Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1653/2019 11.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, iddiaçı X9 və vəkili X3 iştirakları ilə, Cavabdeh6 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2018-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakim:A.S.Məmmədov; 2(004)-994/2018) iddiaçı X9 ca vabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1 və Cavabdeh6 qarşı “mülkiyyətçinin ümumi payı mülkiyyətinin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında, onların paylarına mütənasib bölüşdürülməsi ” tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri, **************** saylı evin açıq hərracda satılması, satış pulunun ümumumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüçdürülməsi xə iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun cavabdehlər tərəfindən müştərək qaydada iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2018-ci il tarixli, qətnaməsi ilə (hakimlər: İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və A.Q.Hüseynov; 2(103)-5206/ 2018) cavabdeh Cavabdeh6 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı X6 oğlu cavabdehlər Cavabdeh1 qızma, Cavabdeh2 qızma, Cavabdeh3 qızma, Cavabdeh4, X4 və Cavabdeh6 qarşı “mülkiyyətçinin ümumi paylı mülkiyyətinin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında, onların paylarına mütənasib bölüşdürülməsi haqqında” iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, 7 mülkiyyətçinin evi olan-Bakı şəhəri, *************** saylı evin açıq hərracdan satılması və satış pulunu 7 mülkiyyətçi arasında bərabər bölüşdürülməsi, evin açıq hərracdan maneəsiz satılmasının təmi n etmək üçün mülkü zəbt edənlərdən boşaltdırmaq və bütün dövlət rüsumunu və əlavə satış xərclərini mülkü zəbt edən Cavabdeh6 qarşı ödətdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki Bakı şəhəri, **************** saylı ev paylı mülkiyyətdədir. Həmin evi 1988-ci ildən etibarən mülkiyyətçilərdən biri Cavabdeh6 zəbt edibdir. O payının naturada ayrılmasına dəfələrlə cəhd etsə də, bu bir nəticə verməmişdir. Ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması, açıq-aşkar məqsədə uyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracda satılması və satış pulunu paylı mülkiyyətin mülkiyyətçiləri arasında bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Kassasiya şikayətinin dəlilləri Cavabdeh6 şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv ed ilməsini və işin yeni baxışa göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16, 17, 18, 50,218.1, 220.4, 220.5,-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə maddi hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəməkollegiyasınıniclasında iddiaçı X9 və vəkili X5 məhkəmə iclasında kassasiyaşikayətintəminedilməməsinixahişetdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəm kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyy atı haqqında sınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, ************* hissədə X9 məxsus olmaqla, paylı mülkiyyətdədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 2642 saylı, 05 may 2014-cü il tarixli Ekspert rəyindən görünür ki, Bakı şəhəri, ************* saylı mülkdə yerləşən «A» və «B» jayış evlərinin tikililərinin planlı yerləşməsi, yaşayış evlərinin həyətyanı torpaq ıəsində yerləşməsi, iddiaçı evlərin 1/14 payının, digər tərəflər isə müxtəlif payların lülkiyyətçilər olduğundan, iddiaçının 1/14 payına uyğun olan yaşayış və yardımçı ıələrin texniki parametrlərə uyğun olmadığı nəzərə almaqla, tədqiq olunan evlərin alilərindən iddiaçının 1/14 payına uyğun olan sahələrin təcrid mənzil şəklin də ayrılması (bölünməsi) İnşaat Norma və Qaydalarının 1.1,2.1,2.2,2.4,2.7,2.9 bəndlərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. - 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ğz payının ayrılmasını tələb edə bilər. - 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. -220.6. maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, **************** saylı ev «A» və «B» yaşayış evlərindən ibarətdir. Həmin evin «A» tikilisi 1/14 hissədə yeddi nəfər mülkiyyətçiyə məxsusdur. Hazırda iddia həmin evin hərracda satılması barədədir. Evin «B» tikilisi X2 məxsusdur və həmin hissə ilə bağlı mübahisə yoxdur. «A» literli evin mülkiyyətçilərindən ikisi vəfat etmişdir. Ə8 vəfat etmiş və onun oğlu Cavabdeh4 mirası qəbul etdiyi üçün iddiaçı onu cavabdeh kimi prosesə cəlb etmişdir. Digər vəfat etmiş mülkiyyətçi S8 vərəsəsi olmadığı üçün onun mirasını qəbul edən olmamışdır. Həmin evdə Cavabdeh6 ailəsi yaşayır və faktiki istifadə edir, həmin mülkiyyətçi isə iddiaçının heç bir təklifi ilə razılaşmır. İddiaçı mülkiyyətçi olaraq özünə məxsus olan əmlakdan istifadə etmək, sahiblik etmək və sərəncam vermək hüququndan məhrum olmuşdur. Ona görə də apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsini qanunu və əsaslı hesab edərək onu dəyişdirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə d əyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 25 iyun 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1653/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1653/2019
11.03.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver