Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1646/2024 11.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2(104)2249/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə 11 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 28 may 2020-ci il tarixli sadə yazılı formalı qəbzə əsasən Cavabdeh3 qızının müalicəsi üçün İddiaçı 6.000 manat məbləğində borc pul götürmüş və həmin pulu tez bir zamanda qaytarmağı öhdəsinə götürmüş və həmin qəbzi öz imzası ilə təsdiq etmişdir. 2. 22 sentyabr 2021-ci il tarixli sadə yazılı formalı qəbzə əsasən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ev almaq üçün İddiaçı 13.800 manat məbləğində borc pul almışlar və həmin pulu 3-4 ay müddətində qaytaracaqlarını, qaytara bilməyəcəkləri halda isə qaytaranadək hər ay 850 manat pul ödəyəcəklərini öhdəliklərinə götürmüşlər və həmin qəbzi onlar öz imzaları ilə təsdiq etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra - cavabdehlər) qarşı iddia ərizə si və daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 20.600 manat pulun və 2.000 manat əldən çıxmış faydanın, cəmi 22.600 manat pulun, habelə Cavabdeh3 6.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, 22 sentyabr 2022-ci il tarixdə cavabdehlər ev almaq üçün ondan 13.800 manat borc pul istəmişlər. O da münasibəti yaxşı olduğu üçün onlara inanıb həmin məbləğdə pulu borc olaraq vermişdir. Cavabdehlər ondan borc pul almaları ilə bağlı qəbz yazıb vermiş və həmin pulu hissə-hissə qaytarmağı öz öhdələrinə götürmüşlər. Cavabdehlərlə aralarında bağladıqları şifahi müqavilənin şə rtlərinə əməl etməklə onlara 13.800 manat pul vermişdir. Lakin cavabdehlər müqavilə ilə aralarında olan razılaşmaya əməl etməmiş, pulu qaytarmamışlar. Pulu vaxtında qaytarmadıqları üçün cavabdehlərdən verdiyi borc pulu geri istəmişdir. Cavabdeh tərəf ona yenə yalan vədlər verərək qaytaracaqlarını bildirmişlər. O, pulunu cavabdehlərdən ala bilmədiyi üçün hüquqlarının qorunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehlər yazdıqları qəbzdə gecikdirdikləri hər ay üçün ona əlavə 850 manat pul ödəyəcəklərini bildirmişlər. Bu müddət ərzində cavabdehlər ona 8 ay x 850 manat = 6.800 manat pul ödəməli idilər. Onun pulu bir ilə yaxın müddətdir ki, cavabdehlərdə qalmışdır. Əgər həmin məbləğdə pulu da cavabdehlərin ondan aldıqları pulun üstünə gəlsə, ümumilikdə 20.600 manat təşkil etmiş olar. Bu müddət ərzində pulundan istifadə edə bilmədiyi üçün 2.000 manat əldən çıxmış faydanın da cavabdehlərdən alınıb ona ödənilməsini tələb etmişdir. Eləcə də iş üzrə Cavabdeh3 sadə yazılı formada verdiyi yazılı qəbzə əsasən onun xeyrinə 6.000 manat pul tutulmalıdır.
5. Tərtər Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(061)-632/2023 nömrəli qətnaməsi ilə (hakim K.A.Rzayev) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 13.800 manat, habelə Cavabdeh3 6.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı dəfələrlə pulunu cavabdehlərdən geri tələb etmiş, lakin onlar hər dəfə yalan vədlər verərək sözlərinə əməl etməmişlər. Bununla da cavabdehlərin hazırkı vəziyyətdə iddiaçıya olan borcu 19.800 manat təşkil etmişdir. Məhkəmə iclasında elan olunmuş cavabdehlər tərəfindən yazılmış qəbzlərlə bu fakt öz təsdiqini tapmışdır. Bununla da tərəflər arasında faktiki olaraq bağlanmış şifahi borc müqaviləsi üzrə cavabdehlər üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmişlər.
7. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdehlərdən 2.000 manat əldən çıxmış faydanın alınıb ona verilməsini iddia etsə də, bu barədə hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. O yalnız öz şəxsi mülahizələrinə əsaslanaraq izahat vermişdir. Məhkəmə hesab etmişdir ki, iddianın həmin hissədə təmin edilməsi məqsədəmüvafiq deyil.
8. Məhkəmə qeyd etmişdir ki, cavabdehlər iddia tələbini təkzib etmək üçün məhkəməyə hər hansı bir sənəd təqdim etməmişlər. Məhkəm ə cavabdehlərin iddiaçıya həmin məbləğdə borclu olmasını və borclarını qaytarmadığını təsdiq edən yuxarıda qeyd olunan sənədləri həqiqətə uyğun və sübut kimi qəbul edilməsini məqsədə müvafiq hesab etmişdir.
9. Məhkəmə hesab etmişdir ki, borc münasibətlərinin mövcudluğu üçün tərəflər arasında borc müqaviləsi bağlanmalıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsi borc münasibətlərinin mövcudluğu üçün onlar arasında şifahi qaydada borc müqaviləsinin bağlanmasını da mümkün hesab edir. Ona görə də tərəflər arasında yazılı qaydada tərtib olunmuş borc müqaviləsinin olmaması borc müqaviləsinin ümumiyyətlə mövcud olmaması kimi qəbul etmək olmaz. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən 19.800 manat məbləğdə təmin edilməlidir.
10. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 739, 740-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh2 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə onların arasında heç bir rəsmi müqavilə, həmin müqaviləni təsdiq edən heç bir möhür və ştamp olmamışdır. İddia ərizəsində göstərilən saxta qəbzin onlara aidiyyəti yoxdur. Məhkəmə belə hallarda sənədin doğruluğunu yoxlamaq üçün iş üzrə müvafiq xətşünaslıq ekspertizası təyin etməli idi, məhkəmə isə onun iştirakı olmadan işə baxmış və birtərəfli mövqe tutmuşdur.
13. Məhkəmə kollegiyasının icla sında iştirak edən Cavabdeh2 apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat vermiş və qeyd etmişdir ki, onlar özlərinə ev almaq istəmişlər. 1.200 manat pulları çatmadığından, həmin məbləğdə pulun onlara borc kimi verilməsi üçün yaxın münasibətdə olduqları iddiaçıya müraciət etmişlər. İddiaçı onlara həmin məbləğdə borc verəcəyini vəd etmiş, əvvəlcə Cavabdeh1 13.800 manat məbləğdə borcun verildiyi barədə qəbzi yazdırmış, həmin vaxt onlara heç bir məbləğdə pul verməmiş, daha sonra isə həmin müqavilə əsasında onlara cəmi 100 manat pul vermişdir. Həmin qəbzi yazdırarkən iddiaçının səsi yazılmışdır. Cavabdeh2 izahatında həmçinin göstərmişdir ki, onun özü əvvəllər də iddiaçıdan borc almışdır və hazırda onun iddiaçıya təxminən 5.000-6.800 manat aralığında borcu qalmışdır. Ancaq həmin borc Cavabdeh1 13.800 manat məbləğində borcun verildiyi barədə yazdırılmış qəbz əsasında verilməmişdir. Həmin borc yalnız onun özünə aid olan borcdur.
14. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2(104)-2249/2023 saylı qətnaməsi ilə (hakimlər Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi), F.Ə.Mehtiyev və R.Ş.Muradov) Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Tərtər Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(061)-632/2023 saylı qətnaməsi qismən - mübahisələndirilən, yəni cavabdehlərdən müştərək qaydada 13.800 manat pulun tutulub iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunmuş, cavabdehlərdən müştərək qaydada 2.500 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan mübahisələn dirilən hissədə iddianın rədd olunması qət edilmişdir.
15. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər tərəfindən imzalanması göstərilmiş 22 sentyabr 2021-ci il tarixli (müqavilə) qəbz iddiaçının cavabdehlərə 13.800 manat borc verdiyini təsdiq edən mötəbər sübut növü kimi qiymətləndirilə bilməz. Belə ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Mülki Prosessual Məcəllənin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlər tərəfindən təqdim edilmiş CD disk tədqiq edilərkən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehlərə iddia olunan məbləğdə pul verilməmişdir. Belə ki, səs yazıl arından aydın olur ki, iddiaçı ilə Cavabdeh1 yazılı qeydlər aparır. Sözügedən “müqavilə”-nin və səs yazılarının əlaqəli təhlilindən birmənalı təsdiq olunur ki, “müqavilə”-də yazılanlar sözbəsöz iddiaçının dediklərinin təkrarıdır. Səs yazısında iddiaçı onlara 13.800 manat borc verdiyini yazdırmaq istəyərkən Cavabdeh1 buna etirazını bildirir, həmin məbləğdə pulun onlara verilmədiyini, sonradan bu məbləğin onların üzərində qalacağını göstərir. Lakin digər Cavabdeh2 ona iddiaçının istədiyi miqdarda, hətta ondan da artıq məbləğin yazmasını, heç bir problem olmayacağını bildirir. İddiaçı da səs yazısında bu müqavılənin bir kağız parçası olduğunu, onun heç bir əhəmiyyətinin olmadığını Cavabdeh2 bildirir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə kollegiyasının iclasında iştirak edən iddia çı cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi səs yazısının dinlənilməsi zamanı danışan şəxslərin onunla cavabdehlər olduğunu etiraf etmişdir.
18. Qeyd edilənləri diqqətdə saxlayan məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi və cavabdehlər tərəfindən imzalanması göstərilmiş 22 sentyabr 2021-ci il tarixli (müqavilə) qəbz əsasında iddiaçı cavabdehlərə 13.800 manat məbləğində borc verməmişdir. Həmin qəbz əsasında iddiaçı cavabdeh tərəfə yalnız 2.500 manat məbləğində borc vermişdir.
19. Məhkəmə kollegiyası bu qənaətlərini onunla əsaslandırmışdır ki, Cavabdeh1 izahatında bildirmişdir ki, onlar iddiaçıdan 2.500 manat borc almaq məqsədilə onun yanına getmişlər. Cavabdeh2 isə izahatında bildirmişdir ki, onlar iddiaçıdan 1.200 manat borc almaq məqsədilə onun yanına getmişlər. Lakin iddiaçı onlara cəmi 100 manat pul vermiş və həmin borcu sonradan iddiaçıya qaytarmışlar.
20. Məhkəmə kollegiyası tərəflərin izahatlarına məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, 22 sentyabr 2021-ci il tarixli (müqavilə) qəbz əsasında iddiaçının cavabdehlərə məhz 2.500 manat borc verməsi işin faktiki halı kimi təsdiq olunandır. Həmçinin cavabdeh tərəf həmin məbləğdə borcun qaytarıldığı barədə heç bir dəlil gətirməmiş, yalnız iddiaçının onlara cəmi 100 manat pul verdiyini və həmin borcu sonradan iddiaçıya qaytardıqlarını bildirmişlər. Ona görə də iddia mübahisələndirilən hissədə qismən təmin edilməlidir.
21. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 443, 739, 740-cı maddələrinə istinad edərək əsaslan dırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, cavabdehlərə 13.800 manat pulu öz evlərində ailə üzvlərinin iştirakları ilə vermiş və onların hər üçü evdə olmuşdur. Cavabdeh2 ilə Cavabdeh1 ər-arvad, digər Cavabdeh3 isə Cavabdeh2 atasıdır. İş üzrə ilkin məhkəmə iclaslarında cavabdehlərin hər üçü bildirmişlər ki, “qəbzi nə yazmayıblar, nə də imza etməyiblər, ümumiyyətlə qəbzdən xəbərləri yoxdur”. Ancaq işə baxan hakim iş üzrə ekspertiza təyin etmək istəyərkən qəbzdəki imzalar ın onlar tərəfindən icra edilməsi ekspert rəyi ilə təsdiq ediləcəyi halda pulun onlardan tutulacağı barədə sözündən sonra hər üçü bildirmişlər ki, “savadsızdırlar, başa düşməyiblər”. Halbuki, Cavabdeh3 10 ildən artıq məktəb direktoru, Cavabdeh1 isə hazırda Bakı şəhərində Mühafizə Polisində mühasib vəzifələrində işləmişlər. Cavabdeh2 isə onun kimi bir çox şəxsləri aldadaraq dələduzluq etmişdir. Son 3 ildir ki, onun pulunu verməmələri bir yana, onu təhqir də etmişlər. Maddi vəziyyətləri o qədər pis olmuşdur ki, hətta əlavə 200 manat yol pulu da almışlar. Məhkəmədə həmin 200 manat pulu da danıb, 100 manat aldıqlarını bildirmişlər. İşə baxan məhkəmə kollegiyası Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilmədiyi üçün 6.000 manat pulun ondan tutulması hissəsinə baxmamışdır. Cavabdeh2 ona olan 6.800 manat pul tələbi ilə bağlı isə ayrıca məhkəmədə iddia qaldırmalı olması nəticəsinə gəlmişdir.
24. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 425.2-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə
425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
28. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
29. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən ) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
30. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. İddiaçının kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
39. Kassas iya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır.
40. Belə ki, cavabdehlərin sadə yazılı formada tərtib edib imzaladıqları və hazırkı məhkəmə baxışının predmeti olan 22 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən onlar iddiaçıdan 13.800 manat borc pul almış və həmin pulu 3-4 ay müddətində qaytaracaqlarını, qaytara bilməyəcəkləri halda isə həmin borcu qaytaranadək hər ay əlavə 850 manat pul ödəyəcəklərini öhdələrinə götürmüşlər.
41. Hazırda iddiaçı cavabdehlərin tərtib edib imzaladıqları həmin müqaviləyə əsaslanaraq onlardan 13.800 manat borcun, həmin borcun gecikdirildiy i 8 ay üçün, hər ay 850 manat olmaqla 6.800 manat, habelə əldən çıxmış faydaya görə 2.000 manat olmaqla, cəmi 22.600 manat pulun onun xeyrinə tutulmasını iddia edir.
42. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia mübahisələndirilən hissədə qismən, yəni 13.800 manat məbləğdə təmin edilməsinə baxmayaraq iddiaçı qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə apellyasiya şikayəti verməmişdir, Cavabdeh2 isə qətnaməni 13.800 manat pulun ondan və digər cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməsi hissəsində mübahisələndirmişdir.
43. Cavabdeh3 iddiaçının xeyrinə 6.000 manat pulun tutulması hissəsində isə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının yoxlanılması apellyasiya icraatı mərhələsində apellyasiya baxışının predmeti olmamışdır.
44. Cavabdeh2 apellyasiya şi kayətində birinci instansiya məhkəməsinin qətnaməsi ilə mübahisələndirilən hissədə razılaşmadığını, iddiaçı ilə aralarında heç bir rəsmi müqavilənin bağlanmadığını, işə əlavə edilmiş saxta qəbzin onlara aidiyyətinin olmadığını, qəbzin doğruluğunun yoxlanlması üçün iş üzrə müvafiq xətşünaslıq ekspertizanın keçirilmədiyini, işə məhkəmə iclasında onun və digər cavabdehlərin iştirakları olmadan baxıldığını və sair göstərib, iddiaya etiraz etmişdir.
45. Göründüyü kimi tərəflər arasında 22 sentyabr 2021-ci il tarixli sadə yazılı formada imzalanmış müqaviləyə əsasən öhdəlik hüquq münasibətləri əmələ gəlmiş, lakin cavabdehlər həmin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımıni qaydada icra etməmişlər.
46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsində tə rəflərin hüquq və vəzifələrinin yaranması üçün onların qarşılıqlı razılığa gəlmələri ilə bərabər borc predmetinin qarşı tərəfə verilməsi zəruridir. Borc müqaviləsində borc verən öhdəliyini yerinə yetirdikdən sonra onun üzərində yalnız hüquqlar qalır ki, bu da verilmiş borcun qaytarılmasını tələb etməkdən ibarətdir. Borc alan isə borc predmetini aldıqdan sonra onu qaytarmaq vəzifəsini daşıyır.
47. Hazırkı halda Cavabdeh2 özü də iddiaçıdan borc pul aldığını və ona borclu olduğunu inkar etmir. Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşaraq ondan kassasiya şikayəti verməməsi də qeyd olunan halı təsdiq edir. Belə ki, cavabdeh X1 apellyasiya icraatı mərhələsində izahat verərkən göstərmişdir ki, ev almaq üçün 1.200 manat çatmadığına görə iddiaçıya müraciət etmişlər, s onuncu əvvəlcə arvadı Cavabdeh1 13.800 manat borc verməsi barədə qəbz yazdırmış, lakin ona cəmi 100 manat pul vermişdir. O özü də əvvəllər iddiaçıdan borc pul almış və hazırda onun iddiaçıya təxminən 5.000-6800 manat aralığında ödənilməmiş borcu vardır.
48. Cavabdeh2 arvadı Cavabdeh1 da apellyasiya icraatında mərhələsindən əri Cavabdeh2 izahatına uyğun eyni məzmunlu izahat vermişdir.
49. Göründüyü kimi tərəflər arasında borc hüquqi münasibətlərin əmələ gəlməsi işin mübahisə olunmayan halıdır və onlar arasındakı hazırkı mübahisə əslində borcun məbləği ilə bağlı yaranmışdır. Belə ki, iddiaçı cavabdehlərin tərtib edib imzaladıqları müqaviləyə əsaslanaraq borcun məbləğinin 13.800 manat olduğunu iddia edir, Cavabdeh2 isə borcun məbləğinin cəmi 100 manat olduğunu göstərərək iddiaya etiraz etsə d ə, iddianı 2.500 manat məbləğdə təmin etmiş apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşaraq ondan ümumiyyətlə kassasiya şikayəti verməmişdir.
50. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri üzrə heç bir araşdırma aparmadan, cavabdehlərin tərtib edib imzaladıqları 22 sentyabr 2021-ci il tarixli müqavilədəki imzaların onlara məxsus olub-olmadığını iş üzrə xətşünaslıq ekspertizası keçirib yoxlamadan, Cavabdeh2 izahatında iddiaçıya 5.000-6800 manat aralığında ödənilməmiş borcunun olduğunu etiraf etməsini, başqa sözlə mövcud borcun etirafı haqqında mücərrəd müqavilə münasibətlərini tənzimləyən Mülki Məcəllənin 882.1 və 8822-ci maddələrinin tələblərinin hazırkı mülki mübahisəyə tətbiqinin mümkünlüyünü müzak irə etmədən, yalnız cavabdehlərin apellyasiya baxışında təqdim etdikləri səs yazısına əsaslanaraq iddianı mübahisələndirilən hissədə 2.500 manat məbləğdə təmin etmişdir. Halbuki, sözügedən normaların mənasına görə, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.
51. Digər tərəfdən işdə sözügedən yazılı müqavilənin saxta olduğunu, orada olan imzaların cavabdehlərə məxsus olmadığını, habelə cavabdehlərin iddiaçıdan bütövlükdə 100 manat və ya 2.500 manat almalarını özündə ehtiva edən heç bir yazılı sübut, habelə həmin müqavilənin əksini təsdiq edən başqa sənəd yoxdur.
52. Daha sonra işdən görünür ki, cavabdehlər “CD” diskə yazılmış səs yazısını apellyasiya instansiyası məhkəməsinə təqdim etmiş və apellya siya instansiyası məhkəməsi isə həmin səs yazısına istinad edərək iddianı yuxarıda göstərilən məbləğdə təmin etmişdir.
53. Əvvəla, işə əlavə edilmiş sübutlardan, o cümlədən Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsiqələrinin surətlərindən görünür ki, cavabdehlər bir ailənin üzvləridirlər və onlar daimi qeydiyyatda olmaqla Tərtər rayonu, Qapanlı kəndində yaşayırlar, Cavabdeh3 Cavabdeh2 atası, digər Cavabdeh1 isə qaynatasıdır. Birinci instansiya məhkəməsi tərəfindən onlara göndərilmiş məhkəmə bildirişləri həmin ünvanda yaşamadıqlarına görə geri qayıtsa da, “SMS” xəbərdarlıq bildirişləri digər Cavabdeh3 şəxsən çatdırılmışdır.
54. Azərbaycan Respublikası MPM-in 135.3, 135.5-ci maddələrinin mənasına görə məhkəmə sənədlərinin ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə verilməsi, həmin sənədin rəsmi qaydada verilməsi hesab olunur.
55. Digər tərəfdən həmin Məcəllənin 372.2-ci maddəsində göstərilir ki, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
56. Göründüyü kimi cavabdehlər sözügedən yeni sübutun birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını lazımi qaydada əsaslandırmadıqları halda apellyasiya instansiyası məhkəməsi həmin sübutu qəbul etmiş və ona işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edib hüquqi qiymət verməməkl ə yuxarıda sadalanan mülki prosessual normaların tələblərini pozmuşdur.
57. Digər tərəfdən “CD” diskdə olan səs yazısı sübut kimi qəbul olunsa belə həmin səs yazısı ilə də cavabdehlərin iddiaçıdan hansı məbləğdə borc almalarını, qalıq borcun hansı məbləğdə olmasını, səs yazısında kimin nə deməsini açıq-aşkar müəyyən etmək mümkün deyil. Belə olan halda səs yazısının kimlərə məxsus olduğunu, kimin orada nə dediyini və sair xüsusi bilik tələb edən həmin suallara yalnız iş üzrə müvafiq ekspertiza keçirilməklə aydınlıq gətirilə bilər.
58. Apellyasiya instansiyası məhkəməsi xüsusi bilik tələb edən qeyd olunan suallara aydınlıq gətirmək üçün iş üzrə müvafiq ekspertiza keçirib əsaslandırılmış rəy almadan, həmin səs yazısını mötəbər sübut kimi qəbul etmişdir.
58. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. 59. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub.
60. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və pros essual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
61. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını nəzərə alıb, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini əsas tutub, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2(104)-2249/2023 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.