Məhkəmə qərarları › İş №2(102)-1642/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1642/2024

14.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1642/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, işə bərpa tələbi, fərdi əmək mübahisələri üzrə ümumi iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) “işə bərpa və məcburi işburaxmağa görə əmək haqqı” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2053/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 14 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş arayışı ilə, iş yerində aparılmış narkotestin nəticəsi (marixuana və kokain) İddiaçı müsbət çıxmışdır.

2. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli akta əsasən, İddiaçı xx.xx.2022-ci il tarixində 38/22 İ/A saylı “İşdən azad etmə haqqında” əmrlə tanış olsa da, əmri imzalamaqdan və əmri götürməkdən imtina etmişdir. Cavabdeh MMC-nin əmək kitabçasının uçot jurnalından görünür ki, əmək kitabçası İddiaçı xx.xx.2022-ci il tarixdə verilmişdir.

3. Cavabdeh MMC-nin ünvan 1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 356 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. Cavabdeh MMC-də “doker-mexanizator” vəzifəsində çalışmış vətəndaş İddiaçı işlədiyi müddət ərzində dəfələrlə müxtəlif bəhanələr gətirməklə işə davamiyyət qaydalarını pozaraq icazəsiz olaraq işdən yayınmışdır. Bununla bağlı rəhbərlik tərəfindən şifahi xəbərdarlıqlar edərək maddi vəziyyəti nəzərə alınmaqla humanistlik edilərək əmək fəaliyyətini davam etdirməsinə razılıq verilmişdir. İş yerlərində işçilərin vaxtaşırı tibbi müayinələri, o cümlədən alkotestlər və narkotestlər aparılır. xx.xx.2022-ci il tarixində Maraqlı şəxs tərəfindən aparılmış növbəti bu kimi müayinələr zamanı vətəndaş İddiaçı narkotestinin nəticələri müsbət çıxmaqla marixuana və kokain aşkar edilmişdir. Testin nəticələrinə uyğun olaraq rəhbərlik tərəfindən işçinin iş yerinə buraxılmaması və əmək fəaliyyətinə xitam verilməsi qərara alınmışdır. Bu məqsədlə Əmək Məcəlləsinin 83-cü, “Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydasına uyğun tələblərin yerinə yetirilməsi məqsədilə işçinin ofisə dəvət edilməsinə baxmayaraq ofisə gəlməkdən və əmrlə tanışlıqd an imtina etməklə yanaşı onları müvafiq orqanlara şikayət etməklə hədələmişdir. Buna baxmayaraq “doker-mexanizator” vəzifəsində çalışmış vətəndaş İddiaçı əmək kitabçasına işdən azad olunmasına istinad olaraq əmrin nömrəsi qeyd edilmiş, əmək kitabçası işçiyə imzası ilə geri qaytarılmış və Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə uyğun işçi və işəgötürən arasında son haqq-hesab aparılmışdır.

4. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1413/2023 nömrəli, 23 iyun 2023-cü il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və məcburi işburaxmağa görə əmək haqqı tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehin hüquqi ünvanı ünvan 2airəsinin aid olduğundan AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. 5. "xxxx" ASC-nin Ca vabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 5273 №-li məktubu ilə xx.xx.2021-xx.xx.2022-ci il dövrü üçün "xxxx" ASC-də olan kart hesabı üzrə mədaxil məlumatlarına əsasən, İddiaçı kartına xx.xx.2022-ci il tarixdə son haqq hesab kimi 78,51 manat vəsait köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı (bundan sonra iddiaçı və ya ad, soyad) nümayəndəsi və vəkili Vəkil Cavabdehnə (bundan sonra cavabdeh və ya MMC) qarşı Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçının xx.xx.2022-ci il tarixdən MMC-dən doker-mexanizator vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə qəbul olunmasını xa hiş etmişdir.

7. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad olunmaqla onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdən MMC-də doker-mexanizator vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə heç bir əsas göstərilmədən İddiaçı tutduğu vəzifədən uzaqlaşdırılmışdır. Onun işdən uzaqlaşdırılmasına əsas narkotik vasitələrin aludəçisi və istifadəçisi olması göstərilmişdir. Hazırki mübahisəli məsələnin nədən qaynaqlandığını aydınlaşdırmaq məqsədi ilə MMC tərəfindən işçinin işdən azad edilməsinə dair müvafiq əmr İddiaçı təqdim edilməmişdir. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, vətəndaşın işə bərpa edilməsinə, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Bundan başqa, əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir. Əslində onunla müddətsiz əmək müqaviləsi bağlanmış və həmin müqavilənin birtərəfli qaydada, əmrdə göstərilən şəkildə ləğv edilməsi qanunsuz olmuşdur. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir.

8. Cavabdehin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, ərizəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbi fərdi əmək mübahisəsindən irəli gəlir. Bu səbəbdən Əmək Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulan iddia müddətləri hazırki tələbə şamil edilir. Həmin maddənin ikinci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün ümumi iddia müddəti işçi hüqu qunun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı müəyyən edilmişdir. İddiaçının əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli əmr əsasında xitam verilmişdir. Cavabdehin əmək kitabçasının uçot jurnalından görünür ki, əmək kitabçası iddiaçıya xx.xx.2022-ci il tarixdə verilmişdir. Beləliklə, iddia müddətinin ötürülməsi şübhəsizdir. Bundan əlavə, əmr qanuni və əsaslıdır. Odur ki, iddia ərizəsinin iddia müddətinin keçməsi səbəbindən rədd olunmasını xahiş etmişdir.

9. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə elekton kabinet vasitəsilə cavabdehin nümayəndəsi tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, hazırkı mübahisəli məsələnin nədən qaynaqlandığını aydınlaşdırmaq məqsədi ilə MMC tərəfindən işçinin işdən azad e dilməsinə dair müvafiq əmr İddiaçı təqdim edilməmişdir. Müvafiq əmrin surətinin alınması məqsədi ilə onun tərəfindən xx.xx.2023-cü il tarixdə MMC-yə sorğu ünvanlanmış, İddiaçı MMC-dən doker mexanizator vəzifəsindən azad edilməsinə dair müvafiq əmrin surəti istənilmişdir. Sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixli S-M-039/23 saylı məktubun qoşmasında müvafiq əmrin surəti rəsmi qaydada verilmişdir. Əmrin surəti iddiaçıya rəsmi qaydada verildiyi tarixdən 1 ay tamam olmamış onun tərəfindən müvafiq məhkəməyə müraciət olunmuşdur. Hazırkı mübahisə üzrə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair məhkəməyə vermiş olduğu ərizəyə öz etirazlarını bildirirlər. Belə ki, qeyd olunduğu kimi cavabdeh iddiaçını əsassız olaraq işdən azad etsə də işdən azad olunmasına dair əmrin surətini i ddiaçıya təqdim etməmiş, onun hansı əsaslara görə işdən uzaqlaşdırıldığını işçiyə izah etməmişdir. Həmçinin məhkəmə prosesində cavabdehin nümayəndəsi tərəfindən işdən azad olunmaya səbəb iddiaçının narkotik vasitə olan kokain istifadəçisi olması bildirilsə də, belə olan halda işəgötürənin işdən çıxarılma dövrü üçün hüquq mühafizə orqanlarına bu barədə hansı səbəbdən məlumat verilməməsinə aydınlıq gətirilməmişdir. Xüsusi olaraq iddiaçının barəsində həqiqətə uymayan tibbi rəy vermiş tibb müəsisəsi, Maraqlı şəxsin (X2) hansı əsaslardan hüquq mühafizə orqanlarına kokain istifadəçisi olan şəxsin barəsində məlumat verməməsi də cavabsız və araşdırmasız qalmışdır. Qanunsuz və əsassız olan əmr ləğv edilməli, vətəndaşın işə bərpa edilməsinə, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair q ətnamə qəbul edilməlidir.

10. Məhkəmədə şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, iddiaçının bibisidir. Maraqlı şəxs tərəfindən iş yerində aparılmış narkotestin nəticənin (marixuana və kokain) İddiaçı müsbət çıxması ilə əlaqədar sonuncunun əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı narkotik maddələrdən heç vaxt istifadə etməmişdir. İddiaçı məsələni ona danışdıqdan sonra onun direktoru ilə əlaqə saxlamışdır. Direktor onu işlə təmin edəcəyinə söz versə də, buna əməl etməmişdir. Sərxanın anasının ağır xəstə, ailənin maddi durumunun çox pis olmasını qeyd edərək, nəzərə alınmasını xahiş etmişdir.

11. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixində “İşdən azad etmə haqqında” əmrlə tanış olsa da, əmri imzalamaqdan və on u götürməkdən imtina etdiyinə görə bu barədə akt tərtib edilmişdir. Əmək kitabçası ilə müvafiq jurnala imza olunmaqla həmin tarixdə ona təqdim edilmişdir. Bundan əlavə, iddiaçı təkrar müayinəyə dəvət edilsə də, bundan imtina etmişdir.

12. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, İddiaçı əməkdaş olmuş, o, Sərxanın birbaşa növbə rəisi olmuş, ona nəzarət etmişdir. İddiaçı gecə növbəsindən çıxarkən narkotiklə bağlı yoxlanış keçirilmiş, nəticələr çıxdıqdan sonra bəlli olmuşdur ki, İddiaçı narkotikdən istifadə etmiş, bununla əlaqədar işdən çıxarılmışdır. İddiaçı ümumiyyətlə mütəmadi əmək intizamını pozmuş, işburaxmaya yol vermişdir.

13. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixində “İşdən azad etmə haqqında” əmrl ə tanış olsa da, əmri imzalamaqdan və onu götürməkdən imtina etmişdir. Bununla əlaqədar olaraq müvafiq akt tərtib edilmişdir.

14. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e2(060)-4607/2023 nömrəli, 24 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) iddia təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə müqavilə ilə MMC-də doker-mexanizator vəzifəsinə işə götürülmüşdür. İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdə Maraqlı şəxs tərəfindən iş yerində aparılmış narkotestin nəticəsi (marixuana və kokain) İddiaçı müsbət çıxması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ikinci hissəsinin “ç” bəndinə əsasən xitam veri lmişdir. Cavabdehin əmək kitabçasının uçot jurnalından görünür ki, əmək kitabçası iddiaçıya xx.xx.2022-ci il tarixdə verilmişdir. İddiaçı kartına xx.xx.2022-ci il tarixdə son haqq hesab kimi 78,51 manat vəsait köçürülmüşdür. O, əmrlə tanış olsa da, əmri imzalamaqdan və əmri götürməkdən imtina etmişdir. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, araşdırılan mübahisə üzrə cavabdehin nümayəndəsi ərizəyə etiraz edərək iddia müddəti ötürüldüyündən tələbin rədd edilməsini xahiş etmişdir.

16. Məhkəmə ərizəyə münasibətdə qeyd etmişdir ki, qanunvericilikdə bu növ tələblərin irəli sürülməsi üçün müəyyən edilmiş iddia müddəti keçdiyindən təmin olunmamalıdır. Belə ki, cavabdeh tərəfindən məhkəmə qərarı çıxarılanadək iddia müddətinin tətbiqi barədə ərizə verilmiş, eləcə də işin faktiki hallarından və süb utlardan görünür ki, iddiaçı sözügedən tələblər üzrə Əmək Məcəlləsində nəzərdə tutulmuş prosessual müddətləri ötürmüşdür.

17. Məhkəmə iddiaçının nümayəndəsinin iddia müddətinin üzürlü səbəbdən ötürməsinə dair arqumenti ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilən gün əmək kitabçası müvafiq qeydlər aparıldıqdan sonra ona verilmişdir. Bundan əlavə, iddiaçıya işdən çıxarılması ilə əlaqədar son haqq-hesab da onun bank kart hesabına həmin tarixdə cavabdeh tərəfindən ödənilmişdir. Eyni zamanda, əmrin surəti iddiaçıya həmin gün təqdim edilmiş, lakin o, götürməkdən imtina etdiyindən müvafiq akt tərtib olunmuşdur. Bu hal sözügedən aktla yanaşı şahid ifadələri ilə də təsdiq olunur. Bunu təkzib edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. M əhkəmə hesab etmişdir ki, iddiaçıya əmək müqaviləsinə xitam verilərkən müvafiq əmək kitabçası xx.xx.2022-ci il tarixdə təqdim edilmiş və orada qeydlər edilmiş, iddiaçının bundan məlumatı olmuşdur.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə, 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddənin 2-ci hissəsinə, 72-ci maddənin “b” bəndinə, 296-cı maddəsinin 2, 3, 6-cı bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

19. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti iddia tələbində qeyd olunan dəlillərə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsinə çağırılan şahidlər Fərid Əjdərov və Azər Əliyev cavabdehin maraqlarının qorunması istiqamətində həqiqətə uymayan yalan ifadələr vermişlər. Belə ki, məhkəmə iclasında dindirilən şahidlərin hər birinin eyni məzmunlu ifadə verməsi onların işəgötürən (cavabeh) tərəfindən öncədən öyrədilməsi faktını təsdiq edir. Həmçinin qeyd etmək lazımdır ki, məhkəmə iclasına iddiaçı tərəfindən çağırılan şahid Nailə Quliyeva məhkəmə dindirilərkən onun vermiş olduğu ifadələr təhrif edilmiş, ümumiyyətlə şahidin vermiş olduğu əsas dəllilər qətnamədə öz əksini tapmamışdır. İddia tələbində də göstərildiyi kimi, iddiaçıya işdən hansı əsasa görə azad edilməsi işəğötürən tərəfindən izah edilməmiş, əmək kitabçası təqdim edilsə də işdən çıxma barədə əmrin surəti verilməmişdir. Bu faktın olmasına baxmayaraq məhkəmə tərəfindən işçinin işdən çıxması barədə əmrin surəti hansı səbəbdən işçiyə verilməməsi, əgər cavabdehin məhkəməyə çağırmış olduğu şahidlərin sözlərinə inanaılsa belə nə səbəbə əmrin poçt vasitəsi ilə iddiaçıya göndərilməməsi sual edilməmişdir.

21. Apellyasiya məhkəməsinin iclasında iddiaçının nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, məhkəmə ədalət mühakiməsi zamanı prosessual araşdırmanı qeyri-obyektiv həyata keçirilib. Məhkəmə iş üzrə yekun nətic əyə gələrkən iş materiallarındakı sənədlərə deyil, cavabdeh müəssisədə müxtəlif vəzifələrdə çalışan şəxslərin ifadələrinə əsaslanmışdır. Həmin şəxslər bildiriblər ki, iddiaçı işdən çıxma barədə əmri qəbul etməkdən imtina edib və bu barədə lazımi qaydada məlumatlandırılıb. Qeydiyyat jurnalında iddiaçının əmək kitabçasını götürməsinə dair qeyd olsa da əmri götürməkdən imtina etməsinə dair heç bir qeyd yoxdur. İş materiallarındakı akt iddiaçının iştirakı olmadan tərtib olunub. İşdən çıxarılma əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi göstərilmişdir. Maraqlı şəxs rəy verib ki, iddiaçı kokain tərkibli narkotik vasitədən istifadə edir. Amma bu barədə məsələnin aydınlaşdırılması üçün birinci instansiya məhkəməsində şifahi vəsatət verilib. Həmin rəyi vermiş orqanın nümayəndəsinin məh kəmə iclasında iştirakı təmin olunmadı. İştirakdan əlavə rəyə dair rəsmi açıqlama da məhkəməyə təqdim olunmadı. Cavabdeh müddətin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı bu hissə ilə razı deyil. İşçi hüququnun pozulduğu barədə məlumatlı olduğu andan 1 ay ərzində məhkəməyə müraciət edə bilər. Hüquqlarını müdafiə etdiyi şəxsin işdən azad edilməsinin əsası onun işdən çıxarılması barədə əmrdə göstərilib. İddiaçı hüquqşünas deyil. O, dərk etməyib ki, bu formada işdən çıxarma əsası onun üçün hansı nəticələrə gətirib çıxara bilər. Əmək Məcəlləsinin 296.2-ci maddəsinin 3cü hissəsinə əsasən yalnız əmək kitabçası, sonuncu haqq hesab deyil, o cümlədən işçinin işdən azad olunması barədə rəsmi əmrin surətinin də işçiyə təqdim olunması işəgötürənin öhdəliyidir. Məhkəmə qətnaməsi il ə tanış olarkən aydın oldu ki, tərəfindən çağırılmış şahidin ifadəsi məhkəmə tərəfindən təhrif edilib. Belə ki, İddiaçı bibisi Nailə Quliyevanın iclasda şahid qismində dindirilməsinin səbəbi işəgötürənlə Nailə Quliyeva arasındakı telefon danışığından sonra onların üçünün canlı görüşü olub. Şirkətin direktoru olan Emin adlı şəxs həm iddiaçıya anlaşılmazlığın aradan qaldırılacağını bildirib, həm də bibisinə də deyib ki, iddiaçı qısa müddətdə işə bərpa olunacaq və onun üzərindən bu “damğa” götürüləcək. Amma verilən vədə əməl olunmayıb. Məhkəməyə iddia verməkdə başlıca məqsəd təkcə işə bərpa deyil. Şəxsin barəsində formalaşdırılmış təsəvvür, yəni əmrin verilmə əsasıdır. Əgər iddiaçı həqiqətən hansısa narkotik vasitənin istifadəçisi olsa, gəlib məhkəmə iclasında öz hüquqlarını adekvat şəkildə m üdafiə edə və fikirlərini səsləndirə bilməzdi. Kokain damar vasitəsilə inyeksiya olunan narkotik vasitədir. Ondan istifadə edən şəxsi məhvə doğru aparır. Mütəmadi olaraq kokain istifadə edən şəxsin reaksiyaları iddiaçı kimi adekvat və normal olmur. Qeyd olunur ki, işəgötürən təkrar ekspertiza keçirilməsini iddiaçıdan tələb etsə də iddiaçı bununla razılaşmayıb, bu tamamilə absurddur. İddiaçı əmindir ki, narkoman deyil. Bilirdilər ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər və bununla da iddianın perspektivi azala bilər. Amma məqsədləri iddiaçının üzərindən narkoman damğasının götürülməsidir. Əgər qəbul edilsə ki, cavabdeh iddiaçını işdən çıxarmaqda haqlıdır, bu həm də o deməkdir ki, cavabdeh müəssisədə narkotik vasitədən istifadə olunur və müəssisən in tibb hissəsi narkomanı gizlədir. Bu da özlüyündə cinayətdir. O, ölkə hüdudlarından kənarda olduğu üçün tərəfi professional hüquqi yardımla təmin etmək üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdi. İddiaçı hansı şahidə hansı sual verilməli olduğunu bilməyə bilərdi. Məhkəmə isə onun xahişini nəzərə almadı, işə iştirakı olmadan baxıldı və şahidlər dindirildi. Rəyi vermiş müəssisə də məhkəmə iclasında təmsil olunmadı, bu və ya digər qaydada rəyə heç bir rəsmi aydınlıq gətirmədi. Məhkəmə işin faktiki hallarını mütləq nəzərə almalı və təkcə prosessual normalara istinad etməklə kifayətlənməməlidir. Əlavə olaraq qeyd olunmalıdır ki, əmək kitabçası, işdən çıxarma barədə əmrin surəti və sonuncu haqq hesab işçiyə mütləq təqdim olunmalıdır. Qarşı tərəf ötən məhkəmə iclasında bildirmişdir ki, bunlardan yalnız birinin verilməsi də kifayətdir. İddiaçıya əmək kitabçası verilsə də əmrin surətini almayıb. Son haqq-hesab onun bank hesabına köçürülməyib. Köçürülən məbləği də bank hesabdan silib və iddiaçı onu məxaric edə bilməyib. Yalnız vəkillə müqavilə bağlayandan sonra cavabdeh müəssisəyə verdiyi sorğu əsasında əmri almış və iddiaçının işdən çıxarılma əsası onlara məlum olub. Məhz bu anla əmrin mübahisələndirmə müddəti kəsilir. Əgər iddiaçı narkotik vasitənin istifadəçisi idisə, işəgötürən hüquq mühafizə orqanlarına müraciət etməli idi. Medasiya mərhələsində şəxsən şirkətin direktoru ilə danışıb, o, məsələnin yoluna qoyulacağını və əmək kitabçasında dəyişiklik olacağını vəd etmişdir. Sonradan iddiaçı, onun bibisi və cavabdeh müəssisənin direktoru görüşüblər. Şikayətlər əsasınd a anoloji məsələlərə görə cavabdeh müəssisənin direktoru işdən azad edilib. Yəni kimisə işdən azad etmək istəyirlərsə, ona narkoman damğası vurmaqla azad edirlər. Şirkətin fəaliyyəti ilə bağlı da bir çox araşdırılmalı məqamlar var. Həmin şirkət barəsində qeyri-prosessual hərəkətlər edildiyi üçün xüsusi qərardad qəbul edilməsini xahiş edir. Cavabdeh müəssisə xarici hüquqi şəxsin nümayəndəliyidir. Bilməlidir ki, Azərbaycan Respublikası ərazisində qanunvericiliyin tələblərinə tabedir. Kimsə razılaşıb qorxaraq ərizəsini könüllü yazırsa, problem yaşamır. Ərizəsini yazmaq istəməyən işçilərə narkoman damğası vurulur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəmməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul ol unmasını xahiş edir.

22. Apellyasiya məhkəməsinin iclasında cavabdeh MMC-nin nümayəndə və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, apellyasiya şikayəti tamamilə iddia ərizəsinin təkrarıdır. Mahiyyəti üzrə bunu deyə bilər ki, müəssisənin direktoru sadəcə insanlıq naminə iddiaçıya “Sea Breeze” istirahət mərkəzində ofisiant vəzifəsində iş təklif etmişdi. İddiaçı isə ofisiant işləmək istəməməsi əsası ilə təklifi rədd etmişdi. Halbuki cavabdehin direktorunun belə bir vəzifəsi yox idi. Üçüncü şəxs Maraqlı şəxs vaxtaşırı müəssisədə belə monitorinqlər keçirir. Maraqlı şəxs lazımi sənədləri məhkəməyə təqdim etmişdi. Burada əsas məsələ müddət məsələsidir. Əmək Məcəlləsinin 296.3-cü maddəsində hüququn aşkar edildiyi anın müəyyən olunması ilə bağlı göstərilir ki, tərəf müəyyən sənədləri əldə etmiş olmalıdır. Amma bu o demək deyil ki, iddiaçı bütün sənədləri mütləq əldə etməli idi və müddətin axımı da yalnız bundan sonra başlamalı idi. İddiaçı əmək kitabçasını təhvil alıb, amma xitam barədə əmri götürməkdən imtina edib. Əmri almasa belə kitabçanı alması artıq onun məsələdən xəbərdar edildiyinin sübutudur. Həmin şəxş əmək kitabçasını aldığı 2022-ci ilin avqust ayında Əmək Müfəttişliyinə şikayət edib. Deməli o, iddia etdiyi formada hüquq pozuntusu faktından xəbərdardır ki, bu formada da şikayət verib. Daha sonra bildirdi ki, analizlər bir neçə maddə üzrə götürülüb və iddiaçının analiz nəticələri iki maddəyə (marixuana və kokain) müsbət cavab verib. Bunun səbəblərini sahənin mütəxəssisi daha yaxşı bilər. İddiaçının birinci instansiya məhkəməsindəki davranı şı barışığı istisna edir. İddiaçı artıq başqa yerdə işləyir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəmməsinin qətnaməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(105)-2053/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2021-ci il tarixdə müqavilə ilə MMC- də doker-mexanizator vəzifəsinə işə götürülmüş, əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdə Maraqlı şəxs tərəfindən iş yerində aparılmış narkotestin nəticəsi (marixuana və kokain) İddiaçı müsbət çıxması ilə əlaqədar Əmək Məcəlləsinin 70-ci maddəsinin ikinci hissəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Cavabdehin əmək kitabçasının uçot jurnalından görünür ki, əmək kitabçası iddiaçıya xx.xx.2022-ci il tarixdə verilmişdir. İddiaçı kartına xx.xx.2022-ci il tarixdə son haqq hesab kimi 78,51 manat vəsait köçürülmüşdür. O, əmrlə tanış olsa da, əmri imzalamaqdan və əmri götürməkdən imtina etmişdir. Bundan başqa iş materillarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Xidməti Bakı şəhər idarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixli müraciətinə əsasən irəli sürdüyü tələblə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Hazırkı iddia ilə isə iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmri mübahisələndirməmişdir.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı iddia müddəti ötürülməklə iddia ərizəsi ilə müraciət etdiyindən iddia tələbi təmin edilə bilməz. İddiaçı apellyasiya şikayətində qətnamənin qanunsuz və əsassız olduğunu qeyd etsə də, məhkəmə kollegiyasının iclasında buna dair dəlilini əsaslandıra, sübuta yetirə bilməmişdir. Halbuki qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf öz tələb və etirazlarını əsaslandırmalı, sübuta yetirməlidir. İddiaçının apellyasiya şikayətində qeyd edilən dəlilləri iddia ərizəsində qeyd edilən dəlillərlə eynilik təşkil edir. Həmin dəlillərə isə məhkəmə qətnaməsində araşdırılaraq qiymət verilmişdir.

26. Məhkəmə kollegiyası iddiaçının məhkəmə qətnaməsində şahid ifadələrinin təhrif edilməsinə dair dəlili ilə əlaqədar qeyd etmişdir ki, bu dəlil də əsassızdır. Belə ki, qanunvericiliyin tələblərinə görə məhkəmə iclas protokoluna qeydlər verilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən isə məhkəmə iclas protokoluna qeydlər verilməmişdir.

27. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı Əmək Məcəlləsinin 68ci maddəsinin 1-ci hissəsinə, 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddənin 2-ci hissəsinə, 72-ci maddənin “b” bəndinə, 296-cı maddəsinin 2, 3, 6-cı bəndlərinə, Mülki Məcə llənin 375.2-ci və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4 və 384.0.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

28. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti iddia ərizəsinə və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı tərəfindən hakimə təqdim edilən sübutlara (cavabdehlə iddiaçı arasında olan yazışmalar, fotoşəkillər) məhkəmə prosesi zamanı münasibət bildirilməmiş, həmçinin qətnamədə də sübutlara hüquqi qiymət verilməmişdir. Bel ə ki, bu prosessual pozuntu əslində məhkəmənin iddiaçı tərəfindən təqdim edilmiş, tam şəkildə iddianın əsasını təşkil edən sübutlara hüquqi qiymət vermədiyini təsdiq edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

30. Cavabdeh iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, etirazında göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.

31. Maddə 2. (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

32. Maddə 2. (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

33. Maddə 35.2. (3-cü hissə). Həmin Məcəllə əmək münasibətlərində ola n tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun əliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.

34. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

35. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

36. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini ) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

37. Maddə 72 (“b” bəndi). Alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

38. Maddə 186 (2-ci hissə). İşçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin “ç” bəndində nəzərdə tutulmuş “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbehini verə bilər.

39. Maddə 296 (2-ci hissə). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

40. Maddə 296 (3-cü hissə). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsi nin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür.

41. Maddə 296 (6-cı hissə). Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

42. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxa rması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

43. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.

44. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.

45. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

46. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

49. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

56. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunm aması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apel lyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahi sənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının kassasiya şikayətinin məhkəmə baxışı zamanı tərəfindən hakimə təqdim edilən sübutlara (cavabdehlə iddiaçı arasında olan yazışmalar, fotoşəkillər) məhkəmə prosesi zamanı münasibət bildirilməməsi, həmçinin qətnamədə də sübutlara hüquqi qiymət verilməməsi barədə d əlilləri əsassızdır. Çünki iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlar məhkəmələr tərəfindən araşdırılaraq hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.

62. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

63. Məhkəmə kollegiyası həmçin in qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

64. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

65. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti t əmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2053/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar