Məhkəmə qərarları › İş №2(102)-1654/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1654/2021

19.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1654/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “mənzildən məcburi çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X15 oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1790/2020 nömrəli iş üzrə 06 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Cavabdeh Abdullayeva X1 Eyvaz oğlu ilə nikahlarını 10 noyabr 2017-ci ildə rəsmiləşdirərək ailə həyatı qurmuşlar. Həmin vaxtı iddiaçı Cavabdeh in ailə üzvlərinin yaşadığı X kəndində yerləşən evdə yaşamağa başlamışdır. Münasibətləri pozulduğundan Zaqatala Rayon Məhkəməsinin 18.11.2019-cu il tarixli, 2(033)-907/2019 saylı qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. Reyestr nömrəsi **********19-10301, qeydiyyat nömrəsi ********** olan, 10.10.2019-cu il qeydiyyat tarixli Çıxarışın notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X kəndində 0.28 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 92 kv.m olan fərdi yaşayış evi İddiaçı tam, evin yerləşdiyi 0.28 ha torpaq sahəsi isə X4, X2, X3, X6 ümumi birgə mülkiyyətindədir. Qax Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli, 2(024)109/2019 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək Cavabdeh X kəndində yerləşən və İddiaçı məxsus fərdi yaşayış evinə köçürülməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. 05.12.2018-ci il tarixli “Akt”ın surətindən görünür ki, İddiaçı məxsus X kəndində yerləşən fərdi yaşayış evində Cavabdeh məxsus bir ədəd divan-kreslo, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd qabqacaq şkafı, 2 ədəd güzgü trimo, 1 ədəd jurnal stolu, 2 ədəd lüstr, 2 dəst pərdə, 1 ədəd güldan, 1 ədəd divar saatı, 2 ədəd sandıq, 1 ədəd taxt, yataq dəsti, 1 ədəd tozsoran, 1 ədəd çörəkbişirən soba, 1 ədəd ütü, 1 ədəd şifoner, 1 ədəd ütü altlığı, 2 ədəd yataq ot ağı, tumbolar, 1 ədəd televizor, 1 ədəd televizor altlığı, 1 ədəd lampa, 2 ədəd xalça, qab-qacaqlardan ibarət əşyaları vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus olan X kəndində yerləşən mənzildən məcburi qaydada çıxarılması və ona məxsus əşyaların həmin evdən çıxarılaraq evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh oğlu ilə 2017-ci ildə ailə qurmuş, ona məxsus fərdi yaşayış evinə köçərək onlarla birlikdə yaşamışdır. 2019-cu ildə isə oğlundan boşanmışdır. Cavabdeh ona məxsus fərdi yaşayış evini tərk etmiş, cehiz əşyaları və ona məxsus digər əşyalar onun evində qalmışdır. Cavabdeh hazırda övla dı ilə birlikdə valideynlərinin yanında yaşayır. Cavabdeh ona məxsus fərdi yaşayış evindən istifadə hüququnun verilməsinə dair iddia tələbinə Qax Rayon Məhkəməsində baxılmış və cavabdehin evə köçürülməsi barədə qətnamə qəbul edilmişdir. Cavabdeh onun evində yaşamasına razı deyildir. Həmin ev özünün qanuni mülkiyyətidir. Simuzərin onun evində yaşaması ilə bağlı onunla aralarında heç bir razılaşma yoxdur. Simuzərə məxsus cehiz və digər əşyalar onun evində yığılıb qalmışdır. Ona görə də, özünün mülkiyyətində olan evdən sərbəst istifadə edə bilmir. Nəticədə onun evlə bağlı mülkiyyət hüquqları pozulur. Ona görə də, hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Qax Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(024)-57/2020 nömrəli (hakim M.Qarayev) qətnaməsi ilə İddiaçı C avabdeh qarşı “ona məxsus olan X kəndində yerləşən mənzildən məcburi qaydada çıxarılması və həmin mənzilin boşaldılması tələbi”nə dair iddia tələbi rədd edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh Abdullayeva X1 Eyvaz oğlu ilə nikahlarını 10 noyabr 2017-ci ildə rəsmiləşdirərək ailə həyatı qurmuşlar. Həmin vaxtı iddiaçı Cavabdeh in ailə üzvlərinin yaşadığı X kəndində yerləşən evdə yaşamağa başlamışdır. Münasibətləri pozulduğundan Zaqatala Rayon Məhkəməsinin 18.11.2019-cu il tarixli, 2(033)907/2019 saylı qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. İddiaçı 2018-ci ilin mart ayında həmin evi tərk edərək Zaqatala rayonu Bəhmətli kəndində yerləşən valideynlərinə məxsus evdə yaşamağa başlamışdır. Qax Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli, 2(024)109/2019 sayl ı qətnaməsinə əsasən Cavabdeh X kəndində yerləşən və İddiaçı məxsus fərdi yaşayış evinə qət edilmişdir. Həmin mülki işə baxılan zaman qeyd olunan fərdi yaşayış evinin qanunvericilikdə nəzərdə tutulan qaydada mülkiyyət hüququnu müəyyən edən sənədləri mövcud olmadığından iddia tələbinin cavabdehin qeyd olunan fərdi yaşayış evindən istifadə hüququnun tanınmasına dair hissəsi rədd edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. X kəndində yerləşən, hazırki iddianın predmetinə aid olan fərdi yaşayış evi 10.10.2019-cu il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır və həmin daşınmaz əmlaklar hazırda onun xüsusi mülkiyyətindədir. Hazırda iddiaçı xüsusi mülkiyyətində olan, X kəndində yerləşən fərdi yaşayış evindən cavabdehin çıxarılmasını, həmin evin boşaldılmas ını tələb edir. İddiaçı öz iddia tələbinin əsasları kimi mübahisə predmetinə aid olan fərdi yaşayış evinin özünün xüsusi mülkiyyətində olması ilə bağlı hüquq müəyyənedici sənədlərə istinad edir. Qax rayon İcra və Probasiya şöbəsinin məktubuna əsasən Qax Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli, 2(024)109/2019 qətnaməsi bu günə qədər icra olunmamış, hazırkı mülki iş üzrə Cavabdeh mübahisəli fərdi yaşayış evinə köçürülməmişdir. Belə olan halda məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, evə köçürülməsi icra olunmamış şəxsin həmin evdən çıxarılması ağlabatan tələb hesab oluna bilməz. Qeyd olunan əsaslara görə məhkəmə hesab etmişdir ki, Qax Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli, 2(024)109/2019 nömrəli qətnaməsi qanuni qüvvəsində olduğu müddətdə və bu günə qədər icra olu nmadığı təqdirdə hazırkı iddia tələbinin təmin olunması üçün heç bir əsas yoxdur. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinadən əsaslandırmışdır. İddiaçı apelyasiya şikayəti verərək, Qax Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tаrixli, 2(024)-57/2020 nömrəli qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsinin 21.02.2019-cu il tarixli, 2(024)-109/2019 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı məxsus olan X kəndində yerləşən evə köçürülməsi qərara alınmışdır. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Məhkəmə isə həmin qətnamənin icra olunmadığını qeyd etmiş və bu halda hazırkı iddia tələbinin təmin olunması üçün əsas olmadığı qeyd edilmişdir. Lakin tələbkar evə köçməkdən imtina etmiş və icra sənədi icra məmurunun qərarı ilə geri qaytarılmışdır. Sonradan isə icra sənədi məhkəmənin müvafiq qərardadı ilə icraya qaytarılmışdır. Hazırkı iddia tələbləri təmin olunduğu təqdirdə Qax Rayon Məhkəməsinin 21.02.2019-cu il tarixli, 2(024)- 109/2019 saylı qətnaməsinin icrasına ehtiyac olmayacaqdır. Hesab edir ki, Qax Rayon Məhkəməsinin 16.06.2020ci il tarixli, 2(024)-57/2020 saylı qətnaməsi ilə onun mülkiyyət hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, cavabdehlə aralarında ona məxsus olan evlə bağlı heç bir razılaşma yoxdur. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – X12 - sədrlik edən və məruzəçi, X10 və X11) 06 oktyabr 2020-ci il tarixli 2(107)-1790/2020 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Qax Rayon Məhkəməsinin 2(024)-57/2019 nömrəli, 16 iyun 2020-ci il tarixli dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Apellyasiya instansiyası qeyd etmişdir ki, cavabdehin mübahisəli yaşayış evinə köçürülməsi barədə qanuni qüvvədə olan məhkəmə qətnaməsinin olmasına baxmayaraq iddiaçı sonuncunu həmin evdə yaşamasına şərait yaratmır, əksinə hazırki iddia nı verməklə cavabdehi əşyaları ilə birlikdə həmin evdən çıxarmaq istəyir. Həmçinin, apellyasiya instansiyası qeyd etmişdir ki iddiaçıya bu kimi iddialarla bağlı kompensasiya institutunun mahiyyəti nəzərinə çatdırılsa da, sonda iddiaçı tərəf qanunvericilikdən xəbərdar olduğunu və israrlı şəkildə heç bir kompensasiya ödəmək fikrinin olmadığını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MM-nin 228.2 və Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)1790/2020 nömrəli iş üzrə 06 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kas sasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsi qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İddiaçı cavabdehin onun evində yaşamasına razı deyil və halhazırda ev onun qanuni mülkiyyətindədir, cavabdehin onun evində yaşamasına dair cavabdehlə onun arasında heç bir razılaşma yoxdur. Cavabdehin cehiz əşyaları onun evinə yığılıb qalmışdır. O mülkiyyətində olan evdən sərbəst istifadə edə bilmir və nəticə etibarı ilə mülkiyyət hüquqları pozulur. Cavabdeh kassasiya şikayətinə dair yazılı etiraz təqdim edərək iddia tələbinin əsassız olduğunu bildirərək iş üzrə Şəki Apellyasiya Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və onun vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə cavabdehin lazımi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəmə iclasına gəlmədiyi üçün və bunun səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, not ariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etm əlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərarda dını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olun maması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol v erilmədiyi üçün kassasiya instansiyası məhkəməsi cavabdehin şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlər ə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1790/2020 nömrəli iş üzrə 06 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar