Məhkəmə qərarları › İş №2(102)-1644/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1644/2021

29.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1644/2021 29.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mənzilə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-721/2020 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən ver ilmiş kassasiya şikayətinə dair işə 29 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, 18.02.2016-cı il tarixli Daşınmaz Əmlakın AlqıSatqı Müqaviləsi ilə satıcı Cavabdeh2 mülkiyyətində olan mənzili alıcı İddiaçı satmışdır. Müqavilənin 13-cü bəndinə əsasən satıcı 18.05.2016-cı il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.

2. Həmçinin iş materiallarından görünür ki, mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 04.01.2018-ci il tarixdə qeydə alınmış və sonuncuya 04.01.2018-ci il tarixli çıxarış verilmişdir. 3. “Sumqayıt şəhər İH MKTİB-nin 17 saylı MKS tərəfindən verilmiş 03 sentyabr 2018-ci il tarixli arayışdan görünür ki, keçmiş saki nlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 mənzildə qeydiyyatdadırlar.

4. Sumqayıt Şəhər Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2(060)8781/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2nun cavabdeh İddiaçı qarşı «əqdin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilərək iddiaçı Cavabdeh2 və cavabdeh İddiaçı arasında bağlanmış 18.02.2016-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilərək, cavabdeh İddiaçı adına verilən 04.01.2018-ci il tarixli çıxarış ləğv edilmişdir.

5. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 08 fevral 2019-cu il tarixli, 2(105)-1043/2019 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə q əbul edilmiş və iddia rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və onların mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mənzil 18.02.2016-cı il tarixli alqısatqı müqaviləsinə əsasən almış və mənzil üzərində mülkiyyət hüququ 04.01.2018-ci ildə qeydə alınmışdır. Cavabdehlər mənzilin keçmiş sakinləridirlər. Mənzil sahibi və onun ailə üzvləri 3 ay ərzində, yəni 18.05.2016-cı il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdələrinə götürsələr də, üç ildən artıq müddət keçməsinə baxmayaraq, mənzildən qeydiyyatdan çıxmamış, mənzili boşaldaraq ona təhvil verməmişlər Bundan başqa cavabdehlər Sumqayıt Şəhər Məhkəməsində mübahisəli mənzillə bağlı bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə iddia qaldırmış, Sumqayıt Şəhər Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilsə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.02.2019-cu il tarixli qətnaməsi ilə onun həmin qətnamədən verdiyi apelyasiya şikayəti təmin edilib, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul olunmuşdur. Həmin qətnamədən qarşı tərəfin vermiş olduğu kassasiya şikayəti təmin edilməmiş və Ali Məhkəmənin Mülki Kollegiyasının 10.06.2019-cu il tarixli qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər bir mülkiyyətçi kimi onun mənzil üzərində hüquqlarını həyata keçirm əyə, sahiblik, istifadə və sərəncam hüquqlarına maneə yaradırlar.

8. Sumqayıt Şəhər Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli, 2(060)7308/2019 saylı qətnaməsi ilə (hakim A.M.Süleymanova) İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia tələbi təmin edilərək, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 mənzilə olan istifadə hüquqlarına xitam verilmiş və onların həmin mənzildən çıxarılmaları, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxslərin mənzildə yaşaması ona öz mülkiyyətinə sahiblik, istifadə və sərəncam hüququnu həyata keçi rməyə mane olur. Ona görə də iddia ərizəsinin təmin edilməsinin hüquqi əsasları vardır

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1, 146.2, 152.1, 152.5, 157.1, 157.2, 157.4, 178.1, 203.1, 572.1, 646.1-ci, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 119, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Qətnamədən cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 apellyasiya şikayəti vermişlər.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-721/2020 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) cavabdehlər Cavabdeh2nun, Cavabdeh1, Cavabdeh3 birgə qaydada verdikləri apelyasiya şikayəti qis mən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli, 2(060)-7308/2019 saylı qətnaməsinin «İddiaçı cavabdeh Cavabdeh4 qarşı mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia tələbi təmin edilərək, Cavabdeh4 mənzilə olan istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılsın» hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməməsi, qətnamənin «Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılması, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi» hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mənzil İddiaçı mülkiyyətində olduğuna görə b irinci instansiya məhkəməsi haqlı olaraq cavabdehlər Cavabdeh2nun, Cavabdeh1, Cavabdeh3 İddiaçı mülkiyyətində olan mənzilə olan istifadə hüquqlarına xitam verilməsi barədə düzgün nəticəsinə gəlmişdir.

14. Lakin iş materiallarından məlum olur ki, birinci instansiya məhkəməsi tərəfindən istifadə hququna xitam verilmiş Cavabdeh4 2010-cu il təvəllüdlü olmaqla alqısatqı müqaviləsinin tərəfi olmuş Cavabdeh2nun nəvəsidir. Göründüyü kimi Cavabdeh4 yetkinlik yaşına çatmamışdır. Qanunla on səkkiz yaşı tamam olmuş şəxslər fəaliyyət qabiliyyətli hesab olunur. Lakin iş üzrə cavabdeh qismində qoyulmuş Cavabdeh4 qanunvericiliyə əsasən prosessual fəaliyyət qabiliyyətli deyildir. Məhkəmə iclasında onun hüquqlarını qanuni nümayəndələri qorumalıdır. İddiaçı isə tələbini məhkəməyə verərkən Cavabdeh4 ilə yanaş ı onun qanuni nümayəndəsini cavabdeh qismində işə cəlb etməli idi. Hazırki halda cavabdeh Cavabdeh4 prosessual fəaliyyət qabiliyyətli olmadığından iddia tələbinin də hüquqi əsası yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi həmin hissədə qanunvericiliyin tələbinə zidd olduğundan təmin edilə bilməz Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onların izahatı dinlənilməmişdir.

19. Cavabdeh1 vəkili izahat verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxilması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi.

20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər han sı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlər Cavabdeh2nun, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstə sna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən ed ilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Hazırkı kassasiya şikayətində iş üzrə Cavabdeh1 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

25. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. (maddə 27.2)

26. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. (maddə 49.1)

27. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. (maddə 49.4)

28. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). (maddə 146.1)

29. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. (maddə 146.2)

30. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (maddə 152.1)

31. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (maddə 152.5)

32. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. (maddə 157.1)

33. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyin dən öz əmlakını geri tələb edə bilər. (maddə 157.2)

34. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (maddə 157.4)

35. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. (maddə 178.1)

36. Daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. (maddə 203.1)

37. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıy a üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. (maddə 572.1)

38. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. (maddə 646.1) «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunu

39. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının hə yata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. (maddə 1)

40. Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. (maddə 2) Mülki Prossesual Məcəllə

41. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir.(maddə 14.2)

42. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

43. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

44. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

45. Kassasiy a instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

46. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-721/2020 nömrəli iş üzrə 19 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdir ilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar