Məhkəmə qərarları › İş №2(102)-1643/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1643/2024

16.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1643/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: mənzildən istifadə qaydalarının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzildən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-948/2023 nömrəli, 26 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən v erilmiş kassasiya şikayəti üzrə işə 16 may 2024cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.1984-cü il tarixli, 00352 saylı orderə əsasən Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30 ünvanında yerləşən 37 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla X1 özü daxil olmaqla 8 nəfərdən ibarət ailə üzvünə verilmişdir.

2. Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30 ünvanında yerləşən 37 saylı mənzildə İddiaçı1, Cavabdeh, X8, X5 və İddiaçı2 qeydiyyatdadırlar

3. X3 xx.xx.1985-ci il tarixində vəfat etmişdir.

4. Tərəflər arasında mübahisə mənzildən istifadə qaydalarının müəyyən edilməsi ilə bağlı yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə ünvan 1 ünvanda yerləşən 37 saylı mənzildən istifadə qaydasının müəyyən olunması, mənzilin iki otağının cavabdehin istifadəsinə verilməsi və yerdə qalan iki otağının isə, iddiaçıların hər birinə bir otaq olaraq istifadələrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30 ünvanda yerləşən 37 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla xx.xx.1984-cü il tarixli 00352 nömrəli order əsasında X1 özü daxil 8 nəfərdən ibarət ailə üzvünə verilmişdir. X4 hazırkı iş üzrə tərəflərin, yəni həm iddiaçıların, həm də cavabdehin atasıdır. O, xx.xx.1985ci ildə ölmüşdür. Tərəflərin anası xx.xx.1998-ci il tarixdə ölmüşdür. Hazırda həmin mənzildə mənzilin orderində adları göstərilən şəxslərdən iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh, arvadı və iki övladı ilə birlikdə yaşayır. Mənzil 4 otaqdan ibarətdir. Buna baxmayaraq cavabdeh və onun ailə üzvləri mənzilin 3 otağından istifadə edir və mənzilin orderində adı olan mənzilin özəlləşdirilməsində iştirak etmək hüququna malik iddiaçılar isə ikisi birlikdə mənzilin bir otağından istifadə edirlər. İddiaçılardan İddiaçı2 birinci qrup əlildir. İddiaçılar dəfələrlə cavabdehə müraciət edərək mənzildən istifadə qaydasının müəyyən edilməsi, yəni mənzilin iki otağının cavabdehin və ailəsinin istifadəsinə verilməsi və yerdə qalan iki otağın isə iddiaçıların hər birinə bir otaq olaraq istifadələrinə verilməsi barədə razılığa gəlmək təklif olunsa da, cavabdeh buna heç bir məhəl qoymamışdır.

7. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barəd ə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30 ünvanda yerləşən 37 saylı mənzildən istifadə qaydasının müəyyən edilməsi, yəni mənzilin məhkəmənin sorğusu əsasında əldə olunmuş planına əsasən 12,58 kv.m olan otağının cavabdehin istifadəsinə, sahəsi 9,00 kv.m olan otağının İddiaçı2 istifadəsinə, sahəsi 14,06 kv.m olan otağının İddiaçı1 istifadəsinə verilməsi, sahəsi 17,89 kv.m olan qonaq otağının və mənzilin sanitar qovşağının ümumi istifadədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh vəkili iddia tələbini qəbul etməmiş, izahat verərək bildirmişdir ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30 ünvanında yerləşən 37 saylı mənzilin texniki cəhətdən bölgünün mümkün olmasına dair iddiaçılar tərəfindən hər hansı sənəd təqdim edilməmişdir. T ərəflərin hər birinin istifadəsinə 1 otaq verilməklə qonaq otağının və sanitar qovşağın ümumi istifadədə saxlanılması barədə iddiaçıların tələbi cavabdehin və onun ailə üzvlərinin mənzildən istifadə hüquqlarını pozur. İddiaçılar öz iddia ərizəsində onların istifadəsinə verilməsini tələb etdikləri otaqlarda özlərinin faktiki yaşadıqlarını əsaslandırmalı idilər, lakin bu hal əsaslandırılmamış, istifadələrinə verilməsini tələb etdikləri otaqlar cavabdehin istifadəsindədir, otaqdakı əşyalar cavabdehə məxsusdur. Belə ki, iddiaçılar mənzildəki otaqların yalnız birindən – qonaq otağına bitişik yataq otağından istifadə edirlər. İddiaçıların tələb etdikləri qaydada mənzil bölgüsünün aparılması mümkün olmadığından iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

9. Sumqayıt Şəhər Məhkəməsinin 7 fev ral 2023-cü il tarixli, 2(060)-466/2023 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbi təmin edilərək, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30 ünvanında yerləşən 37 saylı mənzilə istifadə qaydaları müəyyən edilərək, 13 saylı MİS rəisinin xx.xx.1988-ci il tarixdə təsdiq etdiyi plan sxemində göstərilən, mənzilin 12,81 kv.m. sahəsi olan yataq otağının İddiaçı1, 9,50 kv.m. sahəsi olan yataq otağının İddiaçı2, 13,22 kv.m sahəsi olan yataq otağının Cavabdeh istifadəsinə verilməsi, mənzilin sahəsi 17,60 kv.m. olan qonaq otağının və mənzilin sanitar qovşağının iddiaçılar və cavabdehin ümumi istifadələrində saxlanılması qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh mübahisəli mənzildən istifadə hüququna malikdir. İddiaçıların e htiyacı olmasına baxmayaraq cavabdeh ilə birlikdə sözügedən yaşayış sahəsindən istifadə edə bilməməsi ilə bağlı məhkəmə hesab etmişdir ki, bu hal onların iradəsinə uyğun baş verməmiş, cavabdeh iddiaçıların mübahisəli mənzildən olan hüquqları qədərində istifadəsini mümkünsüz etmişdir. Bunu tərəflərin izahatı və işin faktiki halları təsdiq edir. Mənzil üç ayrı yataq otağından, bir qonaq otağından, bir mətbəx otağından, bir hamam otağından və bir dəhlizdən ibarətdir. Mübahisəli mənzilə istifadə hüququ olan üç nəfərə, yəni iddiaçılar və cavabdehə hər birinə bir yataq otağından istifadə qaydası müəyyən edilməklə, mənzilin digər hissələrindən onların birgə istifadə qaydası müəyyən edilməlidir. Cavabdeh hazırda mənzilin 13,22 kv.m və 9,5 kv.m olan (13 saylı MİS rəisinin xx.xx.1988-ci il tarixdə t əsdiq etdiyi plan sxemə əsasən) iki yataq otağından istifadə edir, iddiaçılar isə 12,81 kv.m sahəsi olan üçüncü yataq otağından, digər hissələr isə hazırda ümumi istifadələrindədir. Göründüyü kimi, iddiaçılar va cavabdeh mənzilə münasibətdə eyni hüquqlu olmalarına baxmayaraq, iddiaçıların istifadəsində yalnız bir yataq otağıdır.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Republikası Konstitusiyasının 33, 1982-ci ildən 1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 51, 52, 53-cü, “Azərbaycan Respublikasının mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmi n edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən bir sıra maddi normalara - Mənzil Məcəlləsinin 51-53-cü maddələrinə və “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna istinad etmiş, bu mübahisəyə qiymət vermişdir. Halbuki hazırkı iddia tələbinin mənzilə istifadə hüququnun tanınması və ya mənzilin özəlləşdirilməsi ilə bağlı mübahisə ilə hər hansı bir əlaqəsi yoxdur, burada mübahisə predmeti mənzildən istifadə qaydasının müəyyən olunması ilə bağlıdır. Məhkəmə mənzillə bağlı münasibətlərin 2009-cu il 1 oktyabr ayına kimi yarandığını qeyd etməklə həmin tarixə kimi qüvvədə olan Mənzil Məcəlləsinə istifnad olunmasını vurğulayır və mənzildən istifadə hüququnun yaranması ilə bağlı həmin vaxt q üvvədə olan normalara, eyni zamanda icarədarın ailə üzvlərinin istifadə hüquqlarının yaranması ilə bağlı məsələyə toxunur, buna baxmayaraq qeyd edir ki, bu mənzilə yalnız 3 nəfərin-1 cavabdeh və 2 iddiaçının hüququ vardır, cavabdehin 3 nəfər ailə üzvlərinin mənzilə istifadə hüquqları məhkəmə tərəfindən müəyyən olunmur. Məhkəmənin bu yanaşması tam əsassızdır, belə ki, cavabdehin həyat yoldaşı 2007-ci ildə mübahisəli mənzilə gəlin gəlmiş və həmin mənzildə yaşadıqları vaxt 2 övladı doğulmuşdur, mənzilin orderində adı olan cavabdeh və iddiaçılar bu şəxsləri mənzilə ailə üzvü kimi köçürmüş və dövlət fondunda olan mənzildən onların da istifadə hüquqları yaranmışdır. Lakin məhkəmə bu şəxslərin mənzilə istifadə hüquqlarının olmaması kimi səhv nəticəyə gəlmişdir. Halbuki məhkəmənin maddi norma ki mi istinad etdiyi Mənzil Məcəllənin 53-cü maddəsinə əsasən cavabdehin həyat yoldaşı və 2 övladı da bu mənzildən digər yaşayanlar kimi istifadə hüququ əldə etmiş şəxslərdir və mənzildən istifadə qaydası müəyyən olunarkən bu şəxslərin də mənzildən istifadə hüquqlarının olması nəzərə alınmaqla hazırkı mübahisəyə qiymət verilməli idi. Bundan başqa həmin məcəllənin 54-cü maddəsində qeyd olunur ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uy ğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edir. Lakin məhkəmə bu normanın tələblərinə zidd mövqe nümayiş etdirmiş, bu azyaşlı uşaqları “mənzilə hüququ olmayan şəxslər” kimi qeyd etmişdir. Mənzil Məcəlləsinin 84-cü maddəsinə əsasən icarədarın ailə üzvünün payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. İcarədarın və onun ailə üzvlərinin çıxarıla bilmədiyi hallardan başqa, bu Məcəllənin birinci hissəsində müəyyən olunmuş qaydalar həmin Məcəllənin 95-ci maddəsində nəzərdə tutulmuş qaydada evlərindən çıxarmaya yol verilən mühüm xalq təsərrüfatı sahələrinin müəssisə, idarə və təşkilatlarının evlərində yaşayış sahəsinin icarəsinə tətbiq edilmir. Mənzil Məcəlləsinin 40-cı maddəsinə əsasən mənzil sahəsi norması adambaşına on iki kvadratmetr müəyyən edilir. Konkret halda ayrıca icarə müqaviləsinin bağlanılması ilə bağlı məhkəmədə iddia tələbi qaldırılmasa da məhkəmə faktiki olaraq “mənzil bölgüsü” aparmış, 4 otaqlı mənzili 3 nəfər arasında bölmüş və 1 otağı da ümumi istifadədə saxlamışdır. Bir qədər də irəli gedərək 3 nəfərin hər birinə ayırdığı otaqları “yataq otağı” kimi ümumi istifadədə saxladığı otağı isə “qonaq otağı” kimi qəbul edərək mübahisəyə qiymət vermişdir. Halbuki, otaqların bu qaydada adlandırılması işdə olan sənədlərdən görünmür və məhkəmə sorğusu əsasında təqdim olunmuş “mənzilin texniki planında” qeyd olun an ölçülərlə iddiaçının iddia tələbində qeyd olunan ölçülər arasında uğunsuzluq olduğu halda məhkəmə buna da aydınlıq gətirməmiş, qətnamənin “qət etdi” hissəsində “iddia təmin edilsin” yazılsa da iddia ərizəsi və ona verilmiş dəqiqləşmədən də aydın olur ki, iddiaçı tamamilə başqa sahəli otağın cavabdehin istifadəsinə verilməsini məhkəmədən xahiş etmişdir, lakin iddiaçının iddia etdiyi ölçüdə bu mənzildə otaq mövcud deyildir. Bundan başqa məhkəmə iddiaçılara mənzildən istifadə qaydasının müəyyən olunması məsələsində üstünlük hüququnun verilməsini və onların istəyi əsasında mənzildə faktiki bölgünün aparılmasını qətnamədə əsaslandıra bilməmişdir. Belə ki, iddiaçılar artıq uzun illərdir ki, mənzilin iç-içə olan 2 otağının 1-dən yataq otağı kimi istifadə edir və digər iri otaq isə digər ailə ü zvlərinin istifadəsindədir. Ayrıca giriş-çıxış qapısı olan digər 2 otaqların birində cavabdeh 2 oğlu, birində isə cavabdeh həyat yoldaşı ilə yaşayır. Burada heç kimin mənzildən istifadə hüququ pozulmur. Lakin məhkəmə mənzilin daxilində faktiki bölgü apararaq, hətta qeyd etdiyi bölgüdə harada, hansı istiqamətdə yerləşən, ayrıca və ya iç-içə olub-olmadığı da müəyyən edilməyən otaqları 6 nəfərin daimi olaraq yaşadıqları bir mənzildə 3 nəfər arasında bölmüşdür, belə olan halda digər 3 nəfər yaşayışçılar və qeydiyyatda olan şəxslər bu mənzildən hansı qaydada istifadə etməli və hansı otaqdan məhkəmənin təbiri ilə desək “yataq otağı” kimi istifadə etməlidirlər. Göründüyü kimi hazırki qətnamə maddi normaların pozulması ilə qəbul edilməklə yanaşı, vətəndaşların daimi yaşadıqları mənzildən istifadə hüquqlarının tamamilə pozulmasına xidmət etmiş bir qətnamədir.

14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-948/2023 nömrəli, 26 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Ə.Məmmədov, hakimlər L.E.Rəhimli və İ.K.Dəmirov) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 7 fevral 2023-cü il tarixli, 2(060)- 466/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzildən istifadə qaydasının müəyyən edilməsi barədə iddia tələbi təmin edilməmişdir.

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qə bul edilməli və iddia tələbi təmin edilməməlidir. Belə ki Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisə predmeti təşkil edən mənzil ilə bağlı hüquq münasibətləri 2000-ci ildən əvvəl yarandığından hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun baxılaraq iddia tələbinə hüquqi qiymət verilməlidir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/4676 nömrəli rəyində qeyd edilmişdir ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30 ünvanda yerləşən 37 saylı mənzilin 12,81 kv. m sahəsi olan yataq otağının İddiaçı1, 9,50 kv.m sahəsi olan yataq otağının İddiaçı2, 13,22 kv.m sahəsi olan yataq otağının Cavabdeh və onun 3 nəfərdən ibarət ailə üzvlərinin istifadəsinə verilməsi, mənzilin sahəsi 17,60 kv.m olan qonaq otağının və mənzilin sanitar qovşağının həmin şəxslərin ümumi istifadələrində saxlanılması Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30 ünvanda yerləşən 37 saylı mənzilin faktiki vəziyyətini, mənzilə yalnız bir giriş-çıxış yolunun olduğunu və tərkibində olan kommunal xidmətli sahələrin (mətbəx, dəhliz, sanitar qovşağı və s.) yeganə olduğunu nəzərə almaqla, həmin mənzilin təcrid mənzil şəklində istifadə olunması (bölünməsi) Məhkəmə Tikinti-X2 Metodlarının t ələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, mövcud iddianın təmin edilməsi cavabdeh və onun ailə üzvlərinin mənzildən istifadə ilə bağlı qanunla qorunan hüquq və maraqlarına zidd olduğundan əsassızdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab etməmişdir.

18. Məhkəmə gəldiyi nəticənin əsası kimi 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 51, 52, 53 və 123-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 88, 107, 119, 218, 372, 384, 385 və 402-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsi nin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

19. İddiaçılar İddiaçı2 və İddiaçı1 (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iş üzrə iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayətində qeyd edilmişdir ki, mənzil dövlət mənzil fonduna aiddir, iddiaçılar və cavabdeh həmin mənzili özəlləşdirmək hüququna malikdirlər. Lakin cavabdeh hüquqlarından sui-istifadə edərək mənzilin özəlləşdirilməsində iştirak etmir. Halbuki, həmin mənzil özəlləşdirilirsə, hər üçünün bərabər payda mülkiyyətinə keçə bilər. İddiaçıların hər birinin ayrı-ayrılıqda mənzilin 1/3 hissəsinə mülkiyyət hüququnun yaranması gözlə ntisi olduğu halda, yəni iddiaçılar mənzilin 2/3 hissəsinin potensial mülkiyyətçisi olduqları halda, apellyasiya intansiyası məhkəməsi onların həmin mənzildən istifadə hüququnu belə nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (1982-ci ildən 1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş)

23. Maddə

51. Yaşayış sahəsini icarə müqaviləsi. Yaşayış sahəsini icarə müqaviləsinin bağlanması Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında ya zılı şəkildə bağlanır.Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir.

24. Maddə

52. Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir.Otağın bir hissəsi və ya digər otaqla qapısı bir olan otaq (təcrid olunmayan iç-içə otaqlar), habelə yardımçı sahələr (mətbəx, dəhliz və i. a.) icarə müqaviləsinin müstəqil predmeti ola bilməz.

25. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar il ə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

26. Maddə 123 Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sü but etməlidir.

29. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassa siya baxışının hədləri

32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəl i hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. İşin halları ilə müəyyən olunur ki, tərəflər mənzildən bərabər istifadə hüququna malik olan şəxslərdir. İddiaçıların məqsədi yaşayış sahəsinin ayrı-ayrı hissələrindən istifadə qaydasının təsbit edilməsinə nail olmaq və müəyyən edilən sahənin təcrid edilərək müvafiq olaraq tərəflərə aid edilməsini təmin etməkdir.

36. Lakin işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr müəyyən etmişlər ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, e v 30 ünvanda yerləşən 37 saylı mənzilin faktiki vəziyyətini, mənzilə yalnız bir giriş-çıxış yolunun olduğunu və tərkibində olan kommunal xidmətli sahələrin (mətbəx, dəhliz, sanitar qovşağı və s.) yeganə olduğunu nəzərə almaqla, həmin mənzilin təcrid mənzil şəklində istifadə olunması (bölünməsi) texniki cəhətdən mümkün deyildir.

37. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

39. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 dekabr 2023-cü il tarixli 2(105)-948/2023 nömrəli qətnaməsi dəyişdirilmə dən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar