Məhkəmə qərarları › İş №2(102)-1645/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1645/2025

08.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1645/2025 08.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözləri: yaşayış evi və torpaq sahəsinin qanunsuz istifadədən geri alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış evi və torpaq sahəsinin qanunsuz istifadədən geri alınması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-63/2025 nömrəli, 5 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmən in inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Lənkəran rayonu Aqrar İslahatı Komissiyasının 18 iyun 1998-ci il tarixli 11 saylı qərarına əsasən, X15 mülkiyyətinə -“Torpağa mülkiyyət hüququna dair” JN:1626 kod 80202004 saylı dövlət aktı üzrə, Lənkəran rayonu, Liman şəhərində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və “Torpağa mülkiyyət hüququna dair” JN:743A kod 80202004 saylı dövlət aktı üzrə Lənkəran rayonu, Liman şəhərində yerləşən 0,02 ha həyətyanı torpaq sahəsi verilmişdir.

2. Liman şəhəri, X28 küçəsində yerləşən 0,02 ha yaşayış məntəqəsinə aid torpaq sahəsi X16 adına xx.xx.2012-ci il tarixdə qeydə alınmışdır.

3. Lənkəran rayonu Aqrar İslahatı Komissiyasının 18 iyun 1998-ci il tarixli 11 saylı qərarına əsasən, X13, Cavabdeh və X4 mülkiyyətinə -“Torpağa mülkiyyət hüququna dair” JN:1625 kod 80202004 saylı dövlət aktı üzrə, Lənkəran rayonu, Liman şəhərində yerləşən 0,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və “Torpağa mülkiyyət hüququna dair” JN:743A kod 80202004 saylı dövlət aktı üzrə Lənkəran rayonu, Liman şəhərində yerləşən 0,02 ha həyətyanı torpaq sahəsi verilmişdir.

4. Liman şəhərində yerləşən 0,1361 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh, X13 və X4 adına xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır.

5. Liman şəhəri, X28 küçəsi 119 ünvanında 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 33,7 kv.m., o cümlədən yardımçı sahəsi 19,7 kv.m. olan yaşayış evi 1/2 hissədə X3, 1/2 hissədə isə X8 adına xx.xx.2002-ci il tarixdə 209A nömrəli kitabda, 1443 saylı inventar nömrəsi ilə qeydə alınmışdır.

6. Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş AN-İ ******* nömrəli xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, X7 şəhəri, X28 küçəsində mülkiyyətində olan 0,02 ha həyətyanı torpaq sahəsini X1, sonuncunun həmin əmlaka dair mülkiyyət hüquqları **********47 saylı xx.xx.2020 tarixli reyestr nömrəsi ilə qeydə alınmışdır.

7. İddiaçı dediyinə görə, Nağıyeva (Babayeva) Umu Mikayıl qızı onun anasıdır. X21 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, 1626 Kod 80202004 saylı Dövlət Aktına əsasən Lənkəran rayonu Liman şəhərində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, RX ******* sayl ı Reyestr Çıxarışına əsasən 0,02 ha həyətyanı torpaq sahəsi və Lənkəran rayonu, Liman şəhəri, X28 küçəsi ev 119 ünvanda yerləşən fərdi yaşayış evinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırmışdır ki, mərhum X10nın mülkiyyətində 1626, Kod 80202004 saylı Dövlət Aktına əsasən Lənkəran rayonu Liman şəhərində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, RX ******* saylı Reyestr Çıxarışına əsasən 0,02 ha həyətyanı torpaq sahəsi və Lənkəran rayonu, Liman şəhəri, X28 küçəsi ev 119 ünvanda yerləşən fərdi yaşayış evi olmuşdur. X10 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Anasının yeganə övladı və vərəsəsidir. Hazırda yuxarıda qeyd etdiyi əmlaklar Cavab deh Nizam qızı tərəfindən qanunsuz olaraq zəbt edilib və istifadə edilir. Mərhum anasının yeganə vərəsəsi olaraq dəfələrlə cavabdehdən həmin əmlakları ona təhvil verməsini tələb etməyinə baxmayaraq, cavabdeh bundan imtina edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

10. Cavabdeh birinci instansiya məhkəməsinə ünvanladığı iddia ərizəsinə qarşı yazılı etirazında bildirmişdir ki, iddiaçı onun ögey xalası olmaqla Salyan şəhərində yaşayır. Mərhum X2na Lənkəran Rayon İcraiyyə Komitəsinin 14 dekabr 1984-cü il tarixli qərarı ilə nənəsinin, yəni X12 öhdəsində olan 0,04 ha torpaq sahəsinin 0,02 ha hissəsi verilmiş və həmin 0,02 ha torpaq sahəsində yaşayış evi tikmək üçün Port-İliç şəhər XDS İcraiyyə Komitəsinin 30 oktyabr 1984-cü il tarixli 12 nömrəli qərarı ilə fərdi yaşayış evi tikilməsinə icazə verilmişdir. Daha sonra həmin mübahisəli ev tikilmiş, o, və bacısı həmin evdə yaşamışlar. Həmin həyətin qalan 0,02 ha sahəsində isə Züleyxa Babayevanın öz evi olmuş, Züleyxa 1984-cü ildə vəfat etdikdən sonra həmin ev sökülmüşdür. Züleyxanın sökülmüş evinin həyəti olan 0,02 ha torpaq sahəsini isə nənəsi X21 təqribən iki il əvvəl qonşuları olan Şahinin qaynı Rəşad adlı şəxsə satmışdır. X2 17 avqust 2001-ci il tarixdə vəfat etmişdir. Anasından qalmaqla Lənkəran rayonu Liman şəhəri (keçmiş Port-İliç şəhəri) X28 küçəsi, 119-da yerləşən ümumi sahəsi 33,7 kv.metr, yaşayış sahəsi 19,7 kv.metr olan iki otaqlı evin 1/2 hissəsi özünün, 1/2 hissəsi isə ögey, atadan ayrı, anadan bir olan bacısı X8 adına rəsmiləşdirilməklə bu barədə onlara 16 aprel 2002-ci il tarixdə 209A nömrə ilə qeydiyyata alınmaqla qeydiyyat vəsiqəsi verilmişdir. Anasının onlardan başqa heç bir vərəsəsi yoxdur, iddiaçının iddia ərizəsində göstərdikləri tamamilə yalandır. O, heç vaxt heç kimin evini zəbt etməmişdir. Həmin evin iddiaçıya heç bir aidiyyəti yoxdur. Onun tələb etdiyi 0,02 ha torpaq sahəsi anası Umu tərəfindən rəsmi olaraq Rəşad adlı şəxsə satılmışdır, iddianın pay torpaq hissəsinə münasibət bildirərək göstərir ki, iddiaçı yalnız iddianın sonunda həmin tələbi də qoymuş, lakin iddianın həmin hissəsini əsaslandırmamışdır. O, heç bir payı bəlli torpağı zəbt etməmişdir. Mərhum anası və bacısı Günaya məxsus 0,14 ha torpaq sahəsi vardır ki, həmin torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Belə ki, həmin kənd təsərrüfat təyinatlı torpaq sahəsi Lənkəran rayonu Aqrar İslahat Komissiy asının 18 iyun 1998-ci il tarixli 11 nömrəli qərarı ilə onlara verilmişdir. İddiaçının anası, onun isə nənəsi Umu Nağıyevanın adına da həmin vaxt 0,05 ha torpaq sahəsi verilmişdir ki, həmin torpaq sahəsinin ona heç bir aidiyyəti olmamaqla, o, həmin torpaq sahəsini zəbt etməmiş və ümumiyyətlə həmin torpaq sahəsinin harada yerləşdiyini belə bilmir.

11. Lənkəran Rayon Məhkəməsinin 2(049)-3470/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim-Nicat Ağabəyov) iddia tələbi rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ilk növbədə qeyd etmişdir ki, iddia tələbinin yönəldiyi şəxs - Cavabdeh atasının adı Namizəd olduğu halda, iddiaçı iddia ərizəsində cavabdeh şəxs qismində Cavabdeh Nizam qızına qarşı iddia qaldırmışdır. xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş cavabdehin iddia ərizəsinə etirazına əlavə etdiyi Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, vəsiqə sahibinin atasının adı Namizəddir. Bundan başqa, həm iddiaçı, həm də cavabdehin məhkəməyə təqdim etdikləri, iddia tələbinin və iddiaya etirazın əsası kimi istinad etdiyi halları əks etdirən sənədlər kserosurətdir.

13. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçı iddia etdiyi mərhum anasından miras qalmış əmlakların onun tərəfindən faktiki qəbul edilməsi ilə bağlı sübutları, o cümlədən mirasın qəbulu faktını rəsmiləşdirən sənəd hesab edilən vərəsəlik şəhadətnaməsini məhkəməyə təqdim etməmişdir. Qanunvericilikdə mirasın qəbul edilməsi faktı ya vərəsəlik şəhadətnaməsinin əldə edilməsi və ya vərəsənin mirasın açıldığı yer üzrə notar iat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, ya da əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa təsdiq edən sənədlərin təqdim edilməsi ilə müəyyən edilmişdir. Lakin, hazırkı iş üzrə iddiaçı mərhum anası Umi Nağıyevadan miras qaldığını iddia etdiyi Lənkəran rayonunda yerləşən miras əmlakların onun tərəfindən qəbul edilməsi ilə bağlı məhkəməyə vərəsəlik şəhadətnaməsi, mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsini təsdiq edən, eləcə də əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut edən halları özündə əks etdirən heç bir sübut təqdim etməmişdir.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1145, 1146, 1151, 1159.1.1, 1159.1.3, 1243.1, 1243.2, 1243. 3, 1245, 1246-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərin in aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə, MPM-nin 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1,217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, mərhum X10nın mülkiyyətində 1626, Kod 80202004 saylı Dövlət Aktına əsasən Lənkəran rayonu Liman şəhərində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, RX ******* saylı Reyestr Çıxarışına əsasən 0,02 ha həyətyanı torpaq sahəsi və Lənkəran rayonu, L iman şəhəri, X28 küçəsi ev 119 ünvanda yerləşən fərdi yaşayış evi olmuşdur. X10 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Anasının yeganə övladı və vərəsəsidir. Hazırda yuxarıda qeyd etdiyi əmlaklar Cavabdeh Nizam qızı tərəfindən qanunsuz olaraq zəbt edilib və istifadə edilir. Mərhum anasının yeganə vərəsəsi olaraq dəfələrlə cavabdehdən həmin əmlakları ona təhvil verməsini tələb etməyinə baxmayaraq, cavabdeh bundan imtina etmişdir. Bu səbəbdən də anasından qalmış mirası bu günə kimi istifadə edə bilməmişdir. Lənkəran Rayon Məhkəməsi qətnaməsində mirasın faktiki qəbulu ilə bağlı heç bir sənədin olmadığını qeyd etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, cavabdeh anasından miras qalmış əmlakdan istifadəyə ona icazə vermir. Əgər icazə vermiş olsaydı və o, miras əmlakı istifadə etmiş olsaydı, o zaman faktiki qəbulla bağlı hər hansı bir sənəd təqdim edə bilərdi. Cavabdehin onun rəhmətlik anası ilə heç bir qohumluq münasibəti yoxdur. Eləcə də məhkəmə təqdim edilmiş sənədlərin kserosurət olduğunu qeyd edərək təqdim etdiyi sənədləri mötəbər sübut kimi qəbul etməmişdir. Halbuki o, məhkəmə iclasında həmin sənədlərin əsillərinin onda olmadığını və həmin sənədlərin əsillərini əldə edə bilmədiyini dəfələrlə qeyd etmişdir. Məhkəmə belə olan halda kargüzarlıq qaydalarına və qanunvericiliyə əsasən tərəflərin əldə edə bilmədikləri məlumatları məhkəmə sorğusu ilə dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan və hətta fiziki şəxslərdən tələb etmək hüququna malikdir. Lakin məhkəmə belə bir addım atmayaraq qanunsuz və əsassız olaraq iddia tələbini rədd etmişdir. Məhkəmə araşdırması dü zgün aparılmamışdır. Tərəflərin əldə edə bilmədikləri sübutların alınması ilə bağlı məhkəmə heç bir addım atmamışdır.

17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-646/2023 nömrəli, 13 iyul 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər - Cahid İmanov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Pərviz Əhmədov), iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçının cavabdehə qarşı “1626 Kod 80202004 saylı Dövlət Aktına əsasən Lənkəran rayonu Liman şəhərində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, RX ******* saylı Reyestr Çıxarışına əsasən 0,02 ha həyətyanı torpaq sahəsi və Lənkəran rayonu, Liman şəhəri, X28 küçəsi ev 119 ünvanda yerləş ən fərdi yaşayış evinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsinin təmin edilməməsi qət olunmuşdur.

18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsi ilə iddianı rədd edərkən 3 əsasa istinad etmişdir. Həmin əsaslardan birincisi iddiaçının cavabdehin atasının adının “Namizəd” olduğu halda iddiaçının cavabdehin atasının adının “Nizam” kimi yazması və bu barədə dəqiqləşdirmə aparmaması olmuşdur. İkinci əsas isə iddiaçının iddiaçının nənəsi X14 qalmış qeyd edilən miras əmlakı qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada qəbul etməməsinə istinad etmişdir. Halbuki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli ş əkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsa sı ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Buna görə də Konstitusiya Məhkəməsinin Plenum Qərarı göstərilənlər baxımından, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Məhkəmənin istinad etdiyi digər üçüncü əsas iddiaçı tərəfindən təqdim edilən sənədlərin kserosurət olması olmuşdur. Halbuki, məhkəmə prosessual qənaət prinsipinə riayət edərək ona təqdim edi lmiş sənədlərin təsdiq edilmiş surətlərini müvafiq təşkilatlara sorğu etməklə əldə edib işə əlavə edə bilərdi.

19. Məhkəmə kollegiyası mübahisələndirilən torpaq sahəsi və ev ilə bağlı qeyd etmişdir ki, iddiaçı tələb etdiyi daşınmaz əşyaların faktiki olaraq cavabdehdə olmasını sübut edə bilməmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının nənəsi vəfat etməzdən əvvəl qeyd edilən əmlakın bəzisini Rəşad Məmmədov adlı şəxsə satmaqla özgəninkiləşdirmişdir. Cavabdehə gəldikdə isə iş materialları ilə müəyyən olunur ki, cavabdeh hazırda yaşadığı evi vərəsəlik yolu ilə X2ndan qəbul etmişdir.

20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ümumiyyətlə iddiaçı anasına məxsus olan əmlakların cavabdehin sahibliyinə keçməsini, cavabdehin həmin əşyaya faktiki sahibliyinin qanunsuz olmasını və yaxud da ki, həmin əşyaların faktiki olaraq cavabdehdə olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.

21. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat 22.İddiaçı (Vəkil) kassasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddiamın təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. 23.Kas sasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun mərhum X10nın mülkiyyətində 1626, KOD 80202004 saylı dövlət aktına əsasən Lənkəran rayonu, Liman şəhərində 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, RX ******* saylı çıxarışa əsasən 0,02 ha həyətyanı torpaq sahəsi və Lənkəran rayonu Liman şəhəri, X28 küçəsi, ev 119 ünvanında yerləşən fərdi yaşayış evi olmuşdur. Anasının yeganə övladı və vərəsəsi iddiaçıdır. Lakin anasının mülkiyyətində olan və vərəsəliklə ona məxsus əmlakı cavabdeh zəbt etmiş və qaytarmaq istəmir. Nəticədə onun mülkiyyət hüquqları pozulmuşdur. İddiaçı vərəsə olaraq həmin əmlaklara mülkiyyət hüququ anası vəfat etdiyi andan yaranmışdır. Faktiki olaraq anasından qalmış miras əmlakı iddiaçı idarə edir və mirası o, qəbul edib. Lakin məhkəmə həmin halları araşdırmadan, mülkiyyət hüququnu pozmaqla qətnamə qəbul etmişdir. Qətnamədə göstərilmişdir ki, iddiaçı həmin əmlakların cavabdehdə olması barədə sübut təqdim etməyib. Bu tamamilə absurd fikirdir. Çünki iddiaçı daşınmaz əmlakın mövcudluğunu sübut edir, onun zəbt olunmasını yalnız ekspertiza keçirilməklə və ya yerində baxış keçirməklə müəyyən etmək olardı. Cavabdeh etiraz ərizəsində özü etiraf etmişdir ki, həqiqətən həmin 0,02 ha torpaq sahəsində inşa olunan evdə yaşayırlar. Lakin məhkəmə həmin halların heç birini araşdırmamışdır. Məhkəmə qeyd edib ki, iddiaçının miras əmlakı qəbul etməsinə dair sənəd təqdim edilməmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən vərəsə mirası idarə etməyə başladığı andan faktiki olaraq mirası qəbul etmiş sayılır. Məhkəmə iddiaçının mülkiyyət hüquqlarını pozmaqla qətnamə qəbul etmişdir. Prosessual hüquq pozuntulara gəldikdə, məhkəmə sübutları tam araşdırmamış, sübutlara hərtərəfli hüquqi qiymət verilməmiş, sübutlar tam toplanmamış, məhkəmə prosesləri çəkişmə prinsipi əsasında aparılmamış, məhkəmə işin faktiki hallarını tam olaraq araşdırmamışdır. 24.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2023-cü il tarixli 2(102)-4357/2023 nömrəli qərarı ilə (hakimlər - Zəki Babayev (məruzəçi), Əhməd Nurməmmədov, Abiddin Hüseynov) kassasiya şikayəti qismən təmin olunaraq, apellyasiya instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilmədiyi - 1626 Kod 80202004 saylı Dövlət Aktına əsasən Lənkəran rayonu Liman şəhərində yerləşən 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. 25.Məhkəmə kollegiyası RX ******* saylı Reyestr Çıxarışına əsasən 0,02 ha həyətyanı torpaq sahəsi və Lənkəran rayonu, Liman şəhəri, X28 küçəsi ev 119 ünvanda yerləşən fərdi yaşayış evinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində iddia tələbinin rədd edilməsinə münasibətdə apellyasiya məhkəməsinin gəldiyi nəticənin əsassız olması barədə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə hesab etmişdir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hazırkı qərarın 19-20-ci paraqraflarında əksini tapmış həmin əsaslandırması ilə razılaşı r. 26.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd etmişdir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi, RX ******* saylı Reyestr Çıxarışına əsasən 0,02 ha həyətyanı torpaq sahəsi və Lənkəran rayonu, Liman şəhəri, X28 küçəsi ev 119 ünvanda yerləşən fərdi yaşayış evinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində iddia tələbinin təmin edilməməsi barədə nəticəyə gələrkən, tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğunu müvafiq prosessual normalara əsasən müəyyən etmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisən in maddi prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. 27.Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab etmişdir ki, RX ******* saylı Reyestr Çıxarışına əsasən 0,02 ha həyətyanı torpaq sahəsi və Lənkəran rayonu, Liman şəhəri, X28 küçəsi ev 119 ünvanda yerləşən fərdi yaşayış evinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində iddianın rədd edilməsinə münasibətdə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində sadalanan formal dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin hazırkı qərarın 19-20-ci paraqraflarında göstərilən hissədə ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən qeyd olunan hissəyə münasibətdə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin sadalanan dəlilləri əsassızdır. 28.Məhkəmə kollegiyası həmçinin iddiaçının kassasiya şikayətinin “Torpağa mülkiyyət hüququna dair” JN 1626 Kod 80202004 saylı Dövlət Aktına əsasən Lənkəran rayonu Liman şəhərində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində iddia tələbinin təmin edilməməsinə münasibətdə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin əsassız olması barədə dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçı eyni məzmunlu dəlilini apellyasiya şikayətində də vurğulasa da, apellyasiya instansiya məhkəməsi qətnamədə həmin dəlilə hər hansı hüquqi qiymət verməmiş, yalnız iddiaçının tələb etdiyi daşınmaz əşyaların faktiki olaraq cavabdehdə olmasını sübut edə bilməməsi qeyd olunmaqla kifayətlənmiş, “Torpağa mülkiyyət hüququna dair” JN 1626 Kod 80202004 saylı Dövlət Aktına əsasən X15 mülkiyyətinə verilmiş Lənkəran rayonu Liman şəhərində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair iddiaçının gözlənilən mülkiyyət hüququnun olmasını araşdırıb düzgün hüquqi qiymət verməmiş, qeyd olunan torpaq sahəsinin hazırda kimin istifadəsində olmasını, həmin mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən, cavabdehin və digər şəxslərin mülkiyyətində olan “Torpağa mülkiyyət hüququna dair” JN:1625 kod 80202004 saylı dövlət aktı üzrə, Lənkəran rayonu, Liman şəhərində yerləşən 0,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi ilə bağlı halları araşdırmadan, bu məqsədlə zəruri biliyin tələb edildiyi müvafiq ekspertizanın keçirilməsini təmin etmədən, qeyd olunan hissədə iddianın rədd edilməsi barədə nəticəyə gəlinmişdir. Bununla da apellyasiya instansiya sı məhkəməsi “Torpağa mülkiyyət hüququna dair” JN 1626 Kod 80202004 saylı Dövlət Aktına əsasən Lənkəran rayonu Liman şəhərində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində iddia tələbinin təmin edilməməsi barədə nəticəyə gələrkən Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd olunan halları araşdırmadan apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə tam və əsaslı deyildir. 29.Kassasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 6.2, 152.1, 152.5, 157.2, 157.4, 158.4, 164.1, 164.2, 165.1-ci, Torpaq Məcəlləsinin 55, 66.2, 68, 84, 111-ci, Mülki Pros essual Məcəllənin 14.2, 76.1, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

30. Mülki işin yeni apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 dekabr 2024-cü il tarixli 10/8641 nömrəli rəyi ilə ekspertiza qarşısında qoyulmuş suallar aşağıdakı formada cavablandırılmışlar:

31. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 18 iyun 1998-ci il tarixli, 11 saylı qərarı əsasında JN-1626 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə X15 mülkiyyətinə verilmiş Lənkəran rayonu, Liman (keçmiş Port-İliç) şəhəri ərazisində yerləşən 0.05 ha (453 kv.m) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələ rinin koordinatları müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı sözügedən torpaq sahəsinin faktiki vəziyyətə uyğun 0.03 ha ölçüdə öz əksini tapması müəyyən olunmuşdur;

32. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 18 iyun 1998-ci il tarixli, 11 saylı qərarı əsasında JN-1625 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X13 və ailə üzvləri Cavabdeh, X4 mülkiyyətinə verilmiş Lənkəran rayonu, Liman (keçmiş Port-İliç) şəhəri ərazisində yerləşən 0.14 ha (1361 kv.m) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı sözügedən torpaq sahəsinin faktiki vəziyyətə uyğun 0.08 ha ölçüdə öz əks ini tapması müəyyən olunmuşdur;

33. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********56 reyestr nömrəli Çıxarışla (ilkin hüquq müəyyənedici sənəd JN-1625 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) Cavabdeh, X9 və X8 mülkiyyətində olan 0.1361 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yuxarıda qeyd olunan JN-1625 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X6, Cavabdeh və X4 mülkiyyətində olan 0.14 ha (1361 kv.m) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə eyni torpaq sahəsi olması müəyyən olunmuşdur;

34. JN-1626 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair “Dövlət Aktı” ilə X15 mülkiyyətində olan 0.05 ha (453 kv.m) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********56 reyestr nömrəli Çıxarışla (ilkin hüquq müəyyənedici sənəd JN-1625 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) Cavabdeh, X13 və X4 mülkiyyətində olan 0.1361 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qonşu torpaq sahələri olması müəyyən olunmuşdur;

35. JN-1626 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X15 mülkiyyətində olan Lənkəran rayonu, Liman (keçmiş Port-İliç) şəhəri ərazisində yerləşən 0.05 ha (faktiki 0.03 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh və ya digər şəxslər tərəfindən faktiki vəziyyətdə istifadə edilməməsi müəyyən edilmişdir.

36. Şirv an Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-63/2025 nömrəli, 5 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər-Tale Kərimov (sədrlik edən və məruzəçi), Samir Həsənov və Qasım Əliyev), apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən “Torpağa mülkiyyət hüququna dair” JN 1626 Kod 80202004 saylı Dövlət Aktına əsasən X15 mülkiyyətinə verilmiş Lənkəran rayonu Liman şəhərində yerləşən 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehdən alınmasının təmin olunmaması hissədə ləğv edilmiş və həmin hissədə iddia rədd edilmişdir.

37. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı hazırda mərhum anasının yeganə birinci növbəli vərəsəsi olduğunu bildirərək, həmin torp aq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınaraq, ona verilməsi tələbini irəli sürür. İş materiallarından mərhum Nağıyeva (Babayeva) Umi Mikayıl qızı tərəfindən vəsiyyətnamə qoyulmadığı müəyyən olunmuşdur, bu isə o deməkdir ki, qanun üzrə vərəsəlik qüvvədədir. İddiaçı Mülki Məcəllənin 1159.1-ci maddəsinə əsasən mərhum anası Nağıyeva (Babayeva) Umi Mikayıl qızının övladı olaraq birinci növbəli vərəsədir.

38. İddiaçı müvafiq tələblə 7 oktyabr 2022-ci ildə Lənkəran Rayon Məhkəməsinə müraciət etdiyindən, məhkəmənin icraatında olan mübahisə kimi Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarının təsiri altına düşür. Odur ki, iddiaçı tərəfindən mərhum anası Umi Nağıyevadan miras qalmış miras qalmış əmlakların onun tərəfindən qəbul edilməsi ilə bağlı vərəsəlik şəhadət naməsi, mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsini təsdiq edən, eləcə də əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağı sübut edən halları özündə əks etdirən heç bir sübut təqdim etməməsi əsasları ilə iddianı rədd edən birinci instansiya məhkəməsinin mövqeyi, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşan hüquqi mövqeyə ziddir.

39. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 152.1, 157.2-ci, Torpaq Məcəlləsinin 48.2, 55, 84.1, 111.1, 111.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

40. İddiaçı (vəkil- Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv e dilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarının tələbini pozmuşdur. Ali Məhkəmə əvvəlcə Şirvan Apelyasiya Məhkəməsinin qətnaməsini ləğv etmiş və orada konkret göstərişlər göstərilmişdir. Lakin məhkəmə həmin göstərişləri nəzərə almamışdır. Məhkəmə yalnız ekspert rəyinə istinad etmişdir ki, guya cavabdeh əmlakı zəbt etməmişdir. Cavabdeh özü evdən və torpaqdan istifadə etməsini təsdiq etmişdir. İndiki halda o, sübut etməlidir ki, həmin ev başqa evdir və iddiaçıya aidiyyəti yoxdur. İddiaçı birinci növbəli vərəsədir və həmin mülkiyyət ona məxsusdur.

42. Məhkəmə prosessual hüquq normalarının tələbini pozmuşdur. Təqdim etdiyi sübutlar düzgün və hərtərəfli araşdırılmamışdır. İddiaçi mülkiyyətinin zəbt olun ması barədə sübutlar təqdim etmişdir, cavabdeh özü ərizəsində əmlakımı istifadə etməsini etiraf etmişdir. Məhkəmə çəkişmə prinsipinin və ədalət prinsipinin tələbini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

44. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

45. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

46. Maddə 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.

47. Maddə

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

48. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

49. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

50. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tiki lilər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin q arşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlill ərindən asılı olmayaraq yoxlanılmalıdır.

59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fakti ki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrar apellyasiya baxışı zamanı mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, bununla da, Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələblərinə riayət olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyiş dirilməsi üçün əsas yoxdur.

63. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

64. Kassasiya şikayətinin dəlilləri əsasən sübutlara düzgün qiymət verilməməsi, işin faktiki hallarının düzgün müəyyən edilməməsi ilə bağlıdır. Bununla bağlı kollegiya qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hall arına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

65. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

66. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apelly asiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ol a bilməz. 67. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

68. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyekti v araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

69. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-63/2025 nömrəli, 5 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar