Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1663/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1663/21 (Açar sözlər: qeydiyyatsız yaşayış sahəsinə köçürülmə və həmin sahədən istifadə qaydasının müəyyən edilməsi) Bakı şəhəri, 26 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil Hafiz oğlunun Cavabdeh2 vəkili Səfərov Rövşən Hətəməli oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh 2 və Cavabdeh1 qarşı yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3889/2020 nömrəli, 08 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 26 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi Xətai Rayon Məhkəməsinə müraciət edərək, uşaqları ilə birlikdə ünvan 1 saylı yaşayış sahəsinə köçməsi, yaşayış sahəsinə istifadə hüququnun tanınması və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı sonradan tələ bini dəqiqləşdirmə barədə ərizə verib, özü ilə birgə üç övladı – 13 yanvar 2006-cı il təvəllüdlü X2, 10 may 2009-cu il təvəllüdlü X1 və 05 avqust 2013-cü il təvəllüdlü X3 ünvan 1 ünvanında yerləşən iki mərtəbəli özbaşına yeni tikili olan fərdi yaşayış evinə köçürülməsi, həmin evin 4 otağından, mətbəxindən və sanitar qovşağından iddiaçının və övladlarının istifadə qaydalarının müəyyən edilməsi və həmin evə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılıb ki, İddiaçı Cavabdeh1 ilə 16 aprel 2005-ci il tarixdə rəsmi nikaha daxil olublar, birgə nikahdan üç övladları – 13 yanvar 2006-cı il təvəllüdlü X5, 10 may 2009-cu il təvəllüdlü X4 və 05 avqust 2013-cü il təvəllüdlü X6 adlı uşaqları var.
4. İddiaçı ailə qurduqdan sonra qayınat asına məxsus Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi Levanevski küçəsi, 12/1a saylı evə gəlin köçmüşdür. Bir neçə il həmin evdə yaşadıqdan sonra iddiaçı həmin evin həyətində qayınatası tərəfindən tikilmiş 12/1 saylı evə köçmüş, valideynləri tərəfindən verilmiş cehiz əmlaklarını da həmin evə aparmış və hazırda cehiz əmlakları oradadır.
5. Faktiki olaraq iddiaçının əri ilə ailə münasibətləri pozulmuş, iddiaçı nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etdikdən sonra cavabdehlər iddiaçıya və uşaqlarına orada yaşamağa imkan verməyib, onları oradan qovublar. Hazırda iddiaçı övladları ilə birlikdə atasına məxsus olan evdə çox çətinliklə yaşayır.
6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 180-ci maddəsinə istinad etmişdir.
7. Cavabdeh2 iddiaya etiraz olaraq göstərib ki, iddiaçını n yaşayış yeri köhnə ev olub, iddiaçı yeni tikilidə yaşamayıb, yeni tikili bacısına məxsusdur.
8. Cavabdeh2 nümayəndəsi və vəkili Səfərov Rövşən iddiaya etiraz olaraq göstərib ki, sözügedən ünvanda yerləşən yaşayış sahəsi bir özbaşına tiklidir. İddiaçı həmin tikilidə heç vaxt yaşamayıb. İddiaçının yeni tikiliyə hüuqu yaranmayıb. Ümumiyyətlə ilkin olaraq iddia dəqiqləşməlidir. Belə ki, iddia təmin olunarsa, hər iki tikilinin ünvanı eyni olduğu üçün icrası nəticə verməyəcək.
9. Mübahisəli ünvana yerli baxış keçirərək birinci instansiya məhkəməsi qeyd edilən ünvan üzrə iki tikili aşkar etmişdir. Tikililərin biri yeni, biri köhnə tikilidir. Bir həyət daxilində olmaqla iki evi bir-birindən həyətin ortasından keçən hasar ayırır. Aşkar edilmişdir ki, iddiaçı ilkin olaraq köhnə tikilidə yaşamağa b aşlamış, daha sonra yeni tikiliyə köçmüşdür. Orada ailə üzvləri ilə birlikdə yaşayıb birgə təsərrüfat aparmışdır.
10. Xətair Rayon Məhkəməsinin 2(011)-356/2020 nömrəli, 07 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı və onun övladları 13 yanvar 2006cı il təvəllüdlü X5, 10 may 2009-cu il təvəllüdlü X4 və 05 avqust 2013-cü il təvəllüdlü X3 ünvan 1 ünvanında yerləşən yeni tikilən iki mərtəbəli yaşayış sahəsinə (evinə) köçürülmələri, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. (hakim Aygün Həsənova)
11. Məhkəmə toplanmış sübutlara, o cümlədən şahid ifadəsinə hüquqi qiymət verərək müəyyən etmişdir ki, tərəflər mübahisəli evdə birgə yaşayıb, ümumi təsərrüfatı b irgə idarə ediblər, sonradan iddiaçının Cavabdeh1la münasibətləri pisləşdiyi üçün iddiaçı evdən çıxmaq məcburiyyətində qalmışdır. Ev dövlət qeydiyyatına alınmayıb.
12. Məhkəmə cavabdehlərin yeni tikilinin ünvanının fərqli olmasına, həmin tikilinin cavabdehlərdən birinin bacısı, digərinin isə qızına məxsus olmasına dair dəlillərini qəbul etməmiş və göstərmişdir ki, yerli baxış zamanı yeni tikilidə qeyd edilən xanımın yaşayışının olması aşkar edilməmişdir.
13. Birinci instansiya məhkəməsi həmçinin qeyd edib ki, cavabdeh tərəf iddiaçının iddia etdiyi yeni tikilidə yaşamamasının təsdiqi kimi iddiaçının cehiz əşyalarının köhnə tikilidə olmasına istinad etmişlər. Lakin yerli baxış zamanı iddiaçının cehiz əşyalarının köhnə tikilidə olması halı hələ iddiaçının yeni tikilidə yaşamaması mənasına gəl mir. Belə ki, yerli baxışda yeni tikilidə yaşayış otaqlarının boş olması, köhnə tikilidə isə əşyaların yığım qaydası yalnız ona dəlalət edir ki, həmin əşyalar köhnə tikiliyə keçirilmiş və onların düzüm qaydası əşyaların istifadə edilməsini imkansız etmişdir. Yəni qeyd edilən tikilidə yaşayış olmuş olsa idi, cehiz əşyaları istifadəyə yararlı vəziyyətdə yığılmış olardı.
14. Birinci instansiya məhkəməsi qeyd edib ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və Cavabdeh2 və arvadı tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdehlərin mübahisəli evdə normal şərtlər daxilində yaşaması nəzərə alınsa, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə qeydiyyatda olmaqla yaşamış İddiaçı da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əksi, yəni İddiaçı evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər.
15. Məhkəmə onu da qeyd edib ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə v ermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur.
16. Həmçinin məhkəmə hesab edib ki, 13 yanvar 2006-cı il təvəllüdlü X5, 10 may 2009-cu il təvəllüdlü X4 və 05 avqust 2013-cü il təvəllüdlü X6 iddiaçı və cavabdehin yetkinlik yaşına çatmayan uşaqları olmaqla onların yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayıldığı üçün uşaqlar da evə köçürülməlidir.
17. Birinci instansiya məhkəməsi yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbini təmin etməyib və bunu onunla əsaslandırıb ki, ev mülkiyyət kimi dövlət reyestrində qeydə alınmayıb.
18. Birinci instansiya məhkəməsi iddia tələbinin həmin evin dörd otağından, mət bəxindən və sanitar qovşağından iddiaçının və övladlarının istifadə qaydalarının müəyyən edilməsi hissəsini əsassız hesab etmişdir. Məhkəmə qeyd edib ki, mübahisəli yaşayış evi qanunsuz tikili olmaqla evə dair hər hansı texniki sənəd mövcud deyil. Belə olan halda iş üzrə istifadə qaydalarının müəyyən edilməsi üçün hər hansı ekspertizanın təyin edilməsi də mümkünsüzdür.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43, Mülki Məcəlləsinin 27.1, 27.2, 27.3, 139.1, 139.3, 180.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
20. Cavabdeh2 apellyasiya şikayəti verib, qətnamənin qismən ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş ediblər.
21. Apellyasiya şikayətinin dəl illərinə görə mübahisəli mənzili 2015-ci ildə cavabdeh qızı ilə birlikdə inşa etmiş, iddiaçı həmin mənzildə heç vaxt yaşamamışdır.
22. İddiaçı 2005-ci ildə cavabdehin oğlu ilə ailə həyatı qurduqdan sonra ünvan 2 ünvanında yerləşən bir mərtəbəli iki otaqlı yaşayış ünvanına gəlin köçmüş, həmin ünvanda yaşamış və 2019-cu ilin may ayında öz razılığı ilə həmin ünvandan köçüb getmişdir.
23. Eyni zamanda iddiaçıya məxsus cehiz əşyaları da həmin birmərtəbəli evdədir.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3889/2020 nömrəli, 08 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli 2(011)-356/2020 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı iddiası rədd edilmiş, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun İddiaçı tutulub Cavabdeh2 ödənilməsi qət edilmişdir. (hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Elşən Kazımov)
25. Apellyasiya instansiyası məhkəməsi müəyyən edib ki, İddiaçı və Cavabdeh1 16 aprel 2005-ci il tarixdə rəsmi nikaha daxil olublar, onların üç uşağı var, iddiaçı ailə qurduqdan sonra qayınatasına məxsus ünvan 1 saylı evə gəlin köçmüşdür. Həmin fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında məlumat (sənəd) aşkar edilməmişdir. İddiaçının köçürülməsini tələb etdiyi mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən hüquqi statusu etibarilə özbaşına tikili hesab edilir.
26. Ape llyasiya instansiyası qeyd edib ki, mübahisəli ünvana yerli baxış keçirilərkən birinci instansiya məhkəməsi qeyd edilən ünvan üzrə iki tikili aşkar etmiş, tikililərin biri yeni, biri köhnə tikilidir. Bir həyət daxilində olmaqla iki evi bir birindən həyətin ortasından keçən hasar ayırır. İddiaçıya məxsus cehiz əşyaları isə köhnə tikilidə yerləşir.
27. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq müəyyən edib ki, iddiaçı ünvan 1a saylı yaşayış sahəsinə gəlin kimi köçmüş və uzun müddət həmin mənzildə yaşamış və sonradan öz razılığı ilə həmin ünvandan köçüb getmişdir. Bundan əlavə, iddiaçı özü də ilk tələbini əvvəlcə həmin evlə bağlı irəli sürmüşdür. Eyni zamanda iddiaçıya məxsus cehiz əşyaları da həmin köhnə tikilidədir. Birinci instansiya məhkəmə si mübahisəli mənzilə yerli baxış keçirən zaman da iddiaçıya məxsus cehiz əşyalarının məhz köhnə tikilidə olduğunu müəyyən etmişdir. Lakin qərar qəbul edərkən məhkəmə öz mülahizəsinə əsaslanaraq iddiaçının yeni tikiliyə köçürülməli olması qənaətinə gəlmişdir. İkimərtəbəli olan yeni tikili isə hal-hazırda Cavabdeh2 faktiki sahibliyindədir. İddiaçı isə həmin mübahisəli mənzildə yaşamasına dair hər hansı bir mötəbər dəlili məhkəməyə təqdim etməmiş, yəni öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv, iddianı rədd etmişdir.
29. Apellyasiya instansiyası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona eti razın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı (Vəkil Hafiz oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
31. Kassasiya şikayətində köhnə Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə, X8 Məhkəməsinin Qərarlarına istinad edilib, məhkəmənin Mülki Məcəllənin 21, 1096, 1097.1 və 1108-ci maddələrini tətbiq etməklə maddi hüquq normalarını pozması qeyd edilib. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının əsasları
32. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır c) Məhkəmə icraatı iştirakçılarının izahatları
33. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil Hafiz oğlu kassasiya şi kayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər.
34. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili Səfərov Rövşən Hətəməli oğlu kassasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.
35. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilsə də, digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 180.
1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki Prosessual Məcəllə Maddə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin iş in faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qəra rdadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiym ətləndirilməməlidir
37. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası həmin məhkəmə aktını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
40. İddia tələbi mənzilə köçürülmə barədədir.
41. İşin apellyasiya məhkəməsi tərəfindən tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçının köçürülməsini tələb etdiyi mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyib, qeyd edilən ünvanda iki tikili var, tikililərin biri yeni, biri köhnə tikili olmaqla, onları bir birindən həyətin ortasından keçən hasar ayırır, iddiaçıya məxsus cehiz əşyaları köhnə tikilidə yerləşir, ikimərtəbəli olan yeni tikili isə hazırda Cavabdeh2 faktiki sahibliyindədir. İddiaçı yeni tikilidə yaşamasını sübut edə bilməmişdir.
42. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş halına uyğun olaraq, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv, iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Çünki iddiaçının köçmək istədiyi yeni evdə yaşaması halı müəyyən edilməyib. Halbuki tələbinin əsası kimi istinad etdiyi halı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
43. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı apellyasiya məhkəməsinin dəyərləndirməsini əsaslı sayır və hazırki qərarın 27-ci bəndinə qeyd edilənləri təkrar etməyə lüzum görmür.
44. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətini əsassız sayır. Əvvəla, kassasiya şikayətində Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə, X8 Məhkəməsinin Qərarlarına istinad edilsə də, həmin norma və qərarların hazırki tələblə hər hansı əlaqəsi əsaslandırılmayıb. Bundan əlavə, apellyasiya məhkəməsinin Mülki Məcəllənin 21, 1096, 1097.1 və 1108-ci maddələrini tətbiq etməklə maddi hüquq normalarını pozması dəlil kimi qeyd edilsə də, qətnamədən görünür ki, apellyasiya məhkəməsi, ümumiyyətlə, həmin norma lara istinad etməmişdir.
45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən kassasiya şikayətinin dəlillərini əsasız sayır və belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənləri MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3889/2020 nömrəli, 08 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.