Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1657/2019 14.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5026/2018 nömrəli iş üzrə 30 noyabr 2018-ci il tarixli qərardadından verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Xumar Mərdanova - sədrlik edən və mə ruzəçi, Fuad Babayev, Elnur Həsənov) 30 noyabr 2018-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 iyul 2018-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş səbədlər iddiaçıya geri qaytarılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ünvan 13 saylı evin 2-ci mənzilindən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhər Xətai rayon məhkəməsinin 24 may 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 14 sentyabr 2017-ci il tarixli qətnaməs i ilə apellyasiya şikayəti təmin edilməmiş, Xətai rayon məhkəməsinin 24 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2018-ci il tarixli qərarı ilə qeyd olunan məhkəmə qətnaməsi ləğv edilərərk iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10 iyul 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 24 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçının nümayəndəsi - vəkili Vəkil kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı nümayəndəsi X1kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 30 noyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiya məhkəməsinin 10.07.2018-ci il tarixli qətnaməsi iddiaçıya rəsmi qaydada göndərilmədiyindən məhkəməyə müraciət edərək 20.09.2018-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə qətnamənin surəti almışdır. Bundan sonra qeyd olunan qətnamədən kasassiya şikayəti verilməsi üçün nəzərdə tutulan müddətin sonuncu günü, yəni 20.11.2018-ci il tarixdə tərəfindən poçt vasitəsilə kasassiya şikayəti v erilmişdir. 23.11.2018-ci il tarixdə isə kasassiya şikayəti poçt vasitəsilə məhkəməyə çatmışdır. Görünür apellyasiya məhkəməsi kasassiya şikayətini poçta daxil edildiyi tarixə deyil, şikayətin məhkəməyə daxil olduğu tarixi nəzərə almışdır. Lakin kasassiya şikayəti artıq poçta daxil edilən tarixdən şikayət verilmiş sayılır. Bu səbəbdən hesab edir ki, şikayət prosessual müddət ötürülmədən verilmişdir. Tərəflərin izahatları: İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədiklərii üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegi yası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarınd a olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 30 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş xəbərnamədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5026/2018 saylı, 10 iyul 2018-ci il tarixli qətnaməsi İddiaçı rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş və 06 avqust 2018-ci il tarixdə onun tərəfindən qəbul edilmişdir. Xəbərnamədə əl yazısı ilə 04 i yul 2018-ci il tarixi qeyd edilsə də, poçt ştampından görünür ki, qətnamə ünvan sahibinə 06 avqust 2018-ci il tarixdə təqdim edilmişdir. Lakin cavabdeh İddiaçı kassasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti 1 ay 13 gün ötürərək 20 noyabr 2018-ci il tarixdə kassasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş və ötürülmüş prossesual müddətin bərpası ilə bağlı vəsatət verməmişdir. Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsinə əsasən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 408.1.4-ci maddəsinə əsasən, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1. və 408.1.3.408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Yuxarıda qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti mülki-prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyi üçün qaytarılmalıdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini geri qaytararkən Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qətnamənin iddiaçıya rəsmi qaydada göndərilməməsi barədə kassasiya şikayətinin dəlili əsassızdır. Bu barədə iş materiallarına əlavə edilmiş poçt xəbərnaməsi mövcuddur. Ona görə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qətnamədən şikayət vermə müddətini xəbərnamədə nümayəndəyə qətnamənin təqdim olunduğu tarixdən deyil, qətnamənin iddiaçı tərəfindən rəsmi qaydada qəbul etdiyi tarixdən hesablamışdır. İddiaçı isə qətnaməni rəsmi qaydada aldığı vaaxtdan iki aylıq kassasiya şikayəti vermə müddətini ötürmüşdür. İşdən göründüyü kimi, iddiaçı məhkəməyə iddia ərizəsini səlahiyyətli nümayəndəsi vasitəsi ilə vermiş və iddia ə rizəsi verilərkən rəsmi ünvan kimi ünvan 1işdir. Bundan sonra işə brinci, apellyasiya və kassasiya instansiyaları məhkəmələrində baxılarkən iddiaçıya bütün məhkəmə sənədləri həmin ünvana göndərilmiş, iddiaçı tərəf həmin sənədləri göndərilən ünvandan almış və iddiaçı nümayəndəsi vasitəsi ilə məhkəmə iclaslarında təmsil olunaraq məhkəmə müdafiəsindən istifadə etmişdir. Apellyasiya instansiyası məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsi də iddiaçının həmin ünvanına göndərilmiş, həmin ünvandan “İsmayılova” qeydli imza edilməklə qəbul edilməsinə dair poçt xəbərnaməsi işə əlavə olunmuşdur. İşə yeni apellyasiya baxşında baxılarkən iddiaçını digər nümayəndəsi və vəkili Vəkil təmsil etmiş və məhkəmənin 06.07.2018-ci il tarixli iclasında iştirak etmişdir. Lakin iş materiallarından nümayəndə v ə Vəkil iddiaçının ünvanının dəyişməsi, məhkəmə sənədlərinin yeni ünvana göndərilməli olması barədə məhkəməyə hər hansı bir məlumat verməsi müəyyən edilmir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi qəbul edilmiş qətnaməsini iddiaçının məhkəməyə məlum olan ünvanına göndərməkdə prosessual qanunvericiliyin tələblərinə əməl etmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 30 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5026/2018 nömrəli iş üzrə 30 noya br 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1657/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1657/2019
14.03.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver