Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1662/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı hüquqi varisi Nümayəndə Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma,sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlundan (məruzəçi), Əhmədova Mehparə Tofiq qızından və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh və maraqlı tərəf AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı torpaq sahəsindən çıxarılma, qeyri-qanuni inşa edilmiş bərbərxananın sökülməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)1277/2022 nömrəli iş üzrə 09 dekab r 2022-ci il tarixli qətnaməsindən iddiaçının hüquqi varisi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 18 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 13 may 2013-cü il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, ümumi sahəsi 89.7 kvmetr olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətində olmaqla, həmin tikilinin yerləşdiyi 0,0062 ha torpaq sahəsi Dövlət mülkiyyət növünə aiddir.
2. DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktuba əsasən ünvan 2 ünvanında yerləşən 24 nömrəli mənzil üzərində İddiaçı daşınmaz əmlakın dövlət reyestrində 04 may 2007-ci il tarixdə ********* qeydiyyat nömrəli çıxarış ilə tam mülkiyyət hüququ qeydiyyata al ınmışdır. Sumqayıt şəhəri, Corat qəsəbəsi, X.Məhərrəmoğlu küçəsi ünvanında yerləşən 23 nömrəli qeyri-yaşayış binası üzərində X3 daşınmaz əmlakın dövlət reyestrində 14 dekabr 2011-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə tam mülkiyyət hüququ qeydiyyata alınmış, Sumqayıt şəhəri, 4 saylı notariat kontorunun 17 yanvar 2013-cü il tarixli, 4Ə-01/67 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmiş, 13 may 2013-cü il tarixdə ********** reyestr nömrəli çıxarış ilə adına qeydiyyata alınmışdır. Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 752 nömrəli 0.12 ha bağ torpaq sahəsi üzərində İddiaçı daşınmaz əmlakın dövlət reyestrində 20 fevral 2008-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə tam mülkiyyət hüququ qeydiyyata alınmış, Sumqayıt şə həri, 4 saylı notariat kontorunun 30 dekabr 2012-ci il tarixli 4Ə-05/1762 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X4 adına özgəninkiləşdirilmişdir. Digər şəxs Cavabdeh adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
3. Torpaq sahəsinin icarəyə verilməsi haqında 16 fevral 2021-cı il tarixli, 02 saylı müqavilənin surətinə əsasən Cavabdeh Corat bələdiyyəsində olan torpaq sahəsini Corat bələdiyyəsinin 05 may 2006-cı il tarixli, 21 saylı protokoluna əsasən 15 il müdətinə icarəyə götürmüşdür.
4. Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 472 saylı məktuba əsasən Cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində bərbərxana tikintisinə dair icazənin verilməsinə dair Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsində məlumat yoxdur.
5. İddiaçı xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən çıxarılması və orada inşa edilmiş bərbərxananın cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. Hüquqları DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* saylı çıxarışla təsdiq edilmişdir. Qeyri-yaşayış binası 2 mərtəbə olub, 0,00 62 ha torpaq sahəsində yerləşir və ümumi sahəsi 89.7 kv.metr təşkil edir. Cavabdeh neçə illər bundan əvvəl ona məxsus torpaq səhəsində bərbərxana tikmişdir. Dəfələrlə cavabdehə bildirmişdir ki, mülkiyyətçisi olduğu torpaq sahəsinə qeyriqanuni girmiş və orada bərbərxana binası tikib ondan istifadə edir. Cavabdeh ilk əvvəl ona bildirmişdir ki, “Siz evi tikib tam başa çatdırandan sonra mən tikdiyim bərbərxananı sökəcəyəm”. Lakin cavabdeh getdikcə daha böyük torpaq səhəsini zəbt edərək mülkiyyətçisi olduğu torpaq sahəsini qeyri-qanuni yollarla ələ keçirmiş, mülkiyyətçisi olduğu binanın giriş qapısını mişar daşı ilə hörərək binadan istifadəsində çətinlik yaratmışdır. 2-ci qrup əlil və yataq xəstəsidir. Cavabdehin günahı ucbatından həmin obyektdən istifadə edə bilmir. Bu da onun ağır olan madd i vəziyyətinin daha da ağırlaşmasına səbəb olmuşdur.
8. İş materiallarında olan, Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 472 saylı məktuba əsasən Cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində bərbərxana tikintisinə dair icazənin verilməsinə dair Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsində məlumat yoxdur.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tikinti-texniki ekspertizası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 10/4374 saylı ekspert rəyinə əsasən mübahisə predmeti olan bərbərxana tikilisinin iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin hüdudları xaricində inşa edildiyi və həmin tikilinin iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin istifadəsinə texniki cəhətdən hər hansı bir maneə törətmədiyi müəyyən edilmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tikinti-texniki ekspertizası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/4960 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən inşa olunmuş qeyri-yaşayış sahəsinin, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə bitişik inşa olunduğu və həmin tikiliyə dair hüquqmüəyyənedici və texniki sənədlərin mövcud olmadığı nəzərə alınaraq həmin tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli Qərarının 3-cü və 4-cü bəndlərinin tələblərinə uyğun inşa olunmadığı müəyyən olundu. Cavabdeh tərəfindən inşa olun muş qeyri-yaşayış sahəsinin, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə bitişik inşa olunması və cavabdeh tərəfindən inşa olunmuş qeyriyaşayış sahəsinin sol tərəfində olan hissənin mişar daşı ilə hörülməsi iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin həmin hissədə yerləşən xarici divarlarına texniki qulluğun (suvaq, boya və s.) göstərilməsinə maneə yaradacaqdır.
11. Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(060)-28/2022 nömrəli qətnaməsi ilə İddiaçı hüquqi varisi Nümayəndə Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və qeyri-qanuni inşa edilmiş bərbərxananın sökülməsi tələbinə dair iddiası təmin edilməmiş və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat pulun İddiaçı hüquqi varisi Nümayəndə tutularaq Azərbaycan Respublikası Ədl iyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, SAP (XİİS) hesabı, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir. (hakim Aynur Behbudova)
12. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin əsası kimi hesab etmişdir ki, mübahisə predmeti olan bərbərxana tikilisinin iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin hüdudları xaricində inşa edildiyi və həmin tikilinin iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin istifadəsinə texniki cəhətdən hər hansı bir maneə törətmədiyi müəyyən edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərb aycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Mülki Məcəllənin 140, 146.2, 152.1, 152.2, 152.3,152.4, 158.4, 170, 180, 180.2, 180.3, 180.4-cü maddələri, Torpaq Məcəlləsinin 111.1, 111.2, 111.3-cü maddələri, Azərbaycan Respublikası “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 75-ci maddəsi və Mülki Prosessual Məcəllənin 77.1, 101.3, 106.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçının hüquqi varisi Nümayəndə apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(060)-28/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1277/2022 nömrəli iş üzrə 09 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.O.Quliyev(sədrlik edən və məruzəçi), G.F.Tağızadə və L.M.Məmmədova) apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(060)-28/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, apellyasiya şikayəti əsassızdır, başqa sübutlarla öz təsdiqini tapmayıb. Belə ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olduğuna görə iddia düzgün olaraq təmin edilməmişdir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublik ası Konstitusiyasının 13, 25-ci, Mülki Məcəllənin 152.1, 152.2, 152.3,152.4, 158.4, 170, 180, 180.2, 180.3, 180.4-cü maddələri, Torpaq Məcəlləsinin 111-ci, Azərbaycan Respublikası “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 75-ci maddəsi və Mülki Prosessual Məcəllənin 14.2, 76.1,76.2, 77.1,88-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 23 fevral 2022-ci il tarixli qətnaməsinin qismən- “İddiaçı Cavabdeh qarşı qanunsuz tikilmiş bərbərxananın cavabdehin vəsaiti hesabına sökülməsi hissəsində iddiasının təmin olunmamasına görə ləğv edərək yeni qərar qəbul olunmasını, bu mümkün olmadığı halda həmin hissədə işə yenidən baxılması üçün Sumqayıt Apelyasiya M əhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassator Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170, 180-ci, AR-nın Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarın 3-cü və 4-cü bəndlərinə, AR-nın Şəhərsalma və Tikinti Məcəlləsinin 72-ci, MPM-nin 77,88-ci maddələrinə istinad edərək, məhkəmə tərəfindən maddi hüquq normalarının tələblərinin pozulduğunu qeyd etmişdir. Belə ki, cavabdehin tikdiyi tikili ara məsafəsinə əməl edilmədən tikilmişdir. Bu halı həm iş materiallarında olan foto şəkillər həm də ki, apellyasiya instansiya məhkəməsinin müvafiq qərardadı ilə təyin olunmuş ekspertizanın ekspert rəyi ilə təsdiq edilir. Sadəcə bu rəyə baxmaq kifayət edir ki, apellyasi ya instansiyası məhkəməsi 4-cü sırada qeyd edilən hər iki normanın tələbini necə kobud şəkildə pozmuşdur.Qanunverçiliyin tələbinə əsasən,qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər.Lakin, iddiaçı tərəfindən cavabdehin yanaşı halda divara bitişik tikili tikməsinə dair heç bir notarial qaydada razılığı olmamışdır. Bundan başqa həmin tikilinin qanunsuz inşa olunmasını təsdiq edən növbəti sənəd iş materialında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin rəsmi cavabıdır. Belə ki, sözügedən idarəyə iddiaçı tərəfindən rəsmi müraciətdən sonra ona bildirilmişdir ki, vətəndaş Cavabdeh S umqayıt şəhər Corat qəsəbəsi ərazisində bərbərxana tikintisinə dair icazə verilməsi barədə məlumat yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Kasator ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv olunmasını xahiş etdiyinə görə, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının mübahisə olunan hissəsinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
23. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
24. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətd ir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz 26. istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
27. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
28. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
29. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüq uqi cəhətdən təmin edilmiş imkanıdır.
30. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
31. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
32. Maddə
170. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi v ə ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
33. Maddə
180. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
34. Maddə 180.2. Özbaşına tikinti a parmış şəxs ona mülkiyyət hüququ əldə etmir.
35. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
36. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Torpaq Məcəlləsi
37. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
38. Maddə 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Tikintiyə icazə m üvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
41. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
42. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
45. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmə nin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
46. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olma yaraq yoxlanılmalıdır.
48. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiya məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası hə min əsaslandırma ilə razılaşır.
51. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutar aq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçının hüquqi varisi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 dekabr 2022-ci il tarixli, 2(105)-1277/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.