Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1645/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh2 və vəkili X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxx 2006-cı il tarixli qətnaməsi ilə (iş № 2-199/2006, hakim L.M.Məmmədova) İddiaçı Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı iddiası təmin edilmiş, cavab dehlərdən müştərək qaydada 13.200 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Kollegiyasının xx xxxxxxx 2006-cı il tarixli qətnaməsi ilə (iş № 1MK-6529/2006, hakimlər B.A.Şükürov, S.S.Babayev, M.Ə.Hüseynova) Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarı ilə (iş № 6K-2215/2007, hakimlər V.Ə.İbayev, Y.A.Əsgərov və Q.A.Allahverdiyev) Cavabdeh3 və Cavabdeh4 kassasiya şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Kollegiyasının xx xxxxxxx 2006-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiy a instansiya məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2008-ci il tarixli qətnaməsi ilə (iş № 2(105)-49/2008, hakimlər Y.V.Cavadov, H.Ü.Həmidov, N.M.Nəsibov) Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2008-ci il tarixli qərarı ilə (iş № 2(102)-1449/2008, hakimlər N.İ.Rəsulbəyova, B.H.Əsədov, Ə.M.Rüstəmov) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2008-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2008-ci il tari xli qətnaməsi ilə (iş № 2(105)-884/2008, hakimlər A.Q.Hüseynov, T.O.Quliyev, A.B.Nuriyeva) Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2009-cu il tarixli qərarı ilə (iş № 2(102)-2636/2009, hakimlər A.K.Kalbalıyev, Ə.A.Mirzəliyev, T.A.Qoldman) Cavabdeh3 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-2991/2019, hakimlər T.Q.Məmmədov, Ş.R.Abasov, A.Ə.Abbasov) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin xx xxx 2006- cı il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh2verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxx 2006-cı il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 borclu olduqları 66.000.000 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 xx xxxxxxxx 2004-cü il tarixdə ondan 66.000.000 manat dəyərində alma məhsulu almış, pulunu xx xxxxxx 2005-ci il tarixdə ödəməyi öhdələrinə götürmüşlər. Cavabdehlər xx xxx 2005-ci il tarixdə rəsmi olaraq not ariat qaydasında onun pulunu xx xxxxxx 2005-ci il tarixdə ödəməyi öhdələrinə götürmələrinə baxmayaraq, öhdəliklərinə yerinə yetirməmişlər. Bu müddət ərzində dəfələrlə pulunu tələb etmiş, lakin cavabdehlər müxtəlif bəhanələr gətirərək onun pulunu ödəməkdən yayınmışlar. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallar tam, hərtərəfli və obyektiv araşdırlmamış, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili k assasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, n otarial qaydada təsdiq edilmiş xx xxx 2005-ci il tarixli müqaviləyə əsasən, digər cavabdehlərlə bərabər Cavabdeh2 iddiaçıdan xx xxxxxxxx 2004-cü il tarixdə aldıqları alma məhsulunun 66.000.000 manat dəyərində pul məbləğini xx xxxxxx 2005-ci il tarixdə ona ödəyəcəkləri barədə öhdəlik götürmüşlər. İddiaçı həmin öhdəliyin yerinə yetirilmədiyinə istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür. Cavabdeh2 iddianı qəbul etməyərək Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2005ci il tarixli hökmü ilə ondan iddiaçının xeyrinə 51.000.000 manat (köhnə pulla) pul tutulduğunu göstərmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, həmin dəlil Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2005-ci il tarixli hökmü və həmin hökmün dəyişdirilmədən saxlanılmasına dair Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Cinayət İşləri və İnzibati Xətalara dair İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxxx 2005-ci il tarixli qərarı ilə təkzib olunur. Cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından görünür ki, Cavabdeh2 xx xxxxxxxx 2004-cü il tarixdə İddiaçı etibarından sui-istifadə edib ondan 31.150.000 manat dəyərindən 890 yeşik alma məhsulunu nisyə almış, satdıqdan sonra pulunu ödəyəcəyini vəd etmiş, cəmi 32.940.000 manat pulunu aldadaraq ələ keçirmiş, bundan başqa, o, təkrarən xx xxxxxxx 2004-cü il tarixdə İddiaçı eyni üsulla aldadaraq 18.360.000 manat pulunu, cəmi 51.300.000 manat pulunu ələ keçirmişdir. Qeyd edilən hökmlə vurulmuş zərərin əvəzi olaraq Cavabdeh2 51.300.000 manatın alına raq İddiaçı verilməsi qərara alınmışdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş hökmlə Cavabdeh2 16 sentyabr və xx xxxxxxx 2004-cü il tarixlərdə iddiaçının etibarından sui-istifadə etməklə aldığı alma məhsullarına görə 51.300.000 manat pulunu ələ keçirməkdə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hazırki iş üzrə isə iddiaçının tələbi notariat qaydasında təsdiq edilmiş öhdəliyə əsaslanır və həmin öhdəlik xx xxxxxxxx 2004-cü il tarixdə alınmış 66.000.000 manat dəyərində olan alma məhsuluna görə yara nmışdır. İşin qeyd edilən halına Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2008-ci il tarixli qərarının əsaslandırıcı hissəsində də qiymət verilmişdir. Digər tərəfdən, tərəflər arasında notarial qaydada bağlanmış xx xxx 2005-ci il tarixli öhdəlik də Cavabdeh2 tərəfindən mübahisələndirilməməklə bərabər, sonuncu, həmin öhdəlikdə olan imzanın ona məxsus olduğunu apellyasiya məhkəməsinin iclasında təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəlik anlayışını müəyyən edən 385-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bo rcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla bərabər həmin Məcəllənin öhdəliklərin əmələ gəlməsi əsaslarını müəyyən edən 386-cı maddəsinin tələblərinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi əsasları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qannvericil iyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1645/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1645/2020
11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver