Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1662/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxslər Qusar rayon Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin və alğı-satqı müqaviləsinin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Qusar rayon Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət K adastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin və çıxarışların etibarsız hesab edilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)1927/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1, İddiaçı bibisidir (atasının bacısıdır).
2. Qusar rayonu Kuzunqışlaq kəndində yerləşən 1.3052 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh1, X3 və X8 xüsusi mülkiyyətində olmuşdur.
3. Cavabdeh1 atası X6 xx.xx.2013-cü ildə, anası X13 isə qızı 26 iyul 2013-cü il tarixdə ölmüşdür.
4. Qusar rayon Notariat Ofisi tərəfin dən verilmiş xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnamələri ilə miras qoyan X6 və X8 vərəsəsi kimi Cavabdeh1 tanınmışdır. Həmin şəhadətnamədə miras əmlak kimi DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2019cu il tarixdə verilmiş **********38 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.3052 ha olan torpaq sahəsindən X11 və X5 məxsus hissəsi göstərilmişdir.
5. Qeyd olunan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında Kuzun Qışlaq kəndində yerləşən ümumi sahəsi 1.3052 ha olan torpaq sahəsi üzərində Cavabdeh1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.
6. Cavabdeh1 həmin torpaq sahəsini xx.xx.2020-ci il tarixli 4Ə-1348 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmış və alğı-satqı müqaviləsinə əsasən torpaq sahəsinə mülkiyyət hüququna dair Cavabdeh2 adına xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
7. X1 xx.xx.2012-ci ildə İddiaçı vəsiyyətnamə vermişdi. Buna görə Elbrus Babayev, X4 miras əmlakına dair Qusar rayon Notariat Ofisi tərəfindən Cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini, miras qoyan X2 qalmış mirasın qəbul edilməsi müddətinin uzadılmasını xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(029)-716/2022 saylı qətnaməsi ilə, 2 yanvar 2013-cü il tarixdə ölmüş X4 miras əmlakına dair Qusar rayon Notariat Ofisi tərəfindən Cavabdeh1 verilmiş, reyestrdə 2V-281 nömrə ilə qeyd edilmiş 16 may 20 20-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras qoyan X3 miras əmlakının İddiaçı tərəfindən qəbul edilməsi müddətinin ötürülməsinin səbəbi üzürlü sayılaraq uzadılması, Qusar rayon İHB-nın Kuzun Qışlaq kənd İƏD üzrə nümayəndəliyinin qeydlər kitabında qeyd edilmiş 8 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik müəyyən edilərək (miras qoyan X4 miras əmlakına) İddiaçı vərəsəlik hüququnun tanınması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxslər Qusar rayon Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müra ciət edərək, Cavabdeh1 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın, həmin çıxarış əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-1348 reyestr nömrəli alğı-satqı müqaviləsinin və həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, babası xx.xx.2012-ci il tarixli vəsiyyətnamə ilə Qusar rayonu KuzunQışlaq kəndində yerləşən 1988-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən özünə məxsus evini, evin inventar avadanlıqlarını, pay torpaq sahələrini o na vəsiyyət etmişdir. Buna baxmayaraq, Qusar rayon Notariat Ofisi babası X3 vərəsəsi kimi Cavabdeh1 Məmmətbağır qızına xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(029)-716/2022 saylı qətnaməsi ilə onun vərəsəlik hüququnun tanınması qət edilmiş, həmin qanun üzrə vərəsəlik şəhadətnaməsində göstərilən 1.3052 ha torpaq sahəsinin mərhum babası Məmmədbağır Balayevə məxsus hissəsini vəsiyyət üzrə vərəsəlik qaydasında adına rəsmiləşdirmək istəyərkən məlum olmuşdur ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında 1.3052 ha torpaq sahəsini xx.xx.2020-ci il tarixli 4Ə1348 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmış, torpaq sahəsinə Cavabdeh2 adına xx.xx. 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdeh1 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış qanunsuz olmaqla onun həmin çıxarışda göstərilən 1.3052 ha torpaq sahəsinin babası Məmmədbağır Balayevə məxsus hissəsinə dair vərəsəlik hüququnu pozur.
10. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 2020-ci ildə əmlakın satıldığını bilirdi. Heç bir orqana müraciət etməmişdir. 2020-ci ildə torpaqla bağlı məhkəməyə müraciət etmiş, müraciətin mahiyyəti isə həmin bu torpaqdan ona çatacaq payın bölünməsi ilə bağı olmuşdur. Torpağın satılması barədə alğı-satqı olduqdan sonra xəbəri olmuşdur. Torpağın satılmaması üçün notariat orqanına şifahi qaydada müraciət etmiş, lakin etiraz etmək üçün onun hüququ olmadığını bildirmişlər. Hüququ olması üçün sənəd olmalı idi, onda da həmin sənəd olmamışdır. Buna görə də məhkəməyə torpaq üzərində həbs qoyulması barədə yazılı müraciət etməmişdir. Torpağı qabaqcadan Qurbanın alacağını bilirdi. Qurbana həmin torpağın onun olduğunu demişdir. Həmin torpaqdan ona çatacaq məbləğ var idi. Qurban ona 3 min manat verməli idi. Cavabdeh1 ilə onların münasibəti olmadığına görə torpağın satılacağı barədə ona heç nə deməmişdir.
11. Cavabdeh2 iddia ərizəsinə qarşı yazılı etirazında bildirmişdir ki, onunla Cavabdeh1 arasında bağlanmış alğı-satqı müqaviləsi Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən 2 il əvvəl bağlanmışdır, müqavilə bağlanarkən vərəsəlik şəhadətnaməsi qüvvədə olmuşdur. Həmçinin alğı-satqı müqaviləsi vərəsəlik şəhadətnaməsi əsasında deyil, digər Cavabdeh1 adına olan çıxarış əsasında bağlanmışdır. Həmin çıxarış müqavilə bağlanan andan və sonrasında iddiaçı tərəfindən mübahisələndirilməmiş, çıxarışda göstərilən torpaq sahəsinin üzərinə həbs qoyulmamışdır. Belə olduğu halda, iddiaçının digər cavabdehə və hansısa iddia tələbinin olacağını bilməsi qeyri-mümkün olmuşdur. İddiaçının həmin torpaq sahəsini ondan tələb etməyə subyektiv hüququ yoxdur, çünki o, vicdanlı alıcıdır. Həmçinin iddiaçı əqdi mübahisələndirmək üçün kəsici müddəti də ötürmüşdür.
12. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, birincisi, Həbibə bacıları və qardaşı ilə birlikdə gəlib ona yaxınlaşıb mübahisəli torpağı “sənə satıram” demişdilər. Elbrus sonra özü də onun yanına dəfələrdə gəlib torpağı “sənə satıram” demişdir. O, çıxarışı soruşanda Elbrus demişdi r ki, çıxarış yoxdur, onların aralarında vərəsəlik məsələləri ilə bağlı mübahisə gedir. Həbibə onun yanına 2015-ci ildə gəlmiş, torpağın qiymətini 10.000 manata razılaşmışlar, Həbibəyə 10.000 manat vermişdir. Həmin vaxt Həbibə ilə torpağın alğı-satqısı ilə bağlı aralarında yazılı müqavilə olmamışdır. Sonra bu mübahisəli torpağın məsələsi açılmış, o, Elbrusa demişdir ki, “mən sənə 3 min manat verəcəm, bu söhbəti bağlayaq”. O, 2015-də bu torpağı alanda mübahisəli olduğunu bilmirdi. O, mübahisəli olduğunu bildikdən sonra, Elbrusa demişdir ki, “öz aramızda həll edək, mən sənə 3 min manatı verəcəm”. Elbrusa pulu torpağı öz adına rəsmiləşdirməmişdən qabaq təklif etmişdir. Elbrus ona sənəd gətirəcəyi təqdirdə ona 3 min manat verəcəkdi. Həmin torpaq sahəsini öz adına rəsmiləşdirməmişdən qabaq müba hisəli olduğunu bilirdi. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Cavabdeh1 izahatında bildirmişdir ki, babası iddiaçıya vəsiyyətnamə yazmayıb, çünki o, babasının yanında olmayıb. Babası öləndən 5 il sonra gəlib evdə yaşayıblar. Torpağı satmağı barədə heç kimə deməmişdir, tanışlıqla Qurbanı tapmışdır. İddiaçıya pul verməmiş, onun bu torpaqda payı olması barədə heç nə deməmişdir. 2022-ci ildə məhkəmənin qətnaməsi və şəhadətnamənin etibarsız sayılması barədə xəbəri olmayıb. Cavabdeh2, torpağın atasına, anasına və ona məxsus olduğunu demişdir. Başqasının payı olduğu barədə də deməmişdir. Elbrus onun bu torpaqda payı olduğunu deməmişdir. Torpaq satılandan sonra Elbrus məhkəməyə müraciət etmişdir. Atası ilə anası rəhmətə getdikdən 1 il sonra Elbrusla ar alarında ixtilaflar başlamışdı. Torpağın mübahisəli olduğunu kənddə hamı bilirdi. Vəsiyyətnamənin mövcudluğu barədə 5 il sonra bilmişdir.
14. Qusar Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 iyul 2023-cü il tarixli, 2(029)-357/2023 nömrəli qətnaməsi ilə (hakim Ə.Cəlilov) iddia təmin olunmuşdur.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh1 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş xx.xx.2020-ci il tarixli reyestrdə 2V-281 nömrə ilə qeyd edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Qusar Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli 2(029)-716/2022 saylı qətnaməsi ilə etibarsız hesab edildiyinə görə, Cavabdeh1 adına verilmiş çıxarış da qanuna zidd olmuş dur və etibarsız hesab edilməlidir.
16. Məhkəmənin qənaətinə görə alğı-satqı müqaviləsi də mülki qanunvericiliyin tələblərinə zidd olmuş, Cavabdeh1 qanunsuz əldə etdiyi çıxarış əsasında torpaq sahəsini satmışdır.
17. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə iclasında Cavabdeh2 bildirmişdir ki, iddiaçıya “sədəqə” olaraq mübahisəli torpağa görə 3000 manat pul verəcəkdi və həmin 3.000 manat pulu Cavabdeh1 verilmiş olan 10.000 manat puldan Həbibədən istəməyəcəkdi. Həmin torpaq sahəsinin mübahisəli olduğunu kənddə hamı bilmişdir. Həmçinin iddiaçı və cavabdehlər bir kənddə yaşayırlar, bir birilərini tanıyırlar. Bundan başqa, hər bir kəs torpaq sahəsi alarkən həmin əraziyə baxır, bəyəndikdən sonra alğı-satqı barədə notariusa müraciət edir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi başqa qaydada alına bilməzdi. Mülki qanunvericiliyin tələbinə görə mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur. Yəni baxılan işdə Cavabdeh2 vicdanlı sahib kimi qəbul oluna bilməz. Odur ki, Mülki Məcəllənin tələbləri pozulmaqla bağlandığına görə həmin alğısatqı müqaviləsi, həmçinin, həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş çıxarış da etibarsız hesab edilməlidir.
18. Məhkəmə Cavabdeh2 torpaq sahəsini vicdanlı əldə etdiyi barədə dəlillərinə münasibətdə hesab etmişdir ki, alğı-satqı müqaviləsi bağlanan anda vicdanlılıq faktı mövcud olmamışdır. Cavabdeh2 özünün izahatında etiraf etmişdir ki, İddia çılə Cavabdeh1 arasında torpaq sahəsinə dair mübahisə olduğunu bilmiş, bununla bağlı İddiaçı 3000 manat məbləğində pul təklif etmişdir. Odur ki, məhkəmə Cavabdeh2 torpaq sahəsini vicdanlı əldə etməsinə dair dəlillər əsassızdır.
19. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1, 139.3, 144.1, 146.2, 146.3, 152.1, 152.4, 152.5, 182.1, 324.1, 324.2, 324.4, 329.1, 334.1, 334.2, 337.1, 337.2, 337.4, 337.5, 339.1, 339.4, 394, 567, 646.1, 646.2, 648.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə onun vicdanlı alıcı olub-olmamağı faktının müəyyən edilməsi zamanı maddi hüquq normalarının tələblərini pozmuş və işin faktiki hallarını tam və hərtərəfli araşdırmamışdır. Daşınmaz əmlakı əqd əsasında əldə etmiş şəxsin həmin əmlaka münasibətdə vicdanlı əldə edən olubolmamasını müəyyən etmək üçün ilk növbədə Mülki Məcəllənin 140-cı maddəsinə istinad etmək lazımdır. Daşınmaz əmlaka dair alqı-satqı müqaviləsi bağlanarkən də əmlakı özgəninkiləşdirənin mülkiyyət hüququ məhz daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla müəyyən olunur. Alıcı şəxsin çıxarışın hansı sənəd əsasında verilməsini yoxlamaq səlahiyyəti və öhdəliyi nəzərdə tutulmamışdır. Məhkəmə iddiaçının iddia t ələbini irəli sürmək üçün subyektiv hüququnun mövcud olub-olmamasını ətraflı araşdırmamış, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilməməsinə baxmayaraq işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir.
22. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1927/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - S.Qafari (sədrlik edən və məruzəçi), A.Mahmudov və L.Məmmədova) apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-1348 reyestr nömrəli alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2 020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi hissəsində iddia tələbi rədd edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməli olduğu halda, tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir.
24. Məhkəmə kollegiyası iddia tələbinin Cavabdeh1 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, həmin çıxarışın verilməsinə əsas olan reyestrdə 2V-281 nömrə ilə qeyd edilmiş 16 may 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə etibarsız hesab edildiyindən, birinci instansiya məhkəməsinin Cavabdeh1 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır.
25. Mübahisəli torpaq sahəsi üzərində Cavabdeh1 hüququnun qanunsuz qeydə alınması yalnız vərəsəlik şəhadətnaməsinin etibarsızlığı ilə bağlı əvvəlki iş üzrə qəbul olunmuş qətnamə ilə müəyyən olunmuşdur. Lakin tərəflər arasında alğı-satqı müqaviləsi 20 iyul 2020-ci il tarixdə, yəni çıxarışın verilməsinə əsas olan vərəsəlik şəhadətnaməsinin etibarsız olması müəyyən olunanadək bağlanmışdır. Həmin zaman isə onun xe yrinə reyestrdə olan qeydə hər hansı etiraz verilməmiş, Cavabdeh1 bu hüququ mübahisələndirilməmişdir.
26. Mövcud alğı-satqı müqaviləsinin etibarsızlığı hissəsində iddia tələbini təmin edən birinci instansiya məhkəməsi isə mübahisələndirilən alğı-satqı müqaviləsi bağlanarkən toplanmış notariat işini tələb edərək öyrənməmiş, mübahisəli torpaq sahəsi üzərində Cavabdeh1 adına çıxarışın verilməsinə əsas olan vərəsəlik şəhadətnaməsinin etibarsızlığı və İddiaçı vərəsəlik hüququ tanındığı halda, iddiaya Mülki Məcəllənin 140-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir.
27. İddiaçı torpağın satıldığını hələ 2020-ci ildə bilmiş, sonradan Cavabdeh2lə danışmış, sonuncu ona pul verəcəyi təqdirdə şikayətin olmayacağını bildirmişdir. Cavabdeh1 isə torpaq sahəsində başqasının payının olmas ını və onun İddiaçılə aralarında mübahisə olduğunu Cavabdeh2 bildirməmiş və sonuncunun bundan xəbəri olmamışdır. Cavabdeh2 də öz növbəsində iddiaçı ilə Cavabdeh1 arasında mübahisə olduğunu bilmədiyini, söz-söhbətin olmaması üçün İddiaçı 3000 manat pul verməsini bildirmişdir. Göründüyü kimi əqdin bağlanması zamanı alıcı Cavabdeh2 mübahisəli torpaq sahəsinin mübahisəli olduğunu (həmin torpaq sahəsində iddiaçının payı olduğunu) və həmin əmlaka dair üçüncü şəxsin mümkün iddiasından əvvəlcədən xəbərdar olmadığından, mövcud əqd üzrə Cavabdeh2 vicdanlı əldə edən hesab edilməlidir.
28. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı Cavabdeh1 adına olan çıxarışın verilməsinə əsas olan vərəsəlik şəhadətnaməsini ayrıca icraatda 2022-ci il tarixdə mübahisələndirərkən, mövcud alğı-satqı müqaviləsinin bağ lanmasından xəbərdar olduğu halda, bu iddianı həmin icraat zamanı deyil, xx.xx.2023-cü il tarixdə ayrıca qaldırmışdır.
29. Bununla da iddiaçı tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülmüşdür. İddiaçıya Cavabdeh1 tərəfindən həmin torpaq sahəsinin digər Cavabdeh2 satılması 2020-ci ildə məlum olduğundan, Mülki Məcəllənin 354.2. maddəsinin tələbinə əsasən iddiaçı həmin maddədə nəzərdə tutulmuş bir illik kəsici müddəti ötürmüşdür.
30. İddia tələbinin mülkiyyətə verilməsi barədə xx.xx.2020-ci il tarixli reyestrdən çıxarışın ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, mövcud çıxarış alğı-satqı müqaviləsi əsasında əldə edildiyindən və həmin müqavilə də məhkəmə kollegiyası tərəfindən etibarsız hesab edilmədiyindən, iddia tələbi bu hissədə də təm in edilməməlidir. Bu baxımdan cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya qətnaməsi qismən - Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020ci il tarixli 4Ə-1348 reyestr nömrəli alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbinin rədd, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair yeni qətnamə qəbul edilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş e tmişdir.
32. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, apelyasiya instansiya məhkəməsi əsassız olaraq Cavabdeh2 vicdanlı alıcı olması qənaətinə gələrək onun hüquqlarını müdafiə etmiş, İddiaçı isə qanuni mənafeyini pozmuşdur. Bununla da, Sumqayıt Apellyasiya Məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə qanunsuz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adın a qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
35. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
36. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sür ülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
37. Maddə
324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (1, 2 və 4-cü bəndlər).
38. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
39. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsay ılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
40. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
41. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
42. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübah isə edilə bilər. 43. 354.2. Maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə” 2004-cü il 27 oktyabr tarixli Qərarı
44. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. “N.Məmmədovanın şikayəti üzrə” Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006- cı il tarixli Qərarı
45. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, c avabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “H.Cəfərovun şikayəti üzrə” 2014-cü il 15 sentyabr tarixli Qərarı
46. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakın geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu n "Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı 47. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Belə ki, iddia tələbi Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixl i 4Ə-1348 reyestr nömrəli alğı-satqı müqaviləsinin və həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədədir.
57. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən verilmiş iddia üzrə iddia müddətinin keçdiyini bildirmişdir.
58. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Cavabdeh1 adına verilmiş çıxarışı ayrıca icraatda 2022-ci il tarixdə mübahisələndirərkən mövcud alğı-satqı müqaviləsinin bağlanmasından xəbərdar olduğu halda, bu iddianı həmin icraat zamanı deyil, xx.xx.2023-cü il tarixdə qaldırmışdır. İddiaçıya Cavabdeh1 tərəfindən həmin torpaq sahəsinin digər Cavabdeh2 satılması 2020-ci ildə məlum olmuşdur.
59. Mül ki Məcəllənin 354.2-ci maddəsi ilə nəzərdə tutulmuş müddətin axımı məhz həmin tarixdən hesablanmalıdır. Bu müddət isə kəsici müddətlərə aiddir və həmin müddətin ötürülməsi ilə onun əqdləri mübahisələndirmək hüququna xitam verilir.
60. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb ol ur. Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 12 mart 2020-ci il tarixli, A.Nadirovanın və qeyrilərinin şikayəti üzrə 16 mart 2022-ci il tarixli qərarlar).
61. İş üzrə cavabdehin vicdanlı alıcı olmaması barədə dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq Azərbaycan Respublikası Mülki Məcəllənin 140-cı maddəsini rəhbər tutaraq daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına uyğun mübahisələndirilən daşınmaz əmlakın alıcısı olan Cavabdeh2 vicdanlı əldə edən olmasını nəzərə almaqla, daşınmaz əmlakın alğı-satqı müqaviləsinin, habelə həmin cavabdehin adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab olunmasını əsassız hesab etmişdir.
62. Belə ki, Mülki Məcəllənin 140-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində olan qeydin prezumpsiyasına əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.
63. Kassasiya şikayətinin dəlillərinə gəldikcə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 daşınmaz əmlakın dövlət reyestrində olan qeydin qeyri-dəqiqliyi barədə məlumatlı olmasına dair hər hansı sübut iş materiallarında mövcud deyildir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması qeyd olunsa da, bu dəlillər təsdiqini tapmır və kassatorun şəxsi mülahizələri kimi qalır.
64. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
65. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qə tnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
66. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq no rmaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
67. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1927/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.