Məhkəmə qərarları › İş №2(102)-166/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-166/2024

17.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-166/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğluna qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi tələbi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğluna qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 avqust 2023-cü il tarixli 2(106)-1027/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmi ş kassasiya şikayətinə 17 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıla Cavabdeh2 arasında fasad daşlarının alqı-satqı müqaviləsi, Cavabdeh1 oğlu ilə isə həmin fasad daşlarının quraşdırılması ilə bağlı podrat müqaviləsi bağlanmışdır.

2. İddiaçıla Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdeh üzlük daşları iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə onun dəyərini ödəməlidir.

3. İddiaçıla Cavabdeh1la bağlanmış podrat müqaviləsinə əsasən sonuncu iddiaçı tərəfindən alınmış fasad daşlarını iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırmağı, iddiaçı isə görülmüş işlərin haqqını ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində i craat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 2500 manat, Cavabdeh1 oğlundan isə 2000 manat məbləğində maddi ziyan və hər iki cavabdehdən müştərək qaydada 3000 manat məbləğində mənəvi ziyanın tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin iyun ayının sonunda Lənkəran rayonunun Şağlaser kəndində özünə məxsus evində tikinti-təmir işləri görmək qərarına gəlmiş, həmin vaxt rayon mərkəzinin «Ləvəngi» adlanan ərazisində yerləşən «Ağlay» daş sexinə gedib sexin müdiri kimi özünü təqdim edən Əflatun adlı şəxslə görüşmüş, ona evinin ətraf divarını bir metr hündürlüyündə aqlay daş vurmaq istədiyini bildirmişdir. Əflatun ona daşları göstərmiş və bir kvadratın qiymətinin 5-6 manatdan başlanma sını, 25 manata qədər olmasını bildirmişdir. O Əflatundan bir kvadratı 10 manata olan daşdan 100 kvadrat metr istəmişdir. Əflatuna daşların səhər gələcəyini və dəqiq nə qədər daş lazım olacağını deyəcəyini bildirmişdir. Eyni zamandan Əflatundan daşların vurulması üçün bir usta verməsini demişdir. Əflatun ona rayonun Sinovli kəndində yaşayan Ziyad adlı ustanı telefon nömrəsini vermişdir. Onun yanında usta Ziyad ilə söhbət etmiş, Ziyad ona axşamüstü evinə gələcəyini və işə baxacağını bildirmişdir. Ziyad evinə gəlmiş, evə baxdı və onunla birlikdə nə qədər daş istifadə olunacağını hesablamışdır. Ziyad daşın hər bir kvadrat metrinin hörülməsinə 7 manat alacağını bildirmişdir. Ona daşı divara vuracağını, sonda daşları yonub hamarlayacağını və lak vuracağını demişdir. Həmçinin Ziyad «sokolun hər bir metri (paqon) üçün 6 manat, pəncərə karnizin hər metri (paqonu) üçün 6 manat və pəncərə yanı və sokolüstü «şapka»nın hər paqon metrini 0,5 paqon ilə, yəni karnizin və ya sokolun yarı qiyməti ilə vuracağını bildirmiş və o da Ziyadla razılaşmışdır. Ona evin tinlərini kalon vuracağını, buna görə 35X35 ölçüdə daş alacağını demişdir. Ziyad kalonu paqon metri ilə 7 manata vuracağını bildirmiş və o da Ziyadla razılaşmışdır. Səhər yenə daş sexinə getmiş və Əflatun ilə görüşmüşdür. Ona 80 kvdrat metr daş - 40 kvadrat 30X35, 22 kvadrat 35X35 və 40 kvadrat 35X75 ölçüdə kitab şəkilli daşlar, 52 metr sokol və pəncərə karniz və yanlıqlarını sifariş etmişdir. Həmin vaxt Əflatun ona təklif etmişdir ki, 10 manatlıq daşlarda palçıq çuxurlar, ləkələr və ya xətlər olur. Həmin daşları evin divarlarına vurm aq məsləhət deyil. Həmin qiymətdə daşları yerə vururlar. O ona bir kvadratını 15 manata eyni rəngli daşlar verəcəyəni demişdir. Sonra da ona kvadratı 15 manat olan ağ daşlar göstərmiş və daşlar üzərində heç bir ləkə, iz və ya palçıq çuxurları olmayacağını bildirmişdir. O da Əflatunla razılaşmışdır. Həmin vaxt Əflatuna 1000 manat pul da vermişdir. Bir neçə gündən sonra Əflatun daşın bir hissəsini göndərmişdir. O usta Ziyadı çağırmış, usta Ziyad daşları boşaltmışdır. O Ziyaddan daşların keyfiyyətini soruşmuş, o da daşların yaxşı olduğunu, daşların ona ucuz satıldığını, başqasına bir kvadratını 18 manatdan satıldığını demişdir. O usta Ziyada bildirmişdir ki, onun Əflatunla bu barədə söhbətimiz olmuşdur ki, əgər daşlar eyni rəngdə olmasa geri qaytaracaqdır. Ziyada da dedi ki, o daşların keyfiy yətini bilir. Uzun müddətdir ki, bu işlə məşğul olur. Əgər daşların keyfiyyəti pis olsa, kənara qoyur. Daşların keyfiyyətinə o tam cavabdehdir. Ziyad da onunla razılaşmışdır. O Ziyada da 500 manat pul verib Bakı şəhərinə qayıtmışdır. Bir həftədən sonra yenə bazar günü rayona evə gəlmiş və Ziyadın işləməsini görmüşdür. Artıq nəzərdə tutulan işi keyfiyyətlə görməsini tapşırmış və Əflatunla görüşüb ona evin 1-ci mərtəbəsini daşla hörəcəyini və ona əlavə daş verməsini bildirmişdir. Əflatun da bundan imtina etməmişdir. Bundan sonra Bakı şəhərinə qayıtmışdır. Əflatun da ona həmin ölçüdə daşlar göndərmiş və usta Ziyad daşları divara vurmuşdur. Həmçinin 53 metr 5X12 ölçüdə karniz də göndərdi. Bir müddətdən sonra, yəni xx.xx.2018-ci il tarixdən məzuniyyətə çıxıb rayona qayıtmışdır. Artıq usta Ziy ad işin bir hissəsini qurtarmışdı. O pilləkən qarşısında olan daşların az hissəsinə su vurub yumuş və hörülmüş daşlara baxmışdır. Bəzi daşlarda palçığın olmasını, ustanın onları təmizləyib yapışqan vurmasını və bir neçə daşın üstündə qara xətlər olmasını görmüşdür. O usta Ziyda üstündə palçıq çuxurlar və qara xətlər olan daşları göstərib onları nə səbəbə divara vurmasını soruşmuş, Ziyad da ona daşlar yonandan sonra qara xətlərin itəcəyini bildirmişdir. Həmin vaxt pilləkən qarşısında olan daşları su vurub yumaq istəmiş, lakin Ziyad ona tapşırmışdır ki, daşlara su vurmasın, yoxsa daşların qurumayacaqdır. Bir neçə gündən sonra evin birinci mərtəbəsinin daşla hörülməsi qurtarmış, o Ziyaddan gördüyü işin qiymətini soruşmuşdur. Səhəri gün usta Ziyad ona gördüyü işinə görə ona 2967 manat pul verm əli olduğunu bildirmiş, ona bir kağız vermişdir. O kağıza baxıb usta Ziyadın sokol işini üç dəfə və evin tinlərini paqon ilə hesablamağını görmüş, ona bu barədə bildirdikdə, bunu səhv etməsini və həmin hesabdan 450 manat pul çıxdığını demişdir. Həmin gün usta Ziyada evin birinci mərtəbəsinə görə 1000 manat olmaqla, cəmi 2500 manat pul vermişdir. Usta Ziya axşamüstü evə gedərkən ona işin axırında görülən işləri yenidən hesablayacağını bildirmişdir. O da ona işini keyfiyyətlə təhvil alacağını bildirmişdir. Bundan sonra o Ziyadın bu sözündən şübhələnmiş və onunla ilkin söhbətdə yazdığı qeydlərə baxmışdır. Həmin kağızda usta Ziyadla karniz üstü, sokol üstü və pəncərə yanlıqların 0,5 paqon metri ilə razılaşdığını, lakin həmin vaxt ona bu barədə heç nə demədi. Bundan sonra o evin 2-ci mərtəbəsin i kərpic kabançik vurmaq istəmiş, lakin usta Ziyad və Əflatun ona ağ daş vurmağı məsləhət gördülər. Əflatun lazım olan keyfiyyətdə eyni rəngdə 100 kvadrat daşı,165 metr karniz verəcəyini bildirdi. O Əflatunla onunla razılaşmışdır. Bundan sonra Əflatun daşları hissə-hissə göndərməyə başladı. Usta Ziyad isə daşları divara hörür və ona də daşları yumağa qoymurdu. İşin son günlərində axşamüstü daşlara su səpib yumağa başlamış, həmin vaxt daşların üzərində palçıq dolu çuxurlar və bir-birinə paralel qara qara xətt və izlər olmasını görmüşdür. Səhəri gün usta Ziyada daşları göstərmiş, cavabında Ziyad ona demişdi ki, daşlar yonanda ləkələr gedəcəkdir. O Əflatunun artıq 7-8 manatlıq daşlar verməsini, daşların qalınlığının 3 sm olmalı olduğu halda 2,5 sm olmasını bildirdi. Usta Ziyad isə ona «Əflatu n öz işini yaxşı bilir, onun xeyri də budur, bir də ki, gözlərinizə aşiq olmamışdır ki, bütün daşları eyni rəngli versin». O da Ziyada demişdir ki, söz danışıqdan keçir. Sənə daşların keyfiyyətini tapşırmışam. Sən niyə keyfiyyətsiz daşları divara vurursan? Niyə keyfiyyətsiz daşları kənara qoymursan?» Ziyad isə ona «mən daşları kənara qoya bilmərəm. Əflatun biləcəkdir ki, mən daşları kənara qoymuşam və sonra mənə iş verməyəcəkdir. Əflatun məni çörəkdən edəcəkdir» demişdir. O Ziyada Əflatunla əlbir olmalarını dedi. Ziyad yenə ona dedi ki, onun Əflatun ilə münasibəti yoxdur, aralarında narazılıq vardır. O isə Ziyada yalan danışmasını bildirdi. Çünki Ziyadın hərdən gizli telefonda onlarla danışmasını görürdü. Ona keyfiyyətsiz daşları kənara qoymağı və onun tərəfindən daşların ayrılmasını Əflat una deməsini tapşırdı. Bundan sonra o hər gün usta Ziyada dəfələrlə keyfiyyətsiz daşları divara vurmasına görə irad tutaraq, yararsız daşları kənara qoymağı və geri qaytaracağını bildirirdi. Lakin usta Ziya daşları divara vururdu və daşları yonanda izlərin itəcəyini deyirdi. Həmin vaxtlarda o 80 ədədə yaxın 35x75 sm ölçüdə daşları geri qaytardı. Özü də daş sexinə getdi. Əvvəlcədən Əflatuna gələcəyini desə də, Əflatun sexdən çıxıb getmişdi. Onun sexində yazı işlərinə aparan köməkçisinə Əflatuna keyfiyyətsiz daşlar göndərməsini və bu barədə ona deməsini tapşırdı. Özü də sonra Əflatuna zəng edib keyfiyyətsiz daşların göndərməməsini bildirdi. Avqust ayının əvvəlində usta Ziyada işi tez qurtarmasını və ayın sonunda Bakı şəhərinə qayıdacağını bildirdi. Lakin usta Ziyad özü ilə əlavə bir usta və bir fəhlə gətirsə də, 100 kvadrat daşı və 165 metr karnizi 30 günə hörməklə işi 05 sentyabr 2018-ci il tarixdə qurtardı. O isə 27-də Bakı şəhərinə qayıdarkən usta Ziyada işini qurtardıqdan sonra zəhmət haqqını hesablamasını, bu dəfə paqon metrinin 0,5 ilə hesablamağı unutmamasını bildirdi. Ziyad sözlərini eşitdi, lakin heç bir söz demədi. Həmin vaxta kimi ona 3.500 manat pul verib. Sentyabr ayının 5-də isə Ziyad evin divar daşlarını bir neçə saata yonub həyətdən çıxıb getmişdi. Sonra də telefon ilə ona görülən işlərin qiymətini göndərmişdi. Lakin işini ona təhvil vermədi. O apardığı hesablaşmaya baxdım. Onun pəncərə yanlıqları, karniz və sokol üstü şapkaların hər bir metri üçün 5 manat hesablamasını gördü. Aralarında olan razılığı əsasən şapka və pəncərə yanlarının hər paqon metrəsi 0,5 ilə yəni karnizin və sokolun yarı qiyməti ilə hesablanmalı idi. Həmçinin usta Ziyad aralarında olan razılığa əsasən daşın laklanması işini görməli idi. Lakin usta Ziya daşın laklanmasını işini görmədi. Buna görə başqa bir şəxsə 300 manat pul verib divarın daşlarına lak vurdurmuşdur. Daşlar yuyulub laklanandan sonra divara vurulan daşların xeyli hissəsinin keyfiyyətsiz olması, yəni üzərində qara, sarı xətlər və palçıq çuxurlar olması aşkar olundu. O bu barədə usta Ziyada və daş sexinin müdiri Əflatuna öz iradlarını bildirdi və həmin daşların sökülüb yerinə yeni daşların vurulmasını tapşırdı. Həmin vaxt sex müdiri Əflatunu həyətə çağırıb, divarda olan daşlara baxdı. Özü də daşların keyfiyyətsiz olmasını gördü və ona daşların zərinə rəng vurmasını təklif etdi. O isə onun təklifini rədd etdi. Sonra Əflatun lazımı işləri görəcəyini bildirdi. Bir neçə gündən sonra usta Ziyad yoldan keçərkən onu görüb həyətə gəldi. Ona divarda hördüyü keyfiyyətsiz daşları göstərdi. O, da ona Əflatunun həmin daşları göndərməsini dedi. Ona görə də ona daşları söküb təzədən divarı hörməsini bildirdi. Lakin nə Əflatun, nə də usta Ziyad öz öhdəliklərini yerinə yetirməmişlər. Bu gün isə daşların üzərində olan ləkələr bir az də dərinləşir və bu da daşların keyfiyyətsiz olmasını dəlalət edir. Bununla Əflatun və Ziya əlbir olub ona xeyli ziyan vurublar. O 250 kvadrat metr daş (1 kvadratı 15 manat, 35x75 sm), 165 metr karniz (1 metri 7 manat, 12x6 sm), 52 metr sokol (bir metri 8 manat 12x6 sm) və 24 metr (bir metri 8 manat, 12x6 sm) pəncərə altı karnizə görə Əflatuna 5000 manat pul vermişdir. Sonra da usta Ziyada üç dəfəyə cəmi 3500 manat pul vermişdir. O daş sexinin müdiri Əflatunla daşın hər bir kvadrat metri üçün (eyni rəngli daşlara görə) 15 manata razılaşmışdır. Lakin Əflatun aralarında olan razılaşmanı pozaraq 150 kvadrat metr (hər bir kvadratı 7 manat olan) keyfiyyətsiz daş, 250 metr (hər bir metri 3 manat olan) keyfiyyətsiz daşdan karniz və sokol, 24 metr (bir metri 4 manat olan) keyfiyyətsiz pəncərə altı göndərmişdir. Həmçinin daşların qalınlığı 3 sm olmalı olduğu halda, 2,5 sm olmuş, karnizlərin ölçüsü 12 sm x6 sm olmalı olduğu halda 11 sm x 5 sm olmuşdur. Bununla daş sexin müdiri Əflatun ona 2000 manat zərər vurmuşdur. Usta Ziyadla isə aralarında olan razılığa görə yuxarıda göstərilən qiymətlərlə razılaşmışdır. Həm də usta Ziyada daşların keyfiyyətinə tam cavabdeh şəxs olmasını və evin tinlərini kalon vurmağı bidirmiş, o da bunu öhdəsinə götürmüşdü. Lakin usta Ziya daş sexin müdiri Əflatun ilə əlbir olub, hər bir kvadratı 7 manat olan 150 kvadrat keyfiyyətsiz daş, 250 metr (hər bir metri 3 manat olan) keyfiyyətsiz daşdan karniz və sokol, 24 metr (hər bir metri 4 manat olan) keyfiyyətsiz pəncərə altını qəbul edib divara vurmuşdur. Həmçinin evin tinlərini kalon vurmamış və evin dizaynına ziyan vurmuşdur. Ziyada bu barədə dəfələrlə iradını bildirsə də, Ziyad onun göstərişlərini yerinə yetirməmişdir. Həmçinin göstərilən işləri görmək üçün 350 manat dəyərində (bir kisəsi 5 manat) Mətanət sementi, 300 manat dəyərində daş yapışqanı və 300 manat dəyərində lak istifadə olunmuşdur. Bununla da, usta Ziyad gördüyü keyfiyyətsiz işinə görə ona cəmi 2500 manat zərər vurmuşdur. Us ta Ziyad və sex müdiri Əflatun əvvəlcədən onun daşın keyfiyyətindən anlamadığını bilib, işin gedişatında öz aralarında razılaşaraq ona keyfiyyətsiz daşlar göndərilmiş və usta Ziyad isə həmin daşları divara vurmuşdur. Bundan başqa, usta Ziyad ilə ilk söhbətində pəncərə yanlıqlarını, karniz və sokol üstü şapkaları 0,5 «paqon»la, yəni paqonun yarı qiymətinə vuracağını bildirmişdi. O isə ona pəncərə yanlığının pəncərə karnizinə daxil olmasını dedi və buna öz etirazını bildirdi. O, isə ona pəncərə yanlığının karnizin yarı qiyməti ilə (0,5 paqonla) vurulmasını dedi və o onunla razılaşdı. Bu barədə öz kağızında qeyd etdi. Həmçinin sokol və karnizüstü şapkanı da sokol və karnizin hər metrinin yarı qiyməti ilə hesablanmasını dedi. Bu qiymət bütün daş ustaları tərəfindən qəbul edilmişdir. Lakin usta Ziyad işin sonunda sokol, karniz üstü və pəncərə yanlıqlarının hər bir metrini 3 manat yox, 5 manat hesablamış və bununla ondan əlavə 679,65 manat pul tələb etmişdir. Həmçinin mətbəx pəncərəsinin karniz və yanlıqlarını iki dəfə hesablamaqla 50 manat artıq hesablamışdır. Bundan əlavə əvvəlcədən daşın laklanmasını öhdəsinə götürsə də, sonda lakı vurmaqdan imtina etmiş və o 300 manat başqa şəxsə verib daşın lakını vurdurmuşdur. Ziyad isə həmin 300 manatı da hesabdan çıxmamış və bununla da ondan əlavə 1010 manat pul tələb etmişdir. Halbuki, onun gördüyü işin ümumi qiyməti 3833,12 manat olmuş və işin qurtarmasına 10 gün qalmış usta Ziyada 3500 manat vermişdir. Usta Ziyad pəncərə yanlıqları, sokol və karniz üstü şapkaları üçün 679,65 manat artıq hesablamış, 300 manat lak pulunu, cəmi 979,12 m anatı hesabdan çıxmamışdır. Həmin 1010 manat puldan 979,12 manat çıxdıqda, ona 30,88 manat borcum qalmış, lakin mətbəx pəncərəsinin karniz və pəncərə yanlıqlarına görə əlavə hesabladığı 50 manatı çıxdıqda usta Ziyad mənə 17,12 manat pul qaytarmalıdır. Usta Ziyad bu günə kimi işini ona təhvil verməmişdir. O, gördüyü işinin keyfiyyətsiz olmasını bilmiş və işi qəbul etməyəcəyindən qorxmuşdur. Bu səbəbdən ona heç bir şərt qoymadan işini təhvil almağım üçün gördüyü işin qiymətini əsassız şişirtmişdir.

6. İcraat zamanı təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1760 №-li, 04 iyul 2022-ci il tarixli rəyindən görünür ki, İddiaçı məxsus Lənkəran rayonu Şağlaser kəndində yerləşən fərdi yaşayış evinin fasadına vurulmuş üzlük daşların və daşların vurulması üçün çəkilən xərclərin ümumi dəyəri 12.881,0 manat müəyyən edilir. Baxış zamanı İddiaçı məxsus Lənkəran rayonu Şağlaser kəndində yerləşən fərdi yaşayış evinin fasadına vurulmuş üzlük daşlarının vurulmasında qüsurları olmadığı müəyyən edildi. Lakin fasadın bəzi yerlərində rənginin digərlərindən fərqli olduğu müəyyən edildi. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/6102 №-li, 17 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, İddiaçı məxsus Lənkəran rayonu Şağlaser kəndində yerləşən fərdi yaşayış evinin üzərinə aqlay daşlarının vurulmasında qüsurların olmadığını nəzərə alaraq, üzlük (ağlay) daşlarının təlimata və tikinti-texniki normalarına uyğun vurulduğu müəyyən edilir. Üzlük daşların üzərindəki ləkə lərin, həmin daşların neçə faiz təşkil etməsinin, daşlar üzərindəki məsamələrin sıxlığının, daşların neçənci növə aid olmasının və qüsurlara görə bazar qiymətinin müəyyən edilməsi tikinti-texniki ekspertinin həll etdiyi məsələlərin dairəsinə aid olmadığından bu suallar üzrə tədqiqat aparılmadı. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

8. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(049)-55/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rəşad Məmmədov) iddia tələbi təmin edilməmişdir.

9. Məhkəmə iddianın “Cavabdeh2 2500 manat ziyan pulunun tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh2 tərəfindən qüsurlu fasad daşlarının verildiyini bildirsə də, tərəflər arasında kon kret olaraq hansı növ daşların verilməsinə dair müqavilənin şərtləri və cavabdehin bu şərtlərə əməl etməməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş yazılı sənədlərdə və qaimə-fakturalarda isə bunu təsdiq edən hər hansı hal mövcud olmamışdır. Cavabdeh isə məhkəmə iclasında məhz iddiaçı ilə razılaşdırılmış keyfiyyətdə fasad daşlarının ona satıldığını bildirmişdir. Məhkəmə hesab edir ki, satıcı razılaşdırılmış yüksək keyfiyyətli mallardan daha aşağı keyfiyyətli malların verilməsinə görə o vaxt məsuliyyət daşıyır ki, alıcı yüksək keyfiyyətli malların verilməsi ilə bağlı satıcı ilə razılığa gəlindiyi sübuta yetirmiş olsun.

10. Məhkəmə iddianın “Cavabdeh1 oğlundan 2000 manat ziyan pulunun tutularaq iddiaçıya ödənilməsi” hissəsində mövqeyini belə əs aslandırmışdır ki, icraat zamanı əldə olunmuş ekpsert rəylərindən müəyyən olunur ki, iddiaçı- sirafrişçi İddiaçı məxsus fərdi yaşayış evinin fasad hissəsinə cavabdeh - podratçı Cavabdeh1 tərəfindən fasad daşlarının quraşdırılmasında hər hansı qüsura yol verilməmişdir. Belə ki, iddia tələbi bu hissədə o halda əsaslı ola bilər ki, Cavabdeh1 müqavilə üzrə fasad daşlarının quraşdırılmasında qüsur mövcud olsun. Halbuki, təqdim edilmiş hər iki ekspertiza rəylərində fasad daşlarının quraşdırılması ilə bağlı hər hansı qüsurun olmadığı müəyyən edilmişdir.

11. Məhkəmə həmçinin iddianın mənəvi ziyanın ödənilməsi hissəsinə qiymət verərək, hesab etmişdir ki, mənəvi ziyan bilavasitə maddi ziyanla bağlı olduğundan və cavabdehlərin iddiaçıya hər hansı maddi ziyan vurması öz təsdiqini tapmadığından iddia nın mənəvi ziyanın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi hissəsi də əsassız olmaqla, təmin edilməməlidir.

12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567, 581.2, 581.3, 581.4, 586.1, 586.2, 586.3, 586.4, 587.1, 587.1.1, 587.1.2, 587.1.3, 587.2, 587.2.1, 587.2.2, 587.3, 587.4 və 587.5-ci istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda onunla əsaslandırılmışdır və əlavə olaraq qeyd edilmişdir ki, hazırki iddia ərizəsinin baxılmasında məhkəmənin sabiq sədri Əliəjdər Ələkbərov və sonra isə ha kim Rəşad Məmmədov tərəfindən üzün müddət (5 il) süründürməçiliyə yol verilmiş, işə ağlabatan müddətdə baxılmamış və nəhayət ki, 12 aprel 2023-cü il tarixdə hakim Rəşad Məmmədov tərəfindən baxılmış və iddia tələbinin təmin olunmaması barədə əsassız qətnamə çıxarılmışdır. Belə ki, məhkəmə Cavabdeh2 məhkəmə iclasında iddiaçı ilə razılaşdırılmış keyfiyyətli fasad daşlarını satmasını bildirməsini sübut kimi qiymətləndirmişdir. Şikayətdə qeyd edilən bütün hallara əsasən, birinci instansiya məhkəməsi işə MPM-in 106.1-ci maddələsinin tələblərini pozmaqla baxmış, nəticədə, iddiaçının Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan hüquq və azadlıqların məhkəmə təminatı hüququ pozulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən 05 avqust 2021-ci il tarixdə məhkəmə-tikinti ekspertizas ı təyin edilmiş və həmin qərar 8 aydan sonra, (Lənkəran şəhərindən Bakı şəhərinə) 17 mart 2022ci il tarixdə Ekspertiza Mərkəzinə daxil olması göstərilmişdir. Lənkəran Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli 2(049)-2422/2021 nömrəli məktubu ilə tədqiqat obyektinə ekspertin, mütəxəssislərin və tərəflərin iştirakı ilə baxış keçirilməsi 21 yanvar 2022-ci il tarixə saat 15:00-təyin olunması barədə məlumat verilmişdir. Həmin gün 5 saat evdə eksperti və tərəfləri gözləsə də, tərəflər evdə olmağını bilərək heç bir səbəb olmadan baxış keçirmək üçün gəlməmişlər. Bundan sonra Bakı şəhərinə qayıtmışdır və bir müddət keçdikdən sonra ekspert və cavabdeh şəxslər həyətə gələrək 5-10 dəqiqə ərzində evə baxaraq çıxıb getmişlər. Həmin vaxt heç bir baxış protokolu tərtib olunmamışdır. Birinci instansi ya məhkəməsinin məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi haqqında olan 05 avqust 2021-ci il tarixli qərarında ekspertə evin fasadına vurulmuş üzlük daşların hər formasına uyğun olaraq ayrı-ayrı hissələrinin orta bazar qiymətinin müəyyən edilməsi tapşırlmışdır. Lakin ekspert T.Kərimov evin fasadına vurulmuş üzlük daşların hər formasına uyğun olaraq ayrı-ayrı hissələrinin orta bazar qiymətinin müəyyən etməmiş, qərar da qarşısında qoyulmuş suallarla bağlı heç bir tədqiqat aparmadan şəxsi mülahizələri əsasında rəy tərtib etmişdir. Belə ki, məhkəmə tikinti-texniki ekspertizasının 04 iyul 2022-ci il tarixli 10/1760 nömrəli rəyindən görünür ki, ekspert T.Kərimov tədqiqat obyektinə baxış keçirmək üçün yerində olsa da, obyektin tikinti materiallarını tədqiq etməmiş və obyektə 5-10 dəq iqə baxmaqla kifayətlənmiş və iş materiallarında olan sənədlər əsasında evin fasadına üzlük daşlarının vurulmasına çəkilən xərclər barədə rəy tərtib etmişdir. Ekspert rəyinin giriş hissəsində heç nə göstərməmiş, təsviri hissədə iş materiallarını köçürmüş və nəticə hissəsini isə əsaslandırmamışdır. Həmin rəyin tədqiqat prosesinin təsviri hissəsində ekspert üzlük daşlarının vurulmasında, qüsurların olmamasını, lakin fasadın bəzi yerlərində daşların rənginin digərlərindən fərqli olmasını müəyyən etməsini göstərir. Lakin daşların rəng fərqlərinin səbəblərini və üzlük daşların keyfiyyət və qiyməti barədə heç nə göstərmir. Həmçinin obyektdə istifadə olunmuş aqlay üzlük daşları üzərində olan palçıq çuxurları, qara ləkəli xətlər və ağ duzlu ləkələr olmasını və üzlük daşlara 200 litrə yaxın lak vur ulmasını görməmişdir. Halbuki ekspertdən üzlük daşların hər formasına görə uyğun olaraq ayrı- ayrı hissələrinin orta bazar qiymətinin müəyyən edilməsi tələb olunmuşdur. Ekspert isə rəydə fasadın bəzi yerlərində daşların rənginin digərlərindən fərqli olmasını göstərməklə kifayətlənmişdir. Eləcə də, üzlük daşların tikinti-texniki normalara uyğun vurulubvurulmaması ilə bağlı heç nə göstərməmişdir. Görünür ki, ekspert T.Kərimovun bu sahədə xüsusi biliyi və iş təcrübəsi olmadığından, üzlük daşların keyfiyyəti və tikinti-texniki normalara uyğun vurulması barədə heç-nə göstərə bilməmiş və rəyi şəxsi mülahizələri əsasında tərtib elmişdir. Ona görə də, ekspert T.Kərimovun məhkəməyə dəvət olunub tərəfindən verilən rəydə olan ziddiyyət və çatışmazlıqların aradan qaldırılması üçün dindirilməsi və bu ndan sonra təkrar məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilib rəy alınması barədə vəsatət verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ekspert T.Kərimov dindirilməsi üçün məhkəməyə dəvət olunmamışdır. Lakin 01 sentyabr 2022-ci il tarixli 2(2049)-1300/2022 nömrəli mülki iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspertizanın aparılması ekspert Elmar Səidova həvalə olunmuşdur. Ekspert E.Səidov da 5 ay süründürməçiliyə yol verərək 17 yanvar 2023-cü il tarixli 10/6102 nömrəli rəyində məhkəmənin 01 sentyabr 2022-ci il tarixli qərarında qoyulmuş sualları tam və hərtərəfli cavablandırmamışdır. Belə ki, ekspert tədqiqat obyektinə baxış keçirmək üçün yerində olsa da, obyektdə istifadə olunmuş tikinti materialların keyfiyyətini, qiymətini dəqiq müəyyən etməmiş və obyektin üzlük daşlarına səthi baxış keçirməklə kifayətlənərək fərdi yaşayış evin fasadına vurulmuş üzlük daşlarında qüşur olmadığını və fasadın bəzi yerlərində üzlük daşların rənglərinin digərlərindən fərqli olduğunu müəyyən etməsini göstərərək, ekspert T.Kərimov tərəfindən tərtib olunmuş 04 iyul 2022-ci il tarixli 10/1760 nömrəli rəyi köçürtmüşdür. Bununla da ekspert E.Səidov da öz rəyində evin fasadına vurulmuş üzlük daşların qüsurlarını tədqiq etmədən ekspert T.Kərimovun şəxsi mülahizələrini bir daha təkrar şərh etmişdir. Daha sonra həmin rəyin tədqiqat prosesinin təsviri hissəsinə baxdıqda, ekspert E. Səidov üzlük daşların vurulması qaydalarını şərh etmiş və fərdi yaşayış evinin üzərinə üzlük daşların təlimata və tikinti-texniki normalara uyğun vurulmasını və üzlük daşlar üzərində qüsurların olmamasını, rəng fərqlərinin olmasını göstərmişdir. Lakin üzlük daşların təlimat və tikinti-texniki qaydalara uyğun vurulmasını hansı tədqiqat üsulları ilə tədqiq etməsini, üzlük daşların üzərində qüsurların olmamasını və rəng fərqlərinin olmasını necə müəyyən etməsini və hansı tədqiqatın nəticələrinə əsaslanmasını göstərməmişdir. Ekspert E.Səidov da obyektdə istifadə olunmuş ağlay üzlük daşların keyfiyyətini nəzərdən keçirməmiş, divar üzərinə dəmir torların vurulması və ya vurulmamasını, daşların mişar tozundan təmizlənib və ya təmizlənmədən vurulmasını və arxasının sement ilə necə doldurulmasını yoxlamamış və bununla bağlı heç bir tədqiqat aparmamış, daşlar üzərində olan palçıq çuxurların, qara ləkəli xətlərin və ağ duzlu ləkələrin olmasına əhəmiyyət verməmişd ir. Ekspertin rəyində aparılan tədqiqatın üsulları, qoyulmuş sualların cavablarının əsaslandırılması və öz təşəbbüsü ilə müəyyən etdiyi iş üçün əhəmiyyət kəsb edən digər hallar öz əksini tapmamışdır. Təxminən dörd il öncə pilləkən üzərində olan pəncərə üstü qarnizlər qopmuş və başqa usta tərəfindən təkrar yerində xüsusi vasitələrlə bərkidilmişdir. Hazırda isə digər pəncərə üzərində olan karnizlər aralanmışdır. Bu barədə tərəfindən ekspert E.Səidova məlumat verilmişdir. Bundan başqa ekspert E.Səidov baxış keçirmək üçün həyətinə gələrkən cavabdeh şəxslərin gələcəklərini desə də, cavabdeh şəxslər tədqiqat obyektin yerləşdiyi yerə gəlməmişlər. Hər iki halda ekspertizanın keçirilməsi zamanı iddiaçı və cavabdeh şəxslərin birgə iştirakı təmin olunmamışdır. E.Səidov həyətə daxil olarkən evin önünd ən sağ tərəfinə keçməklə fasada vurulmuş üzlük daşlarına səthi baxış keçirmiş və onunla söhbət etmişdir. Ona şikayətini edərək, evin sağ, sol, ön və arxa tərəflərində olan qüsurlu üzlük daşların sayı, pəncərə karnizlərin və mərtəbələr arası sokolun uzunluğu barədə yazılı qeydlərini təqdim etmişdir. Həmin vaxt ekspert E.Səidov isə evin fasadına vurulmuş üzlük daşlarına heç bir baxış keçirmədən ağ protokolun aşağı hissəsini imzalar etdirib, ona hər şeyin aydın olmasını bildirərək çıxıb getmişdir. Lakin ekspert aqlay üzlük daşlar üzərində olan məsamələrin sıxlığına, eləcədə üzlük daşların üzərində olan qara xətli, duzlu ləkələrə və palçıqlı çuxurlara baxmamışdır və eləcədə evin fasadına vurulmuş qüsurlu üzlük daşların heç foto şəkillərini də çəkməmişdir. Halbuki, üzlük daşlar üzərində rəng fə rqlərini yaradan daşlar üzərində göstərilən qüsurlarıdır. Bu qüsurları isə ekspert rəng fərqi kimi göstərmişdir. Ekspert E.Səidov da aqlay üzlük daşları üzərində görünən qüsurlarını ekspert T.Kərimov kimi görməməsi və üzlük daşlarında rəng fərqi olmasını göstərməsi onun tərəfindən tərtib olunmuş rəyin düzgünlüyünə şübhə yaradır. Bu gün də üzlük daşlar üzərində həmin qüsurlar vardır. Həmin evin fasadna vurulmuş ağlay üzlük daşların foto şəkilləri tərəfindən çəkilmiş və ərizəsinə əlavə edib Lənkəran Rayon Məhkəməsinə göndərmişdir. Daha sonra, ekspert daşların üzərindəki ləkələrin, həmin daşların neçə faiz təşkil etməsini, daşların üzərindəki məsamələrin sıxlığının, daşların neçənci növə aid olmasını, qüsurlara görə bazar qiymətinin müəyyən edilməsinin tikintitexniki ekspertizasının həll et diyi məsələlərin dairəsinə aid olmadığını göstərərək, qərarın ikinci, üçüncü və dördüncü sualları üzrə tədqiqat aparılmamasını göstərmiş, lakin bu suallara cavab verməyin qeyri-mümkiinlüyünü əsaslandıran müddəalar rəydə öz əksini tapmamışdır. Halbuki, ekspert E.Səidov qərarı icraata götürərkən ekspertizanın keçirilməsi üçün qoyulmuş suallar ilə tanış olmuş, qərarda qoyulmuş sualların onun səlahiyyəti dairəsində olub-olmadığını görmüş və işi icraata qəbul etmişdir. Əgər iş üzrə ekspertizanın keçirilməsi onun səlahiyyəti dairəsində olmamışsa, nə səbəbə işi icraata götürmüşdür. Halbuki ekspert E. Səidov və T.Kərimovun qərarda qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparmaları üçün əlavə göstərişlər vermək və ya zəruri sənədlər tələb etmək və işi göstərişlə geri qaytarmaq səlahiyyətlə ri olmuş, lakin bu səlahiyyətlərindən istifadə etməmişlər. Görünür ki, ekspert E.Səidov və T.Kərimov Azərbacan Respublikası CPM-nin 97-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməklə bilə-bilə yalan rəy verməyə görə və Azərbaycan Respublikası CM-nin 297-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyəti barədə olan xəbərdarlığı nəzərə almamışlar. Göründüyü kimi, rəydə ekspertlər E.Səidov və T.Kərimovun bu sahədə xüsusi biliyi və iş təcrübəsi olması göstərilsə də, onlar üzlük daşların keyfiyyəti və tikinti-texniki normalara uyğun vurulmasını şəxsi mülahizələrinə əsaslanmaqla rəylər vermişlər. Bu isə ekspertlər E.Səidovun və T.Kərimovun bu işdə xüsusi maraqlarının olmasını göstərir. Çünki ekspert E.Səidov və T.Kərimov rayona ezam olunarkən iş üzrə hər iki cavabdeh şəxslə əv vəlcədən görüşlər keçirmiş və sonra tədqiqat obyektin olduğu yerə getmiş, lakin tədqiqat obyektinə tərəflərin birgə iştirakı ilə baxış keçirmək marağında olmamışlar. Ağlay üzlük daşların keyfiyyəti daşlar üzərində olan məsamələrin sıxlığı ilə müəyyən edilir və bu məsəmələrin sıxlığına görə daşın qiyməti müəyyən edilir. Lakin ekspert ağlay üzlük daşlar üzərində olan məsamələrin sıxlığına, eləcədə üzlük daşların üzərində olan qara xəttli və duzlu ləkələrə, palçıqlı çuxurlara baxmamış və üzlük daşların qiymətini müəyyən etməmişdir. Ağlay üzlük daşları üzərində görünən qüsurları ekspert T.Kərimov və E.Səidovun görməməsi və onları rəng fərqi kimi qiymətləndirmələri çox şübhəlidir. Bu gün də üzlük daşlar üzərində həmin qüsurlar var və göz ilə baxıb görmək mümkündür. Ekspert E.Səidov da ekspert T.Kərimov kimi həmin rəyi heç bir tədqiqat nəticələrinə və tikinti-texniki normativ aktlarına əsaslanmadan şəxsi maraq və mülahizəsinə əsasən tərtib etmişdir. Bu səbəbdən E.Səidovun rəyi də kifayət qədər əsasları olmadığından, heç bir mötəbər sübutlara əsaslanmadığından və ekspertizanın aparılmasının prosessual qaydalarını pozduğundan düzgünlüyünə şübhə yaranır. Ona görə də həmin mülkü iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizası rəyinin verilməsini, ekspertlər E.Səidov və T.Kərimov tərəfindən ekspertizanın keçirilməsi zamanı yol verdikləri nöqsanlara görə və rəylərdə olan çatışmamazlıqların aradan qalıdırması üçün məhkəməyə dəvət olunub dindirlmələri barədə tərəfindən vəsatət verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ekspertlər dindirilmələri üçün 12 aprel 2023-cü il tarixd ə məhkəmə iclasına dəvət olunmuş, lakin ekspertlər iclasa gəlməkdən imtina etmişlər. Məhkəmə isə rəylərdə olan ziddiyyət və çatışmazlaqların aradan qaldırılması üçün təşəbbüs göstərməmiş və ekspertlərin dindirilməsini təmin etməmişdir. Bunlardan başqa mülki iş sabiq məhkəmə sədri Ə.Ələkbərovun icraatında olan vaxt tərəfindən üzlük daşların qüsurları ilə qiymətini müəyyən etmək üçün mütəxəssis dəvət olunmuşdur. Həmin vaxt mütəxəssis evə baxış keçirmiş, qüsurlu üzlük daşların sayını və qiymətini müəyyən edərək, vurulan zərərin məbləğini müəyyən etmişdir. Həmçinin 12 aprel 2023-cü il tarixdə birinci instansiya məhkəməsi tərəfindən mütəxəssis iclasa dəvət olunmuş və dindirilmişdir. İş üzrə mütəxəssis evin fasadına vurulmuş üzlük daşların qüsurları barədə və vurulmuş zərərin məbləği ilə bağlı verdiyi rəyini bir daha məhkəmə iclasında təsdiq etmişdir. Lakin məhkəmə iş üzrə qətnamə çıxararkən mütəxəssis rəyinə və ifadəsinə heç bir əhəmiyyət verməmiş və Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri T.Kərimov və E.Səidovun heç bir tədqiqat aparmadan şəxsi mülahizələri əsasında tərtib etdikləri rəylərini sübut kimi əsas götürmüşdür. Daha sonra birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/1760 nömrəli 04 iyul 2022-ci il tarixli və 10/6102 nömrəli 17 yanvar 2023-cü il tarixi rəylərində fərdi yaşayış evinin üzərinə ağlay daşların vurulmasında qüsurların olmamasını, təlimata və tikinti-texniki normalara uyğun vurulduğunu göştərilməsini əsas götürərək, usta Cavabdeh1 tərəfindən fasad daşların quraşdırılmasında hər hansı qüsurla ra yol verilməməsini göstərmiş və bununla Cavabdeh1 tərəfindən vurulmuş ziyanın iddiyaçıya ödənilməsi tələbinin əsassız olmasını göstərmişdir. Ekspertlər T.Kərimov və E.Səidov görülmüş işin təlimata və tikinti-texniki normalara uyğun görülməsi ilə bağlı heç bir tədqiqat aparmamışlar. Belə ki, üzlük daşların arxasına dəmir setkanın vurulması, sementlə doldurulması, aralarına yapışqanın vurulması, karnizlərin, sokol və orta kəmərin yanmış məftil ilə bağlanması və digər zəruri texniki vasitələrdən istifadə edib-etməməsini yoxlamadan, rəylərində üzlük daşların təlimata və tikinti-texniki normalara uyğun vurulmasını göstərmişlər. Halbuki podratçı işi gördükdən sonra görülən işi sifarişçiyə təhvil verməlidir. Podratçı Cavabdeh2 və Cavabdeh1 isə bu günə kimi gördükləri işi təhvil verməmişlər. Həm çinin, cavabdeh usta Cavabdeh1la aralarında bağlanmış müqaviləyə əsasən keyfiyyətli üzlük daşları qəbul etmək və fasada vurmuq barədə razılıq olmuş, Cavabdeh1 da keyfiyyətli üzlük daşı qəbul etməsini öz öhdəsinə götürmüşdür. Laikn Cavabdeh1 işin gedişatında onu aldatmış, üzlük daşlar üzərində olan mişar tozlarını yumadan fasada vurmuş və fasada vurduqdan sonra daşların yuyulmasına imkan verməmişdir. Həmin vaxt işin gedişatında 120 ədəd 35x75 sm ölçüdə üzlük daşı qüsurlu olduğundan tərəfindən geri qaytarılmış, lakin Bakı şəhərinə qayıtdıqdan sonra yenidən Cavabdeh2 və Cavabdeh1 həmin üzlük daşları həyətə gətirilmiş və usta Ziyad tərəfindən divara vurulmuşdur. İşin sonunda üzlük daşları yuyarkən daşların keyfiyyətsiz və qüsurlu olmasını görmüşdü. Həmin vaxt Ziyadan nə səbəbə keyfiyyətsiz üzl ük daşlarını divara vurmasını soruşanda o, “mən bu daşları vurmasam, Əflatun mənə iş verməz və çörəyi kəsilər” demişdi. Tikinti-texniki normalara görə üzlük daşı üzərində mişar tozu yuyulub divara vurulmalıdır, lakin Ziya daşları tozlu divara vuraraq qüsurlarını gizlətmiş və daşları lazımı qaydada divara bərkitməmişdir. 2020-ci ildə yay vaxtı 2-ci mərtəbədə pəncərə üstü karnizləri sallanmış və başqa usta gətirib, həmin karnizləri bərkitdirmişdir. Həmin usta da karnizin məftil ilə bağlanmamasını və işin keyfiyyətli görülməməsini bildirmişdi. Hazırda da digər pənçərə üstü karnizlər bir-birindən aralanmışdır. Tərəfindən dəfələrlə Cavabdeh1 qüsurların aradan qaldırılması üçün tələblər irəli sürülməsinə baxmayaraq, Cavabdeh1 həmin qüsurları aradan qaldırmağa təşəbbüs göstərməmişdir. Həmin qüsur lu üzlük daşlar bu gündə evin fasadına vurulmuş vəziyyətdə saxlanılır və məhkəməyə təqdim olunan foto şəkillərdən görünür. Göründüyü kimi birinci instansiya məhkəməsi işin gedişatında iki dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və hər dəfə ekspertlər tərəfindən üzlük daşların keyfiyyəti, növü və bazar qiyməti müəyyən edilməmişdir. Ekspertlər iş üzrə dindirilməsi üçün məhkəmə iclasına dəvət olunmalarına baxmayaraq, gəlməmiş və rəylərində olan çatışmazlıq və ziddiyyətləri aradan qaldırılmamışdır. Bazarda satılan həmin keyfiyyətdə 6 manat üzlük daşın fotoşəkilləri də əlavə edilib. İş üzrə kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilib, üzlük daşların keyfiyyət və qiyməti barədə rəy alınmalı olduğu halda bunu etməmişdir. Həmçinin iş üzrə dəvət olunmuş mütəxəssis tərəfindən verilmiş rəyə və ifadəsinə hüquqi qiymət verilməmişdir. Bundan əlavə mütəxəssis tərəfindən verilmiş rəy və məhkəmə iclasında verdiyi ifadə qətnamədə öz əksini tapmamışdır.

15. Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1027/2023 saylı mülki iş üzrə 30 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər T.S.Kərimov (sədrlik edən və məruzəçi), M.K.Həsənov və C.F.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iş materiallarına əsasən alıcının (iddiaçı) satıcıdan (cavabdeh Əflatun) aldığı daşların ölçüləri qaiməl ər əsasında müəyyən edilə bilsə də, həmin daşların hansı keyfiyyət standartlarına cavab verməli olmasının razılaşdırılması müəyyən olunmur. Belə ki, iddiaçı cavabdehdən bir kvadrat metri 15 manata olan və üzərində heç bir ləkə, iz və ya palçıq çuxurları olmayan ağ daşlar alması barədə razılığa gəldiklərini bildirsə də, bunu təsdiq edə biləcək sübut verməmiş, cavabdeh isə izahatında qeyd edilən halı etiraf etməmişdir. Bundan başqa iddiaçı daşlara görə satıcı Əflatuna 5000 manat pul verdiyini bildirir, təyin olunmuş ekspertizanın rəyinə əsasən istifadə olunan daşların dəyəri də daxil olmaqla görülən işlərin ümumi həcminin 12881 manat təşkil etdiyi müəyyən olunur. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borclu olduğundan, alıcı isə aldığı əşyanın hansı keyfi yyət standartlarına cavab verməli olmasının razılaşdırılmasına dair sübut vermədiyindən, həmçinin faktiki görülən işlərin dəyərinin iddiaçının alınan mallar üçün ödədiyi məbləği aşdığından, iddianı qeyd olunan hissədə təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

17. Kollegiya hesab edir ki, iddiaçı ilə cavabdeh (podratçı) Cavabdeh1 arasında görüləcək işlərin keyfiyyət standartlarının şərtləşdirilməsinə dair sübutlar verilmədiyindən, podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayıldığından, iddianı həmin cavabdehə münasibətdə də təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmə mişdir.

18. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.1, 14.2.1, 385.1, 386.1, 567, 581.1, 581.2, 581.3, 581.4, 586.1, 587, 752.1, 762.1, 762.2, 762.3, 763.1 və 763.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsindəki icraat zamanı iş üzrə hərtərəfli araşdırma aparılmadığından apelly asiya şikayətində iş üzrə kompleks məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edilməsi tələb edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi mülki prosessual hüquq normalarının tələblərinə uyğun olaraq müvafiq ekspertiza təyin etməklə iddiaçıya vurulmuş real ziyanı müəyyən etmək üçün prosessual imkanlarından tam istifadə etmədi. Təmir işləri ilə bağlı alınmış ekspert rəyində cavablandırılmamış suallar olsa da, apellyasiya məhkəməsi bu ziddiyyəti aradan qaldırmamış, üstəlik, iddiaçının təkrar ekspertiza təyin edilməsi barədə vəsatətini rədd edərkən də bunu əsaslandırmamışdır. Üstəlik, birinci instansiya məhkəməsi tərəfindən alınan rəyi də apellyasiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməyib.

21. Bundan əlavə, Hakim T.Kərimov qətnamədə fakti ki görülən işlərin dəyərinin alınan mallar üçün ödədiyi məbləği aşdığını, iddianın qeyd olunan hissədə təmin etməməkdə birinci instansiya məhkəməsini haqlı olmasını və maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməməsini göstərmişdir. Bu xüsusatı da hakim T.Kərimov düzgün qiymətləndirməmişdir. Çünki görülən işin ümumi dəyəri alınan mallar üçün ödənilən məbləğ ilə müqayisə olunmamalıdır. Görülən işin ümumi dəyəri alınan mallar üçün ödənilən məbləği aşmalıdır. Cavabdeh Əflatuna verilən məbləğ ağlay daşların puludur. Ekspert isə evin fasadı üçün görülən işin ümumi dəyərini hesablamışdır. Burada digər xərclər – sement, yük daşıma və s. xərclər nəzərdə tutulur.

22. Məhkəmə iclasında iddiaçı tərəfindən iş üzrə ağlay daşların keyfiyyət və qiymətinin müəyyən edilməsi üçün Komplek s məhkəmə əmtəəşünaslıq və tiikinti-texniki ekspertizasının təyin edilməsi xahiş edilmiş, lakin iclasa sədrlik edən hakim T.Kərimov və hakimlər Müşfiq Həsənov və Cahid İmanov bu vəsatətə heç bir əhəmiyyət verməmiş və münasibət bildirməmişlər. Halbuki, ağlay daşın keyfiyyət və qiymətinin müəyyən edilməsi və daşın keyfiyyət və qiymətinin müəyyən edilməsi üçün Kompleks məhkəmə əmtəəşünaslıq və tikinti-texniki ekspertizasının təyin edilməsi zəruridir. Bu barədə birinci instansiya məhkəməsində iddiaçın və nümayəndəsinin vəsatəti olmuş, lakin hakim Rəşad Məmmədov üç il müddətində həmin ekspertizanı təyin etməmişdir. Eləcə də, apellyasiya məhkəməsi T.Kərimov da həmin ekspertizanı təyin etməkdə maraqlı olmadı və heç bir münasibət bildirmədi. Hakim T.Kərimov iclasda çavabdeh Əflatun və Ziyadın dedi klərini təsdiq etməməsini və sübutunun olmamasını göstərərək, iclasın gedişatında iddiaçının sərbəst ifadə verməyinə və sübutlarını təqdim etməyə şərait yaratmadı. İddiaçı məhkəməyə dediklərinin təsdiq olunması üçün işin dayandırılması və növbəti iclasa cavabdeh şəxslər Əflatun və Ziyadın dəvət olunması barədə vəsatət vermişdir. Lakin hakimlər vəsatətə heç bir münasibət bildirməmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

24. Maddə 6.2. fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd o lmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər

25. Maddə 14.1. və 14.2.1. mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

26. Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, k reditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Maddə 567. alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 29.Maddə 581.1. satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur 30.Maddə 581.2. alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanar kən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur; 31.Maddə 581.3. əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. 32.Maddə 581.4. satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər; 33.Maddə 586.1. qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı satqı müqaviləsində əşyanın keyfiyyətinin y oxlanması nəzərdə tutula bilər; 34.Maddə 586.2-ci maddə - əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır; 35.Maddə 587.1. əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını, əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb ets in; 36.Maddə 587.2.1. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. 37.Maddə 587.2.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür q üsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 38.Maddə 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 39.Maddə 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. 40.Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 41.Maddə 762.1. Podratçı sifa rişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 42.Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 43.Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 44.Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bil ər. 45.Maddə 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təd qiq olunmuş sübutlarla əsaslandırır.

50. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsa slandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2023-cü il tarixli 2(106)-1027/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar