründüyü kimi, əmək mübahisələrindən fərqli olaraq mülki mübahisələr zamanı iddia müddətinin tətbiqinə dair ərizə verilsə belə, həmin ərizəyə münasibət bildirməmişdən əvvəl iddiaçının subyektiv hüququnun pozulması məsələsinin həll edilməsi məhkəmələrin vəzifəsi kimi müəyyən edilmişdir. Belə olan halda iddia müddətinin tətbiq edilməsi barədə ərizə iddia mahiyyəti üzrə araşdırılarkən iddianın təmin edilməsi istiqamətində sübut kimi qəbul edilə bilməz. Mülki mübahisələr zamanı iddia müddətinin tətbiq edilməsi barədə ərizə yalnız bir halda nəzərə alına bilər: iddianın əsaslılığı iddiaçı tərəfindən sübuta yetirildiyi halda onun rədd edilməsi üçün əsas ola bilər.

51. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, yol verilmiş prosessual pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmədiyindən, mübahisələndirilən qətnamənin ləğvi əsası hesab edilə bilməz. Belə ki, MPM-in 387.1-ci maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

52. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi hüquqi və faktiki əsaslara söykənmiş, kassasiya şikayətinin dəlilləri isə əsasən işin fakt iki təkrar qiymətləndirilməsinə yönəlmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinin tələblərinə ziddir.

53. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-393/2025 nömrəli, 06 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar