Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1660/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilə üzrə öhdəliyin icrası, apellyasiya şikayətinin dəlillərinə qiymət verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2(105)-1620/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasın da yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Mənzil tikintisi haqqında 06 dekabr 2018-ci il tarixli, 074 saylı müqavilə ilə icraçı Cavabdeh MMC Abşeron Rayon İH başçısının 14 mart 2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 5-ci blok, 12-ci mərtəbə, 329 nömrəli, izolə olunmuş 3 otaqdan ibarət mənzili pay kimi payçı İddiaçı verməyi, sonuncu isə müqavilədə göstərilmiş məbləği ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən mənzilin sahəsi 120,69 kv.metr, mənzilin 1 kv.metrinin dəyəri 331 manat və mənzilin ümumi dəyəri 40000 manat müəyyən edilmiş, “Payçı” ilkin olaraq 27000 manat məbləğində avans və qalan məbləği 6 ay müddətində hər ay 2167 manat ödənilməsini öhdəsinə götürmüşdür.
2. Cavabdeh MMC tərəfindən verilmiş 12 yanvar 2021-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən 5-ci blok, 12-ci mərtəbə, 329 nömrəli mənzilə görə 40000 manat məbləğində pul ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 40000 manat pul ödəyərək aldığı ünvan 1 ünvanında yerləşən, 5-ci blok, 12-ci mərtəbə, 329 nömrəli mənzilin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilə üzrə mənzilin dəyərin tam şəkildə ödədikdən sonra mənzil ona təhvil verilməli olmasına baxmayaraq, cavabdeh öhdəliyinə əməl etməmiş və müxtəlif bəhanələrlə mənzili təhvi l verməkdən yayınmışdır. Bununla bağlı 13 sentyabr 2021-ci il tarixdə cavabdehə yazılı formada pretenziya məktubu ünvanlandırsa da, bir nəticəsi olmamışdır
5. Abşeron Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(012)-546/2022 nömrəli qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən, 5-ci blok, 12-ci mərtəbə, 329 nömrəli mənzilin Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 06 dekabr 2018-ci il tarixli, 0711 saylı mənzil tikintisi haqqında müqaviləyə əsasən İddiaçı sifarişçi olaraq öhdəliyini tam icra etdiyi halda, cavabdeh təşkilat olaraq Cavabdeh MMC podratçı kimi ünvan 1 ünvanında yerləşən 5-ci blok, 12-ci mərtəbə, 329 nömrəli mənzili iddiaçıya təhvil vermək öhdəliyi daşıdığı hal da bunu etmədiyi üçün mübahisəli mənzili iddiaçıya təhvil verməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 385.1, 425.1, 431.1, 442, 752.1, 755-ci və Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 217.3, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(012)-546/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2(105)-1620/2022 nömrəli qətnaməsi ilə (hakim T.O.Quliyevin sədrliyi və məruzəsi ilə, hakimlər G.F.Tağızadənin və L.M.Məmmədovanın i ştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(012)-546/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi əlavə olaraq göstərmişdir ki, tərəflər arasında bağlanmış 06 dekabr 2018-ci il tarixli, 074 saylı mənzil tikintisi haqqında müqavilə və cavabdeh İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən 5-ci blok, 12-ci mərtəbə, 329 nömrəli mənzilə görə 40000 manat məbləğində pul ödənilməsi barədə Cavabdeh MMC tərəfindən verilmiş 12 yanvar 2021-ci il tarixli maliyyə arayışı mübahisələndirilməmiş və ləğv edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
11. Cavabdeh MMC kassasiya şikayəti verərək, Sumqayıt Apelly asiya Məhkəməsinin Mülki kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2(105)-1620/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 6, 337, 390.1, 390.4, 390.5, 425.1, 425.2, 430.1, 430.2, 442, 445.2.1, 752.1, 755-ci, Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 106.1, 217.1, 217.3-cü maddələrinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci və 18 mart 2022-ci il tarixli qərarlarının tələbləri pozulmuşdur.
13. Belə ki, tərəflər arasında müqavilə formal imzalanmışdır. Həmin müqavilə X4 ilə Cavabdeh MMC arasında olan digər razılaşmanın təminatı qismində girov olaraq yazılmışdır. X4 və C avabdeh MMC aralarında olan razılaşmaya əsasən binanın inşası üçün armatur verməli idi, bunun təminatı olaraq isə Hürrü Əliyevin istəyi ilə İddiaçı adına müqavilə yazılmışdır. İddiaçı və Hürrü Əliyev tərəfindən Cavabdeh MMC-yə pul vəsaiti və ya armatur verilməmişdir. Bu səbəbdən də müqavilənin 5.7-ci bəndinin tələbinə əsasən pozulduğu üçün müqavilə qüvvəyə minməmiş və etibarsız sayılmışdır. İddiaçıya öhdəliyin tam icra edilməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, icrasından yayınaraq ödəməli olduğu pul vəsaitini ödəməmişdir. Bununla da tərəflər arasındakı müqavilənin 5.2-ci maddəsinin tələblərini pozmuşdur. Tərəflər arasında imzalanmış müqavilənin 3.5 və 3.6-ci bəndinə əsasən payçı hər ay 2167 manat ödəniş etməli və əsasən 6 ay müddətinə pulu ödəməli idi. Yəni 06 dekabr 2018-ci il tari xdə müqavilə imzalandıqdan sonra 6 ay müddətində bütün pul vəsaiti ödəməli idi. Lakin maliyyə arayışına diqqət yetirdikdə görünür ki, müqavilə imzalandıqdan 3 il sonra 12 yanvar 2021-ci il tarixli maliyyə arayışı verilmişdir. Bütün bu hallar göstərir ki, müqavilə və maliyyə arayışı digər münasibətləri pərdələmək üçün bağlanmışdır. Məhkəmə tərəflər arasında imzalanmış müqavilənin 5.7-ci bəndinin əsaslarını araşdırmamışdır. Müqavilənin bu bəndi isə qeyd şərtsiz göstərir ki, müqavilə digər münasibətlərin pərdələnməsi üçün tərtib edilmişdir.
14. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
15. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
16. Azərbaycan Respublikası mülki prosessu al qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
17. Kassator apellyasiya instan siyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən və tələblər bölünməz olduğundan, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi i stinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 19. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. O cümlədən, apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməmiş və bununla da, Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinin tələbləri pozulmuşdur.
21. Belə ki, apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, tərəflər arasında imzalanmış və hazırki iddianın əsasında olan Mənzilin tikintisi haqqında 06 dekabr 2018-ci il tarixli, 074 nömrəli müqavilə cavabdehlə X4 adlı şəxs arasında olan başqa münasibətlərin pərdələnməsi üçün bağlandığından, etibarsız hesab olunmalıdır. Cavabdeh bunun təsdiqi olaraq müqavilənin 5.7ci bəndinə istinad etmişdir.
22. Həqiqətən iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunan və iş materialların a əlavə olunan (i.v. 5) Mənzil tikintisi haqqında 06 dekabr 2018-ci il tarixli, 074 saylı müqavilə icraçı olaraq Cavabdeh MMC və payçı olaraq İddiaçı arasında imzalansa və müqavilənin 3.3-cü bəndində mənzilin dəyəri 40000 manat məbləğində müəyyən edilsə də, müqavilənin 5.7-ci bəndində göstərilmişdir ki, “Bu mənzil X3 aid olduğu üçün müqavilənin qırx min manatı İddiaçı, iyirmi beş min manatı X4 tərəfindən şirkətə ödənildikdən sonra qüvvəyə minir. Əks təqdirdə etibarsız sayılsın.”
23. İş materiallarından həmçinin müəyyən olunur ki, apellyasiya icraatı zamanı məhkəməyə müqavilənin telefon vasitəsi ilə çəkilərək çapa verilmiş digər bir nüsxəsi əlavə edilmişdir ki (i.v. 101102), həmin müqavilənin 5.7-ci bəndi başqa məzmunda olmuş, o cümlədən mənzilin X3 aid olması, sonuncu tərəfindən ödəniş apa rılmalı olması qeyd olunmamışdır. Göstərilən sənədin kim tərəfindən məhkəməyə təqdim edilməsi protokolda qeyd olunmamışdır.
24. Hər bir halda, apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin qeyd olunan dəlilinə, müqavilənin 5.7-ci bəndinin məzmununa hüquqi qiymət verilməmiş, X2 şəxsiyyəti tərəflərlə araşdırılmamış, sonuncunun işə cəlb edilməsi zərurəti müzakirə olunmamış, məhkəməyə təqdim olunmuş sübutlarda olan ziddiyyətlərə hüquqi qiymət verilməmişdir.
25. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya məhkəməsinin tərəflər arasında imzalanmış müqavilənin və maliyyə arayışının cavabdeh tərəfindən mübahisələndirilməməsi və ləğv edilməməsinə dair mövqeyi də əsassız olmuşdur.
26. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə görə müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
27. Eyni mövqe “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mül ki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadında təsbit olunmuşdur. Həmin qərardada əsasən məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir.... Odur ki, ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq, məhkəmə işin halları və tərəflərin də lilləri əsasında əqdin etibarlı olduğunu və ya etibarsızlığını müəyyən etdikdə həmin halı nəzərə almalıdır. Bu məsələdə etibarsızlığın hansı növdə (o cümlədən mübahisə edilən əqd) olmasının fərqi yoxdur.
28. Bu nöqtəyi nəzərdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh hazırki iş üzrə apellyasiya şikayətinin dəlillərində iddianın əsasında olan müqavilənin etibarsız olmasını iddia etdiyi üçün apellyasiya məhkəməsi əqdin etibarlılığına hüquqi qiymət verməli idi.
29. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qald ırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı a ydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
31. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
32. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.
33. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiy a baxışına göndərilməlidir.
34. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2(105)-1620/2022 nömrəli qətnaməsi ləğ v edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.