Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2163/2025 02.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı ilk iddiası; Cavabdeh3 İddiaçı qarşı (X7 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2163/2025 (Açar sözlər: mənzildən çıxarılma və mənzilə köçürülmə; ərizənin etibarsız hesab olunması, alğı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzildən çıxarılma və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair ilk, Cavabdeh3 İddiaçı qarşı (X7 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ərizənin etibarsız hesab olunması, alğı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-120/2025 nömrəli, 5 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3, həmçinin ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh5 (Vəkil5) tərəfindən verilmiş kassasiya şikayətinə 2 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında b axaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.2015-ci il tarixli AN-İ ******* saylı, alğı-satqı müqaviləsinə əsasən, X3 şəhəri, Əzizbəyov küçəsi, döngə 1, ev 5 ünvanında 0,0472 hektar torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 74,4 kv.m., yaşayış sahəsi 43,6 kv.m., yardımçı sahəsi 30,8 kv.m. olan fərdi yaşayış evini X1.
2. X7 ilə X11 3 mart 2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar.
3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Şamaxı şəhəri, Əzizbəyov küçəsi, döngə 1 ev 5 İltizam Maniyevin xüsusi mülkiyyəti kimi ********** nömrə ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
4. X12 tərəfindən x x.xx.2023-cü il tarixdə Şamaxı regional “ASAN xidmət” mərkəzi notariat ofisində yazılmış ərizəyə əsasən, xx.xx.2023-cü il tarixində verilmiş ********** qeydiyyat, **********04-10301 reyestr nömrəli çıxarışa əsasən əri İltizam Maniyevə məxsus olan, ünvan 1 ünvanında yerləşən 0,0472 hektar torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 74,4 kv.m. olan fərdi yaşayış evinin satılmasına, bağışlanmasına, ipoteka (girov) qoyulmasına etiraz etmir. 5. xx.xx.2024-cü il tarixli AN-İ ******* saylı, alğı-satqı müqaviləsinə əsasən, X23 şəhəri, Əzizbəyov küçəsi, döngə 1, ev 5 ünvanında yerləşən ümumi sahəsi 74,4 kv.m., yaşayış sahəsi 43,6 kv.m., yardımçı sahəsi 30,8 kv.m. olan fərdi yaşayış evini İddiaçı satmışdır.
6. Şamaxı rayon Polis Şöbəsinin təhqiqatçısı Ağa Məmmədovun “cinayət işinin başlan masının rədd edilməsi haqqında” qəbul etdiyi 7 may 2024-cü il tarixli qərarına əsasən, qaynının onu döyməsi və hədələməsi barədə Cavabdeh3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
7. Şamaxı rayon Polis Şöbəsinin təhqiqatçısı Mehdi Mikayılovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qəbul etdiyi 10 iyul 2024-cü il tarixli qərardan görünür ki, İltizam Maniyevin qeyri rəsmi üç qadınla yaşamasına görə onu boşaması və birgə nikah dövründə aldıqları evi hədə-qorxu ilə satışına razılıq ərizəsini imzalatdırması, onu və 8 yaşlı qızını küçəyə atması, İltizam Maniyevin narkotik vasitə aludəçisi olması və üzərində silah gəzdirməsi barədə Cavabdeh3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd e dilməsi qərara alınmışdır.
8. İltizam Maniyev ilə Cavabdeh3 arasındakı nikah Şamaxı Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur.
9. Şamaxı rayon İcra Hakimiyyəti başçısının Dəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1, Cavabdeh2, X10 və Cavabdeh5 Şamaxı rayonu Zarat Xeybəri kəndində qeydiyyatdadırlar və hazırda həmin kənddə yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 (bundan sonra ilk iddia üzrə cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, ilk iddia üzrə cavabdehlərin Şamaxı şəhəri, Əz izbəyov küçəsi, döngə 1, 5 nömrəli evdən əşyaları ilə birgə məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüquqi əsasında İddiaçı məxsusdur. Belə ki, Bakı şəhəri 19 saylı notariat ofisində X5 məxsus sözügedən əmlak xx.xx.2024-cü il tarixdə AN İ № ******* nömrəli Daşınmaz Əmlakın alğısatqı müqaviləsi əsasında onun tərəfindən alınmış və Azərbaycan Respublikası ƏMDK DƏDR-nin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən sözügedən mənzil İltizam Maniyevin xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Baxmayaraq ki, Şamaxı şəhəri, Əzizbəyov küçəsi, döngə 1, 5 nömrəli ev üzərində mülk iyyəti dövlət tərəfindən tanınmışdır, İddiaçı özünə məxsus mülkiyyət hüquqlarından maneəsiz istifadə edə bilmir. Belə ki, İltizam Maniyevin uzaq qohumları olan cavabdehlər həmin evə qanunsuz yerləşdiklərindən İddiaçı məxsus mülkiyyətindən maneəsiz istifadəni məhdudlaşdırırlar. Artıq vəziyyət o həddə çatmışdır ki, cavabdehlərin evdən çıxarılmalarına zərurət yaranmışdır. Evin boşaldılması ilə bağlı cavabdehlərə dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdehlər bu günə kimi evi boşaltmamışlar.
12. Daha sonra ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 “iddia tələbinin dəqiqləşdirilməsi və artırılmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Şamaxı şəhəri, Əzizbəyov küçəsi, döngə 1, 5 nömrəli evdən əşyaları ilə birgə məcburi qaydada çıxarılmaları və 1.030 manat məb ləğində dəymiş maddi zərərin, eləcə də dövlət rüsumu qismində ödənilmiş 132 manat pulun cavabdehlərdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Cavabdeh3 (bundan sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)) və onun nümayəndəsi və vəkili Əliyev X4 Günel Əflatun qızına (bundan sonra iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı regional “ASAN xidmət” mərkəzində notariat ofisində verdiyi xx.xx.2023-cü il qeydiyyat tarixli ərizənin etibarsız hesab edilməsi, həmin ərizə əsasında Bakı şəhəri 19 saylı notariat ofisində İltizam Maniyev ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsi və Azərbaycan Respublikası ƏMDK DƏDR-nin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
14. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, X7 ilə birgə nikahda olduqları müddətdə xx.xx.2023-cü ildə ünvan 1 ünvanında 0,0472 ha torpaq sahəsində yerləşən 74,40 kv.m. sahəsi olan 4 otaqlı fərdi yaşayış evini əldə etmişlər. Bir ildən çoxdur ki, qızı X6 və İltizam Maniyev ilə birlikdə həmin ünvanda yaşayırlar. X16 da onlarla birlikdə həmin ünvanda yaşamışdır. Onlar 2022-ci ilin axırlarında bir neçə ay həyat yoldaşı İltizam Maniyev ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsi, Şərur MTK-nın binasında kirayədə yaşamışlar. Həmin vaxtı ona aydın olmuşdur ki, həyat yoldaşı İltizam Maniyevin Bakı şəhərində ondan əvvəl qeyri-rəsmi nikahda olduğu İddiaçı adlı ailəsi var və ondan 13 yaşında Səidxan adlı bir oğlan uşağı da olmuşdur. Həmin səbəbdən İltizam Maniyev ilə ailə münasibətləri pisləşməyə başlamışdır. Ona görə də o, qızı Nəzakət Maniyeva ilə birlikdə Şamaxı rayonu, Dəmirçi ərazi dairəsi, Zarat Xeybəri kəndində yerləşən ata evinə qayıtmışdır. Təxminən beş aydan sonra qaynı X13 və X16 gəlib onu hazırda yaşadığı evə aparmışlar. Həmin vaxtdan da birgə nikah müddətində əldə etdikləri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qızı Nəzakət Maniyeva ilə birlikdə yaşayır. İltizam Maniyev həm Bakı şəhərində iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı yaşadığı evdə, həm də ünvan 1 ünvanında onlarla birlikdə yaşayırdı. 2023-cü i lin iyul ayının 10-da həyat yoldaşı İltizam Maniyev onu məcbur etməyə başlamışdır ki, nikah müddətində əldə etdikləri və hazırda yaşadıqları evlə bağlı notariusda ərizəyə imza etməlidir. Lakin onunla razılaşmadığı üçün onu döymüş və ona 3 gün müddətində işgəncələr verməyə başlamışdır. Əvvəlcə onun mobil telefonunu əlindən almışdır ki, heç kimə zəng edə bilməsin və onu evdə ac-susuz saxlamışdır. İltizam Maniyev ona işgəncələr verdiyi, onu və qızı Nəzakəti üzərində gəzdirdiyi silahla güllələyib öldürməklə hədələdiyi üçün ondan qorxaraq notariusa getməyə məcbur olmuşdur. Həyat yoldaşı İltizam Maniyev evdə olanda həmişə narkotik vasitələr qəbul etdikdən sonra, onu səbəbsiz yerə qızı Nəzakət Maniyevanın gözləri qarşısında döyür və işgəncələr verirdi. Bu barədə kiməsə məlumat verəcəyi təqdirdə, onu və qızını tapança ilə öldürəcəyini bildirirdi. O, İltizam Maniyevdə tapança, odlu silahı olduğunu və üzərində gəzdirdiyini dəfələrlə görmüşdür. Ona görə də məcbur olub, xx.xx.2023-cü ildə İltizam Maniyevin birbaşa qanunsuz təsiri altında Şamaxı regional “ASAN xidmət” mərkəzinə getmiş və “ASAN xidmət”də əvvəlcədən yazılıb hazırlanmış ərizəyə məcburiyyət qarşısında imza etmişdir. İltizam Maniyev ona bildirmişdir ki, guya bu ərizə qızı Nəzakətin şəxsiyyət vəsiqəsinin alınması üçün lazımdır. Nikah haqqında şəhadətnaməni də götürüb özündə saxlamışdır. Ərizədən sonra İltizam Maniyev ona hədə-qorxu gəlmişdir ki, yaşadıqları evdən çıxsın. Lakin o, razılaşmamışdır. Ona görə də İltizam Maniyev hər gün onu və qızı Nəzakəti qorxu, stress və həyəcan altında saxlamışdır. xx.xx.2024-cü ildə axşam s aat 23 radələrində İltizam Maniyevin göstərişi ilə böyük qaynı X14 və digər qaynının oğlu X8 yaşadıqları evə gəlmiş və onun həmin evdən çıxmağını tələb etmişlər. Həmin vaxtı “ASAN xidmət” mərkəzində imzaladığı ərizəni də onların əlində görmüşdür. Lakin o, evdən çıxmağa razılaşmamış və bu barədə polisə məlumat vermişdir. Həmin vaxtı X16 da onlarda olmuşdur. Sonra ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə həyat yoldaşı X23 regional “ASAN xidmət” mərkəzində ondan ərizə almaqla xx.xx.2024-cü ildə Bakı şəhəri 19 saylı notariat ofisində qeyri-rəsmi ailəsi olan iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı birgə nikah müddətində əldə etdikləri və hazırda yaşadığı ünvan 1 ünvanında 0,0472 ha torpaq sahəsində yerləşən 74,40 kv.m. sahəsi olan 4 otaqlı fərdi yaşayış evini 80.000 manata alğı- satqı etmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı həmin evdə bir an belə olmadan və həmin evi ümumiyyətlə görmədən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” öz adına xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış almışdır.
15. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirmişdir ki, İddiaçı ilə İltizam Maniyev arasında alğı-satqı müqaviləsi bağlanmış və İddiaçı ünvan 1 nömrəli mənzili almışdır. Ev ilkin iddia üzrə cavabdehlər tərəfindən qanunsuz şəkildə zəbt edilmişdir. Bununla da ilkin iddia üzrə İddiaçı hüquqları pozulmuşdur. Həmçinin ilkin iddia üzr ə iddiaçı həmin evi kirayə versəydi qazanc götürə bilərdi. Lakin cavabdehlər evdən çıxmadıqları üçün iddiaçı bundan məhrum olmuşdur. Qarşılıqlı iddia ərizəsində göstərilən hallarla bağlı Cavabdeh3 polis orqanlarına da müraciət etmiş və ərizəyə silahla qorxudularaq qol çəkməsi, aldadılması, ona hədəqorxu gəlinməsi kimi hallar öz təsdiqini tapmamış və cinayət işinin başlanması rədd edilmişdir. Qeyd edilənlərə əsasən ilkin iddia tələbinin təmin olunmasını və qarşılıqlı iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
16. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 izahat verərək bildirmişdir ki, 2023-cü ilin iyul ayının 10-da İltizam Maniyev ona məcbur etmişdir ki, birgə nikah zamanı əldə etdikləri evin satılmasına dair ərizəyə imza atsın. O, buna razı ol madığından İltizam onu döymüş və 3 gün işgəncələr vermişdir. Daha sonra onu və qızını öldürəcəyi ilə hədələdiyi üçün qorxduğundan notariusa getməyə məcbur olmuşdur. O, həmin ərizənin nə olduğunu bilməmiş, oxumağı bacarsa da həmin ərizəni oxumadan imzalamışdır. Sonradan ona məlum olub ki, evi İddiaçı adına keçirib. İddiaçı heç vaxt ünvan 1 nömrəli mənzilə gəlməmiş, həmin mənzilə baxmamışdır. Qardaşları isə həmin evdə qalmırlar. Evdə qızı və özü yaşayır. İltizam Maniyev ilə aralarında olan münaqişəyə qədər qaynanası da onlarla qalmışdır. Yaşamağa başqa yeri yoxdur. Buna görə də ilkin iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Kəmalə Manıyeva verilmiş suallara cavab olaraq bildirmişdir ki, İltizam Maniyevlə 2 015-ci ilin oktyabr ayından el adəti ilə ailə qursalar da nikahlarını 3 mart 2017-ci il tarixdə rəsmiləşdirmişlər. O, gəlin köçərkən hazırkı mübahisəli ev mövcud olmuş, lakin həmin evin hansısa qaynına məxsus olmasını zənn etmişdir. Birgə nikahları dövründə isə yəni xx.xx.2023-cü il tarixdə İltizam evi öz adına rəsmiləşdirmişdir. Notariusa aparılarkən və orada İltizam tərəfindən işgəncələrə məruz qalması barədə şikayət edə bilməmişdir. Belə ki, İltizam onun evdən çıxmasına qadağa qoymuş və telefonunu əlindən almışdır. Həmin ərəfələrdə İltizam onlarla birlikdə yaşamasa İltizamın anası onlarla yaşayaraq ona nəzarət etmişdir. Evin satılmasına razılıq ərizəsinə “ASAN xidmət” mərkəzində notariat ofisində qol çəkmişdir. İltizam Maniyev ilə aralarındakı nikah Şamaxı rayon Məhkəməsinin 12 iyul 2 024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur.
17. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə Cavabdeh5 izahat verərək bildirmişdir ki, onun ailə üzvləri mübahisəli mənzildə yaşamayıblar. Ancaq qızlarına müəyyən vaxtlarda lazımlı qida məhsulları gətiriblər və qızı ilə nəvəsi qorxmasın deyə hərdən orda qalıblar. İltizam Maniyevin anası bütün bu hadisələrə şahiddir. O, qızının uşağına düşən payın verilməsini istəyir. Buna görə də ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin olunmamasını xahiş edir.
18. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə Cavabdeh1 izahat verərək, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
19. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 izahat verər ək bildirmişdir ki, İddiaçı mübahisəli mənzildə heç vaxt olmayıb, gəlib evi görmədən oranı bəyənib alması inandırıcı deyil. Bundan başqa mübahisəli ev birgə nikah dövründə əldə edilmiş, lakin X25 Manıyevanı aldadaraq və ona hədə-qorxu gələrək Kəmalənin evin satılmasına razılıq verməsinə nail olmuşdur. Qeyd edilənlər tərəflərindən təqdim edilmiş sübutlarla da təsdiq olunur. Buna görə də Şamaxı regional “ASAN xidmət” mərkəzi notariat ofisində Cavabdeh3 verdiyi xx.xx.2023-cü il qeydiyyat tarixli ərizənin etibarsız hesab edilməsi, həmin ərizə əsasında Bakı şəhəri 19 saylı notariat ofisində İltizam Maniyev ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsi və Azərbaycan Respublikası ƏMDK DƏDR-nin “Hüquqların Dövlət qeydiyyatı haq qında daşınmaz əmlakın Dövlət reyestrindən” xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir.
20. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İltizam Maniyevin nümayəndəsi və vəkili Vəkil3 izahat verərək bildirmişdir ki, hər iki iddianı nəzərdən keçirib, ilkin iddianı əsaslı, qarşılıqlı iddianı isə əsassız hesab edirlər. Cavabdeh3 qarşılıqlı iddia ərizəsində xx.xx.2023-cü il tarixdə yəni birgə nikahları dövründə sözügedən mənzilin alğı-satqısının getdiyini iddia etsə də iş materiallarına bununla bağlı hər hansısa bir sübut əlavə edilməmişdir. Əksinə iş materiallarından görünür ki, sözügedən mənzil xx.xx.2015-ci il tarixdə AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın alğı-satqı müqav iləsi əsasında İltizam Maniyev tərəfindən satıcı X9 əldə olunmuşdur. İltizam Maniyev ilə qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh3 arasında nikah münasibətləri 2017-ci ilin mart ayında rəsmiləşdirilib. Yəni sözügedən mənzil onların birgə nikah dövründə əldə etdikləri əmlak deyil. Hesab edir ki, belə olan halda Cavabdeh3 subyektiv hüququ yoxdur ki, alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı tələb irəli sürsün.
21. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 tərəfindən təqdim edilmiş diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, fərdi yaşayış evində bir neçə şəxs mübahisə edir, lakin onların üzləri görünmür. Digər görüntülərdən isə görünür ki, bir şəxs havaya atəş açır, proses iştirakçılarının hər biri həmin şəxsin İltizam Maniye v olmadığı bildirdilər.
22. Şamaxı Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkməməsi) 2(074)-984/2024 nömrəli, 2 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim Natiq İsmayılov) ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Şamaxı şəhəri, Əzizbəyov küçəsi, döngə 1, 5 nömrəli fərdi yaşayış evindən əşyaları ilə birgə çıxarılmaları, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, ilkin iddia üzrə İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
23. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ilkin iddia ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə həmin yaşayış sahəsinə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin, ilkin iddia üzrə cavabdehlərin həmin fərdi yaşayış evinə dair hər hansı hüquqlarının olmamasına baxmayaraq, ilkin iddia üzrə cavabdehlər ona həmin mənzildən istifadə etməyə imkan vermədiklərindən və həmin evdən könüllü olaraq çıxmamaları nəticəsində İddiaçı evdən istifadə hüququnu tam şəkildə həyata keçirə bilmir. Odur ki, ilkin iddia üzrə iddiaçı mülkiyyətində olan yaşayış sahəsindən ilkin iddia üzrə cavabdehlərin əşyaları ilə birlikdə çıxarılmasını tələb etməkdə haqlıdır. Buna görə də ilkin iddia qismən təmin edilməli və ilkin iddia üzrə cavabdehlər həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmalıdırla r.
24. Məhkəmə həmçinin hesab etmişdir ki, ilkin iddianın maddi ziyan tələbinə dair hissəsi təmin edilməmlidir. Belə ki, ilkin iddia üzrə iddiaçı həmin mənzili kirayə verməsi ilə əlaqədar hər hansı şəxslə razılaşmaları barədə, lakin ilkin iddia üzrə cavabdehlərin həmin mənzildə yaşadıqlarından həmin mənzili kirayə verə bilməməsinə dair sübutlarını (müqaviləni) məhkəməyə təqdim etməmişdir.
25. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı məhkəmə iclasında bildirmişdir ki, mübahisəli evi həyat yoldaşı İltizam Maniyev məhz xx.xx.2023-cü il tarixdə adına rəsmiləşdirdiyindən həmin ev birgə nikah dövründə əldə edilmişdir. Halbuki, iş materiallarından görünür ki, X23 şəhəri, Əzizbəyov küçəsi, döngə 1, ev 5 ünvanı nda yerləşən fərdi yaşayış evini 15 aprel 2015-ci il tarixdə alğı-satqı yolu ilə əldə etmişdir. Həmin evi isə xx.xx.2023-cü il tarixdə adına rəsmiləşdirmişdir.
26. Bundan başqa mübahisəli fərdi yaşayış evinin satılması zamanı Cavabdeh3 aldadılaraq və ya hədə qorxu gəlinərək həmin evin satılmasına razılıq verməsinə dair xüsusatlar öz təsdiqini tapmasa da məhkəmə qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini X25 Maniyeva ilə birgə nikahda olduqları dövrdə adına daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırsa da həmin əmlak ər-arvadın ümumi əmlakına daxil olmadığından İltizam Maniyev həmin əmlak barəsində sərbəst surətdə sərəncam vermək hüququna malik olmuşdur.
27. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 157.2, 157.4, 225.2-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələri, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 saylı qərarının 5.1, 5.2-ci bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
28. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1, habelə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3, həmçinin ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
29. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən İddiaçı iddiasının təmin olunmayan hissəsi ilə bağlı mövqeyi düzgün müəyyən olunmadığından maddi hüquq normaları pozulmuş və prosessual qaydalara riayət edilmədiyi üçün Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi ilə təsbit edilən hüququ pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbi üzrə cavabdehlər - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Şamaxı şəhəri, Əzizbəyov küçəsi, döngə 1, 5 nömrəli fərdi yaşayış evindən əşyaları ilə birgə çıxarılmasını təmin etsə də, iddiaçıya dəymiş ziyanı təmin etməmişdir. Sözügedən mənzili xx.xx.2024-cü il tarixdən əldə etməsinə baxmayaraq, həmin mənzilə faktiki sahiblik edə bilməmişdir və bu səbəbə görə də evi hər hansı şəxsə göstərmək imkanı olmadığından kirayə müqaviləsi bağlanmamışdır. Halbuki sözügedən evin yerləşdiyi ərazidə evlərin kirayə qiyməti 500 manat təşkil edir (foto şəkillər Elektron məhkəmə informasiya sisteminə yerləşdirilmişdir). Bundan əlavə, xx.xx.2024-cü il tarixdən bəri iddiaçı tərəfindən ödənilmiş kommunal xərcləri də məhkəmə tərəfindən nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zər ərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İddiaçının iddia tələbi ilə bağlı mövqeyi düzgün müəyyən olunmadığından, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi qanunsuz və əsassızdır. Məhkəmə maddi zərərlə bağlı düzgün qənaətə gəlmədiyi üçün Mülki Prosessual Məcəllənin 2.1-ci maddəsinin tələblərini pozmuşdur.
31. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3, həmçinin ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh5 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 qarşılıqlı iddia ərizəsinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuş dur.
32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam qanunsuz və əsassızdır. Həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 İltizam Maniyevin xüsusi mülkiyyəti kimi ********** nömrə ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh3 həm qarşılıqlı iddia ərizəsində və məhkəmədə verdiyi izahatında göstərmişdir ki, 2023-cü ilin iyul ayının 10-da İltizam Maniyev ona məcbur edib ki, birgə nikah zamanı əldə etdikləri evin satılmasına dair ərizəyə imza atsın. O, buna razı olmadığından İltizam onu döymüş və 3 gün işgəncələr vermişdir. Daha sonra onu və qızını öldürəcəyi ilə hədələdiyi üçün qorxduğundan notariusa getməyə məcbur olmuşdur. O, həmin ərizənin nə olduğunu bilməmiş, oxumağı bacarsa da həmin ərizəni oxumadan imzalamışdır. Sonradan ona məlum olub ki, evi İddiaçı adına keçirib. İddiaçı heç vaxt ünvan 1 nömrəli evə gəlməmiş, həmin evə baxmamışdır. Birgə nikahları dövründə, yəni xx.xx.2023-cü il tarixdə İltizam evi öz adına rəsmləşdirmişdir. Notariusa aparılarkən və orada İltizam tərəfindən işgəncələrə məruz qalması barədə şikayət edə bilməmişdir. Belə ki, İltizam onun evdən çıxmasına qadağa qoymuş və telefonunu əlindən almışdır. Həmin ərəfələrdə İltizam onlarla birlikdə yaşamasa İltizamın anası onlarla yaşayaraq ona nəzarət etmişdi r. Şamaxı rayon İcra Hakimiyyəti başçısının Dəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məktubundan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 Şamaxı rayonu Zarat Xeybəri kəndində qeydiyyatdadırlar və hazırda həmin kənddə yaşayırlar. Məhkəmə mülki işin materiallarını, təqdim olunmuş sübutları, verilmiş vəsatətləri tam, hərtərəfli və obyektiv araşdırmamış, və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə eyni zamanda azyaşlı Nəzakət Maniyevanın hüquqlarını pozmuş və həmin evin satışından əldə olunmuş 80.000 manatdan onun payına düşən pul məbləğini və anasına düşən pul məbləğini nəzərə almamışdır. Eyni zamanda, Cavabdeh3 təzyiq altında, İltizam Maniyev tərəfindən döyülməklə, işgəncə verilməklə həmin ərizəyə imza etməsini, aldadılmaqla həmin razılıq ərizəsinin alınmasına da obyektiv qiymət verməmişdir. Birinci instansiya məhkəməsi qətnaməsi ilə Azərbaycan Respublikası MPM-nin 386, 387, 388, 389-cu maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, iş üzrə mövcud olan faktlar obyektiv nəzərə alınmamışdır. Nəticədə birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh3 və azyaşlı qızı Nəzakət Maniyevanın və digər cavabdehlərin hüquqlarının pozulması ilə nəticələnən məhkəmə qətnaməsi qəbul olunmuşdur. Məhkəmə Cavabdeh3 ağır ailə vəziyyətini, yaşadığı mənzil şəraitini və ailədə yaranmış hazırkı vəziyyəti nəzərə almamışdır. Ona görə də həmin qətnamə apellyasiya instansiyası məhkəməsində mütləq ləğv olunmalıdır.
33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonraapellyasiya instansiyası məhkəməsi) 2(105)-120/2025 n ömrəli, 5 fevral 2025-ci il tarixli (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Fuad Məmmədov) qətnaməsi ilə, apellyasiya şikayətləri təmin edilməmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iclasında iştirak edən ilkin iddia tələbi üzrə cavabdeh Rəisə Hacıyeva izahat verərək bildirmidir ki, onun ailə üzvləri mübahisəli mənzildə yaşamayıblar. Ancaq qızlarına müəyyən vaxtlarda lazımlı qida məhsulları gətiriblər və qızı ilə nəvəsi qorxmasın deyə hərdən orda qalıblar. Belə ki, ilk iddia üzrə İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi kimi öz hüquqlarının müdafiəsinə dair hazırkı ilk iddianı məhkəməd ə qaldırmışdır.
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşaraq hesab etmişdir ki, iddiaçı həmin mənzili kirayə verməsi ilə əlaqədar hər hansı şəxslə razılaşmaları, lakin cavabdehlərin həmin mənzildə yaşadıqlarından mənzili kirayə verə bilməməsinə dair mötəbər sübutlarını məhkəməyə təqdim etmədiyindən, ilk iddia bu hissədə təmin oluna bilməz.
36. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın təmin edilməməsinə dair nəticəsini də düzgün hesab edərək qeyd etmişdir ki, iş materiallarından görünür ki, X23 şəhəri, Əzizbəyov küçəsi, döngə 1, ev 5 ünvanında yerləşən fərdi yaşayış evini 15 aprel 2015-ci il tarixdə alğı-satqı yolu ilə əldə etmişdir. Həmin evi isə xx.xx.2023-cü il tarixdə adına rəsmiləşdirmişdir.
37. Məhkəmə kollegi yası ilk iddia üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixdə Şamaxı regional “ASAN xidmət” mərkəzi notariat ofisində yazılmış ərizəsini keçmiş əri İltizam Maniyev tərəfindən döyülməklə, işgəncə verilməklə imza etməsini göstərsə də, həmin hallar məhkəmə araşdırması zamanı mötəbər təkzibolunmaz sübutlarla öz təsdiqini tapmamışdır.
38. Digər tərəfdən işin hallarından görünür ki, mübahisəli ev nikahdan əvvəlki dövrdə alındığından, tərəflərin nikahları xx.xx.2017-ci il tarixdə bağlandığından və xx.xx.2024-cü il tarixində artıq nikah pozulduğundan Cavabdeh3 həmin evə istifadə hüququ artıq mövcud deyil.
39. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyası 13 və 29-cu, Azər baycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 225.2-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinə, “Ərarvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 12 mart 2024cü il tarixli, 1/2024 saylı qərarının 5.1, 5.2-ci bəndlərinə, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
40. Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3, həmçinin ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh5 (vəkillər i Vəkil5) birgə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın tam təmin olunmasına dair yeni qərar qəbul olunmasını xahiş etmişlər.
41. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda əsaslndırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə alğı-satqı müqaviləsinin qanuni olduğunu qeyd edib iş üzrə qarşılıqlı iddianı rədd etməklə pozulmuş hüquq və azadlıqların bərpasına maneə yaratmış, məhkəməyə müraciət etmək hüququ, digər tərəfdən isə həmin müraciətlərə qərəzsiz ədalətli qərar qəbul etmək vəzifəsinə riayət etməmişdir. Halbuki, təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası ər azisində insan və vətəndaş hüquqları birbaşa qüvvədədir. Apellyasiya və birinci instansiya məhkəməsi formal alğı-satqını özündə əks etdirən razılaşmanı etibarlı hesab etmiş, alıcının əmlaka baxıb-baxmaması, mübahisəli sahədə yaşayanlar haqqında məlumat toplaması kimi xüsusatları aydınlaşdırmamış, müqavilənin yalançı əqd olmasına diqqət yetirməmiş, kobud pozuntulara hüquqi qiymət verməmiş, öz qərarını qanunamüvafiq əsaslandırmamışdır. İşdəki, notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh3 ərinə məxsus mübahisəli daşınmaz əmlakın satılmasına, bağışlanmasına, ipoteka (girov) qoyulmasına etiraz etməmişdir. Bundan 9 ay sonra İltizam Maniyev əmlakın özgəninkiləşdirilməsini (xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsi) həyata keçirmişdir ki, bu zaman Ca vabdeh3 ilə ailə münasibətləri olmamış, təsərrüfatı birgə idarə etməmişlər. Başlanmış boşanma prosesi Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə yekunlaşmışdır. Bundan sonra İddiaçı mülkiyyətçi kimi iddia qaldıraraq Cavabdeh3 və qeyrilərinin mənzilindən çıxarılmasını tələb etmiş, işə baxan məhkəmələr onun tələbini əsaslı hesab etmişlər. Lakin məhkəmələr nəzərdən qaçırmışlar ki, alğı-satqı barədə razılaşma yalan, aparılmış notariat hərəkətləri isə qanunsuz olmuşdur.
42. Qeyd olunmalıdır ki, razılıq ərizəsinin notarial qaydada təsdiq olunması halı belə əmlak üzrə alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini istisna etmir. Məhkəmələr razılaşmanın satıcı ilə alıcının həqiqi niyyətlərinə uyğunluğunu yoxlamamışlar. Alıcı ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərmədən, lazımi araşdırma aparmadan yaşayış sahəsini almışdır ki, bu onda əmlakın mübahisəli olması şübhəsinin olmasını təsdiq edir və onun əsl alıcı olmasını istisna edir. Bu qənaət yaşayış sahəsinin real bazar qiyməti ilə faktiki satış qiyməti arasındakı fərq, habelə daşınmaz əmlakın satışı üzrə təşəkkül tapan işgüzar adət barədə mövcud olan hallarla da gəlinir. Qarşılıqlı iddia üzrə cavabdeh Bakı şəhər sakini İddiaçı izahatından bir daha aydın olur ki, o, heç bir lazımi araşdırma aparmadan bir günün içində Şamaxı şəhərində yerləşən mübahisəli daşınmaz əmlakı öz adına sənədləşdirilməsinə razılaşmışdır.
43. Bundan başqa, alıcının mübahisəli yaşayış sahəsini ona satmış satıcıya qarşı bu günədək heç bir pritenziya irəli sürməməsi ona dəlalət edir ki, alğı-satqı həqiqətən də formal olmuşdur.
44. Mə hkəmə araşdırması zamanı notariat işi tələb edilməmiş, İddiaçı ilə İltizam Maniyevin əlaqələri öyrənilməmiş, bundan başqa, notariusun Cavabdeh3 ilə adi telefon əlaqəsi saxlamadan tələsik əməliyyat aparması, fiziki şəxsin özgəninkiləşdirilən yaşayış yeri üzrə qeydiyyatda olması müddəti ilə bağlı qanunvericiliyin tələbləri, pulun mənbəyi barədə heç bir araşdırma aparılmaması (deklarasiya tələbi), notariat əməliyyatının aparılması zamanı rüsumların İltizam Maniyev tərəfindən ödənilməsi, xx.xx.2023-cü il tarixli razılıq ərizəsində Cavabdeh3 faktiki olaraq ərinə müvafiq icazəni verməsi, İltizam Maniyevin əməliyyatlar aparılan zaman Cavabdeh3 ilə təsərrüfatı birgə idarə etməmələri və digər xüsusatlar razılıq ərizəsinin, alğı-satqının, aparılmış notariat hərəkətlərinin etibarsız sayılmasına əsas verir.
45. Mübahisələndirilən alğı-satqı müqaviləsi etibarsız olduğundan, onun əsasında verilmiş çıxarış da ləğv edilməlidir. Başqa sözlə əqd qanuni hesab olunmadığından onun əsasında mübahisəli əmlaka dair cavabdeh İddiaçı adına tərtib olunmuş reyetsrdən çıxarış həqiqi sayılmır.
46. Göründüyü kimi məhkəmələr qarşılıqlı iddianı təmin etməməklə düzgün nəticəyə gəlməmişlər. Məhkəmələr etibarsız müqaviləni qanuni hesab etməklə konstitutsion hüquqlarından onları məhrum etmiş, əsassız, qanunsuz və ədalətsiz qərar çıxarmışlar. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməlidir. Lakin məhkəmə sübutları, eləcə də tərəflərin izahatlarını Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərinə əsasən təhlil edib qarşılıqlı iddia üzrə apellyasiya şikayətinin təmi n edilməməsi hissəsində düzgün qiymətləndirmə aparmamışdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
47. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil4 ilk iddia üzrə cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd etmiş və kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
48. Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
49. Maddə 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
50. Maddə
29. İİİ. Mülkiyyət hüququ mülkiyyətçin in təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu.
51. Maddə
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
52. Maddə 2.2. Mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyriəmlak münasibətlərini tənzimləyir.
53. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
54. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zid d olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
55. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
56. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
57. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
58. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
59. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
60. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətl ərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
61. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
62. Maddə 225.2. Nikah girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi.
63. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi ha qqında” Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 saylı qərarı:
64. Bənd 5.1. Ər-arvadın hər birinin mülkiyyətində olan əmlakın ümumi siyahısı Ailə Məcəlləsinin 34.1-ci maddəsində nəzərdə tutulmuşdur: nikaha daxil olanadək onlara məxsus olan; nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak.
65. Bənd 5.2. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinin mənası baxımından ərin və ya arvadın şəxsi vəsaiti hesabına əldə edilmiş əmlak ərin və ya arvadın ayrıca əmlakı hesab edilir. Misal üçün ərin (arvadın) ayrıca əmlakı hesabına nikaha daxil olanadək dəyəri tam ödənilmiş yaşayış və ya qeyri-yaşayış sahəsi birgə nikah dövründə ərin (arvadın) adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, ümumi əmlak hesab edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
66. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
67. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
68. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
69. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
70. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
71. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
72. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
73. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
74. Maddə 416.1. Kassasiya instansiyası məh kəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
75. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
76. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
77. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozu ntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
78. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
79. Hazırkı kassasiya şikayətində cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3, həmçinin ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh5 tərəfindən qətnamə tam mübahisələnd irildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
81. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şi kayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
82. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələ rin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
83. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. H əmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 84. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
85. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
86. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
87. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
88. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
89. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3, həmçinin ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh5 tərə findən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-120/2025 nömrəli, 5 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.