Məhkəmə qərarları › İş №2(102)-1643/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1643/2020

19.03.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1643/2020 19.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, cavabdehin vəkili Cəlalzadə Mehdi Qurbanəli oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 18 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh x2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 mart 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.Məmmədov, iş № 2(006 )-4261/2019 saylı mülki iş) iddia təmin edilmiş, x1 faktiki sahibliyində olan Sumqayıt şəhər, Qurd dairəsi, Kanal qırağında yerləşən, 0,4 ha ibarət olan torpaq sahəsində yerləşən fərdi yaşayış evindən x2nın çıxarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Abbasov (sədrlik edən, məruzəçi),Ş.Abasov və T.Məmmədov, 2(105)-3097/2019 saylı mülki iş) hazırki iş üzrə Sumqayıt Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı x1 cavabdeh x2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, x1 faktiki sahibliyində olan Sumqayıt şəhər, Qurd dairəsi, Kanal qırağında yerləşən, 0,4 ha ibarət olan torpaq sahəsində yerləşən fərdi yaşayış evindən x2nın çıxarılması barədə q ətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh x2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. İddiaçı x1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Cəlalzadə Mehdi Qurbanəli oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lak in apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Müəyyən edilmişdir ki, iddiaçı x1 mübahisəli evin və evin yerləşdiyi torpaq sahəsinin dəyərini, torpağın və evin əvvəlki sahibi x2 ödəmiş, sonuncu torpaq sahəsini, evi boşaltmış, evin kommunal xidmətləri iddiaçı x1 adına keçmiş və sonuncunun oğlu evdə yaşamağa başlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 159-cu maddəsinə görə sahiblik ə şyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 163.1 və 163.2-ci maddələrinə görə sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi, həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1 -ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davanı edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulm ası üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmin Məcəllənin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Hazırki işdə iddiaçı 5000 manat pul müqabilində torpaq və ev üzərində faktiki sahibliyi olan cavabdehdən həmin hüquqları əldə etmiş, başqa sözlə, cavabdeh özünün əşyaya olan sahiblik hüquqlarını pul müqabilində iddiaçıya satmışdır. Buna görə də, cavabdeh torpaq və ev üzərində sahibliyini pul müqabilində iddiaçıya satmışdır, belə olan halda da, iddiaçının əmlakın sahibi kimi aldığı torpaq və evi boşaltmağı cavabdehdən tələb etmək hüququ vardır. Mülki Məcəllənin 158.1.2-ci və 158.4-cü maddələrinə görə mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır və mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilmə məlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh x2nın kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 18 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar