Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1645/2023 10.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa və əmək haqqı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1407/2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 10 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıda kı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) 04 mart 2014-ci il tarixdən X7 istismarı İdarəsinin Qaz sərfi avadanlıqlarının istismarı və metrologiya şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 2. xx.xx.2015-ci il tarixli əmrlə iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndində nəzərdə tutulan “töhmət” intizam tənbehi verilmişdir. 3. xx.xx.2016-cı il tarixli əmrlə əmək müqaviləsi üzrə nəzərdə tutulmuş əmək funksiyalarının icrasında nöqsanlara yol verdiyinə və Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin tələbini pozduğuna görə iddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “c” bəndində nəzərdə tutulan aylıq əmək haqqının ¼ hissəsi məbləğində cərimə edilmişdir. 4. xx.xx.2019-cu il tarixli əmrlə əmək müqaviləsi üzrə nəzərdə tu tulmuş əmək funksiyalarının icrasında nöqsanlara yol verdiyinə və Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin tələbini pozduğuna görə (yoxlama zamanı 277 ədəd sayğac, 166 ədəd plomb və 25 ədəd akt çatışmamazlığı aşkar olunduğuna görə) iddiaçıya Əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin “a” bəndində nəzərdə tutulan “töhmət” intizam tənbehi verilmişdir. 5. xx.xx.2019-cu il tarixli əmrlə əmək müqaviləsi üzrə nəzərdə tutulmuş əmək funksiyalarının icrasında nöqsanlara yol verdiyinə və Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin tələbini pozduğuna görə iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndində nəzərdə tutulan intizam tənbehi “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. 6. xx.xx.2019-cu il tarixli əmrlə əmək müqaviləsi üzrə öhdəliklərini y erinə yetirmədiyinə, yəni RQİİ tərəfindən xidmət göstərdiyi şəbəkə üzrə qaz itkilərinin 20% azaldılması barədə öhdəliyin yerinə yetirilməməsi və Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin tələbini pozduğuna görə iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndində nəzərdə tutulan intizam tənbehi “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir.
7. İddiaçının əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv edilməsinə münasibət bildirilməsi üçün xx.xx.2022-ci il tarixli 01/SB-55 saylı təqdimat və ona əlavə edilmiş materiallarla RQİİ-nin Həmkarlar təşkilatına müraciət edilmişdir. Lakin iddiaçı uzun müddət – xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək keçən 2 il 3 ay 18 gün ərzində işə çıxmadığından və işə çıxmamasının üzrlü səbəb kimi əmək qabiliyyətinin olmamasına dair vərəqə təqdim etdiyindən təqdimata münasibət bildirilməsi mümkün olmamışdır.
8. İddiaçı xx.xx.2022-ci ıl tarixdən işə çıxdığından Zaqatala RQİİ-nin idarə rəisi yenidən xx.xx.2022-ci il tarixli məktubla Zaqatala RQİİ-nin Həmkarlar İttifaqının sədrinə müraciət edərək, Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli 01/SB-55 saylı təqdimatına iddiaçıya aid hissədə (iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi) münasibət bildirilməsi və təqdimata baxılmanın nəticəsi barədə Zaqatala RQİİ-yə məlumat verilməsi xahiş etmişdir.
9. Zaqatala RQİİ-nin Həmkarlar İttifaqı təşkilatı iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsin ə razılıq verilməsi barədə qərar qəbul etmişdir.
10. X7 İstismar İdarəsinin 02 iyun 2022-ci il tarixli SOCAR**********000070020B00078 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli 30 nömrəli əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmiş və bu istiqamətdə sənədləşmənin xx.xx.2022-ci il tarixə qədər yekunlaşdırılması əmr edilmişdir.
11. İddiaçının əmək müqaviləsinə xitam verilməsi “02 iyun 2022-cı il tarixli xxxxxxx0001X0” nömrəli “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı Cavabdehnə (bundan sonra “cavabdeh” və ya “Birlik”) qar şı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, X7 İstismar İdarəsinin SOCAR**********00070020B00046 saylı, 02 iyun 2022-ci il tarixli əmrinin ləğv edilərək onun işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ildən Azərbaycan Dövlət Neft Şirkəti, Cavabdeh, X7 İstismarı İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır. 2014-cü ildən isə həmin idarənin Qaz sərfi avadanlıqlarının istismarı və metrologiya şöbəsinin rəisi vəzifəsində işləmişdir.
14. İddiaçı 2020-ci ilin mart ayından 2022-ci ilin iyun ayınadək xəstəliyi ilə əlaqədar olaraq məzuniyyətdə olmuşdur. X4 Qaz İstismarı İdarəsinin 02 iyun 2022-ci il tarixli, SOCAR**********00070020B00046 sa ylı əmri ilə iddiaçı ilə Zaqatala RQİİ arasında bağlanmış 04 mart 2014-cü il tarixli, 30 nömrəli əmək müqaviləsi qanunsuz və əsassız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir.
15. İddiaçı hansı əsasla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyini öyrənməyə çalışsa da bu barədə ona məlumat verilməmiş və işi məhkəməyə verəcəyi təqdirdə əsasları məhkəməyə təqdim edəcəklərini bildirmişlər. İlk olaraq aralarında olan mübahisənin həlli məqsədi ilə iddiaçı mediasiyaya müraciət etmişdir. Lakin həmin mərhələdə heç bir razılaşma əldə etmək mümkün olmadığı üçün, iddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur.
16. Cavabdeh iddiaya qarşı yazılı etiraz vermişdir. Etirazın dəlilləri: - iddiaçının barəsində intiza m tənbehi tətbiq edilməsi barədə çoxsaylı əmrlər var. Həmin tənbeh tədbirləri konkret nöqsanlara görə iddiaçının əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməməsi əsası ilə verilmişdir; - iddiaçı əmək fəaliyyəti zamanı mütəmaddi olaraq əmək müqaviləsi və peşə təlimatı üzrə üzərinə götürüdüyü peşə öhdəliklərini və əmək funksiyalarını kobud şəkildə pozmuş, onun təqsirli hərəkətləri nəticəsində müəssisəyə xeyli miqdarda zərər vurulmasına şərait yaratmış, xidməti vəzifəsi üzrə aşkar edilmiş nöqsanlar barədə əvvəlcədən müəssisəyə məlumat verməmiş, nəticədə işəgötürən tərəfindən barəsində bir neçə dəfə intizam tənbehləri verilmişdir; - xidməti məlumatlar, aşkar edilmiş və dövr ərzində qeydə alınan ciddi qanun pozuntuları, əmək müqaviləsi və vəzifə təlimat üzrə əsa s öhdəlikləri ilə əlaqəli şəkildə təhlil edilmişdir. Əmək Məcəlləsinin 10-cu maddəsində və iddiaçı ilə bağlanılmış əmək müqaviləsində müəyyən edilmiş öhdəliklərinin pozulması onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 maddəsinin "ç" bəndi xitam verilməsinə ciddi əsas olmuşdur. Bununla əlaqədar olaraq, iddiaçının əmək müqaviləsinin Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə münasibət bildirilməsi üçün xx.xx.2020ci il tarixli 01/SB-55 saylı təqdimat hazırlanmış və baxılması üçün toplanmış materiallarla qanunvericiliyin tələblərinə uyğun olaraq Zaqatala RQİİ-nin Həmkarlar təşkilatına müraciət edilmişdir. Lakin iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müxtəlif tibb müsəssisələrində ambulator müalicə olunduğundan işə çıxmamış və bu səbə bdən Həmkarlar təşkilatında Zaqatala RQİİ-nin təqdimatına münasibət bildirilməsi mümkün olmamışdır; - iddiaçı xx.xx.2022-ci il tarixdən işə çıxdığından sözügedən təqdimata baxılmasına yaranmış maneələr aradan qalxdığından Zaqatala RQİİ xx.xx.2022-ci il tarixli SOCAR**********30560046X01665 saylı məktubla Həmkarlar təşkilatına müraciət edilərək sözügedən təqdimata baxılması xahiş edilmişdir. İddiaçı Həmkarlar təşkilatının İdarə heyətinin xx.xx.2022-ci il tarixində olan iclasda iştirak etmiş, Həmkarlar təşkilatının İdarə heyətinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməməsi qərara alınmışdır; - xx.xx.2022-ci il tarixli SOCAR**********00070020B00078 saylı əmrlə idiaçı ilə bağlanılm ış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı ilə “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” elektron informasiya sistemində qeydiyyata alınmışdır. Daha sonra iddiaçı əmək kitabçası, əmrin surəti və digər sənədlərini Zaqatala RQİİ-də müvafiq jurnala şəxsən imza etməklə xx.xx.2022-ci ildə götürmüşdür.
17. İddiaçı birinci instansiya məhkəməsində iddia tələbini müdafiə edib, əlavə olaraq göstərib ki, qanunsuz olaraq işdən çıxarılmışdır. Belə ki, iddiaçı 20 iyun 2005-ci ildən Azəriqaz İB-nin Zaqatala XS-də mühəndislik fəaliyyətinə başlamış, daha sonra xidmət rəisi, 2014-cü ilin mart ayının 5-dən X7 İstismar İdarəsinin (Zaqatala RQİİ) Qaz sərfi avadanlıqlarının istismarı və metrologiya (QSAİ və M) şöbəsinin rəisi v əzifəsində çalışmışdır. 2020-ci ilin mart ayından 2022-ci ilin iyun ayınadək (pandemiya dövrü) xəstəliyi ilə əlaqədar olaraq məzuniyyətdə olmuşdur. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə səbəb 2019-cu ilin iyul ayından Zaqatala RQİİ-nə rəisi vəzifəsinə təyin edilmiş Sübhi Bayramovun ona qarşı qərəzli münasibəti olmuşdur. Sübhi Bayramovun ona qarşı qərəzli hərəkətlərinin səbəbi isə onun əvvəllər Qəbələ XS-nin rəisi işlədiyi dövrdə rəisi olduğu şöbə tərəfindən Qəbələ XS-nin SQ və İX-də apardığı yoxlamağa zamanı aşkar etdiyi çatışmazlıqlar olmuşdur. Həmin çatışmazlıqlar ərazidə itən (dəyərini ödətdirmişdir) və 2000-ə yaxın plombsuz sayğaclar olmuşdur. Sübhi Bayramov iddiaçı ilə həmin vaxtdan kin saxlayaraq hazırki vəzifəsindən sui-istifadə edərək etimad göstərilib təyin olunduğu vəzi fə öhdəliklərinə qeyri-peşəkar yanaşaraq iddiaçıdan qisas almaq məqsədi ilə təyin olunduğu gündən qısa müddət ərzində iddiaçının rəhbərlik etdiyi şöbəyə və vəzifə öhdəliklərinə aid olmayan nöqsanları əsas gətirərək ona töhmət və şiddətli töhmət vermişdir. Sübhi Bayramov rəis gəldiyi 2019-cu ilin iyul ayında iddiaçı məzuniyyətdə olmaqla, Bakı şəhərində səhhəti ilə əlaqədar müalicə olunmuşdur. İddiaçı məzuniyyəti bitməmiş müalicəsini saxlayıb Sübhi Bayramovun xidməti otağına keçərək əvvəlcə təbrik etmiş və sonra indi rəisi olduğunu, tapşırıqlarını yerinə yetirməyə hazır olduğunu bildirmişdir. Sübhi Bayramov ona onunla işləmək istəmədiyini bildirmişdir. Hər gün səhər rəis, ya da ki, ümumi məsələlər üzrə rəis müavini gündəlik iş bölgüsü ilə əlaqədar şöbə rəislərini yığaraq iclas etmiş, həmin i claslara iddiaçını yox, şöbəsinin mühəndisini (Ruslan Abdullayev) çağıraraq günlük iş bölgüsünü ona bildirmişlər. İddiaçı sahələrdəki xidmətlərini vaxtaşırı yoxlamağa getməli olduğu halda, Sübhi Bayramov ona sahələrə çıxmağa icazə verməmişdir. Bir müddət sonra idiaçıya bildirilmişdir ki, regionun şikayətlərin araşdırması şöbəsinə mühəndis vəzifəsinə keçməsi barədə öz ərizəsini yazsın. Lakin iddiaçı bu təkliflə razılaşmamışdır. Bundan sonra Sübhi Bayramov tərəfindən iddiaçının iştirakı olmadan onun şöbəsinin xidmət sahələrindəki sayğacların qəbulu və istismarı xidmətlərini yoxlaması təşkil edilmişdir. Azəriqaz İB-dən komissiya dəvət edilmiş və yoxlamalar aparılmışdır. Həmin yoxlamalar zamanı müəyyən olunmuşdur ki, xidmət sahələrindəki çatışmazlıqlar elə onun tərəfindən hər ay, vaxtaşırı ver diyi məlumatlardır. Onların yazdıqları məlumatlar əsasında Sübhi Bayramov tərəfindən iddiaçıya töhmət verilmişdir. Halbuki iddiaçı izahatında nöqsanlar barədə qeyd etmişdir. Sübhi Bayramov sonra şöbəsinin mühəndisi və hüquq şöbəsindən hüquqşünasla yenidən yerlərdə yoxlama aparmağa başlamış, iddiaçını isə həmin yoxlamalarda iştirak etməyə qoymamış və onu sahələrdə sayğacların sızmalarını yoxlamağa göndərmişdir. Sızmaların Aktlarını baş mühəndis Cavid Hacıyevə təqdim etməsinə baxmayaraq, iddiaçı heç bir Aktlara baxmamış, bəzən Aktları ondan təhvil almamışdır. Gündəlik şöbə rəislərinin iclasında iştirak etməsinə icazə verilmədiyi halda, xidmət sahələrinin (iştirak edirdilər - x/s rəis müavinləri, x/s xidmət rəisləri və regionun rəhbər işçiləri) vaxtaşırı iclasında onu dəvət edərək işçilərin y anında fəaliyyətinin qənaətbəxş olmadığı vurğulanmışdır. Bütün bunların nəticəsində iddiaçının əsəb sistemi pozulmuş, ürəyində ağrılar başlamışdır. Bundan sonra iddiaçı müalicəsi üçün məzuniyyət götürərək Bakı şəhərinə getmişdir. İddiaçı vəzifədə olduğu müddətdə heç vaxt heç kəsdən pul almamış, Birliyə ziyan vurmamışdır. Xidmət sahələri üzrə yerləri məlum olmayan qaz sayğaclarının məlumatları Zaqatala RQİİ yaranan dövürdən (2014) bu günə kimi rəhbərliyə dəfələrlə şöbəsi tərəfindən bildirilmiş, daxili və Audit yoxlamalarında qeyd edilmişdir. (Audit yoxlama xx.xx.2017.. Azəriqaz İB tərəfindən xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək və dəfələrlə şöbəsi tərəfindən - məlumat verildi xx.xx.2018. xx.xx.2018.) xx.xx.2020-ci il tarixli 01/SB/055 nömrəli məktuba əsasən iddiaçıya y azılmış təqdimatın bütün bəndləri ilə bağlı xidməti sahələr üzrə ayrı ayrılıqda izahat vermişdir. Bundan başqa, cavabdeh təşkilatın rəhbəri vaxtı ilə onun tabeliyində işəmiş və işində yol verdiyi əmək və icra intizamı pozuntusuna görə barəsində intizam tənbehi tətbiq etdiyi üçün ona qarşı qərəzli olmuş, mübahisəli əmr də bunun nəticəsində verilmişdir. Eyni əmələ görə iddiaçıya iki dəfə inzibati tənbeh vermişlər, birinci dəfə yanvar 2019-cu ildə töhmət almış, eyni nöqsana görə ikinci dəfə işdən azad edilmişdir. Hər dəfə də sayğacların itirilməsinə görə. 2012-ci ildən 2019-cu ilə qədər sayğacların yerində aşkar olunmamasına görə ona töhmət verildiyi halda 2022-ci ildə eyni nöqsana görə işdən azad olunmuşdur.
18. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində yazılı etirazı müdafiə ed ib əlavə olaraq göstərib ki, aparılmış yoxlamalar zamanı müəyyən edilmişdir ki, Zaqatala RQİİ üzrə ümumilikdə faktiki olaraq araşdırılan sayğaclar üzrə 395 ədəd sayğacın yerində olmamışdır. Zaqatala RQİİ-nin tabeçiliyində olan XS-də sayğacların hərəkəti Cavabdeh İB tərəfindən xx.xx.2018 və xx.xx.2019-cu il tarixlərdə yoxlamalara dair arayış tərtib edilmişdir. Həmin yoxlamaların nəticəsi olaraq qaz sayğaclarının, plombların və aktların icra vəziyyətlərində bir sıra nöqsanlar aşkar edilmiş, nöqsanlara görə isə ayrıayrı tarixlərdə Zaqatala RQİİ-nin xx.xx.2019-cu il tarixli 37/ü saylı və xx.xx.2019-cu il tarixli 170/ü saylı əmrləri ilə tədbirlər görülmüşdür. Sonuncu aparılan (xx.xx.2019) yoxlamaya dair tərtib edilən arayışa əsasən, yeri qeyri-müəyyən olan 197 ədəd sayğac hazırkı araşdırmanın t əsir dairəsindədir.
19. Zaqatala Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, e-2(033)-763/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Zaqatala Regional Birliyinin Qİİ-nin 02 iyun 2022-ci il tarixli SOCAR**********000070020B00078 nömərli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh X7 istismarı İdarəsinin Qaz sərfi avadanlıqlarının istismarı və metrologiya şöbəsinin 15-ci dərəcəli şöbə rəisi vəzifəsinə bərpa olunması, ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu və mediasiyaya dair xərcin iddiaçının özünə aid edilməsi qət edilmişdir. (hakim Vüqar Məmmədov)
20. Birinci instansiya məhkəməsi ilkin olaraq qeyd etmişdir ki, iddiaçı tələbini cavabdeh təşkilatın rəhbərinin vaxtı ilə onun tabeliyində işlədiyini və işində yol verdiyi əmək və icr a intizamı pozuntusuna görə barəsində intizam tənbehi tətbiq etdiyi üçün ona qarşı qərəzli olması, mübahisəli əmrin bunun nəticəsində verilməsi ilə əsaslandırsa da, tələbinin əsası kimi istinad etdiyi həmin halı sübut edə bilməmişdir.
21. Bununla yanaşı cavabdeh tərəf də barəsində xx.xx.2015-ci il tarixdə "töhmət", 7 ay sonra xx.xx.2015-ci il tarixdə "töhmət", 4 ay sonra xx.xx.2016-cı il tarixdə "aylıq əmək haqqının ¼ hissəsi məbləğində cərimə" elan edilməsi, xx.xx.2019-cu il tarixdə "töhmət" intizam tədbirləri tətbiq edilmiş iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin davam etdirilməsinə əsas olmuş halı izah edə bilməmişdir.
22. Birinci instansiya məhkəməsi iddiaçı ilə müddətli əmək müqaviləsinin xx.xx.2014-cü il tarixdə bağlandığını nəzərə alaraq hesab etmişdir ki, 2012-ci ildən hə min dövrədək yerində aşkar olunmayan sayğaclara görə məsuliyyət iddiaçıya aid deyil.
23. Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdeh mübahisəli əmrin verilməsinə iddiaçının barəsində töhmət intizam tənbehi tətbiq edilməsinə əsas olmuş eyni sayğacların deyil, başqa sayğacların, yəni sonuncu yoxlamanın nəticəsinə dair 197 ədəd sayğacın yerində aşkar olunmamasının səbəb olması əsası ilə iddiaya etiraz etsə də, töhmətlərin verilməsinə və iddiaçının işdən azad olmasına əsas olmuş sayğacların müxtəlif sayğaclar olması barədə sübutu məhkəməyə (markaları, zavod nömrələri, çıxarıldığı ünvan) təqdim edə bilməmişdir.
24. İş üzrə sübutlarla iddiaçının barəsində olan digər intizam tənbehlərinin verilməsinə əsas olmuş sayğaclarla, onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci m addəsinin “ç” bəndi ilə ləğv edilməsinə əsas olmuş sayğacların müxtəlif sayğaclar olması halı təsdiq edilməmişdir.
25. Birinci instansiya məhkəməsi qeyd edilən halın təsdiq edilməməsini nəzərə alaraq, iddiaçıya eyni intizam xətasına görə iki intizam tənbehi verildiyinə dair iddiaçının bildirdiklərini işin hallarına uyğun saymışdır.
26. Bundan başqa, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən göstərib ki, müdiriyyət iddiaçının intizam xətası törətməsini ən geci RQİİ-nin Baş mühəndisi Cavid Hacıyevin xx.xx.2019-cu il tarixli SOCAR**********30560046X02303 saylı, RQİİ-nin İSQNŞ-nın rəisi Ceyhun Qocayevin xx.xx.2019-cu il tarixli SOCAR**********30560046X02562 saylı, yenə RQİİ-nin Baş mühəndisi Cavid Hacıyevin xx.xx.2019-cu il tarixli SOCAR**********30560046X02999 saylı xidməti yazıları aşkar etdiyindən, onunla bağlanmış əmək müqaviləsinə ən geci xx.xx.2020-ci ildə xitam verilməli idi. Lakin mübahisəli əmrlə əmək müqaviləsinə qanunvericiliklə nəzərdə tutulmuş müddət dəfələrlə keçdikdən sonra – xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər.
27. Birinci instansiya məhkəməsi onu da vurğulayıb ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müxtəlif tibb müəssisələrində ambulator müalicə olunduğundan işə çıxmaması barədə cavabdehin dəlilləri iddianın rədd edilməsinə əsas ola bilməz. İlk öncə yuxarıda da qeyd edildiyi kimi cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ən geci xx. xx.2020-ci ildə xitam verilməli olmuşdur ki, həmin vaxt da iddiaçı iş yerində olmuş, iddiaçı xx.xx.2020-ci il tarixdə ambulator müalicəyə başlayanadək cavabdeh intizam tənbehi vermək müddətini ötürmüşdür. Qanunla işəgötürənin səlahiyyətlərini vaxtında icra etməməsi isə intizam tənbehinin verilməsi üçün nəzərdə tutulan müddətin axımını dayandıran hal olaraq nəzərdə tutulmamışdır.
28. Birinci instansiya məhkəməsi göstərib ki, Əmək Məcəlləsinin 189-cu maddəsinin 2- ci hissəsində işçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtın intizam tənbehinin verilməsi üçün nəzərdə tutulan bir aylıq müddətə daxil edilmədiyi nəzərdə tutulsa da, həmin maddənin 3-cü hissəsində intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilməsi, ümumiyyətlə, qadağan edilir və bu müddətə işçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtın daxil edilməsi nəzərdə tutulmur. Ümumiyyətlə, Əmək Məcəlləsinin 189-cu maddəsinin 2-ci hissəsinin 2-ci cümləsindəki halın həmin maddənin 3-cü hissəsinə şamil edilməsi, sonuncu qanun normasının Məcəllənin mətnində saxlanılmasını lüzumsuz edərdi və işəgötürən üçün istənilən müddətə xəstə, yaxud məzuniyyətdə, ezamiyyətdə olması ilə bağlı iş yerində olmayan işçisinə hər hansı müddətin keçməsinə baxmayaraq tənbeh vermək səlahiyyətini saxlamış olardı. Qanunvericilik məhz buna görə işəgötürənə aşkar etdiyi əmək və ya icra intizamı pozuntusuna görə işçisinin barəsində intizam tənbehi vermək səlahiyyətindən qeyri-müəyyən müddətdə istifadə etməməsi üçün ƏM-in 189-cu maddəsinin 3-cü hissəsi ilə onun işçiyə intiz am tənbehi vermək səlahiyyətini intizam tənbehinin qüvvədə olma müddətində məhdudlaşdırmışdır. Göründüyü kimi, cavabdeh iddiaçının əmək və ya icra intizamı pozuntusu törətdiyi ən son tarixi 2019-cu ilin sonları hesab etsə də, onunla bağlanmış əmək müqaviləsinə 2 il 5 ay sonra xx.xx.2022-ci il tarixdə xitam verməklə, qanunun intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehinin verilməsini qadağan edən normasının tələblərini pozmuşdur.
29. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 70, 71, 72, 80, 187, 300-cü, Mülki Prossesual Məcəllənin 14.2 və 77.1-ci maddələri əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
30. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılm asını xahiş etmişdir.
31. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi mülki iş üzrə hər tərəfli və obyektiv araşdırma aparmamışdır. Çünki məhkəmənin gəldiyi mövqe işdə olan çatışmazlıqları tam əhatə etmir. Birinci instansiya məhkəməsi yalnız bir cümlədən ibarət fikirlə 197 ədəd sayğacla bağlı mövqe bildirmişdir. Halbuki, məhkəməyə təqdim edilmiş sübutlarda QSAİMİŞ-in rəisinin fəaliyyətində kifayət qədər çatışmazlıqlar göstərilsə də, məhkəmə həmin nöqsanlara, ümumiyyətlə, diqqət ayırmamışdır. Belə bir dəyərləndirmə olsa idi, birinci instansiya məhkəməsi açıq-aşkar görəcəkdi ki, QSAİMŞ mübahisəli 197 ədəd sayğacdan əlavə sayğacların Xidmət sahələrinə verilməsi zamanı hər hansı sənədləşmə, həmçinin təhvil-təslim aktlarının tərtibatına nəzarət edilməmiş, dövlət yoxlamas ına göndərildiyi kimi izahatı verilmiş 24 ədəd sayğac (əhali 17 əd, qeyri-əhali 7 əd) barədə faktiki sübut yoxdur və onların da yeri qeyri-müəyyəndir; - yararsız hesab edilən 33 ədəd sayğacın yararsızlıq rəyi olmasına baxmayaraq sənədləşmə aparılmadığından BAZADA Status 1-də silinməmişdir və onlar yararlı kimi görünür. XS anbarlarına verilən və yararlılıq rəyi mövcud olan 12 ədəd qaz sayğacı faktiki olaraq yararsız olsa da, onların təkrar dövlət yoxlamasından keçirilməsi və alınan rəy əsasında bazadan silinməsi təmin edilməmişdir; - RQİİ üzrə 9 sayğac üzərində olan ümumilkdə 9496 m3 qaz sərfi sənədləşdirilərək abonent bazasına təqdim edilmədiyindən qeydiyyata alınmamışdır, bu da həmin həcmdə qaz itkisinə səbəb olmuşdur. Bazada texniki səhv kimi qeydə alınan sayğacların faktiki sayğac nömrə ləri ilə dürüstləşdirilmə işləri aparılmamışdır; - QSAİMŞ-da sayğacların hərəkətinə nəzarət edilməməsi səbəbindən onların uçotunun qeyri-dəqiq olmasına səbəb olur, Ağdaş XS-nin Status 1-də 1 ədəd sayğac göstəricisi 0 m göstərilsə də, faktiki olaraq 3612 m3-dir və bazada qeydiyyata alınmamışdır. Ağdaş XS-nin Status 1-də yararlı göstərilən 9 ədəd sayğac faktiki olaraq müdaxiləlidir (möhürə müdaxilə və s.), onların təkrar yoxlamaya göndərilməsi ilə bağlı müraciət mövcud deyildir. Ağdaş XS-d əhali sektoru üzrə 12 ədəd, qeyri- əhali sektoru üzrə 10 ədəd xüsusi plomblar yerində aşkar edilməmiş, 9 ədəd plomb yararsız vəziyyətdədir. Qəbələ XS-də 1 ədəd sayğac sənədsiz (**********5) ünvanda quraşdırılmış, sayğac və onun sərfiyyatı olan 1256 m3 qaz qeydiyyata alınmamışdır; - Oğuz XS-də Təhsil şöbəsi ndən açılmış sayğacın (4310033) yararlı olmasına baxmayaraq faktiki olaraq plombu yoxdur və yararsızdır, onun təkrar yoxlamadan keçirilməsi üçün müraciət edilməmişdir.; - Şəki XS-də 2 ədəd sayğac ünvanlarda sənədsiz quraşdırılmış sayğac və onların 0 və 1317 m3 göstəricisi qeydiyyata alınmamışdır; - Qax XS-də 1 ədəd qaz sayğacı (5328190 saylı) barədə dövlət yoxlamasından yararlı rəy verilsə də, faktiki olaraq dövlət möhürü yoxdur və QSAİMŞ tərəfindən möhürsüz olaraq XS-nə verilmişdir; - Zaqatala XS-də 21 ədəd yararsız sayğac Mərkəzi anbara təhvil götürülməmişdir, Anbarda saxlanılan 4 ədəd Smart kart tipli sayğac dövlət yoxlamasına göndərilməmiş, onların üzərində faktiki olaraq cəmi 2973 m3 (0 m3, 679 m3, 465 m3, 1829 m3 ) sərfiyyatın olmasına baxmayaraq, çıxarılma aktlarında və bazada qeydə alınmamışdır; - anbarda aşkar olunan Şabanova Biçənin açılan ******* saylı sayğac uzun müddətdir ünvanından açılmasına baxmayaraq anbarda saxlanılmış, dövlət yoxlamasına göndərilməmişdir; - Zaqatala XS-də 9 aktda yalnız sayğacların nömrəsi, göstəricisi, qırılan və vurulan plomblar qeyd olunmuş, başqa heç bir məlumatlar aktda göstərilməmiş, həmin plombların hansı səbəbdən qırıldığı və yenisinin vurulması zərurəti qeyd olunmamışdır; - Balakən XS-də 1 ədəd qaz sayğacı vətəndaşın ünavanında (Qullar kəndi – X3) quraşdırılmış vəziyyətə və 338 m3 göstərici ilə aşkar edilmiş, onun qeydiyyatı ilə bağlı heç bir sənəd mövcud deyildir. Bütün bunlar birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillərdir və ümumiyyətlə araşdrımadan kənar da qalmışdır.
32. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1407/2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(033)-763/2022 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.(hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Mahir Əsədli)
33. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, iddia tələbinin mahiyyətindən görünür ki, tələb əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı olmaqla üç hissədən –əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi – p ibarətdir. Tələbin ikinci və üçüncü hissəsi törəmə tələb olub, birinci hissədən bilavasitə asılıdır. Yəni tələbi n birinci hissəsi təmin olunduğu halda, digər hissələrinə hüquqi qiymət verilir, əks halda yox.
34. Apellyasiya instansiyası məhkəməsi müəyyən edib ki, iddiaçı 2005-ci ildən sözügedən idarədə müxtəlif vəzifələrdə işləmiş, 2014-cü ildən isə həmin idarənin Qaz sərfi avadanlıqlarının istismarı və metrologiya şöbəsinin rəisi vəzifəsində işləmişdir. İş üzrə cavabdeh təşkilatın 02 iyun 2022-ci il tarixli, SOCAR**********00070020B00046 saylı əmri ilə tərəflər arasında bağlanmış 04 mart 2014-cü il tarixli, 30 nömrəli əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı əvvəllər bir neçə dəfə, sonuncu dəfə isə 2019-cu il tarixdə törətmiş olduğu intizam xətalarına görə məsuliyyətə cəlb olunmuşdur. Lakin işin təhlili nəticəsində iddiaçının işdən çıxarılması ü çün əsas olmuş 02 iyun 2022-ci il tarixli əmrin verilməsi zamanı hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, o cümələdən də ƏM 72-ci maddəsində sadalanan halların mövcud olması müəyyən edilməmişdir, əksinə, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının işdən azad olunması barədə verilmiş əmr heç də sonradan baş vermiş nöqsanlara görə deyil, əvvəlki, yəni 2019-cu il tarixdə yol vermiş nöqsanlara görə verilmişdir. Çünki iş materialları ilə iddiaçının 2019-cu il tarixdən sonra uzun müddət səhhəti ilə bağlı işdə olmaması, sonradan isə hansı çatışmazlıqların aşkar edilməsi barədə sübut yoxdur.
35. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə 02 iyun 2022-ci il tarixli əmrdə Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinə istinad edilsə də, işəg ötürən işçinin əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinin, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulmasının nədən ibarət olmasını göstərməmiş, bu halların hər hansı biri ilə əsaslandırma aparmamışdır.
36. Apellyasiya instansiyası məhkəməsi işin hallarını qeyd edilən normanın tələbləri əsasında araşdıraraq göstərib ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr bir neçə hüquqi əsasla qanunsuz hesab edilməlidir. Bu əsaslardan biri ondan ibarətdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə iddiaçının yol verdiyi pozuntunun xarakteri və hansı nəticələrə səbəb olduğu izah olunmamış, iddiaçıya istinad olunan pozuntular nəticəsində onun işlədiyi iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəydiyi sübuta yetirilməmişdir. Bundan əlavə, hazırki mübahisələndirilən əmrin verilməsinə əsas kimi, iddiaçının 2019-cu ildə nöqsanlara yol verməsi əsas götürülə bilməz. Belə ki, həmin nöqsanlara görə, sonuncuya töhmət elan olunmuşdur. Həmin əməllərə görə, ona yenidən intizam tənbehi verilə bilməz. Əmək Məcəlləsinin 189-cu maddəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilə biləcəyi halda, eyni intizam xətasına görə əmək müqaviləsinə xitam verlməsi intizam tənb ehi tətbiq edilə bilməzdi.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edib ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün təkcə həmin normada qeyd olunan halın baş verməsi kifayət etmir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə, Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 71-ci maddəsinin ikinci və üçüncü hissələrinin təhlili onu deməyə əsas verir ki, cavabdeh iddiaçınin barəsində verilmiş əmrdə ümumi şəkildə işin hallarını qeyd etməklə kifayətlənməməli, iddiaçıya istinad olunan pozuntular nəticəsində müəssisəyə ziyan vurulması qeyd olunmalı və buna görə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi xüsusi olaraq əsaslandırılmalı idi. Lakin cavabdeh tərəfindən sözügedən əmr verilərkən bu tələblərə əməl olunmamışdır.
38. Apellyasiya instansiyası məhkəməsi iş materiallarının tədqiqi, həmçinin tərəflərin izahatı ilə müəyyən edib ki, cavabdeh iddiaçının əmək və ya icra intizamı pozuntusu törətdiyi ən son tarixi 2019-cu ilin sonları hesab etsə də, onunla bağlanmış əmək müqaviləsinə 2 il 5 ay sonra xx.xx.2022-ci il tarixdə xitam vermişdir ki, bu da qanunvericiliyin tələbləri ilə uzlaşmır. Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilərdi və iddiaçıya münasibətdə bu qayda pozulmuşdur. Belə ki, həmin maddənin 3-cü hissəsinə görə intizam xətasının törədildiyi gündən altı ay keçəndən sonra işçiyə intizam tənbehi verilə bilməzdi.
39. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq vurğulayıb ki, həmin normaya görə intizam tənbehinin verilməsi üçün müddət yalnız müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquq pozması i lə bağlı uzana bilər. Lakin işdən görünür ki, iddiaçının rəis olduğu şöbədə araşdırmanın aparılması sonuncu dəfə 2019-cu ilə təsadüf edir, xx.xx.2020-ci il tarixdə də “əmək və icra intizamı barədə” xidməti yazı məktubu ilə idarə rəisinə müraciət olunmuşdur. Sonradan yəni, 2022-ci il tarixdə həmin faktların araşdırılması ilə bağlı əlavə hər hansı təftişin aparıldığı müəyyən olunmur.
40. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, əmək müqaviləsinin bərabər hüquqlu iki tərəfi var: işçi və işəgötürən. Əmək Məcəlləsi işçi ilə işəgötürəni eyni hüquqda qoruyur. Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İ şəgötürən işçi ilə əmək münasibətlərinin rəsimiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2011-ci il tarixli qərarında belə bir ifadə qeyd olunmuşdur ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin ya şaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.
41. Apellyasiya instansiyası məhkəməsi son olaraq belə nəticəyə gəlib ki, аpellyаsiyа şikаyətində göstərilən dəlillər qeyri-müəyyən оlduğundаn və şəxsi mülаhizələrə əsаslаndığındаn əsаssızdır və qətnаmənin ləğvi üçün əsаs оlа bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
42. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini və işin yenidən apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
43. Kassasiya şikayəti belə əsaslandırılıb: - Əmək Məcəlləsinin 84-cü maddəsindən göründüyü kimi yalnız bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hans ı biri və ya bir neçəsi göstərilməyən əmr əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Qeyd edilməlidir ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, SOCAR**********000720B00078 nömrəli əmr verilərkən göstərilən maddənin 1-ci hissəsində sadalanan bütün məlumatlar əmrdə öz əksini tapmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi qətnamədə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq əmrin qanunsuz olduğunu müəyyən edən aspektlərdən biri kimi həmin əmrin qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmadığını, əmrdə idiaçının yol verdiyi pozuntunun xarakterinin və hansı nəticələrə səbəb olduğunun izah olunmadığını qeyd edərək, əmrin Əmək Məcəlləsi ilə müəyyən edilmiş məcburi məzmun və forma tələblərinin pozulmasına istinad etmişdir. Halbuki, məhkəmə nin qətnamədə qeyd etdiyi məlumatlar (əmrin geniş şəkildə əsaslandırılması, yol verilmiş pozuntunun xarakterinin və hansı nəticələrə səbəb olmasının izahı və s.) Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində göstərilən məlumatlar dairəsinə daxil olmadığı üçün onların əmrdə göstərilməməsi əmrin məcburi məzmun və forma tələblərinin pozulması hesab edilə bilməz. Göründüyü kimi, ŞəkiApellyasiya Məhkəməsinin Mülki kollegiyası yuxarıda qeyd edilənmaddi hüquq normasının tələblərini nəzərə almamış, nəticədə yanlış qənaətə gələrək qanunsuz və əsassız qətnamə qəbul etmişdir; - məhkəməyə təqdim edilmiş sübutlardan görünür ki, iddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini pozduğuna görə ona xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərdə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsini n “a” bəndinə əsasən töhmət, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə isə Əmək Məcəlləsinin 186cımaddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. 2019-cu il ərzində iddiaçıya yuxarıda sadalanan intizam tənbehlərinin hər biri müxtəlif səbəblərə görə, müxtəlif əsaslarla verilmişdir. Göründüyü kimi, iddiaçıya qeyd edilən tarixlərdə töhmət intizam tənbehi verildikdən sonra iddiaçı yenidən intizam məsuliyyətinə cəlb edilmiş və ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Belə olan halda, qətnamədə iddiaçının 2019-cu il ərzində törətdiyi bir neçə intizam pozuntusu ilə bağlı icraatlarından nə üçün ona məhz “töhmət” verilməsi üzrə icraatın əsas götürüldüyü, eləcə də konkret olaraq iddiaçının yol verdiyi hansı eyni intizam xətasına gö rə cavabdeh tərəfindən ona bir neçə dəfə intizam tənbehi verildiyi aydın deyil. Nəzərə alınmalı idi ki, əmək qanunvericiliyinin tələblərinə görə işçinin təqsiri üzündən ona həvalə olunmuş əmək vəzifələrinin yerinə yetirilməməsi, yaхud lazımınca yerinə yetirilməməsi intizam tənbehinin tətbiqinə baхmayaraq davam etmişdirsə, onun barəsində yeni intizam tənbehinin tətbiqinə yol verilir. Bununla belə, məhkəmə qətnamədə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilərkən Əmək Məcəlləsinin 189-cu maddəsinin tələblərinin pozulduğunu qeyd etmiş və bu halı əmrin qanunsuz olduğunu müəyyən edən aspekt kimi qiymətləndirərək iddiaçının xeyrinə əsassız və qanunsuz qətnamə qəbul etmişdir; - bundan başqa, qətnamədə qeyd edilənlərdən o anlaşılır ki, müəssisəyə ziyan vurulması halı ar aşdırılmadan işçi ilə əmək müqaviləsinin Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsi qanunsuzdur və bu hal iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasının yeganə göstəricisidir. Halbuki, Əmək Məcəlləsinin 71-ci maddəsində qeyd edilmiş, işçi tərəfindən əmək funksiyasının, vəzifə borcunun yerinə yetirilməməsi nəticəsində onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsasla ləğv edilməsi zamanı görülən tədbirlər dairəsində “müəssisəyə ziyan vurulmasının araşdırılması” məcburi tələb kimi nəzərdə tutulmamışdır. Bununla belə, İddiaçı vəzifə öhdəliklərini icra etməməsi nəticəsində müəssisəyə, eləcə də işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi şəkildə ziyan vurulması cavabdeh tə rəfindən məhkəməyə təqdim olunmuş sübutlardan açıq-aydın görünür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 68(1). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70(ç). Əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Maddə 71 (2). Bu Məcəllənin 70-ci maddəsinin «ç» bənd ində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71(3). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntula rı nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Maddə 186 (2). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 187 (2). İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Maddə 187 (3). İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tə nbehi verilə bilməz. Maddə 189(1). Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Maddə 300(1). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəfl ərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürü lmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərarda dının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlən dirilməməlidir.
46. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
47. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi nin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
50. İddia tələbi işə bərpa barədədir. İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab etmişdir.
51. İddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyinin pozulmasının müəyyən edilməsindən asılıdır.
52. Hər iki instansiya məhkəmələrinin müəyyən etdiyi işin hallarından da görünür ki, cavabdeh iddiaçının əmək və ya icra intizamı pozuntusu törətdiyi ən son tarixi 2019-cu ilin sonları hesab etsə də, onunla bağlanmış əmək müqaviləsinə 2 il 5 ay sonra – xx.xx.2022ci il tarixdə xitam vermişdir.
53. Əmək Məcəll əsinin 187-ci maddəsinin 2-ci hissəsinə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Həmin maddənin 3-cü hissəsinə görə isə intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz.
54. Həmçinin müəyyən edilib ki, mübahisələndirilən əmrin verilməsinə əsas kimi, iddiaçının 2019-cu ildə nöqsanlara yol verməsi əsas olub. Halbuki, həmin nöqsanlara görə, iddiaçıya töhmət elan olunduğu halda, həmin əməllərə görə, ona yenidən intizam tənbehi verilə bilməzdi.
55. Əmək Məcəlləsinin 189-cu maddəsinin 1-ci hissəsinə görə isə bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bil məz.
56. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halları üzrə Əmək Məcəlləsinin 187-ci maddəsinin 2, 3-cü hissələri və 189-cu maddəsinin 1-ci hissəsinin tələbi baxımından düzgün nəticəyə gəlib.
57. Bununla da işin müəyyən edilmiş halları tətbiq edilən maddi hüquq normalarının tələbləri baxımından iddianın təmin edilməsinə əsas olmuşdur.
58. Məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayətinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 33-41-ci bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
59. Məhkəmə kollegiyası iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunda nəzərdə tutulmuş forma və məzmunda olması barədə cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, əvvəla bu dəlillərə apellyasiya instansiyası məhkəməsi qiymət verib. Məhkəmə kollegiyası da bu dəyərləndirmə ilə razılaşır (bax: 37-ci bənd).
60. Bundan əlavə, məhkəmə kollegiyası bildirir ki, iddianı təmin edən məhkəmələr gəldikləri nəticəni təkcə əmrin forma və məzmun tələblərinə cavab verməməsi əsası ilə deyil, həm də əmrin iddiaçı barəsində sonuncu intizam tənbehinin tətbiq edildiyi vaxtdan 2 il 5 ay sonra, yəni xx.xx.2022-ci il tarixdə verilməsinə istinad etmişlər ki, bu da Əmək Məcəlləsinin 187-ci maddəsinin 2 və 3-cü hissələrində nəzərdə tutulmuş müddətlərin iddiaçıya münasibətdə pozulmasıdır. Həmçinin iddianın təmin edilmə əsaslarından biri də iddiaçı barəsində eyni intizam x ətasına görə təkrar intizam tənbehinin verilməsinin düzgün olmaması olub. Bir intizam xətasına görə də təkrar və ya iki intizam tənbehi verilməsi isə Əmək Məcəlləsinin 189-cu maddəsinin 1-ci hissəsi ilə qadağan olunur. Apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyinə görə iddiaçı 2019-cu il tarixdən sonra uzun müddət səhhəti ilə bağlı işdə olmayıb, sonradan isə onun əmək fəaliyyətində hansı çatışmazlıqların aşkar edilməsini cavabdeh sübut edə bilməyib.
61. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azər iqaz” İstehsalat Birliyinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1407/2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.