Məhkəmə qərarları › İş №2(102)-1647/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1647/2025

12.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1647/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh4 hüquqi varisləri Cavabdeh6, Cavabdeh7, Cavabdeh5, Bakı şəhəri 16 saylı Notariat Ofisinə, İsmayıllı rayon Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə, habelə mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Ərəbov Seymur Rafiq oğluna qarşı “daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələrin hüquqi nəticələrinin ləğv edilm əsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ər-arvaddan birinin digərinin razılığı olmadan ümumi əmlak üzərində bağlanmış əqdin etibarsızlığı, əqdin bəyənilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2024-cü il tarixli, 2(107)1115/2024 nömrəli qətnaməsindən Cavabdeh6 və üçüncü şəxs Ərəbov Seymur Rafiq oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı1 və Xalıqova (Bayramov a) Svetlana Abusətdar qızı 18 iyul 2001-ci il tarixdə nikaha daxil olmuşlar.

2. İddiaçı1 adına İsmayıllı rayonu, Təzəkənd kəndi ərazisində yerləşən 0,600051 ha tikinti təyinatlı torpaq sahəsi üzərində 05 aprel 2008-ci il tarixdə və həmin kəndin ərazisində 0,21006 ha həyətyanı torpaq sahəsi üzərində 07 aprel 2008-ci il tarixdə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır.

3. İddiaçı1 Cavabdeh1 tərəfindən təsdiq edilmiş 22 may 2008-ci il tarixli, reyestrdə 7E-16/7433-440 nömrə ilə qeydə alınmış etibarnamə ilə 0,600051 hektar torpaq sahəsini, eyni tarixli, reyestrdə 7E-16/7434-440 nömrə ilə qeydə alınmış etibarnamə ilə 0,21006 hektar torpaq sahəsini sənədləşdirmək, sərəncam vermək və s. hərəkətlər etmək üçün 3 il müddətinə Cavabdeh3 etibarnamə vermişdir.

4. Şamax ı rayon Dövlət Notariat Kontorunda bağlanmış 26 avqust 2008-ci il tarixli, reyestrdə 4Ə-03/401 nömrə ilə qeyd edilmiş müqavilə ilə İddiaçı1 (onun adından etibarnamə əsasında Cavabdeh3) mülkiyyətində olan İsmayıllı rayonu, Tircan kəndində yerləşən 0,21006 hektar torpaq sahəsini 10000 manata Cavabdeh4 satmışdır. Həmin torpaq sahəsinə dair Cavabdeh4 adına Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış 19 yanvar 2024-cü il tarixdə verilmişdir.

5. Şamaxı rayon Dövlət Notariat Kontorunda bağlanmış 26 avqust 2008-ci il tarixli, reyestrdə 4Ə-03/402 nömrə ilə qeyd edilmiş müqavilə ilə İddiaçı1 (onun adından etibarnamə əsasında Cavabdeh3) mülkiyyətində olan İsmayıllı rayonu, Tircan kəndində yerləşən 0,600051 hektar torpaq sahəsini 20000 manata Cavabdeh4 satmışdır. Həmin torpaq sahəsinə dair Cavabdeh4 adına Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış 19 yanvar 2024-cü il tarixdə verilmişdir.

6. Həmin müqavilələr bağlanarkən İddiaçı1 adından etibarnamə əsasında çıxış edən Cavabdeh3 tərəfindən notariat kontoruna ünvanlanmış 26 avqust 2008-ci il tarixli ərizələrdə sonuncu İddiaçı1 İsmayıllı rayonu, Tircan kəndində yerləşən torpaq sahələrini əldə edərkən rəsmi nikahda olmadığını və subay olduğunu, gələcəkdə satılan torpaq sahəsi barəsində hər hansı bir mübahisə yaranarsa bütün məsuliyyəti öz üzərinə götürdüyünü qeyd etmişdir.

7. Cavabdeh4 15 sentyabr 2008-ci il tarixdə ölmüşdür. 8. 25 yanvar 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən 15 sentyabr 2008-ci il tarixdə vəfat etmiş mərhum Cavabdeh4 vərəsələri: arvadı - Cavabdeh6, qızı - Cavabdeh7 və oğlu - Cav abdeh5durlar və hər biri miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-in Qəbələ Ərazi İdarəsi tərəfindən 19 yanvar 2024-cü il tarixdə Cavabdeh4 verilmiş **********27 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı rayonu, Təzəkənd kəndi ünvanında yerləşən ümumi sahəsi 0,600051 hektar olan torpaq sahəsindən və 19 yanvar 2024-cü il tarixdə Cavabdeh4 verilmiş **********26 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı rayonu, Təzəkənd kəndi ünvanında yerləşən ümumi sahəsi 0,21006 hektar olan torpaq sahəsindən ibarətdir.

9. Hər iki torpaq sahəsi üzərində Cavabdeh6, Cavabdeh7 və Cavabdeh5 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 15 fevral 2024-cü il tarixdə qeydiyyata alınmışdır. 10. 24 mart 2024-cü il tarixli müqavilələrlə Cavabdeh6, Cavabdeh7 və Cavabdeh5 paylı mülkiyyət hüququ üzrə mülkiyyətlərində olan İsmayıllı rayonu, Təzəkənd kəndi ünvanında yerləşən ümumi sahəsi 0,600051 hektar olan torpaq sahəsini 50.000 manata və ümumi sahəsi 0,21006 ha olan torpaq sahəsini 30.000 manata Ərəbov Seymur Rafiq oğluna satmışlar. Sonuncunun adına Çıxarışlar 09 aprel 2024-cü il tarixdə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonu, Təzəkənd kəndində yerləşən 0,21006 ha torpaq sahəsinə dair satıcı İddiaçı1 (etibarnamə üzrə Cavabdeh3) ilə alıcı Cavabdeh4 arasında İsmayıllı rayon Notariat ofisində 26 avqust 2008-ci ildə 4Ə-03/401 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin, İsmayıllı rayonu, Təzəkənd kəndində yerləşən 0,600051 ha torpaq sahəsinə dair satıcı İddiaçı1 (etibarnamə üzrə Cavabdeh3) ilə alıcı Cavabdeh4 arasında İsmayıllı rayon Notariat ofisində 26 avqust 2008-ci ildə 4Ə-03/402 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqavilələri əsasında Azərbaycan Respublikası İN yanında ƏMDX DƏDKR PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 19 yanvar 2024-cü ildə daşınmaz əmlakın dövlət reyestrində **********26 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi və **********27 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatların, hə mçinin Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən 25 yanvar 2024-cü ildə reyestrdə 2V-5 və 2V-6 nömrələri ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin ləğv edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada alınaraq, iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

12. İddia belə əsaslandırılmışdır ki, iddiaçılar 18 iyul 2001-ci ildə nikahlarını rəsmiləşdirmiş və nikah münasibətləri davam edir. Nikah dövründə birgə vəsait hesabına əmlaklar almışlar. Bu əmlaklardan ikisi İsmayıllı rayonu, Təzəkənd kəndində yerləşən 0,21006 ha və 0,600051 ha torpaq sahələridir. İddiaçı1 həmin dövrdə Maliyyə Nazirliyində dövlət qulluğunda işlədiyinə görə həmin torpaq sahələrinin sənədləşmələrini özünə yaxın dost bildiyi Cavabdeh3 2008-ci ildə 3 illik etibarnamə vermişdir. Həmin şəxs iddiaçının etibarından sui-istifadə edib, ondan xəbərsiz, iddiaçıya məxsus olmaqla Səbail RPİ tərəfindən 29 iyul 2003-cü ildə verilmiş AZE seriyalı 01047454 saylı şəxsiyyət vəsiqəsində ailə vəziyyəti qrafasında “evli” yazıldığı halda, həyat yoldaşı İddiaçı2 notarial qaydada razılıq ərizəsini almadan hər iki torpaq sahəsini 26 avqust 2008-ci ildə İsmayıllı rayon Dövlət Notariat Kontorunda Cavabdeh4 satmışdır. Onun bu tarixli şəxsiyyət vəsiqəsinin mövcudluğu notariat işlərində olan 22 may 2008-ci il tarixli etibarnamələrdə öz təsdiqini tapmışdır. Həmin müqavilələr etibarsız hesab edilməklə, müqavilələrin hüquqi nəticələri ləğv edilməlidir. Belə ki, hər iki torpaq sahəsi göstərilən vaxtdan iddiaçıların faktiki sahibliyində və mülkiyyətlərindədir. Buna dair çıxarışlar da dövlət reyestrində onların adına qeydə alınmışdır. İddiaçılar 2023-cü ilin sonlarında daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət edərkən, belə bir alqı-satqı müqavilələrinin mövcudluğundan məlumatı olmuşdur. Bu barədə Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Həmin Arxiv İdarəsi tərəfindən 06 noyabr 2023-cü il tarixli məktublarla İsmayıllı rayon dövlət notariat ofisində 26 avqust 2008-ci ildə 4Ə-03/401 və 4Ə-03/402 reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələrə dair notariat işlərinin kserosurətləri ona poçt vasitəsilə göndərilmişdir. Həmin notariat işləri ilə tanış olarkən məlum olmuşdur ki, bu müqavilələr İsmayıllı rayon dövlət Notariat ofisində təsdiq edilməsinə baxma yaraq, İsmayıllı rayon Notariat ofisinin notariusu əvəzinə Şamaxı rayon Notariat Ofisinin notariusu Yaşar Eyyubov tərəfindən təsdiq edilməklə Şamaxı rayon Notariat Ofisinin möhürü ilə təsdiq edilmişdir. Notariat işlərində iddiaçını guya ki, alqı-satqıda təmsil edən Cavabdeh3 26 avqust 2008-ci il tarixli ərizə ilə İsmayıllı rayon Dövlət Notariat Kontorunun adına müraciət edərək bildirmişdir ki, Bayramov X1 rayonu Təzəkənd kəndində yerləşən torpaq sahələrini əldə edərkən rəsmi nikahda olmamış və hal-hazırda subaydır. Həmin ərizədə alıcı kimi qeyd edilən Cavabdeh4 da bu faktın ona məlum olması barədə imzası ilə təsdiq etmişdir. Bu şəxs göründüyü kimi saxtakarlıq etmiş, ən azından nikah haqqında şəhadətnamənin surəti onda olmasa belə, ona məxsus 2003-cü ildə verilmiş şəxsiyyət vəsiqəsində on un evli olmağı Səbail rayon Polis idarəsi tərəfindən konkret olaraq qeyd edilmişdir. Bu halı onu təmsil edən Cavabdeh3 gizlətsə belə, müqaviləni təsdiq edən Şamaxı rayon dövlət notariusu araşdırma aparmalı idi. Göstərilən xüsusatlar onu sübut edir ki, cavabdehlər cinayət əlaqəsinə girib, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə və sənədləri saxtalaşdırmaqla onun nikah dövründə əldə etdiyi əmlakları ələ keçirmək niyyətində olmuşlar ki, bu hal üzrə sonda məhkəmə tərəfindən xüsusi qərardad qəbul edilməli və cinayətkarlar məsuliyyətə cəlb edilməlidir. Bundan başqa, alıcı qismində çıxış edən Cavabdeh4 2008-ci ildən hazırkı vaxtadək torpaq sahələrinə gəlib sahiblik etməməsi və həmin müqavilələri daşınmaz əmlakın dövlət reyestri xidmətinə təqdim edib çıxarış almaması, bu şəxsin də cinayətka r qrupun üzvü olması və müqavilələrin formal bağlanılmasına dəlalət edir. Eləcə də, müqavilələrdən görünmüşdür ki, İsmayıllı rayonu, Təzəkənd kəndində yerləşən 21 sot torpaq sahəsini 10000 manata, eyni kənddə yerləşən və ondan 3 dəfə çox olan 60 sot torpaq sahəsini isə 20000 manata alqı-satqı etmişlər. Habelə, 60 sot torpağa dair müqavilənin 3-cü bəndində guya ki, İddiaçı1 satılan torpaq sahəsinin pulunu Cavabdeh4 bütünlükdə alıb, 20 sot torpaq sahəsinə dair müqavilənin 3cü bəndində isə Cavabdeh3 həmin pulu alması barədə qeyd edilmişdir. Halbuki, o nə alqısatqıda iştirak etmiş, nə də ki həmin müqavilələrdən məlumatı olmamışdır. Həmçinin, hər iki alqı-satqı müqaviləsində torpaq sahələrinin İsmayıllı rayonun Təzəkənd kəndi əvəzinə Tircan kəndində yerləşməsi qeyd edilmişdir, sonradan həmin mü qavilələrdə düzəliş edilmişdir.

13. İsmayıllı Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2(037)-152/2024 nömrəli qətnaməsi ilə (sakım İ.Hüseynov) iddia qismən təmin edilmiş, İsmayıllı rayonu, Təzəkənd kəndində yerləşən 0,21006 hektar torpaq sahəsinə dair satıcı İddiaçı1 (etibarnamə üzrə Cavabdeh3) ilə alıcı Cavabdeh4 arasında 26 avqust 2008-ci il tarixdə İsmayıllı rayon Notariat Ofisində reyestrdə 4Ə-03/401 nömrə ilə qeydə alınmış və İsmayıllı rayonu, Təzəkənd kəndində yerləşən 0,600051 hektar torpaq sahəsinə dair satıcı İddiaçı1 (etibarnamə üzrə Cavabdeh3) ilə alıcı Cavabdeh4 arasında 26 avqust 2008-ci il tarixdə İsmayıllı rayon Notariat Ofisində reyestrdə 4Ə-03/402 nömrə ilə qeydə alınmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, İsmayıllı rayon Notariat Ofisində reyestrdə 4Ə03/401 və 4Ə-03/402 nömrələrlə qeydə alınmış 26 avqust 2008-ci il tarixli alqı-satqı müqavilələri əsasında Azərbaycan Respublikası İN yanında ƏMDX DƏDKR PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 19 yanvar 2024-cü ildə daşınmaz əmlakın dövlət reyestrində **********26 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi və **********27 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatların ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, alqı-satqı müqaviləsi bağlanan zaman satıcı qismində adından müəyyən hərəkətlərin edilməsini etibar edən şəxs, yəni hazırkı tələb üzrə İddiaçı1 evli olduğu halda subay kimi qeyd edilmiş, notariat orqanı satıcı şəxsin nikah haqqında şəhadət naməsini notariat işinə əlavə etməli olduğu halda bu halı araşdırmadan alqı-satqı müqaviləsini həyata keçirmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, sözügedən torpaq sahələrinin alğı-satqısından hazırkı tələb üzrə İddiaçı2 məlumatı olmamış, eyni zamanda onun məlumatlı olması və nəticədə alqı-satqının bəyənməsini təsdiq edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməməklə, onun alqı-satqını bəyənməsini göstərən hərəkətlər də məhkəmə iclasında müəyyən edilməmişdir. Nəticə etibarı ilə sözügedən müqavilənin bağlanması zamanı Mülki Məcəllənin 337-ci maddəsinin tələbləri tamamilə pozulmuşdur.

16. İddiaya iddia müddətin tətbiq edilməsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə təl əblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçıların sözügedən alqı-satqı müqaviləsinin mövcudluğundan 2023-cü ilin sonlarında məlumatları olmuş və müddət keçmədən məhkəməyə alqı-satqının etibarsızlığı ilə bağlı tələb irəli sürmüşlər.

17. Məhkəmə əmlak əldə edilərkən mülkiyyətçinin vicdanlılıq faktoruna da hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd etmişdir ki, qanunverici ərlə arvadın birgə mülkiyyətində olan daşınmaz əmlaklarla bağlı reyestrin həqiqiliyi prezumpsiyasını istisna etmiş, hətta alıcının vicdanlı olduğu halda belə ərlə arvadın birgə mülkiyyətində olan daşınmaz əmlakın alqı-satqısı zamanı tərəflər in razılığını imperativ olaraq müəyyən etmişdir.

18. Birinci instansiya məhkəməsi iddianın Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən 25 yanvar 2024-cü ildə reyestrdə 21/-5 və 2V-6 nömrələri ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin ləğv edilməsi tələbinə aid hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, hazırkı tələb üzrə Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən 25 yanvar 2024-cü ildə reyestrdə 2V-5 və 2V-6 nömrələri ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin ləğv edilməsi üçün hazırkı iddiaçılar tərəf olmamaqla əsaslar mövcud olmamaqla yanaşı, sözügedən tək tərəfli əqdin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) etibarsızlığı ilə bağlı iddiaçılar tərəfindən tələb irəli sürülməmişdir. Ona görə də iddia həmin hissəd ə təmin edilməməlidir.

19. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 6, 14, 16, 225, 337, 339, 351, 354, 357, 358, 360, 389, 390, 421, 425, 560, 567, 646-cı, Torpaq Məcəlləsinin 52-ci, “Notariat haqqında” Qanunun 35-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

20. İddiaçı1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin qismən, yəni iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın qismən təmin edilməsi işin həllinə hər hansı təsir göstərməmiş və pozulmuş hüquqlarını bərpa etməmişdir. Birinci instansiya məhkəməsi Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən 25 yanvar 2024-cü ildə reyestrdə 2V-5 və 2V-6 nömrələri ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin ləğv edilməsi üçün hazırkı iddiaçılar tərəf olmamaqla əsaslar mövcud olmamasına istinad etsə də, nəzərə almamışdır ki, bu əqdin bağlanmasına əsas olan daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat artıq etibarsız hesab edilmişdir. Məhkəmə əqdi və qeydiyyatı etibarsız hesab etmişdirsə, bu zaman onun hüquqi nəticələri də konkret olaraq ləğv edilməli idi. Yəni, mübahisələndirilən “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr konkret olaraq etibarsız sayılmış əqd əsasında yarandığına görə, o, həmin əqddə tərəf olmasa belə, məhkəmə tərəfindən etibarsız hesab edilməli idi. İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etsə də, cavabdehlər bu barədə hər hansı sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Eləcə də, onlar məhkəməyə müraciət edəndən sonrakı müddətdə, cavabdehlər belə bir əmlakın mövcudluğundan məlumatlı olmuş və torpaq sahəsinin yerini dövlət qurumları vasitəsilə müəyyən etmişlər. Məhkəmə iddianın təmin olunmayan hissədə hansı qanuna əsasən rədd olunmalı olmasını müəyyən etməyib. Məhkəmə işə baxarkən ona məxsus şəxsiyyət vəsiqəsinin saxtalaşdırıldığını, yəni evli ola-ola və şəxsiyyət vəs iqəsinin əslində evli qeyd edilməsinə baxmayaraq, həmin vəsiqədə subay kimi qeyd edilmiş şəxsiyyət vəsiqəsinin surəti əlavə edilmiş, notariat ofisi isə öz vəzifəsini yerinə yetirməmiş, onun evli olub-olmamağını araşdırmadan və bu barədə sənədin əsli və ya təsdiq edilmiş surətini əldə etmədən saxta sənədlər əsasında alqı-satqı müqavilələrini təsdiq etmişdir. Alqı-satqı müqavilələri və reyestrdə aparılmış qeydiyyatlar etibarsız hesab olunmaqla, onun və həyat yoldaşının daşınmaz əmlaklar üzərində mülkiyyət hüquqları bərpa olunmamış, yenə də həmin əmlaklar sənəd üzrə cavabdehlərin mülkiyyətində qalmışdır. Torpaq sahələrinin saxta sənədlər əsasında alqı-satqı predmeti olmasına baxmayaraq, məhkəmə saxtakarlığı edən şəxslər və notariat kontoru barəsində xüsusi qərardad qəbul etməmişdir.

22. İdd iaçı2 apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Həmin apellyasiya şikayətinin dəlilləri digər İddiaçı1 apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.

24. Həmçinin Cavabdeh6 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Bu apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində iddianı təmin etməklə mülki qanunverciliyin maddi hüquq normaları və Ali Məhkəmənin nikahda olan əmlakın özgəninkiləşdirilməsi ilə bağlı müvafiq təcrübi qərarının müddəalarını pozaraq səhv nə ticəyə gəlməklə cavabdehin və digər hüquqlarına toxunulan şəxsin hüquqlarını kobud surətdə pozulması ilə nəticələnən qərar qəbul etmişdir. Məhkəmə işi araşdırarkən iddia predmeti olan əmlakın hazırda kimin mülkiyyətində olmasını aydınlaşdırmamış, mübahisə edilən müqaviləni notariat orqanından əldə etməklə kifayətlənmişdir. Halbuki iş materiallarında həmin daşınmaz əmlakın kimin mülkiyyətində olması barədə müvafiq sorğu verilsə idi, həmin vaxt əmlakın üçüncü şəxslərin qanuni sahibliyində və istifadəsində olması aydınlaşar bununla da iddianın təmini istisna oluna bilərdi. Lakin məhkəmə həmin hissəni araşdırmamaqla kobud qanun pozuntusuna yol vermişdir. Birinci instansiya məhkəməsi İddiaçı2 münasibətdə iddianı araşdırarkən iddia predmeti olan torpaq sahəsinin alqı-satqısında iştirakının olmam ası və həmin müqaviləyə razılığının olması məsələsini aydınlıq gətirmədən iddianı təmin etmişdir. Belə ki, İsmayıllı rayon Notariat Ofisində reyestrdə 4Ə-03/401 və 4Ə-03/402 nömrələrlə qeydə alınmış 26 avqust 2008-ci il tarixli alqı-satqı müqavilələrində İddiaçı2 hər hansı şəkildə iştirak etməsə də, onun əqdə münasibəti açıq aydın müəyyən olunduğu təqdirdə həmin razılığın əqd formasına riayət edilməsi tələb olunmurdu. Yəni məhkəmə vicdanlılıq məsələsinə qiymət verməli və həmin münasibətə qiymət verərkən həqiqətən İddiaçı2 aldadılmasının, onun xəbərsizliyinin və özünün hüquqdan sui-istifadə edib-etməməsi məsələsi aydınlaşdırılmalı idi. Birinci instansiya məhkəməsi işi araşdırarkən mülkiyyətin hazırkı sahibi barədə heç bir araşdırma aparmamışdır. Belə ki, göstərilən torpaq sahələri 15 fevral 2024-cü il tarixdən vərəsəlik qaydasında cavabdehlərin adına qeydiyyata alınmışdır. Bundan sonra, yəni 09 aprel 2024-cü il tarixdə isə alqı-satqı müqaviləsinə əsasən vicdanlı qaydada Ərəbov Seymur Rafiq oğluna satmışlar. Bundan sonra əmlak Ərəbov Seymur Rafiq oğlunun adına qeydiyyata alınmışdır. Məhkəməyə kənd Bələdiyyəsindən verilmiş arayış təqdim edilmiş və həmin arayışlardan görünmüşdür ki, həmin torpaq sahəsi tam istifadəsiz vəziyyətdə qalmış və heç bir vergisi ödənilməmişdir. Cavabdeh tərəf olaraq bunu belə əsaslandıra bilərlər ki, mərhum Cavabdeh4 alqı-satqı müqaviləsi bağlamasında onun ailəsinin bir müddət xəbəri olmamışdır. Belə ki, mərhum müqaviləni bağladıqdan təxminən 20 gün sonra rəhmətə getmiş və bu barədə heç kimə heç nə deməmişdir. İddiaçı tərəfdə torpaq sahəsini satmaların ı dərk etdikləri üçün artıq bunla bağlı heç bir tələb irəli sürməmişlər. Sonradan mərhumun ailəsi vərəsəlik qaydasında mirası qəbul edərək əmlakları öz adlarına qeydiyyata aldırmışlar. Həmin əmlak vərəsəlik qaydasında qeydə alınarkən, yəni fevral ayında cavabdehlərin hazırkı iddiadan xəbərləri olmamışdır. Cavabdehlərin həmin işə 24 iyun 2024-cü il tarixli qərardadla cavabdeh olaraq cəlb edildikdən sonra xəbərləri olmuşdur. Əmlak üzərinə həbs qoyulması qərardadı da iyun ayında qəbul edilmişdir. 09 aprel 2024-cü il tarixdə əmlak üçüncü şəxs Ərəbov Seymur Rafiq oğluna satılarkən heç kimin heç bir iddiadan xəbəri olmamış, bütün prosedur qaydalarına əməl edilməklə alqısatqı həyata keçirilmişdir. Mülkiyyətin qanuni yolla əldə edilmiş sahibi Ərəbov Seymur Rafiq oğlunun hüquqları müdafiə edilməli olduğu halda məhkəmə ümumiyyətlə həmin xüsusatı araşdırmamışdır. Birinci instansiya məhkəməsi vicdanlı əldə edənin əldə etdiyi vaxt hər hansı pozuntunun olub-olmamasını aydınlaşdırmamışdır. İstər cavabdehlərin istərsə də vicdanlı üçüncü şəxsin əmlakı əldə edilməsi zamanı vicdansız hərəkətlərinin nədən ibarət olması aydınlaşdırmamışdır. Məhkəmə sübutların əldə edilməsi qaydasını pozmaqla çıxardığı yekun qərardada sübut əskikliyi ilə səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi düzgün araşdırma aparmaması nəticəsində Ərəbov Seymur Rafiq oğlunun hüquqlarına ciddi surətdə zərər vurulmuş və o, üçüncü şəxs qismində işə cəlb olunmalı olduğu halda əməl edilməmişdir. Apellyasiya instansiyasında Ərəbov Seymur Rafiq oğlu üçüncü şəxs qismində cəlb edilərək, iddiaya münasibəti aydınlaşdırılm alıdır.

26. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Ərəbov Seymur Rafiq oğlu mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

27. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2024-cü il tarixli, 2(107)-1115/2024 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər Z.Tahirov və Ə.Məcidov) Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən 25 yanvar 2024-cü ildə reyestrdə 2V-5 və 2V-6 nömrələri ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin ləğv edilməsi nin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin həmin hissədə təmin edilməsi, Cavabdeh4 miras qalmış əmlaka dair Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən 25 yanvar 2024-cü ildə verilmiş, reyestrdə 2V-5 və 2V-6 nömrələri ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin etibarsız hesab edilməsi qət edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi ilk öncə Cavabdeh6 apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətin dəlilləri əsassızdır.

29. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin işi araşdırarkən iddia predmeti olan əmlakın hazırda kimin mülkiyyətində olmasını aydınlaşdırmaması, birinci instansiya məhkəməsi işi araşdırarkən mülkiyyətin hazırkı sa hibi barədə heç bir araşdırma aparmaması, mülkiyyətin qanuni yolla əldə edilmiş sahibi Ərəbov Seymur Rafiq oğlunun hüquqları müdafiə edilməli olduğu halda məhkəmənin ümumiyyətlə həmin xüsusatı araşdırmaması, mülkiyyət vicdanlı qaydada əldə edənin sahibliyinə keçməsinə baxmayaraq həmin şəxsin hüquqlarının kobud surətdə pozulması, vicdanlı üçüncü şəxsin əmlakın əldə edilməsi zamanı vicdansız hərəkətlərinin nədən ibarət olmasının aydınlaşdırılmaması, üçüncü şəxslərin hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, iddiaçılar tərəfindən 0,21006 ha və 0,600051 ha torpaq sahələri üzrə aparılmış əməliyyatlar üzrə növbəti alıcıya qarşı deyil, həmin torpaq sahələrinin ilkin alıcısı qismində çıxış etmiş mərhum Cavabdeh4 vərəsələ rinə qarşı iddia tələbi irəli sürülmüş, Cavabdeh4 vərəsələri ilə üçüncü şəxs Ərəbov Seymur Rafiq oğlu arasında bağlanmış alqı-satqı müqaviləsi hazırkı icraatda mübahisələndirilməmişdir. Buna baxmayaraq məhkəmə kollegiyası tərəfindən Ərəbov Seymur Rafiq oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilərək, baxılan mübahisə barədə məlumatlandırılmışdır.

30. Apellyasiya kollegiyası apellyasiya şikayətinin məhkəmənin İddiaçı2 münasibətdə iddianı araşdırarkən iddia predmeti olan torpaq sahəsinin alqı-satqısında iştirakının olmaması və həmin müqaviləyə razılığının olması məsələsinə aydınlıq gətirmədən iddianı təmin etməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlə t Notariat Arxivindən təqdim edilmiş 26 avqust 2008-ci il tarixli, 4Ə-03/401 və 4Ə-03/402 nömrəli notariat qovluqlarında olan sənədlərdən görünmüşdür ki, həmin alqı-satqı müqavilələri bağlanarkən İddiaçı2 iştirakı təmin edilməməkllə yanaşı, alqı-satqının aparılmasına dair İddiaçı2 hər hansı bir razılığı da alınmamışdır.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin vicdanlı əldə edənin əldə etdiyi vaxt hər hansı pozuntunun olub-olmamasının aydınlaşdırmaması, cavabdehlərin əmlakın əldə edilməsi zamanı vicdansız hərəkətlərinin nədən ibarət olmasının aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qanunun vicdanlı əldə etmə ilə bağlı normalarını ciddi surətdə pozması və bunun nəticəsində cavabdehlərin hüquqlarının pozulmasına dair dəlillərini də əsassı z hesab edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qanunvericinin ərlə arvadın birgə mülkiyyətində olan daşınmaz əmlaklarla bağlı reyestrin həqiqiliyi prezumpsiyasını istisna etməsini, hətta alıcının vicdanlı olduğu halda belə ərlə arvadın birgə mülkiyyətində olan daşınmaz əmlakın alqı-satqısı zamanı tərəflərin razılığının imperativ olaraq müəyyən edildiyini qeyd etmişdir.

32. Apellyasiya kollegiyası apellyasiya şikayətinin İddiaçı2 həmin əqdin bağlanmasından xəbəri olmadığı barədə heç bir sübutu məhkəməyə təqdim etməməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, notariat qovluğunda İddiaçı2 alqısatqı müqavilələrinin bağlanmasına razılıq verməsinə dair heç bir sənəd mövcud olmadığı halda ondan əqdin bağlanmasından məlumatının olmaması barədə əlavə sübutun tələb edilməsi əsassızdır. Bu halı sübut etmək vəzifəsi artıq cavabdeh tərəfin üzərinə düşür ki, cavabdeh tərəfdən də belə bir sübut təqdim edilməmişdir.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin İddiaçı2 digər İddiaçı1 ilə evlilik zamanı həmin torpaq sahələrinin satılması ilə bağlı hər hansı narazılıq və ya məhkəmə mübahisəsinin olmamasının onun həmin müqavilədən xəbəri olması və bəyənməsi anlamına gəlməsi, İddiaçı2 hazırkı vəziyyətdə verdiyi iddianın hüquqdan sui-istifadə xarakteri daşımasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, iş materiallarından İddiaçı2 tərəfindən 26 avqust 2008-ci il tarixdə bağlanmış, reyestrdə 4Ə03/401 və 4Ə-03/402 nömrələri ilə qeyd edilmiş alqı-satqı müqavilələrinin bəyənilməsi, əqdin etibarsızlığı tələbini irəli sürərkən vi cdanlılıq prinsipinə zidd davranış nümayiş etdirməsi halları müəyyən edilməmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların apellyasiya şikayətlərinə münasibətdə birinci instansiya məhkəməsinin iddia tələbinin vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi hissəsinə aid əsaslandırması və buna dair gəldiyi nəticə ilə razılaşmamışdır. Əksinə iddiaçıların apellyasiya şikayətlərinin əsas dəlilləri olan birinci instansiya məhkəməsinin bu əqdin bağlanmasına əsas olan daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın artıq etibarsız hesab edilməsini, onların vərəsəlik əsasında qarşı tərəfin vərəsəsi ola bilməmələrini nəzərə almaması, onların mülkiyyət hüquqlarını kobudcasına pozduğuna və mənafelərinə xələl gətirdiyinə görə məhkəmənin həmin hissədə də iddianı təmin etməli olmasına dair dəlilləri ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçıların mübahisələndirdikləri 25 yanvar 2024-cü il tarixli, 2V-5 və 2V-6 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr əqd deyildirlər və notariat ofisi tərəfindən miras əmlaka dair vərəsələrin hüquqlarını təsdiq etmək məqsədi ilə verilən sənəddirlər. Bundan əlavə birinci instansiya məhkəməsi 25 yanvar 2024-cü il tarixli, 2V-5 və 2V-6 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələri mübahisələndirməklə iddiaçıların həqiqi niyyətlərinin nədən ibarət olmasını dəqiqləşdirməmiş, əslində iddiaçıların həqiqi niyyətlərinin adıçəkilən şəhadətnamələrin qüvvədən salınmasına yönəlməsini diqqətə almamışdır.

35. Məhkəmə kollegiyası hesab etmişdir ki, 26 avqust 2008-ci il tarixdə 0,21006 ha və 0,600051 ha torpaq sahələrinə dair alqı-satqı müqavilələrinin bağlanmasında qanunvericiliyin tələbləri pozulduğundan, əhəmiyyətsiz əqdlər əsasında mərhum Cavabdeh4 adına rəsmiləşdirilmiş 0,21006 ha və 0,600051 ha torpaq sahələrinə dair Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən 25 yanvar 2024-cü ildə verilmiş, reyestrdə 2V-5 və 2V-6 nömrələri ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr də etibarlı sənədlər hesab edilə bilməzlər.

36. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 140, 152.5, 225.1, 225.6, 337.1, 337.3, 355.1, 357, 358.1, 358.2, 567, 1133.1, 1151.1, 1321.1, 1322ci, Ailə Məcəlləsinin 32.1-ci, “Notariat haqqında” Qanunun 45, 46, 57, 58, 59-cu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 217, 218.1, 372.1, 372.2, 372.6, 372.7-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

37. Cavabdeh6 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 149.2, 777.1-ci, Mülki Prosessual Məcəllənin 4.1, 76.1, 78.2-ci maddələrinin, Konstitusiya Məhkəməsinin Plenumunun 03 mart 2023-cü il tarixli, Ali Məhkəmənin Plenumunun 12 mart 2024-cü il tarixli Qərarlarının tələbləri pozulmuşdur.

39. Belə ki, cavabdeh tərəfindən verilmiş arayışlardan da göründüyü kimi keçən 15 ildən artıq müddət ərzində torpaq iddiaçılar tərəfindən istifadə edilməmişdir, bununla İddiaçı2 həqiqətən həmin torpaq sahəsinin satılmasını şüurən qəbul etmiş və əqdin nəticələrinin onun tərəfindən qəbul edilməsini istisna etməmişdir. Məhkəmə iddiaçıların keçən 15 ildən artıq müddətdə torpaq sahəsinin hasarlanmamış vəziyyətdə kimsəsiz sahibsiz qalma səbəblərini araşdırdığı halda, həmin torpaq sahəsinin onlar tərəfindən satılmasının bəyənməsini qənaətinə gələ bilərdilər. Məhkəmə İddiaçı2 bağlanmış müqaviləyə razılığının olmaması barədə sübutların təqdim edilməsini nəzərə almadan əsassız olması qən aətinə gəlmişdir. Halbuki iddiaçı öz iddiasının əsaslarını prosessual hüquq normaları çərçivəsində həyata keçirməli idi. Mübahisəli torpaq sahələri ailənin birgə əmlakı hesab edilsə belə, torpağın mərhuma satılmasından 15 ildən artıq keçən müddət ərzində iddiaçılar həmin əmlakla hər hansı şəkildə maraqlanmamış, əksinə əmlakdan sahiblikdən kənar durma davranışı sərgiləmişlər. Bu hal bütövlükdə İddiaçı2 bağlanmış əqdi qəbul etdiyini, iddianı isə hüquqdan sui-istifadə etməklə qaldırdığını təsdiq etmişdir. Fərz edilsə ki, müqavilə İddiaçı2 xəbəri olmadan bağlanılıbsa, bu halda müqaviləni bağlayan onun həyat yoldaşı olmuşdur. Müqavilə onun tərəfindən verilmiş və mübahisələndirilməyən etibarnaməyə əsasən Cavabdeh3 tərəfindən imzalanmışdır. İş materiallarında Cavabdeh3 verilmiş etibarnamə heç bir halda mübahisələndirməməsi və ya həmin etibarnamənin hüquqi nəticələrinin ləğv edilməsi ilə bağlı hər hansı məsələ qoyulmadığı halda İddiaçı1 Cavabdeh3 həmin etibarnamə ilə verdiyi tapşırıq etibarsız sayılmışdır. Məhkəmələr mərhumun vicdanlı alıcı olmasını istisna etmişlər. Əslində hazırkı vəziyyətdə mərhum vicdanlı alıcı olmuşdur. Onun tərəfindən vəsatət təqdim edilməklə müqavilə bağlanılan il İddiaçı1 müqavilə bağlanılan zaman qüvvədə olan şəxsiyyət vəsiqəsi bir ayın içərisində 2 dəfə səbəbi göstərilməməklə dəyişdiyini, sistemdə bu tam aydın görünsə də bunun aydınlaşdırılmasını, həmin vaxt ola bilsin ki, mərhuma İddiaçı1 “subay” yazılan şəxsiyyət vəsiqəsi göstərilməklə müqavilə bağlanıldığını, bu halda müqavilənin bağlanılması üçün heç bir yanlışlığın olmaması aydın olardı. Lakin apelly asiya məhkəməsi həmin xüsusatı aydınlaşdırılmasında maraqlı olmamışdır. Bundan başqa məhkəmələr öz qərarlarında həmin vaxt müqaviləni rəsmiləşdirilən notariat kontorunun iddiaçının ailə vəziyyətinin müəyyənləşdirməli olmasını göstərsə də, həmin vaxt elektron hökumət haqqında qanun qüvvədə olmamışdır. İddiaçı1 nümayəndəsi bir ayda 2 dəfə dəyişdiyi şəxsiyyət vəsiqəsinin birini yəni subay olan şəxsiyyət vəsiqəsinin surətini göstərməklə müqavilənin bağlanılmasına nail olmuşdur. Həmin vaxt mərhum qanuni qaydada pulu ödənilməklə torpaq sahəsini almışdır. Ödənilmiş məbləğ həmin dövr üçün müqayisədə kifayət qədər böyük olmuşdur. Hesab edilsə ki, əmlak nikah dövründə olan əmlakdır və onun satılması zamanı İddiaçı1 həm də bu müqavilə ilə özünə məxsus yarı payı satmışdır. İddiaçı1 həmin əmlakı təmsil çilik əsasında Cavabdeh3 vasitəsilə satsa da, ona münasibətdə müqavilənin etibarsızlığına nə birinci instansiya məhkəməsinin qətnaməsində, nə də apellyasiya məhkəməsinin qətnaməsində heç bir hüquqi qiymət verilməmişdir. Etibarnamənin mətnindən göründüyü kimi tapşırıq alan Cavabdeh3 ancaq həmin əmlakı özgəninkiləşdirmək səlahiyyətində daxil olduğu tapşırığı həyata keçirməyə mükəlləf idi. Notariat işinin sorğu verilməklə alınması zamanı notariat işində İddiaçı1 şəxsiyyət vəsiqəsinin notariat işinin içərisindən mövcud olmadığı aydın olmuşdur. Yəni tapşırıq verən tapşırıq alana onun subay olmasını və bu vəziyyətdə əmlakla bağlı onun tərəfindən verilmiş səlahiyyətlərini yerinə yetirməsini ona həvalə etmişdir. Bu halda mərhumun həmin halı bilməsi qeyri-mümkün məsələ olmuş və onun hər hansı şək ildə əmlakı vicdansızca sahib olmaq niyyəti olmamışdır. İddiaçı2 iddianı onun xəbəri olmadan müqavilə bağlamış tərəflərə qarşı qaldırmalı idi. Müqavilə İddiaçı1 tərəfindən bağlanılmış, Cavabdeh3 onun iradəsini tam realizə etmiş, ona görə də İddiaçı1 iddiaçı deyil, cavabdeh olmalı idi. Lakin hər iki məhkəmə prosessual pozuntu edərək, İddiaçı1 iddiaçı kimi qəbul etməklə onun iddiasını təmin etmişdir.

40. Həmçinin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ərəbov Seymur Rafiq oğlu kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

41. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 225.6, 355, 357, 359, 360, 368-ci, Mülki Prosessual Məcəllənin 50.3-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə görə səlahiyyətsiz şəxs, yəni birgə mülkiyyətin digər iştirakçısının (hazırkı halda arvadın) notarial razılığı olmadığı halda ümumi mülkiyyətdəki əmlakla bağlı bağlanılmış əqd heç bir müddətə və əlavə digər şərtlərə tabe olmadan əhəmiyyətsiz əqd kimi etibarsızdır. Həmin etibarsızlıq üçüncü şəxsə (müvafiq halda alıcı Cavabdeh4) münasibətdə vicdanlı olması halında da tətbiq olunur. Mərhum vicdanlı alıcı olsa da, yəni daşınmaz əmlakın alqı-satqısına münasibətdə bütün şərtləri gözləməklə (əqd yazılı və notarial qaydada bağlanıb, dəyəri ödənilib) əqd bağlansa da, mülki qanunvericilik onun vicdanl ı alıcı olmasını qəbul edir, lakin birgə mülkiyyətin digər iştirakçısının razılığının olmaması səbəbindən həmin əqdə əhəmiyyətsiz əqd kimi yanaşmaqla, etibarsız əqd hesab edir. Lakin, əmlakın sonuncu alıcısı, yəni Ərəbov Seymur Rafiq oğlunun hüquqları, Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə görə “vicdanlı alıcı” olmasından dolayı qorunur. Yəni, hər bir halda İddiaçı1 ilə Cavabdeh4 arasında bağlanmış əqdlərin etibarsız hesab edilməsi, Cavabdeh4 vərəsələri - arvadı Cavabdeh6, qızı Cavabdeh7 və oğlu - Cavabdeh5 ilə Ərəbov Seymur Rafiq oğlu arasında bağlanmış əqdlərin etibarlılıq şərtlərinə təsir edə bilməz. Apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin hüquqi mövqeyini nəzərə almamaqla “əqdin sonradan bəyənilməsi” insti tutuna diqqət yetirməmişdir. İş materiallarına əlavə edilmiş müvafiq arayışlardan görünmüşdür ki, ötmüş 16 il ərzində iddiaçılar İsmayıllı rayonu, Təzəkənd kəndində yerləşən torpaq sahələri ilə maraqlanmamış, müvafiq dövlət rüsum və ödənişlərini etməmiş, torpaq sahələrini mərzləməmiş, hasara almamışlar. Bu isə onu təsdiq etmişdir ki, həmin torpaq sahələri baxmayaraq ki, İddiaçı2 razılığı olmadan özgəninkiləşdirilmişdir, o, həmin torpaq sahələrinin taleyində maraqlı olmamış, həmin torpaq sahələrinin onun mülkiyyətindən çıxmasını, əvəzli olaraq satılmasını qəbul etmiş, başqa sözlə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə uyğun olaraq əqdi sonradan bəyənmişdir.

42. Kassasiya şikayətlərinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında bax ılmışdır.

43. Kassasiya şikayətlərinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

44. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

45. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh və üçüncü şəxs tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

46. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edən in belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 351.2-ci maddəsinə əsasən əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. 351.3-cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. 355.1-ci maddəsinə əsasən əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. 355.2-ci maddəsinə əsasən razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməs i tələb olunmur. 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

48. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əs asən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara oby ektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən id diaçıların və cavabdehin apellyasiya şikayətlərinin dəlillərinə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilməklə, yuxarıda qeyd olunan nəticəyə gəlinmişdir.

52. Kassasiya şikayətlərinin dəlilləri üzrə ilk olaraq qeyd olunmalıdır ki, mübahisələndirilən torpaq sahələrinin iddiaçıların birgə nikahları dövründə əldə edilməklə, onların birgə əmlakları olması işin mübahisəsiz halıdır.

53. Həmçinin, işdəki sübutlara əsasən müəyyən edilmişdir ki, həmin torpaq sahələrinin Cavabdeh4 satılmasına dair 26 avqust 2008-ci il tarixli alqı-satqı müqavilələri imzalanarkən iddiaçılardan İddiaçı2 razılığı alınmamışdır.

54. Belə olan halda, Mülki Məcəllənin 225.6-cı maddəsinin bilavasitə göstərişinə əsasən bu müqavilələr etibarsızdır və maddənin 2- ci cümləsinə alıcının vicdanlılığı istisna olunur.

55. İddiaçı2 müqavilələri bəyənməsinə dair kassasiya şikayətinin dəlili həmçinin əsassızdır. Belə ki, kassatorlar bu dəlili mübahisəli torpaq sahəsinin uzun müddət ərzində istifadəsiz qalması, iddiaçıların onların taleyi ilə maraqlanmaması ilə əsaslandırmışlar.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin et ibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər.

57. Konstitusiya Məhkəməsinin Plenumu “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və q anunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Qərarında göstərmişdir ki, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.

58. Hazırkı halda isə İddiaçı2 mübahisələndirilən müqavilələrdən xəbərdar olması və onları bəyəndiyini təsdiq edən bilavasitə sübutlar işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim edilməmi şdir. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının torpaq sahəsindən istifadə etməməsinin mübahisəli əqdləri bəyənməsi kimi qiymətləndirilməsi üçün maddi hüquq əsasları yoxdur.

59. Nəhayət, üçüncü şəxsin vicdanlı alıcı olmasına dair kassasiya şikayətinin dəlili həmçinin qətnamənin ləğvi üçün əsas ola bilməz, bu səbəbdən ki, hazırkı iş üzrə cavabdehlərlə üçüncü şəxs arasında bağlanmış 24 mart 2024-cü il tarixli müqavilələr mübahisə predmeti olmamış və sonuncunun vicdanlılığı işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən araşdırılmamışdır.

60. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh6 və üçüncü şəxs Ərəbov Seymur Rafiq oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2024-cü il tarixli, 2(107)-1115/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar