Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1860/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı ilk, Cavabdeh3 İddiaçı qarşı qarşılıqlı iddialarına dair mülki iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiymətinin beş min manatdan az olduqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzildən çıxarılma” tələbinə dair ilk, Cavabdeh3 İddiaçı qarşı “ərizə nin etibarsız hesab olunması, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 5 fevral tarixli 2(105)-120/2025 nömrəli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, eləcə də cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətlərini nəzərdən keçirərək, Müəyyən etdi: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəs ində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından görünür ki, İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi və artırılmasına dair” ərizə ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin Şamaxı şəhəri, Əzizbəyov küçəsi, 1-ci döngədəki 5 nömrəli evdən əşyaları ilə birlikdə məcburi qaydada çıxarılmaları və 1.030 manat məbləğində dəymiş maddi zərərin, eləcə də dövlət rüsumu kimi ödənilmiş 132 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2024-cü il 2 avqust tarixli 2(074)-984/2024 nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, cavabdehlərin Şamaxı şəhəri, Əzizbəyov küçəsi, 1-ci döngədəki 5 nömrəli fərdi yaşayış evindən əşyaları ilə birgə çıxarılmaları, ilkin iddianın qalan hissədə təmin edilməməsi, və s. qət edilmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 5 fevral tarixli 2(105)-120/2025 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırkı kassasiya şikayəti ilə qətnamənin mübahisələndir ilən, yəni iddianın rədd edildiyi hissəsində iddianın qiyməti 1.030 manat olmaqla MPM-in 402.1-ci maddəsində nəzərdə tutulmuş məbləğdən azdır. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti Məcəllənin 402-ci və 407.1ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, kassasiya şikay əti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı şikayətini geri qaytardıqdan sonra, mülki işi cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 tərəfindən birgə verilmiş kassasiya şikayətinə baxılması üçün Ali Məhkəməyə göndərməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.1 və 408.3cü maddələrini rəhbər tutaraq, Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 5 fevral tarixli 2(105)-120/2025 nömrəli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mül ki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1860/2025
Ali Məhkəmə Qərardad — İş №2(102)-1860/2025
15.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Müqavilə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver