Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1656/2025 27.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsi və “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Nəqliyyat və xüsusi texnika idarəsinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr; əmrin ləğv edilməsi, işə bərpa və vurulmuş zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi ş əxsi və “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Nəqliyyat və xüsusi texnika idarəsinə qarşı “əmrin ləğv olunması, işə bərpa, mənəvi zərərin və məhkəmə xərclərinin tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1218/2025 nömrəli, 10 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxs (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 27 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı (işçi) cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ Nəqliyyat və Xüsusi Texnika İdarəsində Azərsu ASCnin (işəgötürən) 10 fevral 2022-ci il tarixli 170-k saylı əmrinə əsasən 10 fevral 2022-ci il tarixindən 1 №-li Avtomobil dəstəsinə 14-cü dərəcə ilə dəstə rəisi vəzifəsinə təyin edilmişdir.
2. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli 717-K saylı əmrinə əsasən, Nəqliyyat və xüsusi texnika idarəsinin Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, hərəkətin təhlükəsizliyi və ekologiya şöbəsinin hərəkətin təhlükəsizliyi üzrə mühəndisi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilməsinə Həmkarlar ittifaqı komitəsi tərəfindən eti raz edilməmişdir.
3. İddiaçı cavabdeh qurum tərəfindən ştat vahidinin ixtisarı ilə bağlı 1 nömrəli Avto parkda “texnik” vəzifəsi təklif edilmiş, lakin, İddiaçı təklifdən imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə1 Rübail oğlu Cavabdehlər “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsi və “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Nəqliyyat və xüsusi texnika idarəsinə (bundan sonra cavabdeh, yaxud Publik hüquqi Şəxs, idarə) iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli 717-K saylı əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa olunması, iddiaçı tərəfindən hüquqi yardımla bağlı vəkilə ödənilmiş 820 manat, ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 50 manat və vurulmuş mənəvi ziyana görə 500 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı iş üzrə cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ Nəqliyyat və Xüsusi Texnika İdarəsində "xxxx" ASC-nin 10 fevral 2022-ci il tarixli 170-k saylı əmrinə əsasən 10 fevral 2022-ci il tarixindən 1 №-li Avtomobil dəstəsinə 14-cü dərəcə ilə dəstə rəisi vəzifəsinə təyin edilmişdir. O, həmin vəzifədə çalışdığı 2 il 4 ay 23gün ərzində heç bir qayda pozunt usuna yol verməmiş və barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ Nəqliyyat və Xüsusi Texnika İdarəsi İddiaçı 06 iyul 2024-cü il tarixli 957 saylı Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubu göndərərək, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli 2356 nömrəli fərmanına əsasən "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in xx.xx.2024-cü il tarixli 09 saylı əm ri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞin strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş struktur və ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidinin xx.xx-2024-cü il tarixindən ixtisara düşdüyünü və onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 4 təqvim həftəsindən sonra ləğv ediləcəyini bildirmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 23 avqust 2024-cü il tarixli 717-K saylı əmrinə əsasən İddiaçı Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, hərəkətin təhlükəsizliyi və ekologiya şöbəsinin hərəkətin təhlükəsizliyi üzrə mühəndis ilə bağlanmış əmək müqaviləsi, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ- in təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Əmək Məcəlləsinin 70 “b” bəndinə əsasən ərizəsini nəzərə alaraq, 23 avqust 2024-cü il tarixdən ləğv edildiyini göstərsə də, İddiaçı bununla bağlı heç bir yazılı və şifahi müraciəti olmamışdır. İddiaçının çalışdığı vəzifənin ixtisar olunduğu qeyd olunsa da, yalnız həmin şöbənin adı dəyişdirilmiş və eyni sayda ştat vahidi saxlanılmışdır. Məhkəmə təcrübəsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində işəgötürənin arzuolunmaz işçiləri işdən çıxarmaq üçün istifadə etdiyini, çox vaxt isə bunu pərdələmək üçün yeni işçiləri işə qəbul edərək, süni surətdə kadr artıqlığı və ştat ixtisarı üzrə işdən çıxarma zərurəti yaradılması hallarını aşkara çıxarmışdır. Bundan sonra iddiaçı tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisinə ünvanlanmış 29 avqust 2024-cü il tarixli ərizəyə cavab olaraq 12 sentyabr 2024-cü il tarixli 3-53- 3-19/2-101-4-389/24 saylı cavab məktubu göndərilmiş və hal-hazırda idarədə boş vakansiya olmadığı üçün iddiaçını işlə təmin edə bilmədikləri bildirilmişdir. Əlavə olaraq, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 29 May 2024-cü il tarixli 002/F nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in təsdiq edilmiş struktur və ştat cədvəlinə əsasən onun tutduğu vəzifə üzrə ştat vahidi ixtisara düşməsi səbəbindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə Həmkarlar İtt ifaqı Komitəsinin sədri Q.Musayevin və digər iştirakçıların iştirakı ilə iddiaçıya 1 saylı avtoparkda “Texnik” vəzifəsi təklif olunmasına baxmayaraq o, həmin vəzifədən imtina etmişdir. Bu halda başqa iş dedikdə işçiyə istər işdən çıxarılana qədər tutduğu vəzifəyə uyğun boş vəzifənin, istərsə də, onun təhsili, ixtisası, iş təcrübəsi və səhhəti nəzərə alınmaqla yerinə yetirə biləcəyi boş aşağı vəzifənin (daha aşağı maaşlı işin) təklif olunması başa düşülür. Lakin, İddiaçı təklif olunmuş vəzifə onun nə yaşına, nə təcrübəsinə, nə təhsilinə, nə ixtisasına, nə səhhətinə nə də yaşadığı yerə uyğun deyil. Belə ki, İddiaçı 57 yaşı olmaqla, şəkərli diabet xəstəsidir. Bundan əlavə Azərbaycan Respublikasının silahlı qüvvələrinin veteranı medalı ilə təltif olunmuşdur. Bundan başqa öhdəsində ikinci dərəc əli əlilliyi olan ailə üzvü vardır. Bütün bu xüsusatlar İddiaçı işdən çıxarılmasının qanunsuz olduğunu göstərir. İddiaçı qüvvədə olan “Mediasiya haqqında” Qanunun tələblərinə müvafiq olaraq xx.xx.2024-cü il tarixində cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir. Cavabdehdən heç bir cavab gəlmədikdən sonra, o, xx.xx.2024-cü il tarixində mediasiya üçün müraciət etmiş və onun müraciətinə baxılması 13 Mediasiya təşkilatının mediatoru X2 tərəfindən xx.xx.2024-cü il tarixinə təyin edilmişdir. Cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasına gəlməmiş və nəticədə mediator tərəfindən iddiaçıya arayış verilmişdir. Bütün baş verənlər İddiaçı səhhətində də problemlərin baş verməsinə səbəb olmuşdur və nəticədə İddiaçı tərəfindən 13 sentyabr tarixində Təcili Tibbi yardım dəvət olu nmuşdur.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(004)-5206/2024 nömrəli, 29 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli 717-K saylı əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki (sonuncu) vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi və ödənilmiş 50 manat mediasiya xərci, hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 820 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
7. Birinci instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən ilk növbədə qeyd etmişdir ki, hazırkı mübahisə üzrə işəgötürən qismində hakimiyyət funksiyalarını icra edən publik hüquqi şəxs (dövlət qurumu) çıxış edir. Nəticə olaraq, işəgötürənin müvafiq əmri ştatların ixtisarı ilə əlaqədar qəbul edilsə də, ixtisarın mahiyyət etibarilə həyata keçirilmədiyi, ştat sayı (4 ştat sayı eynilə mövcuddur), vəzifənin, əməyin xarakteri, vəzifə üzrə görülən işlərin mahiyyətinin dəyişmədiyi, sadəcə ad, forma və struktur dəyişikliklərinin həyata keçirilməsi müəyyən edilir.
8. Məhkəmə bununla bağlı daha sonra qeyd etmişdir ki, ştatların ixtisarı ilə əmək müqaviləsinin xitamının mahiyyəti işəgötürənə islahat aparılması, maliyyə xərclərinin qənaətlə idarə edilməsinə, azaldılmasına, əmək münasibətlərinin operat iv və çevik təşkilinə şərait yaratmaqdır. Lakin, işəgötürənin bu hərəkətləri formal əsaslarla deyil, mahiyyəti üzrə ixtisar xarakteri daşımalı, vəzifə, ştat sayları azaldılmalı, nəticədə tərəflərin müvafiq işçilərin (qanunla müəyyən edilmiş qaydada) əmək müqaviləsinə xitam verilməlidir.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, bundan əlavə, işçinin gördüyü işin, vəzifənin, əmək funksiyasının mahiyyəti üzrə eyni qalmasına baxmayaraq vəzifə, şöbə adında edilən ad dəyişikliyi müvafiq ştatın ixtisar edilməsi kimi nəzərə alına bilməz. Yəni, işəgötürən dövlət qurumu olmaqla sərəncamında çoxlu sayda texnika vardırsa, həmin texnikanın təhlükəsizliyi üzrə mühəndis vəzifəsinin (əmək funskiyası baxımından) mövcud olması qaçınılmazdır və hazırda da sözügedən vəzifələr cavabdeh qurumda mövcuddur. İşəgötür ən qurumun struktur islahatları çərçivəsində müvafiq forma, ad, vizual dəyişikliklər həyata keçirə bilər. Lakin, bu, mahiyyəti üzrə ixtisara, işçilərin işdən çıxarılmasına və həmin vəzifələrə digər şəxslərin işə götürülməsinə əsas deyildir.
10. Məhkəmə diqqətə çatdımışdır ki, iddiaçının işçi kimi icra etmiş olduğu vəzifənin mahiyyəti, xakateri nəzərə alınır. Belə ki, iddiaçının icra etmiş olduğu işin xarakteri hazırda da mahiyyəti üzrə cavabdeh orqanda icra edilir. Lakin, vəzifə təlimatının dəyişdirilməsi, 1 vəzifənin səlahiyyətlərinin başqa adlar altında digər vəzifələr üzrə paylanması, yəni formal hüquqi məsələlər işin mahiyyətini - əmək funksiyası, vəzifənin xarakterini dəyişmir, həqiqi ixtisara əsas vermir. Əks halda işəgötürənlər formal dəyişikliklərlə ixtisar görüntüsünü rahatlıqla y arada və işçilərin işdən kənarlaşdırılmasını təmin edə bilərlər.
11. Məhkəmə həmçinin bildirmişdir ki, məhkəmələr isə dövlət hakimiyyətinin qolu olaraq işçilərin pozulmuş hüquq və azadlıqların bərpasını ədalət mühakiməsi çərçivəsində təmin etməlidir, sui-istifadə hallarına şərait yaratmamalı, qanunçuluğun qorunmasında üzərlərinə düşən rolu icra etməlidirlər. Lakin, iddia tələbi digər cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Nəqliyyat və xüsusi texnika idarəsinə dair hissədə təmin edilə bilməz. Belə ki, MM-in 54-cü maddəsinin tələblərinə əsasən sözügedən qurum idarə statusunda olmaqla hüquq münasibətlərinin müstəqil subyekti (hüquqi şəxs kimi) qismində çıxış edə bilməz. Həmin qurumun üzərinə əmək münasibətləri ilə bağlı hər hansı öhdəliyin qoyulması məqb ul deyildir. Odur ki, sözügedən qurum əsl olmayan cavabdehdir.
12. Vurulmuş mənəvi zərərin ödənilməsi ilə bağlı 500 manat pul tələbi hissəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iddia bu hissədə əsassızdır və sübuta yetirilmir. Mahiyyəti üzrə də işəgötürən tərəfindən hər hansı əmr verilmişsə, həmin əmrin qanunsuzluğuna məhkəmə qərarı ilə hüquqi qiymət verilir. Bu hal özü-özlüyündə işəgötürəndən digər maddi və ya mənəvi zərərin tutulması üçün əsas qismində çıxış edə bilməz. Ədalət mühakiməsinin mahiyyəti də əmrin qanuniliyinin yoxlanılmasıdır.
13. İddiaçı tərəfin arqument kimi Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə istinad edərək şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini və ailə üzvünün 2-ci qrup əlil olması ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, 79-cu maddənin tətbiqin in dairəsi və tətbiq situasiyası tamamilə fərqlidir. Belə ki, 79-cu maddə yalnız həmin maddədə qeyd edilən motivlərlə (əsaslarla) işçinin əmək müqaviləsinə xitam verilməsini istisna edir. Hazırkı mübahisə üzrə isə əmək müqaviləsinə işçinin məhz şəkərli diabetdən əziyyət çəkdiyi üçün deyil, ştatların ixtisarı ilə xitam verilmişdir. Həmçinin, 79-cu maddənin tələbləri çərçivəsində qiymətləndirmə aparılarkən müəyyən edilir ki, iddiaçının ailə üzvü 1-ci qrup deyil, məhz 2ci qrup əlildir (əmək qabiliyyətinin 81-100% itirilməsi əvvəlki qanunvericiliyə əsasən 1-ci qrup əlilliyin alternatividir).
14. Məhkəmə həmçinin diqqətə çatdırmışdır ki, iddia tələbində qeyd edilməsə belə, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyini nəzərə alaraq mübahisənin mahiyyəti nəzərə a lınmaqla öz təşəbbüsü ilə iddiaçıya məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı (əlavələr və mükafatlar daxil olmaqla) ödənilməsinin təmin edilməsini əsaslı hesab edir. Bu, iddia tələbindən kənara çıxmaq hesab edilmir.
15. Məhkəmə daha sonra qeyd etmişdir ki, məhkəmələr hüquq tətbiq edən orqan olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüququ tətbiq etməli, yalnız qanunda boşluq olduqda hüquq prinsipləri nəzərə alınmaqla qanunun və hüququn analogiyasından istifadə etməlidirlər. Məhkəmənin qanunvericiliyin aydın, müəyyən olan konkret normasını digər formada şərh etmək hüququ yoxdur. Nəzərə almaq lazımdır ki, qanunun hər hansı norması açıq-aşkar ədalətsiz olsa da, həmin normanın dəyişdirilməsi və ya qüvvədən salınması hüququ dövlətin hüquq yaradıcı (qanunverici) orqanların a məxsusdur. Məhkəmələr isə hüquq tətbiq etmə prosesində müvafiq normanın şərh edilməsi və ya normaya yenidən baxılmasına dair səlahiyyətli orqanlara müraciət edilməsi məsələsini müzakirə edə bilərlər Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi, mülki icraatda “formal həqiqət”in müəyyən edilməsi prinsipi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əleyhinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir.
16. Məhkəmə qeyd olunanlarla bağlı sonda hesab etmişdir ki, cavabdeh tərəfindən əmrin əsaslılığı sübuta yetirilməmiş, bu barədə əsaslı mülahizələr bildirilməmişdir. Münasibətin xarakteri nəzərə alınmaqla hazırkı mülki iş üzrə sübutetmə yükü daha üstün tərəf olan və müvafiq əmri qəbul edən cavabdehin üzərin dədir. Məhkəmə yalnız mülki işdə olan sənədlər əsasında qərar qəbul etməyi zəruri hesab edir.
17. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 8-ci bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54.1, 54.2, 1096.1 və 1096.2-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi, 71-ci maddənin 3-cü hissəsi, 72-ci maddəsinin “e” bəndi, 77-ci maddəsinin 1, 2 və 3-cü bəndləri və 79-cu maddələri, “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına və Azə rbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
18. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı' publik hüquqi şəxsin İdarə Heyətinin sədri tərəfindən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı" publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 09 nömrəli fəaliyyətinin təkmilləşdirlməs i haqqında əmr imzalanmışdır. Həmin əmr əsasında “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” publik hüquqi şəxsin strukturuna daxil olan qurumlar üzrə ştat vahidlərinin sayı təsdiq edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Nəqliyyat və Xüsusi Texnika İdarəsi tərəfindən ƏM və TT şöbəsinin Hərəkətin təhlükəsizliyi üzrə mühəndisi İddiaçı 957 №-li, xx.xx.2024-cü il tarixində bildirişlə ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq verilmişdir. Nəqliyyat və Xüsusi Texnika İdarəsi tərəfindən işçiyə bildirilmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 4 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 717 -k nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə, HİK sədri Q.Musayevin xx.xx.2024-cü i tarixli, HQ-01 nömrəli məktubuna əsasən İddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2024-cü il tarixində HİK sədri Q.Musayevin və digər işçilərin iştirakı ilə İddiaçı NXTİnin 1№-li Avtoparkında “Texnik” vəzifəsi təklif olunmuşdur. İddiaçı həmin vəzifədən imtina etmişdir. Əlavə olaraq, təsdiq edilmiş yeni ştat cədvəlinə əsasən ƏM və TT şöbəsində ixtisara düşmüş “Hərəkətin təhlükəsizliyi üzrə mühəndis” vəzifə təlimatı ilə həmin şöbədəki digər vəzifə təlimatları və funksiyaları tamamilə fərqli olduğu halda, məhkəmə qətnamə qəbul edərkən bu faktlara hüquqi qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir. Həmin sübutlar iş materiallarında mövcuddur. Azərbaycan Dövlət Su Ehtiya tlar Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.7023-cü il tarixli Fərmanın 5-ci bəndinə əsasən bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmanla, tabeliyindəki "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi yaradılmışdır. "xxxx" ASC-nin ştat vahidi 13.800 olduğu təqdirdə, bugünkü gündə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxsin ştat vahidi 7.700 olmuşdur.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etmiş, iddiaçının ştat vahidinin ixtisara düşməsi səbəbi ilə işdən azad edildiyini və ona texnik vəzifəsi təklif edildiyini, lakin iddiaçının həmin vəzifədə çalışmaq istəmədiyini qeyd etməklə, şikayətinin təmin olunmasını xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq ştat vahidlərinin ixtisar edilməsi barədə qərarı məhkəməyə təqdim etmədiklərini bildirmişdir.
21. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini əsaslı hesab etmədiyini, birinci instansiya məhkəməsinin qətnaməsini düzgün hesab etdiyini bildirməklə şikayətin təmin olunmamasını xahiş etmişdir. Bildirmişdir ki, o, şəkərli diabet xəstəsi və Vətən müharibəsi veteranıdır, bundan əlavə onun çalışdığı vəzifənin ixtisar olunduğu qeyd edilsə də, yalnız həmin şöbənin adı dəyişdirilmişdir və eyni sayda ştat vahidi vardır.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-1218/2025 nömrəli, 10 fevral 20 25-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) cavabdeh hüquqi şəxsinin apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi əsaslandırdığı mövqeyi ilə bağlı ilk növbədə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Prosessual Məcəllənin 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan və birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır. Apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qə tnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
24. Qeyd edilənlərə görə məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab etmişdir ki, işin faktiki halları birinci instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün apellyasiya şikayətində qeyd olunan dəlilləri təkrar araşdırmağa zərurət yoxdur.
25. Məhkəmə kollegiyası işin halları baxımından daha sonra qeyd etmişdir ki, göründüyü kimi “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Nəqliyyat və xüsusi texnika idarəsinin Əməyin mühafizəsi və hərəkətin təhlükəsizliyi şöbəsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş Ştat cədvəli əlavə edilmişdir. Cədvələ əsasən müəyy ən edilir ki, cəmi 4 ştat vahidi olmaqla onlardan 1-i şöbə rəisi, 3-ü isə Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifələridir. “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin Nəqliyyat və xüsusi texnika idarəsinin Əməyin mühafizəsi və hərəkətin təhlükəsizliyi şöbəsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş Ştat cədvəli əlavə edilmişdir. Cədvələ əsasən müəyyən edilir ki, cəmi 4 ştat vahidi olmaqla onlardan 1-i şöbə rəisi, 3-ü isə Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndisə vəzifələridir. İşəgötürənin müvafiq əmri ştatların ixtisarı ilə əlaqədar qəbul edilsə də, mahiyyət etibarilə ixtisar həyata keçirilməmiş, ştat sayı vəzifənin, əməyin xarakteri, vəzifə üzrə görülən işlərin mahiyyəti dəyişməmişdir. Sadəcə ad, forma və struktur d əyişiklikləri həyata keçirilmişdir.
26. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə nəzəri cəhətdən razılaşır. "xxxx" ASC-nin Nəqliyyat və xüsusi texnika idarəsinin Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, hərəkətin təhlükəsizliyi və ekologiya şöbəsinin hərəkətin təhlükəsizliyi üzrə mühəndisi İddiaçı ünvanlanmış “ştat vahidinin ixtisara düşməsi barədə” Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ Nəqliyyat və Xüsusi Texnika İdarəsində tərəfindən ştat vahidinin ixtisara düşməsi barədə xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişi göndərilsə də, “İri Şəhərlərin B irləşmiş Su Təchizatı Xidməti” PHŞ Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli 717-K saylı əmrinə əsasən, işçi Nəqliyyat və xüsusi texnika idarəsinin Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, hərəkətin təhlükəsizliyi və ekologiya şöbəsinin hərəkətin təhlükəsizliyi üzrə mühəndisi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilmiş və əsas kimi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ xx.xx.2024-cü il tarixli 09 nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti” publik hüquqi şəxsin sturukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu, ştat cədvəlləri və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş S u təchizatı Xidməti” publik hüquqi şəxsin Həmkarlar İttifaqı Komitəsinin sədri Q.Musayevin 22 avqust 2024-cü il tarixli HQ-01 nömrəli məktubu göstərilmişdir.
27. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, ştatların ixtisarı barədə cavabdeh tərəfindən ümumi qərar məhkəməyə təqdim edilməmiş və onun mövcudluğu sübut edilmədiyi halda bu əsasla əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmiş, habelə üstünlük hüquqlarına uyğun müvafiq vəzifə ilə identik işlə təmin edilməsinə yönəlik tədbirlər formal həyata keçirilmişdir.
28. Sonda məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, gəldi yi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən apellyasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
29. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndi, 42, 70-ci maddəsinin “b” bəndi, 71, 71.3, 76.2, 77.1, 78.1, 79 və 80.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81, 88 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
30. Qətnamədən cavabdeh publik hüquqi şəxs (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
31. Kassasiya şikayəti iddia ərizəsinə etirazın, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, təsdiq edilmiş yeni ştat cədvəlinə əsasən ƏM və TT şöbəsində ixtisara düşmüş “Hərəkətin təhlükəsizliyi üzrə mühəndis” vəzifə təlimatı ilə həmin şöbədəki digər vəzifə təlimatları və funksiyaları tamamilə fərqli olduğu halda məhkəmə qətnamə qəbul edərkən bu faktlara hüquqi qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir. Həmin sübutlar iş materiallarında mövcuddur. Bundan başqa Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliy yətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanının 5.2-ci bəndinə əsasən bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi yaradılmışdır. "xxxx" ASC-nin ştat vahidi 13.800 olduğu təqdirdə, bugünkü gündə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxsin ştat vahidi 7.700 olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
32. Maddə 2 (3-cü hissə). Həmin Məcəllə əmək münasibətlərində olan tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun əliliyinin təmin olunması ilə qorunması və digə r prinsiplərə əsaslanır.
33. Maddə 11 (“ə” bəndi). İşəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır.
34. Maddə
14. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınması, işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları v ə azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər.
35. Maddə 42 (hissə 1). Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
36. Maddə
59. İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.
37. Maddə 69 (hissə 4). Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə ve rə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
38. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
39. Maddə 69 (hissə 7). İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
40. Maddə 70 (“b” bəndi). Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı ə saslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə.
41. Maddə 71 (1-ci hissə). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
42. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
43. Maddə 76 (2-ci hissə). Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 4
4. Maddə 77 (1-ci hissə). İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:bir ilədək əmək stajı olduqda azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi.
45. Maddə 77 (2-ci hissə). Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
46. Maddə 77 (3-cü hissə). Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
47. Maddə 78 (1-ci hissə). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.
48. Maddə
79. İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən e dilmiş ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
49. Maddə 80 (1-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir
50. Maddə
82. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zama n əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir.
51. Maddə 84 (1-ci hissə). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
52. Maddə 84 (2-ci hissə). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
53. Maddə 84 (3-cü hissə). Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.
54. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
55. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasın da həyata keçirilir.
56. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.
57. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
60. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
62. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
63. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslan dırır.
64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
66. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
67. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
68. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
69. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
70. Hazırkı kassasiya şikayətində cavabdeh publik hüquqi şəxs tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
72. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin g əldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
73. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayətində qeyd olunan işin halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin hallarla bağlı şikayətin dəlillərini təkrar araşdırmağa lüzum yoxdur.
74. Bununla bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarını n şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Bu baxımdan şəxsin işə qəbul edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır.
75. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına v ə yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
76. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin m əhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
77. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
78. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 79. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdiri lmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
80. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
81. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
82. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən veri lmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1218/2025 nömrəli, 10 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.