Məhkəmə qərarları › İş №2(102)-1662/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1662/2025

12.06.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1662/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinə istifadə hüququ, yaşayış sahəsinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 dekabr 2024-cü il tarixli, 2(103)5757/2024 nömrəli qətnaməsi ndən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Xətai rayon X1 tərəfindən verilmiş 22 may 2000-ci il tarixli, 033503 nömrəli orderlə Cavabdeh1 mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə ona və ailə üzvlərinə (Cavabdeh2, İddiaçı1, Cavabdeh3, İddiaçı2, İddiaçı3, İddiaçı4) Bakı şəhəri, Xətai rayonu, 1130-1133-cü məhəllədə yerləşən 14 saylı evin 17 nömrəli 5 otaqlı mənzili verilmişdir.

2. İddiaçı1 və İddiaçı2 12 aprel 1996-cı il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından İddiaçı3, İddiaçı4 və İddiaçı5 adlı uşaqları doğulmuşlar.

3. İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı3 və İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 28, 17 nömrəli mənzildə pasport qeydiyyatındadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların ünvan 1 ünvanı: ünvan 2 və həmin mənzilə istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, mənzil verildikdən sonra iddiaçılar mənzilə qeydiyyata düşmüş və hazırda həmin mənzildə qeydiyyatdadırlar. Bir müddət əvvəl mənzilin ünvanında dəyişiklik edilmiş və mənzilin hazırkı ünvanı ünvan 3 Xətai rayonu, 1130-1133-cü məhəllə, ev 14, mənzil 17 ünvanı ilə ünvan 4zil verildikdən sonra cavabdehlər onlara mənzilə köçməyə imkan verm əmişlər. Onlar mübahisənin məhkəmədənkənar həlli ilə bağlı cavabdehlərə dəfələrlə müraciət etsələr də, buna nail ola bilməmişlər. Cavabdeh1 ailə üzvlərinin sayı çox olduğu üçün ailə üzvlərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə dövlət tərəfindən ona 5 otaqdan ibarət mənzil verilmişdir. Həmin ailə üzvlərinin arasında iddiaçılar da olduqları üçün mənzilin verilməsinə əsas olan sənəddə, orderdə onların da adları göstərilmişdir. Ona görə də, iddiaçıların həmin mənzilə istifadə hüququ və gələcəkdə gözlənilən mülkiyyət hüququ vardır.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(011)3301/2024 nömrəli qətnaməsi ilə (İ.Abbasova) iddia təmin edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Bakı şəhəri, ünvan 5 ünvanı: ünvan 6anınmış və onla rı həmin mənzilə köçürülmələri qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi, iddiaçıların mübahisəli mənzildə 1997-ci ilin yanvar ayından yaşamalarını nəzərə alaraq mübahisənin həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməli olduğunu qeyd etmiş və belə hesab etmişdir ki, iddia əsaslıdır.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 43-cü, Mülki Məcəllənin 157-ci, Azərbaycan Respublikasının 01 oktyabr 2009-ci il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 123-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər ailə kimi birlikdə yaşamışlar, lakin son 1-2 ildə münasibətləri pozulmuşdur. Belə olan halda, tərəflər arasındakı münasibətlər heç də 2000-ci ilin sentyabr ayınadək qüvvədə olan Mənzil Məcəlləsinin normalarına uyğun deyil, 2000-cü ilin sentyabr ayından sonra qüvvədə olan Mülki Məcəllənin normaları ilə tənzimlənməlidir. Ümumiyyətlə isə qətnamədə tərəflərin nə vaxt mübahisəli mənzildə yaşayıb-yaşamamaları, onlar arasında mübahisəli hüquq münasibətinin nə zaman yaranması aydınlaşdırılmamışdır. Materiallardan iddiaçıların 2000-ci ilin may ayında mübahisəli mənzil verilən andan harada yaşamaları, əgər mübahisəli mənzildə yaşamışlarsa, nə vaxt oradan çıxarılmaları və niyə 2024-cü ildə məhkəməyə müraciət etmələri müəyyən edilməmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 dekabr 2024-cü il tarixli, 2(103)-5757/2024 nömrəli qətnaməsi ilə (hakim F.V.Abdıyevin sədrliyi və məruzəsi ilə, hakimlər F.F.Babayev və C.C.Musayeva) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(011)-3301/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia rədd edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında mübahisəli mənzildən istifadə edilməsi ilə bağlı münasibətlər yaranmışdırsa da, Azərbaycan Respublikasının 01 oktyabr 2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdə yaranmışdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsini n tələbləri baxımından da bu münasibətlərə məhz qeyd edilən Məcəllənin aidiyyəti müddəaları tətbiq edilməlidir.

13. Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin bu sahəni tənzimləyən yuxarıda göstərilən müddəalarına istinadən qeyd etmişdir ki, order verilən zaman mübahisəli mənzilin icarədarı məhz Cavabdeh1 olmuş (hazırda da bu şəxsdir) və İddiaçı1 da onun ailə üzvü olmuşdur. İddiaçıların qeyd edilən orderdə ailə tərkibi kimi göstərilməsi onların bu mənzilə köçüb icarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparmaq hüququnu yaratmışdır. Bu baxımdan iddiaçıların, o cümlədən orderdə barəsində hər hansı məlumat olmayan xx xxxx 2004-cü il təvəllüdlü İddiaçı5 mənzil icarədara verildikdən sonra orada yaşaması artıq onların mənzildən istifadə hüququnu yaratmış olur və onların müvəqq əti olaraq (hər hansı səbəbdən) başqa yerə getmələri bu hüququn itirilmiş hesab edilməsi üçün əsas deyil. Qeyd edilənlər öz növbəsində iddiaçıların mənzildən istifadə hüquqlarının tanınmasına (artıq mövcud olması səbəbindən) olan hüquqi zərurəti aradan qaldırmış olur və bu hüquqlarının maneəsiz şəkildə həyata keçirilməsi üçün onların mənzilə köçürülməsini şərtləndirir.

14. Lakin, iddiaçıların bu mənzilə nə vaxt köçmələrini, orada hansı müddət ərzində yaşamaqlarını, hansı şəraitdə və səbəblərə görə mənzili tərk etmələrini müəyyən etmək olmur. Belə ki, iddiaçılar bununla bağlı ziddiyyətli izahatlar vermiş, hətta fərqli faktiki əsasdan çıxış edərək, tam fərqli hallara istinad etmişlər. Nəticə etibarı ilə iddiaçı tərəf apellyasiya instansiyası məhkəməsində işin faktiki əsasını dəyişmişdir ki, bu da yolverilməzdir.

15. Apellyasiya kollegiyası bu mövqeyi ilə bağlı qeyd etmişdir ki, iddiaçılar iddia ərizəsində mənzilin onlara verilməsindən sonra cavabdehlərin onlara mənzilə köçməyə imkan vermədiklərini, mübahisənin məhkəmədən kənar həlli ilə bağlı cavabdehlərə dəfələrlə müraciət etsələr də, buna nail ola bilmədiklərini qeyd etmişlər. Lakin, bu münasibətlərin təfərrüatları barədə hər hansı məlumat vermirlər. Başqa sözlə, cavabdehlər nəticə etibarı ilə mənzilin iddiaçıya təhvil verildiyi tarixdən hazırkı iddianın qaldırılması tarixinədək (yəni heç vaxt) bu mənzildə yaşamadıqlarını etiraf etmişlər.

16. İşə birinci instansiya məhkəməsində baxılan zaman 12 iyun 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 tərəflərin əvvəllər ailə kimi birlikdə y aşadıqlarını, lakin son 1-2 ildir ki, cavabdehlərin iddiaçıların mənzilə köçmələrinə şərait yaratmadıqlarını bildirmişdir. Halbuki, bir illə iki il arasında 365 gün mövcuddur.

17. Apellyasiya instansiya məhkəməsindəki icraat zamanı isə İddiaçı4 2024-cü ilin fevral ayında cavabdehlər tərəfindən həmin mənzildən çıxarıldıqlarını və bundan sonra mənzilə buraxılmadıqlarını göstərmiş, eyni zamanda, həm onun tərəfindən təqdim edilmiş məlumatda, həm də İddiaçı1 vəkili və nümayəndəsi tərəfindən apellyasiya şikayətinə münasibətdə verilmiş qeydlərdə iddiaçıların Covid-19 virusuna yoluxmaları və mənzilə yuxarıda yerləşən mənzildən su axıdılması səbəbi ilə iddiaçıların mənzili müəyyən müddətə tərk etdikləri göstərilmişdir. Lakin iddia ərizəsində və birinci instansiya məhkəməsində bu barədə hər hansı fikir söylənilməmişdir. Halbuki, bu hadisələrin apellyasiya instansiyası məhkəməsindəki icraat zamanı belə geniş təsvir edilməsi və qabardılması birmənalı şəkildə onlar barədə birinci instansiya məhkəməsində də məlumat verilməsini qaçılmaz etməli idi.

18. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, bu məlumatın və qeydlərin təsdiqi olaraq da hər hansı sübut təqdim edilmir. Nəticə etibarı ilə tarixlər və davam etmə müddətləri ilə bağlı hər hansı dəqiq məlumat verilmir. Ümumiyyətlə İddiaçı4 tərəfindən verilmiş məlumatda əks olunan hadisələr biri digərini tamamlamır və biri ilə uzlaşmır. Hər bir halda, uzun illər ərzində həmin ünvanda yaşamış iddiaçılar tərəfindən təqdim edilmiş məlumatlar fraqmentlərdən ibarət olmamalı və hər hansı təsdiqi olmayan hadisələri əhatə etməməlidir.

19. Apellyasiya ko llegiyası iddiaçılarla bağlı o halı da qeyd etmişdir ki, söhbət uşaqları da yetkinlik yaşına çatmış 5 nəfər üzvü olan ailədən gedir. Bu şəxslərin istifadəsində hər birinə aid olan şəxsi, habelə ailənin ümumi istifadəsində olan mebel, məişət və sair əşyalar var. Lakin mübahisəli mənzildə bu şəxslərə aid hər hansı əşyanın (ilk tələbat, gündəlik istifadə və sair) olduğu da müəyyən edilmir. Halbuki, həmin mənzildə uzun müddət yaşamış və fərq etməz 2 il əvvəl və ya 2024-cü ilin fevral ayından bu mənzildə iradəsinə zidd olaraq yaşamayan iddiaçıların əşyalarının həmin mənzildə olması ehtimal olunmalı və ya əşyaların onlar tərəfindən məcburi çıxarılmasını təsdiq edən sübutlar olmalıdır. Lakin bununla bağlı da hər hansı fikir söylənilmir, sübutlar isə təqdim edilmir. Apellyasiya şikayəti ilə bağlı qeydlərdə isə hazırda iddiaçılara məxsus olan 4 dəst yorğanın, 6 ədəd yastığın, 4 ədəd ədyalın, dəsmalların, 2 ədəd xalçanın, 6 ədəd masasız stulun, paltar şkafının, 2 ədəd tumbanın, termonun və İddiaçı3 velosipedinin olduğu göstərilir. Lakin şəxsi istifadədə olan, habelə ən azı məişət əşyalarının hansı şəraitdə bu mənzildən çıxarılması məsələsinə hər hansı münasibət bildirilmir. Belə çıxır ki, bu ailənin nə televizoru, nə soyuducusu, nə paltar yuyan maşını, nə tozsoranı, nə fəsilə uyğun geyimi mövcud deyil. İddiaçıların təqdim etdiyi fotoşəkillərdə isə hazırda 20-25 yaşı olan iddiaçıların 3-5 yaşı var. Başqa sözlə, sonuncu şəkillər 2000-ci ilin əvvəllərinə təsadüf edir.

20. Bununla belə, iddiaçıların nə 2024-cü ilin fevral ayına kimi, nə 1-2 il bundan əvvəllərə kimi, nə də ki, bu tarixdən əvvəl mübahisəli mənzildə yaşaması və cavabdehlərlə birgə təsərrüfat aparması müəyyən edilməmişdir. İddiaçıların bununla bağlı məlumatları hər hansı dəqiqliyə malik deyil, sübuta söykənmir və öz təsdiqini tapmamışdır.

21. Apellyasiya instansiyası məhkəməsi göstərilənləri nəzərə alıb, belə qənaətə gəlmişdir ki, iddiaçıların mübahisəli mənzildən istifadə hüququnun tanınması və onların mənzilə köçürülməsi üçün hər hansı əsas mövcud deyil. Bu da, öz növbəsində apellyasiya şikayətinin dəlillərinin əsaslı olduğunu təsdiq edir və iddianın rədd edilməsini şərtləndirir.

22. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların orderdə qeyd edilmələrini nəzərə alıb, onların order verilən zaman belə bir hüquq sahibi olduqlarını, hətta həmin vaxt bir müddət bu mənzildə yaşamaqlarını da istisna etməmişdir. Lakin iddiaçıların uzun illərdir ki, bu mənzildə yaşadıqları deyil, əksinə yaşamadıqları müəyyən edilir. Başqa sözlə, əvvəllər belə bir hüquqları olmuşdursa da (yaranmışdırsa da), uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü (iddia yalnız 2024-cü ilin fevral ayında qaldırılmışdır) istifadə edilməməsi nəticəsində onlar bu hüquqlarını itirmişdilər (bu hüququnun reallaşmasına olan ehtiyacı aradan qalxmışdır). Belə olan halda da onların bu hüququnun hazırda bərpa edilməsi üçün də hər hansı hüquqi əsas yoxdur.

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43, 71, 125-ci, Azərbaycan Respublikasının 01 oktyabr 2009-ci il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54, 60, 87, 123-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.1, 217.2, 217.3, 217.4, 384.0.2 və 385.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

24. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 dekabr 2024-cü il tarixli, 2(103)-5757/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Məzmunları eyni olan kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi 01 oktyabr 2009-ci il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı, Mülki Prosessual Məcəllənin 77-ci maddələrinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarix li qərarının pozulması ilə qəbul edilmişdir

26. Belə ki, order verilən zaman mübahisəli mənzilin icarədarı Cavabdeh1 olmuş və iddiaçılar onun ailə üzvü olmuşlar. İddiaçıların qeyd edilən orderdə ailə tərkibi kimi göstərilməsi onların bu mənzilə köçüb icarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparmaq hüququnu yaratmışdır. Sonradan onların müvəqqəti olaraq (hər hansı səbəbdən) başqa yerə getmələri bu hüququn itirilmiş hesab edilməsi üçün əsas deyil. Qanunverici bu hüququn itirilməsi üçün kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında tələb irəli sürməsini və bununla bağlı məhkəmə aktının olmasını zəruri şərt olaraq tələb edir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini yalnız iddiaçının sözləri ilə əsaslandırmışdır. Mə hkəmədə iddiaçılar mənzilin hansı otaqlarında yaşamalarını dəqiq qeyd etmişlər. Mənzil kommunal istismar sahəsinin 2023-cü ilin oktyabr ayında tərtib etdiyi aktda qeyd edilmişdir ki, 17 saylı mənzilin “uşaq” otağına su axıdılmışdır. Mənzillərin texniki xarakteristikasında hər otaq eyni təyinatlı yaşayış sahəsi kimi qəbul edilir. Yəni mənzilin içində hansı otaqdan uşaq, qonaq və ya yataq otağı kimi istifadə etmək istifadəçilərin seçimidir. Belə olan halda, mübahisəli mənzildə su axıdılan otağın məhz uşaq otağı kimi qeyd edilməsi həmin otaqda baxış keçirilən vaxt uşaqlara aid əşyaların olmasına bir daha təsdiq edir. Orderdə adları olan şəxslər qeyd edilən mənzilə köçmüş, 2021-ci ildən sonra yaranan ailədaxili münaqişə və gərginlikdən, pandemiya səbəbindən müvəqqəti olaraq həmin ünvana qayıtm ışlar. Pandemiya bitəndən sonra yenidən evə qayıdan iddiaçılar kəskin münasibətlə qarşılaşmış və daimi orada qala bilməmişlər. Münasibətlər 21 fevral 2024-cü ildə pik nöqtəsinə çatmış, həmin gün Cavabdeh1 onları qovaraq bir daha mənzildən istifadə etmələrinə icazə verməyəcəyini demişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçılar mübahisəli mənzilin yerləşdiyi yer üzrə tibbi uçotda olmalarını, həmin ərazidə uşaqların məktəbə getmələrini və mənzili son illərdə tərk etdikdən sonra orada qalmış əşyalarını da sadalamışlar. Bu növ iddialar üzrə şəxsin mənzildə həqiqətən yaşaması hər hansı bir sənədlə deyil, yalnız onunla birgə yaşayan digər ailə üzvlərinin sözləri ilə təsdiqlənə bilər ki, hazırkı vəziyyətdə evdə qalan 3 nəfər ailə üzvü bunu təsdiq etməyəcək.

27. Kassasiya şikayətlərinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

28. Cavabdeh1 kassasiya şikayətlərinə etiraz verərək, təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

29. Etirazda işin faktiki hallarına istinad edilməklə göstərilmişdir ki, iddia mübahisəli mənzilin cavabdeh tərəfindən özəlləşdirilməsi ilə bağlıdır, iddiaçılar buna razılıq verməmiş və əsassız iddia vermişlər. Kassasiya baxışının hədləri:

30. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

31. İddiaçılar apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hü quq:

32. Azərbaycan Respublikasının 01 oktyabr 2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uş aqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istən ilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikay ətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını və işdə olan sübutları səlahiyyətləri çərçivəsində qiymətləndirərək və maddi hüquq normalarını düzgün tətbiq edərək, iddiaçıların mübahisəli yaşayış sahəsinə istifadə hüquqlarının yaranmasını, lakin onların həmin yaşayış sahəsindən uzun müddət ərzində yaşamadıqlarından bu hüquqlarını itirməsini müəyyən etmişdir. (bax bənd 12-22)

36. Kassasiya məhkəməsi gəlinən nəticə ilə tam razılaşır.

37. Kassasiya şikayətinin dəlilləri sübutların düzg ün qiymətləndirilməməsi və işin faktiki hallarının aydınlaşdırılmaması ilə əsaslandırılmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qə rardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 dekabr 2024-cü il tarixli, 2(103)-5757/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar