Məhkəmə qərarları › İş №2(102)-1659/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1659/2024

02.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1659/2024 02.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın naturada bölgüsü) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 dekabr 2023-cü il tarixli, 2(105)-2092/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 2 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 28 sentyabr 2010-cu il tarixdə Cavabde h rəsmi nikah əsasında İddiaçı ilə ailə qurmuş və onların birgə nikahından 29 fevral 2012-ci il tarixdə X2 adlı, bir uşaqları doğulmuşdur.

2. Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 9 sentyabr 2019-cu il tarixli, 2(008)-4049/2029 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur.

3. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(008)-4629/2019 saylı qətnaməsi ilə Quba rayonu, 2-ci Nüqədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı payı ½ hissədə, Cavabdeh payı isə ½ hissədə olmaqla müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra-iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba rayonu, 2-ci Nüqədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində onun payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Sonradan iddiaçının nümayəndəsi Vəkil iddia tələbini dəyişdirərək Quba rayonu, 2-ci Nüqədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılması və satış pulunun tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Məhkəmə Ekspertiza Mərkəzinin 27 aprel 2023-cü il tarixli, 10/8548 saylı ekspert rəyinə əsasən, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində o nun ½ hissədə payının naturada ayrılması texniki cəhətdən mümkün deyil. Quba rayonu, 2ci Nüqədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin paylara uyğun naturada bölgüsünün mümkün olmadığını nəzərə alaraq, onun tərəfindən cavabdehə mübahisəli torpaq sahəsinin hazırkı real bazar qiymətinə uyğun olaraq ½ hissədə məbləğinin, yəni 10.000 manat pulun kompensasiya şəklində ona ödənilməsi, bundan imtina edildiyi halda ona və ya məhkəməyə yazılı şəkildə məlumat verilməsi təklif edilmişdir. Cavabdeh ümumiyyətlə ona kompensasiya ödənilməsinə dair fikrini bildirməmişdir. Tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsinin və evin açıq hərracdan satılması və satış pulunun onlar arasında paylarına mütənasib surətdə bölüşdürülməsindən əvvəl Mülki Məcəllənin 220.3 və 220.4-cü maddələrinin tələblərinə əməl edilmişdir. Tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsi mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada bölgüsü mümkün olmadığından və paylara uyğun kompensasiya verilməsi barədə mülkiyyətçilərin yekdil razılığı əldə edilmədiyindən iddia tələbinin dəyişdirilməsinə zərurət yaranmışdır.

7. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, ona aid torpaq sahəsində heç bir tikinti yoxdur. Tikinti ona aid deyil, tikinti X1 torpaq sahəsində yerləşir. Tikintinin mübahisə predmeti olan sahəyə aidiyyəti yoxdur. O, torpaq sahəsinin qiymətləndirilməsində iştirak etməmişdir. İddiaçıya 5.000 manat kompensasiya ödəməyə də, torpaq sahəsinin bölünməsi ilə də razıdır.

8. Quba Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(027)-47/2023 saylı qə tnaməsi ilə (hakim V.M.Seyidov) iddia qismən təmin edilərək, paylı mülkiyyətdə olan Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satış qiyməti 10.000 manat müəyyən edilməklə açıq hərracda satılması və satış pulunun tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi, iddianın “Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılması və satış pulunun tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” hissəsində rədd edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi mülki iş materiallarına əsasən müəyyən etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Quba rayonu, 2 -ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsi üzərində iddiaçının, digər ½ hissəsi üzərində isə cavabdehin payı müəyyən edilmişdir. Hazırda tərəflərin Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini birgə idarə etməsi mümkün olmadığından, iddiaçı mübahisəli əmlakın dəyərinin onunla cavabdeh arasında bərabər şəkildə bölünməsi tələbini qoymuşdur. Ekspertin rəyinə əsasən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 10.000 manat qiymət qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən qeyd etmişdir ki, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin açıq hərracda satılması və satış pulunun tərəflər arasında bölünməsi mümkün olduğundan, iddia qismən təmin edilməli, paylı mülkiyyətdə olan Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satış qiyməti 10.000 manat müəyyən edilməklə açıq hərracda satılmalı və satış pulu tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir.

11. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində fərdi yaşayış evinin inşa edilməsini, evin dövlət reyestrində qeydiyyatdan keçməsini sübut edə biləcək hər hansı bir mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. Yəni bu hissədə iddia tələbinin əsaslılığı məhkəmə ar aşdırması zamanı müəyyən edilməmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəllənin 139.1, 141.1, 141.2, 141.2, 141.3, 149.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına, habelə MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

13. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunması-yəni Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılması və satış pulunun tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qətnaməsində hüququn və qanunun tətbiqində səhv buraxmışdır. Satış zamanı torpaq sahəsinin bazar dəyəri onun üzərində olan tikili ilə birgə müəyyən edilir. Belə ki, bu amil torpaqların satış zamanı bazar dəyərinin müəyyən edilməsi zamanı m ütləq meyarlarından, bəlkə də birincisidir. Çünki torpaq satılacağı halda üzərində olan tikili də avtomatik olaraq üzərində satılacaqdır. İnşa edilmiş tikili birmənalı olaraq torpaqla möhkəm bağlı olduğundan (ondan ayrıla bilmədiyindən) həmin əşyalar vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. İş materiallarında olan sübutlar düzgün qiymətləndirilməyib. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün önəmli olan hallara əsaslansın. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməlidir. Birinci i nstansiya məhkəməsi hazırkı mübahisə üzrə qanunun təfsirində səhvə yol vermişdir. Belə ki, qanunun həqiqi mənasının və məzmununu başqa cür başa düşülməsi və tətbiq edilməsi nəticəsində torpağın bazar dəyərini tikilidən ayrıca müəyyən etmişdir. Bu isə nəticədə məhkəmə tərəfindən maddi hüquq normasının pozuntusuna səbəb olmuşdur. Maddi hüquq norması səhv təfsir edildikdə və yeni araşdırmalara ehtiyac olmadıqda apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aktının apelyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan faktiki hallar aydınlaşdırılmamışdır. Birinci instansiya məhkəməsində iş materiallarında kifayət qədər sübutlar olsa da, məhkəmə tərəfindən iş tam, obyektiv və hərtərəfli araşdırılmamışdır.

15. Sumqayıt Ape llyasiya Məhkəməsi Mülki kollegiyasının 13 dekabr 2023-cü il tarixli, 2(105)-2092/2023 saylı qətnaməsi ilə (hakimlər S.A.Qafari (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və L.M.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Quba Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(027)47/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissədə iddiaçının, ½ hissədə isə cavabdehin paylı mülkiyyətində olması işin mübahisəsiz halıdır. Hazırkı iddia tələbi əmlakın açıq hərracda satılması və satış pulunun paylarına uyğun tərəflər arasında bölün məsi barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 220.6-cı maddəsi təşkil edir. İlk öncə qeyd olunmalıdır ki, iddia tələbi iki hissədən, yəni, məhkəmə aktı ilə ½ hissədə payları müəyyən edilmiş 0,04 ha torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracda satılması, satış pulunun tərəflər arasında bölünməsindən ibarətdir.

17. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bi lər (Mülki Məcəllənin 220.6. maddəsi).

18. Göründüyü kimi Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdir. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qüvvədə olan məhkəmə aktı ilə tərəflər arasında Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ½ hissədə müəyyən edilmişdir. Lakin iddiaçının apellyasiya qaydasında mübahisələndirdiyi fərdi yaşayış evi ilə bağlı tərəflər arasında Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tuutlmuş qaydada bölgü aparılmamışdır. Eyni zamanda cavabdeh məhkəmədə dindirilərkən iddiaçının tələb etdiyi evin onlara məxsus olmadığını, həmin tikilinin mübahisəli torpaq sahəsinə aidiyyəti olmadığını bildirmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, işin araşdırılmış halları zamanı iddiaçı tərəfindən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində fərdi yaşayış evinin inşa etmələrini və həmin evin dövlət reyestrində qeydiyyatdan keçməsini sübut edən hər hansı bir mötəbər dəlillər məhkəmə kollegiyasına təqdim edilməmişdir. Halbuki, hər bir tərəf öz hüquql arının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Belə olan halda birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, həmin hissədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır.

21. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 220.3-220.5, 220.6-cı maddələrinin, habelə MPM-in 14.2, 77.1, 88-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun tələbi torpaq sahəsinin üzərindəki fərdi yaşayış evi ilə birgə dəyərləndirilərək ümumi satış qiymətinin müəyyənləşdirilməsi və həmin satış qiyməti ilə hərraca çıxarılması ilə bağlı olmuşdur. Nəzərə alınmalıdır ki, bazar dəyəri (qiyməti) malın tələblə t əklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətdir. Belə olan halda torpaq sahəsinin bazar qiyməti müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən torpaq sahəsinin yerləşdiyi məkan, torpağın sahəsi, torpaq sahəsi üzərində tikilinin olması və sair bu kimi amillər də mütləq nəzərə alınmalıdır. Satış zamanı torpaq sahəsinə ayrı, üzərindəki tikiliyə görə ayrıca ödəniş (və ya qiymət) qoyulmur və onlar birgə dəyərləndirilir. Hazırkı halda da torpaq sahəsinin üzərində fərdi yaşayış evi (tikili) olduğundan, mübahisə predmetinin reallıqda qiyməti 10.000 manat deyil, daha baha, yəni 50.000-60.000 manat qiymətə satılacaqdır. Çünki torpaq sahəsinə dəyər verən, onun qiymətini artıran başlıca amillərdən biri də məhz üzərində olan tikilidir. Eyni zamanda nəzərə alınmalıdır ki, istənilən tikil i torpaq sahəsinin mühüm tərkib hissəsi sayılır və onlar birlikdə vahid daşınmaz əşyanı təşkil edir. Yəni, torpaq sahəsi üzərində mülkiyyət hüququ eyni zamanda, həmin sahənin tərkib hissəsinə çevrilən və ayrıla bilməyən daşınmaz əşyalar üzərində mülkiyyət hüququnu da əhatə edir. Bu səbəbdən də onlar birlikdə vahid daşınmaz əşya, vahid mülkiyyət obyekti kimi çıxış edir. Mübahisəli torpaq sahəsinin üzərində tikilinin olması ekspert rəyi, habelə qiymətləndiricinin hesabatı ilə də təsdiq olunur. Ekspert rəyinə görə Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha torpaq sahəsinin tərəflər arasında naturada ayrılmasının texniki cəhətdən mümkün olmaması məhz həmin torpaq sahəsinin üzərində tikilinin olması ilə əlaqələndirilmişdir. Yəni, üzərində tikilinin mövcudluğu torpaq sahəsinin faktiki ol araq naturada bölünməsini istisna etmişdir. Ekspert rəyi torpaq sahəsinə baxış keçirdikdən sonra tədqiqat nəticəsində vermişdir və ekspert rəyində fərdi yaşayış evi barədə xüsusi qeydə vardır və sair. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam v erə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

28. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

29. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

36. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnam ə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. İddiaçının kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüq uqi mövqeyi

40. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb.

41. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha torpaq sahəsi hər birinin payı ½ hissədə olmaqla tərəflərin paylı mülkiyyətindədir.

42. Hazırda iddiaçı, cavabdehə qarşı iddia qaldıraraq, sözügedən 0,04 ha torpaq sahəsi ilə birgə onun üzərində inşa edilmiş fərdi yaşayış evinin açıq hərracda satılmasını və satış pulunun onların paylarına mütənasib şəkildə bölünməsini iddia edir.

43. Cavabdeh isə iddianı torpaq sahəsinə aid hissədə qəbul etsə də, həmin to rpaq sahəsinin üzərində heç bir tikilinin olmadığını, mübahisələndirilən tikilinin isə X3 aid torpaq sahəsində yerləşdiyini, torpaq sahəsinin naturada bölünməsinə və ya iddiaçıya 5.000 manat kompensasiya ödəməyə razı olduğunu göstərib, iddiaya etiraz edir.

44. Hazırkı halda, iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 220.6-cı maddəsinin tələbləri təşkil edir və həmin normanın mənasına görə, ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə, əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

45. İşə baxan məhkəmələr 0,04 ha torpaq sahəsinə münasibətdə iddianı əsaslı sayaraq təmin etsələr də, mübahisəli fərdi yaşay ış evinə münasəbitdə iddianı rədd edərkən qeyd etmişlər ki, iddiaçı, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etmələri və həmin evin dövlət reyestrində qeydiyyatdan keçməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməyib.

46. Kassasiya instansiyası məhkəməsi, işə baxan məhkəmələrin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, 0,04 ha torpaq sahəsinin üzərində fərdi yaşayaş evinin mövcud olması, mülki iş materialları, o cümlədən işə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 27 aprel 2023-cü il tarixli ekspert rəyi, habelə "xxxx" MMC-nin Qiymətləndiricisinin 27 iyul 2023-cü il tarixli hesabatı ilə tam təsdiq olunur.

47. Belə ki, sözügedən ekspert rəyinin təsviri hissəsində Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha torpaq sahəsinin naturada ayrılmasının texniki cəhətdən mümkün olmaması, məhz həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evinin (tiklinin) olması ilə əlaqələndirilib. Yəni, üzərində fərdi yaşayış evinin (tikilinin) mövcud olması, torpaq sahəsinin faktiki olaraq naturada bölünməsini mümkünsüz edib.

48. Həmçinin ekspertin rəyindən görünür ki, ekspert tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilərkən, orada fərdi yaşayış evinin olduğu, lakin həmin ev hüquqi qeydiyyatdan keçmədiyi üçün torpaq sahəsi üzrə bölgü zamanı həmin evin tərəflərdən birinin sərəncamında qalacağı nəzərə alındığından, 0,04 ha torpaq sahəsinin tərəflərin paylarına mütənasib naturada bölünməsi texniki cəhətdən mümkün olmayıb.

49. Eyni zamanda Qiymətləndiricinin 27 iyul 2023-cü il tarixli hesabatı ilə təsdiq olunur ki, Quba rayonu, Nügədi kəndində yerləşən 0,04 ha torpaq sahəsinin üzərində 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi vardır. Həmin hesabata evin xarakteristikası göstərilməklə fotoşəkilləri əlavə olunub və bazar qiymətlərinə uyğun olaraq qiymətləndirici tərəfindən torpaq sahəsinə 10.000 manat, onun üzərində olan fərdi yaşayış evinə isə 50.000 manat, cəmi 60.000 manat qiymət qoyulub.

50. Apellyasiya instansiyası məhkəməsi, iddianın mübahisələndirilən hissəsi üzrə lazımi qaydada araşdırma aparmadan, 0,04 ha torpaq sahəsinin üzərində fərdi yaşayış evinin olub-olmadığını yerində yoxlamadan və MPM-in 88, 103-cü maddələrinin tələbləri baxımından qeyd olunan sübutlara, yəni ekspertin rəyinə, qiymətləndiricinin hesabatına tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədən, habe lə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını həmin Məcəllənin 106.1-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirmədən, yalnız cavabdehin formal mülahizələrinə əsaslanaraq 0,04 ha torpaq sahəsinin üzərində fərdi yaşayış evinin olmaması və iddiaçının mübahisəli evin dövlət reyestrində qeydiyyatdan keçməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməməsinə dair işin halları barədə səhv nəticəyə gəlib. Halbuki, cavabdeh özü də izahatında 0,04 ha torpaq sahəsinin üzərində hər hansı tikilinin olmadığını, mübahisələndirilən tikilinin isə həmin torpaq sahəsində deyil, X3 aid olan torpaq sahəsində yerləşdiyini göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməyib.

51. Göründüyü kimi 0,04 ha torpaq sahəsinin üzərində yerləşən mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə tərəflərin adına qeydə alınmasa da, həmin ev faktiki olaraq torpaq sahəsində mövcuddur. Belə olan halda həmin ev tərəflərin birgə nikahı dövründə əldə edilmiş torpaq sahəsinin üzərində inşa edildiyindən, evə çəkilən vəsaitə də tərəflərin bərabər əmlak hüquqları vardır.

52. Əvvəla, mülki qanunvericiliyə görə torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətç isi onun bütün tərkib hissələrinin mülkiyyətçisi sayılır.

53. Digər tərəfdən nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ərarvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümum i vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini ərdən (arvaddan) tutmaqda haqlıdır.

54. Eyni zamanda, Mülki Məcəllənin “Mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi” adlanan 9-cu fəslinin 1-ci paraqrafı ilə daşınmaz əşyalara mülkiyyət hüququnun əldə edilməsi qaydaları tənzimlənir.

55. Həmin paraqrafda yer alan 180-cı maddəyə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

56. Beləliklə, qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüq uqunun yaranması şərtlərini müəyyən edib. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir.

57. Göstərilən şərtlər mövcud olarsa, məhkəmə özbaşına tikili üzərində mülkiyyət hüququnu tanıya bilər və belə tanıma Mülki Məcəllənin 139-1.1.4-cü maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsası təşkil edir.

58. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, Mülki Məcəllənin 180.3-cü maddəsində qeyd edilən “torpaq sahəsinin tikintini apar an şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də torpaq sahələrinin üzərində olan tikililəri də ehtiva edir. Belə yanaşma Mülki Məcəllənin 157.8-ci maddəsinin mənasından da irəli gəlir.

59. Belə ki, qeyd olunan normanın mənasına görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

60. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

61. Beləliklə, Mülki Məcəllənin 157.8-ci maddəsinin mətnindən göründüyü kimi, bu normanın tətbiq edilməsi üçün şəxsin əmlaka bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş əsaslarl a sahiblik etməsi, 158.4-cü maddəsinin mətninə görə isə mülkiyyətçi olmayan şəxsin müdafiə olunması üçün onun əmlak hüquqlarının olması tələb olunur.

62. Eyni zamanda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X4rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar).

63. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətç iyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərarı).

64. Lakin, apellyasiya instansiyası məhkəməsi iddianı mübahisələndirilən hissədə rədd edərkən gəldiyi nəticəni yuxarıda sadalanan maddələrin tələbləri baxımından əsaslandırmayıb və birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirilmədən saxlamaqla əslində cavabdehin mübahisəli fərdi yaşayış evinə bütövlükdə sahib olması üçün qanunsuz əsas yaradıb. Halbuki, MPM-in 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

65. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.

66. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı bar əsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. 67. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunub.

68. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini r əhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 dekabr 2023-cü il tarixli, 2(105)-2092/2023 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar