Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1649/2021 18.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şikayətin qeyri mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8258/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadından müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” Firmasının direktoru Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il t arixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı əmlakın boşaldılması və ziyanın ödənilməsi tələbinə dair iddiası ərizəsi ilə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən “xxxx” firması müstəqil tələb irəli sürən 3-cü şəxs qismində işə cəlb olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” Firmasının direktoru Cavabdeh vəsatət verərək bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında İddiaçı Cavabdeh qarşı əmlakın boşaldılması və ziyanın ödənilməsi tələbinə dair mülki iş vardır. Qeyd olunan mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “xxxx” Firmasının istifadəsində olan torpaq sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirməq məqsədi ilə şadlıq sarayı inşa etdirmişdir və hal-hazırki mübahisə üzrə yekun qərar onun sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına maneə yaradacaqdır. Qeyd olunanlara əsasən məhkəmədən mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim F.Mirzəyev, iş № 2(007)-115/2020) İddiaçı Cavabdeh qarşı əmlakın boşaldılması və ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh mülki işin aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair vəsatəti rədd edilmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” Firmasının direktoru Cavabdeh şikayət verərək Bakı şəhəri Nizami Rayon Məhkəməs inin xx xxxxxxx 2020-ci il tarixli 2(007)115/2020 nömrəli qərardadının ləğv edilməsini və mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov, iş № 2(103)-8258/2020) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)115/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından üçüncü şəxs “xxxx” Firmasının direktoru Cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilmiş, mülki iş Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinə əsasən, şikayətin kassasiya instansiyası məhkəməsin ə göndərilməsi üçün birinci instansiya məhkəməsinə geri qaytarılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi şikayətin qeyri-mümkün hesab edilib və mülki iş birinci instansiya məhkəməsinə qaytarılması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı qəbul olunmuş x xxxx 2019-cu il tarixli, 1633-VQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən, Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinə dəyişiklik edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır (269.1). Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (269.2). Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kassasiya instansiyası məhkəməsinə göndərilir (269.3). Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə ərizənin təmin edilməməsi qərardadından şikayət ver ildiyindən həmin şikayət birinci instansiya məhkəməsi tərəfindən birbaşa kassasiya instansiya məhkəməsinə göndərilməli olduğu halda, apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” Firmasının direktoru Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərardadının ləğvinin əsası kimi Azərbaycan Respublikası MPM-nin 267, 268, 269-cu maddələrinə istinad edilərək qərardadın əsassız olduğu qeyd edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lak in apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” Firmasının direktoru Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquq normalarının pozulduğuna istinad edərək, əsasən bir neçə prosessual hüquq normasının mətnini köçürsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi düzgün olaraq mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.3-cü maddəsini tətbiq etmişdir. Həmin normanın tələbinə görə məhkəmə aidiyyatı ilə b ağlı qəbul etdiyi qərardadı şikayət əsasında yoxlayaraq qüvvədə saxlaması halında şikayətə yenidən baxılması üçün kassasiya məhkəməsinə göndərməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8258/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi üçün əsas hesab edilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Müstəqil tələb irəli sürən üçüncü şəxs “xxxx” Firmasının direktoru Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8258/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.