Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1651/2024 16.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işin məhkəmə aidiyyəti, iddianın mümkünlüyü əsasları Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlu və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılması tələbinə dair iş üzrə Bakı Şəhəri Səb ail Rayon Məhkəməsinin 2(009)-812/2024 nömrəli, 7 mart 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh QSC-yə (bundan sonra – cavabdeh) qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə “Contseas LTD” şirkəti arasında müqavilə imzalanaraq tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Lakin sonradan cavabdeh “Contseas LTD” şirkəti ilə iddiaçı arasında olan müqavilə öhdəliyinin icrasına maneə yaradaraq, iddiaçı və cavabdeh arasında heç bir müqavilə olmamasına baxmayaraq “Contseas LTD” şirkətinə ödənilməli olan məbləğin cavabdehə ödənilməsini iddiaçıdan tələb etmişdir. Bununla bağlı cavabdehin nümayəndələri dəfələrlə iddiaçıya təklif göndərmiş, onun razılaşmayacağı təqdirdə onu həbslə təhdid etmişlər.
3. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-812/2024 saylı, 07 mart 2024-cü il tarixli qərardadı ilə (hakim Şahin Abdullayev) iddia ərizəsinin məhkəmə icraatına qəbulu yolverilməz hesab edilmiş və iddia ərizəsi iddiaçıya geri qaytarılmış, iddiaçıya göstərilən tələblə aidiyyəti üzrə Kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir.
4. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24.2, 26.1, 26.2-ci maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli 10 saylı qərarının 12, 13 və 22-ci bəndlərinə istinadla qeyd etmişdir ki, hazırkı tələb sahibkarlıq fəaliyyətinə edilən müdaxilənin aradan qaldırılması ilə bağlı olduğundan, bununla da həmin tələb kommersiya məhkəməsinə aid olduğundan, onun ümumi məhkəmədə baxılması yolverilməzdir və bu səbəbdən iddia ərizəsinin qəbulundan imtina olunmalıdır.
5. İddiaçı (vəkil X2) şikayət verərək, qərardadın ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul olunmasını xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasın da yaranmış mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir. Belə ki, hazırkı tələb cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və qarşısının alınması məqsədilə verilmişdir. Həmçinin qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir.
7. Birinci instansiya məhkəməsinin 14 mart 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birli kdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
8. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
9. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.
10. Maddə 25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
11. Maddə 26.1. Sahibkarlıq fəali yyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
12. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
13. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə.
14. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın y olverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. Kassasiya instansiya məhkəməsinin mövqeyi
15. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv olunmalıdır.
16. İlk növbədə qeyd olunmalıdır ki, qüvvədə olan mülki prosessual qanunvericiliyə əsasən (MPM, maddə 32 və 403-1) məhkəmə aidiyyəti ilə bağlı yaranmış mübahisələrin və məhkəmələr arasında fikir ayrılıqlarının həlli barədə məsələ birbaşa kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid edilmişdir.
17. Baxılan iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin icraata qəbulundan imtina edilsə də, qəbul edilmiş qərarda d, həmçinin işin kommersiya məhkəməsinə aid olması ilə əsaslandırılmışdır. Bu baxımdan Məhkəmə tərkibi hesab edir ki, qəbul edilmiş qərardadın necə adlandırılmasından və nəticə hissəsinin necə ifadə edilməsindən asılı olmayaraq aidiyyət məsələsinin həlli ilə bağlı olduğundan hazırkı şikayətə kassasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 403-1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılmalıdır.
18. Birinci instansiyası məhkəməsi iddia ərizəsinin icraata qəbulundan tələbin yolverilməz olduğuna görə imtina etmiş, eyni zamanda iddiaçıya göstərilən tələblə aidiyyəti üzrə kommersiya məhkəməsinə müraciət etmək hüququnu izah etmişdir. Məhkəmə öz mövqeyini bir tərəfdən iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmasının yolverilməzliyi ilə, digər tərəfdən isə işin kommersiya məhkəmə sinə aid olması ilə əsaslandırmışdır.
19. Nəzərə alınmalıdır ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məcəllənin 153.2.1-ci maddəsinə müvafiq olaraq isə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina üçün əsasdır.
20. Qüvvədə olan mülki prosessual qanunvericiliyə əsasən kommersiya mübahisələrinə dair işlərə də mülki məhkəmə icraatı qaydasında baxıldığından işin kommersiya məhkəməsinə aid olması onun mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması anlamına gəlmir.
21. Lakin birinci instansiya məhkəməsi ərizənin geri qaytarılması barədə deyil, icra ata qəbul edilməsindən imtina olunması barədə qərardad qəbul etmişdir. Halbuki prosessual qanunvericilikdə iddia ərizəsinin geri qaytarılması və yolverilməzliyinə görə icraata qəbulundan imtina edilməsi institutları əsaslarına görə tamam fərqlənir və müxtəlif hüquqi nəticələrə səbəb olur. Ona görə də, qərardad ləğv edilməli və iddia ərizəsinin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir.
22. Yenidən müzakirə zamanı məhkəmə cavabdehin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlara əsasən onun publik hüquqi səlahiyyətlərə malik olub olmadığı və iddia olunan maneələrin cavabdeh publik səlahiyyətlərinin icrasından, yoxsa mülki hüquq münasibətlərinin bərabərhüquqlu iştirakçısı kimi qanunsuz davranışlarından irəli gəldiyinə aydınlıq gətirilmə lidir. Həmin araşdırmanın nəticəsindən asılı olaraq nəzərə alınmalıdır ki, iddianın mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması MPM-in 152.1.3-cü maddəsinə müvafiq olaraq, iddia ərizəsinin yolverilməzliyi əsası ilə onun icraata qəbulundan imtina edilməsi, kommersiya məhkəməsinə aid olması isə 153.2.1-ci maddəsinə əsasən, iddia ərizəsinin geri qaytarılması üçün əsasdır.
23. MPM-ə əsasən, kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, ərizəni yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər (403-1.8.3).
24. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-812/2024 nömrəli, 7 mart 2024-cü il tarixli qərardadı ləğv edilsin, iş iddia ərizəsinin mümkünlüyü məsələsinin yenidən müzakirə edilməsi ü çün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.