Məhkəmə qərarları › İş №2(102)-1663/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1663/2024

14.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1663/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “X6 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş maddi ziyanın ödənilməsi, real zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “X6 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1984/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh “X6 Şirkəti” MMC (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 14 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 19 oktyabr 2013-cü il tarixdə Sumqayıt şəhəri, 32-ci məhəllədə fəaliyyət göstərən “X6 Şirkəti” MMC-yə məxsus ticarət mərkəzində yanğın hadisəsi baş vermiş, baş vermiş yanğınla bağlı cinayət işi başlanaraq istintaq aparılmışdır. Aparılmış istintaq zamanı təqdim edilmiş siyahılarda göstərilən əmlakın yararsız hala düşməsi nəticəsində zərərçəkmişlərə dəymiş maddi ziyanın ümumi məbləği şərti olaraq təxminən 7.657.892,0 manat müəyyən edilmişdir.

2. Cinayət işinin istintaqı zamanı iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2014-cü il tarixli, 18338 saylı rəyinə əsasən, 19 oktyabr 2013-cü il tarixdə Sumqayıt şəhəri, 32-ci məhəllədə fəaliyyət göstərən “X6 Şirkəti” MMCyə məxsus ticarət mərkəzində baş vermiş yanğın hadisəsi zamanı istintaq tərəfindən təqdim edilmiş siyahılarda göstərilən əmlakın yararsız hala düşməsi nəticəsində zərərçəkmişlərə dəymiş maddi ziyanın məbləği, təhqiqat tərəfindən həmin məhv olmuş əmlakın mövcudluğu təsdiqləndiyi halda təqdim edilmiş siyahılara əsasən nəzəri hesablama yolu ilə riyazi hesabı yoxlama nəticəsində şərti olaraq təxminən 7.657.892,0 manat, o cümlədən İddiaçı dəymiş ziyan 7.000 manat təşkil edir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-9/2015 nömrəli, 27 aprel 2015-ci il tarixli hökmünə əsasən, Bayramov İsməli Həmid oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, iş üzrə verilmiş mülki iddialar baxılmamış saxlanılmış, zərərçəkmiş və mülki iddiaçılara həmin iddia ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-117/2016 nömrəli, 20 may 2016-cı il tarixli qərarına əsasən, təqsirləndirilən şəxs İsməli Bayramovun apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxslər X2, X5, X3, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, dövlət ittihamçısının apellyasiya protesti təmin edilmiş, İsməli Bayramovun Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunma sına dair Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli hökmü dəyişdirilmiş, İsməli Bayramova hökmlə təyin edilmiş 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)171/2017 nömrəli, 16 fevral 2017-ci il tarixli qərarına əsasən məhkumun və müdafiəçisinin kassasiya şikayətləri qismən təmin edilmiş, Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş İsməli Bayramovun barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 may 2016-cı il tarixli qərarı dəyişdirilmiş və məhkum İsməli Bayramova təyin edilmiş 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasının müddət i 4 il 7 ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, məhkum İsməli Bayramovun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh “X6 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra cavabdeh və ya MMC) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə vurulmuş real maddi ziyan olaraq 8.200 manat pulun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi 100 manatın, cəmi 8.300 manat pulun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışd ır ki, o, və həyat yoldaşı təqaüdçü olmaqla, onların ailə və maddi vəziyyətləri çox ağır olduğundan, oğlu Nümayəndə isə İİİ qrup gözdən əlil olduğundan, 2011-ci ilin yay aylarında belə qərara gəlmişlər ki, “Karvan” Ticarət Mərkəzində piştaxta götürüb qadın geyimlərinin satışını təşkil edib işlətsinlər və gəlir əldə etsinlər. Ona görə də 2011-ci ildə “Karvan” Ticarət Mərkəzinin 2-ci mərtəbəsində 81 saylı piştaxtada oğlu Nümayəndə, qonşusu Bəsti adlı qadınla yer götürüb işləmişdir. Cavabdeh fəaliyyətlərini bir kassa aparatında birləşdirib. İki nəfərə bir kassa aparatı olduğundan VÖEN və kassa aparatı qonşunun adına olub. O, fəaliyyət göstərdiyi sahədə həm satıcı, həm də şərik olmuşdur. Bir sözlə birlikdə qadın geyimlərinin satışı ilə məşğul olmuşlar. Şəxsən o, MMCdə “nəzarət-rüsumçu” vəzifəs ində işləyən İsməli Bayramova hər ay yer, vergi və malların saxlanması və qorunması haqqı olaraq 258 manat pul ödəmişdir. Bunu təsdiq edən şahidləri və sübutları vardır. MMC-də piştaxtada satışda olan mallar şəxsən onun şəxsi vəsaiti hesabına, yəni “Kimya istehsalat” birliyindən işdən azad olunarkən ona ödənilmiş 5 aylıq əmək haqqı hesabına, təxminən 1.250 manat, köhnə sovet banklarında qalan 22.000 rubl əvəzi olaraq aldığı 1.043 manat hesabına, oğlu Nümayəndə 03 iyun 2013-cü ildə “Bank of Baku”-dan götürdüyü 1.000 manat kredit hesabına, “Binə Ticarət Mərkəzi”-ndən götürdükləri nisyə mallar hesabına ümumi dəyəri 8.000 manat məbləğində olmuşdur. Aylıq gəlirləri hər ay 2.000-2.500 manat təşkil etmişdir. 19 oktyabr 2013-cü ildə baş vermiş yanğın nəticəsində min əziyyətlə qazandığı və artırdığ ı malları bir anda yanmış, tamamilə müflis vəziyyətə düşmüşdür. Baş vermiş hadisədən sonra düşdüyü vəziyyətlə bağlı əsəb, stress keçirtmişdir. Bundan başqa, heç bir yerdə işləməsə də, 700 manat kredit ödənişi onun və həyat yoldaşının aldığı pensiya hesabına ödənilmiş, ailə və maddi vəziyyətləri ağırlaşmışdır. “Binə Ticarət Mərkəzi”-nə də, “Karvan Ticarət Mərkəzi”-nə də borcu yaranmışdır. Bir sözlə, baş vermiş hadisə nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Baş vermiş yanğın hadisəsi ilə bağlı ibtidai istintaq zamanı araşdırma aparılmış və baş vermiş hadisədə MMC-yə məxsus Ticarət Mərkəzində nəzarətçi-rüsumçu vəzifəsində işləyən İsməli Bayramov Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmiş və o, həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Məhkəmə araşdırması zamanı o, həmçinin mülki iddiaçı olaraq tanınmış və ona vurulmuş ziyanın ödənilməsini həm zərərçəkmiş şəxs, həm də mülki iddiaçı olaraq iş üzrə təqsirləndirilən şəxs İsməli Bayramovdan, həmçinin cavabdehdən tələb etmişdir. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs İsməli Bayramov dəymiş ziyanı ödəyəcəyinə söz versə də, məhkəmə tərəfindən hökm çıxan ana və bu günə qədər ona vurulmuş ziyan İsməli Bayramov və cavabdeh tərəfindən ödənilməmişdir. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs İsməli Bayramov bildirmişdir ki, “mən kiməm, əsas Ticarət Mərkəzinin rəhbərliyidir, hər şey onlardan asılıdır, onlar ödəyərsə Sizə vurulmuş ziyan da mənim tərəfimdən Sizə ödənillmiş hesab ediləcəkdir.” Baş vermiş yanğın nəticəsində ona 8.000 manat məbləğində maddi ziyan dəysə də, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə Əmtəəşünaslıq ekspertizasının xx.xx.2014-cü il tarixli, 18338 saylı rəyinə əsasən ona 7.000 manat məbləğində maddi ziyan vurulduğu qeyd edilmişdir. Ona görə də işə baxılarkən ona vurulmuş real zərəri 8.200 manat məbləğində qiymətləndirməklə tələb etmişdir. Belə ki, o, hüquqi yardım almaq və şikayət ərizələri yazdırmaq üçün əlavə olaraq pul vəsaiti ödəmişdir. Bundan başqa, 2013-cü ilin oktyabr ayının 19-da baş vermiş yanğın nəticəsində vurulmuş maddi ziyan ona vaxtında ödənilsəydi, o, həmin məbləğdən faydalanıb, biznesini daha da genişləndirib, ailəsinin maddi vəziyyətini yaxşılaşdırardı. Göründüyü kimi baş vermiş yanğın hadisəsindən 114 ay keçir. Nəzərə alınsa ki, bu 114 ayda cavabdeh onu aylıq 2.000-2.500 mana t civarında əldə edəcəyi gəlirlərindən məhrum etmişdir. Bu məbləğ isə 285.000 manat təşkil edir. Lakin göründüyü kimi bu günə qədər ona vurulmuş real zərər 8.200 manat belə nə təqsirləndirilən İsməli Bayramov, nə də cavabdeh tərəfindən ona ödənilməmişdir. Bu gün də ailə və maddi vəziyyətləri çox ağırdır. Baş vermiş yanğın hadisəsi nəticəsində MMC-nin işçisi İsməli Bayramov təqsirli bilinsə də, əslində MMC təqsirkardır. Belə ki, məhkəmə araşdırması zamanı ifadə vermiş şahid ifadələri ilə müəyyən olunmuşdur ki, baş vermiş hadisə zamanı cavabdeh bazarın rəhbərliyi tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməmiş, hətta yanğının söndürülməsi üçün ticarət mərkəzində ventilyasiya, yanğın söndürülməsi üçün, yəni ilkin yardım üçün su hovuzu və sair su ləvazimatları olmamışdır. Yanğının sönd ürülməsi üçün su ticarət mərkəzindən xeyli aralı, Sumqayıt şəhəri 1 saylı tam orta məktəbdən götürülmüş və yanğının söndürülməsində istifadə olunmuşdur. Bundan başqa, şahid ifadələri ilə təsdiq olunmuşdur ki, yanğın ilkin ayaqqabı piştaxtasından tüstü halında başlamış, amma nədənsə bazar rəhbərliyi həmin yanğının söndürülməsi üçün heç bir tədbir görməmişlər. Bunu təsdiq edən şahidlər kifayət qədərdir. İşin faktiki hallarında qeyd olunan məhkəmə qətnamələrindən göründüyü kimi nə İsməli Bayramov, nə də MMC tərəfindən ona vurulmuş real və külli miqdarda maddi ziyan bu günədək ödənilmişdir. Yaranmış mübahisənin məhkəmədən kənar həlli qeyri-mümkündür. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur qalmışdır.

8. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə yazılı eti raz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddianı əsassızdır. Belə ki, iddiaçı öz iddia ərizəsində göstərir ki, guya onların ticarət mərkəzində ticarətlə məşğul olmuş, MMC-də baş vermiş yanğın nəticəsində ona 8.200 manat maddi ziyan dəymişdir. Öz iddia ərizəsində göstərmişdir ki, guya həmin piştaxtada oğlu Nümayəndə və qonşusu Bəsti adlı qadınla birlikdə bir kassa aparatı ilə bir VÖEN-lə işləmişlər. İddia ərizəsinin surətini aldıqdan sonra bu barədə araşdırma aparmışlar və məlum olmuşdur ki, nə iddiaçı, nə onun oğlu, nə də ərizədə adı çəkilən Bəsti adlı qadınla MMC-nin hər hansı bir müqaviləsi olmuş, belə bir icarəçi MMCdə qeydiyyatdan keçməmişdir. Vergi İdarəsinə vermiş olduqları sorğu nəticəsində məlum olmuşdur ki, iddiaçının adına hər hansı bir VÖEN qeydiyyatdan keçməmişdir və bu şəxs s ahibkar kimi fəaliyyət göstərməmişdir. Belə olan halda onların iddiaçı qarşısında hər hansı bir öhdəlikləri olmamışdır və ona vurulduğunu iddia etdiyi zərərə görə hər hansı bir məsuliyyətləri də yaranmamışdır. Ona görə də, onlara qarşı olan bu iddia əsassızdır və MMC bu iddiaya qarşı cavabdeh ola bilməz. Bundan əlavə, iddiaçı bildirdiyi kimi kiçik piştaxtada qiyməti 8.200 manat olan mallar sata bilməzdi və bu həcmdə mallar, sahəsi 4 kv.metr olan bir sahəyə (iki nəfərlə birlikdə alver etməsini nəzərə alsalar) yerləşə bilməzdi və iddiaçı bu həcmdə və bu qiymətdə mallarının həqiqətən də olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir.

9. Daha sonra iddiaçı məhkəməyə mülahizə ünvanlayaraq bildirmişdir ki, cavabdeh tərəfindən verilmiş etirazla razı deyil. Belə ki, cavabdeh öz etirazı nda onun, oğlu Nümayəndə, nə də Bəsti adlı qadının adına həmin dövr üzrə MMC-də hər hansı bir VÖEN-nin qeydiyyatdan keçmədiyini, bu şəxslərin sahibkar kimi fəaliyyət göstərmədiyini qeyd etmişdir. O, bununla razılaşmır. Belə ki, şəxsən oğlu Nümayəndə MMC-nin onlayn müraciəti əsasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, onun adına mağaza və müqavilə olmuş, işlətdiyi mağazanı şəxsi vəsaiti hesabına, 1.000 manat xərcləyərək təmir etdirmiş (döşəməsi vurulmuş, tavanı və divarları tam təmir olunmuşdur) və o, həmin mağazanı 2012-ci ilin dekabr ayından 2013-cü ilin mart ayına kimi istifadə etmişdir. Daha sonra, cavabdehin ekskalator quraşdırması səbəbindən həmin mağazanın fəaliyyəti dayandırılmış və mağazada olan qadın geyimləri onun işlətdiyi, təxminən 9 kv.metr piştaxtaya əlavə edilmişdir. O, və oğlu Fərhad yanğın baş verən ana qədər həmin piştaxtada mal satmışlar. Anbarları və hesab kitab dəftərləri, aldıqları malların qaimələri həmin piştaxtanın arxa tərəfində yerləşmiş və yanğın nəticəsində yanmışdır. Bunu sağ və sol piştaxtaların satıcıları və sahibkarlar şahid qismində təsdiq edə bilər. Bundan başqa oğlu Nümayəndə yanğından 4 ay əvvəl “Bank of Baku”-dan 500 manat kredit çəkmiş və alınan vəsait malların artırılmasına sərf olunmuşdur. Oğlu Fərhad 4 ay şöbənin gəlirindən həmin kredit ödənişlərini həyata keçirtsə də, yanğın baş verdiyindən kredit ödənişləri ailənin öz vəsaiti hesabına, yəni onun, atasının və Fərhadın öz pensiyası hesabına cəmi faizi 650 manat ödəmişdir. Onun birgə işlədiyi adını iddia ərizəsində Bəsti olaraq qeyd etdiyi qadın və o, baş vermiş yanğınla bağlı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İstər istintaq zamanı, istər məhkəmə istintaqı zamanı cavabdeh və cavabdehin əməkdaşı, təqsirləndirilən şəxs İsməli Bayramov onların zərərçəkmiş şəxs kimi tanınmaqlarına, ekspert rəyinə əsasən, hesablanmış və tələb olunan real zərərlə bağlı heç bir etiraz təqdim etməmişlər. Hətta İsməli Bayramov bazar zərəri ödəyəcəyi təqdirdə, ona vurulmuş ziyanın ödəniləcəyini bildirmişdir. Sumqayıt Şəhər Məhkəməsinin hökmündə, o X4 və X1 adında qadınlar zərərçəkmiş şəxs qismində tanınmışlar. O, məhkəmə iclasında iştirak etmiş, ona vurulmuş real maddi ziyanın ödənilməsi üçün mülki iddiaçı kimi tanınmış və mülki iddia qaldırmışdır. Lakin Sumqayıt Şəhər Məhkəməsi mülki iddianı baxılmamış saxlayaraq məhkəməyə müraciət etməyi bildirmiş və bu Sumqayıt Şəhər Məhkəməsinin hökmündə öz əksini tapmışdır. Sonradan şəxsi araşdırmalarından sonra Bəsti kimi tanıdığı qadının Bəstiqız Ağayeva və Bəsti Süleymanova olmasını dəqiq xatırlamışdır. Sumqayıt Şəhər Məhkəməsinin hökmündən görünür ki, Bəstiqız Ağayeva və digər Bəsti Süleymanova adlı qadın da cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. Ona məlum olduğuna görə birgə işlədiyi Bəstiqız Ağayeva və ya Bəsti Süleymanova hələ də MMC-də çalışırlar. Hökmdə də ekspert rəyinə əsasən həmin qadınlara, Bəstiqız Ağayevaya 50.000 manat, Bəsti Süleymanovaya 7.000 manat maddi ziyan vurulması öz əksini tapmışdır. Göstərdiklərini təsdiq edən şahidi, X10 vardır. Həmin şəxs piştaxtaların quraşdırılmasında, malların boşaldılmasında və piştaxtaya yığılmasında ona şəxsən kömək etmişdir. Onun sağ və sol qonşuları ilə ünsiyyəti olmuşdur. Həmin şəxslər onu yaxından tanımışlar. Bundan başqa cavabdeh MMC onun işlətdiyi piştaxtanı kiçik piştaxta adlandırmışdır ki, o, bununla razılaşmır. Yuxarıda da qeyd etdiyi kimi, onun işlətdiyi piştaxta 9 kv.metr sahəyə malik idi, o, bütün əldə etdiyi gəlirləri işini genişləndirməyə sərf etmişdir. Hətta oğlu kredit çəkmişdi və nisyə mallar almışdır ki, yanğından sonra uzun müddət, hətta bu günədək borc ödəyirlər. Bundan başqa cavabdeh MMC-nin nəzərinə çatdırır ki, yanğın 2013-cü ildə baş vermişdir. Lakin ona vurulmuş maddi ziyan istər İsməli Bayramov və istərsə də MMC tərəfindən ödənilməmişdir. Qeyd olunmalıdır ki, həmin dövrdə çörək 20 qəpik idisə, hazırda 55 qəpikdir, ABŞ dolları 78 manat idisə, hazırda 170 manatdır. Ona vurulmuş ziyan, yəni pul məbləği i nflasiyaya uğramışdır. Cavabdeh MMC həqiqətən tələb etdiyi məbləğdə malların olmasını təsdiq edən sübutlarının olmamasını göstərir. Sübutların təqdim edilməməsinə gəlincə onun yeganə sübutu İsməli Bayramovun Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirləndirilməsi barədə cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin iş 1(060)- 9/2015 nömrəli, 27 aprel 2015-ci il tarixli hökmü və Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2014-cü il tarixli 18338 saylı rəyi, “Bank of Baku”-nun ödəniş cədvəli, Azərbaycan Respublikasının Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər İdarəsinin fiziki şəxsin onlayn qeydiyyat ərizəsinin məlumatlarıdır. Eyni zamanda şahidi vardır. Bundan başqa bu illər ərzində məhkəmə çəkişmələrinə xərclər çəkilmiş, hüquqi yardım almış, vəkil tutmuş, hal-hazırda iddia ərizəsi ilə müraciət etmiş, iddia ərizəsinə görə dövlət rüsumu ödəmişdir. Göstərilənlərə əsasən cavabdehin etirazını, əsassız, qərəzli, cavabdehin məsuliyyətdən yayınması kimi qiymətləndirir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, İsməli Bayramovla şifahi razılıq əsasında işləmişlər. Belə ki, iki adam bir VÖEN altında birləşmişdir. Bəsti adlı şəxs indi də orada işləyir, lakin məhkəməyə dəvət edildiyi halda gəlib-gəlməyəcəyini bilmir. Cavabdeh tərəf izahatında gah onların orada işləmədiyini, gah da orada olan əmlakın dəyərinin 7.000 manat məbləğində olmadığını bildirirlər. Görün düyü kimi cavabdehin bu məsələdə heç qəti fikirləri yoxdurOnların bütün qaimələri, aldığı malların miqdarı, dəyəri barədə sənədlər, onların əsas kitabları da həmin yanğın nəticəsində yanmışdır. Belə ki, onlar kitablarını hər gün özləri ilə aparıb-gətirməmiş, daimi olaraq mağazada saxlamışlar. İddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, o, Karvan Ticarət Mərkəzində yanğın zamanı həqiqətən də onun məhv olmuş əmlaklarının siyahısını qeyd etmiş, əlavə heç bir mal göstəməmişdir. Bundan başqa o, həmin geyim əşyalarının satış qiymətini deyil, məhz özünün aldığı qiyməti qeyd etmişdir. O, neçə il işləmiş, 35 il isə zavodda işləmişdir. Cavabdeh tərəfin onu tanımaması mümkün deyil. Hər zaman o, icarə haqqını ödəmişdir. Hətta bir dəfə icarə haqqını gecikdirdikdə ona işdən çıxmasını da bildirmişlər. Yanğın baş verən günü onun qardaşı oğlunun toyu olduğu üçün o, işlədiyi yeri tez bağlayıb yoldaşı ilə Bakıya getmişdir. Hazırda o, şəkər xəstəsidir. Onun aptekə də borcu var, maddi vəziyyəti yaxşı deyil. O, pulunun verilməsini istəyir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, iddiaçı ilə Karvan Ticarət Mərkəzində bir yerdə işləmişdirlər. 2013-cü ildə Karvanda yanğın hadisəsi baş vermişdir. Fərhadın həm dostudur, həm də onunla birlikdə işləyib kömək edib. O, yanğın hadisəsindən 1 a y əvvəl orada işə başlamışdır.

13. Məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X13 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir, iddia tələbinin heç bir əsası yoxdur. İddiaçı MMC-yə qarşı iddia qaldırmaq üçün subyektiv hüquqlara malik deyil. Belə ki, onunla cavabdeh arasında əmək müqaviləsi bağlanmayıb, MMC rəsmi olaraq iddiaçını tanımır. İddiaçının nümayəndəsi özü də bildirmişdir ki, VÖEN-i və əmək müqaviləsi yoxdur. İddiaçı qeyri-rəsmi kiminsə yanında işləyibsə, MMC bu halda heç nə edə bilməz. Həmçinin sözügedən piştaxtada qadın xalatları satılır, həmin malların dəyəri isə 7.000 manat mal ola bilməz. Ekspert rəyində malların dəyəri 7.000 manat olduğu qeyd edilsə də, həmin məbləğin hansı qaydada hesablandığı barədə məlumatları yoxd ur. Bundan başqa sözügedən cinayət işi üzrə Bəsti adında iki zərərçəkmiş şəxs var. O, hər ikisi ilə danışmış, hər ikisi də iddiaçını tanımadığını bildirmişdir. Həmin şəxslərin şahid qismində məhkəmə iclasında iştirakını da təmin edəcəklər. Cavabdehin nümayəndəsi qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 27 aprel 2023-cü il tarixli məktubuna əsasən, müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan uçot baza məlumatlarında MMC (VÖEN: **********) ilə iddiaçı arasında bağlanmış icarə müqaviləsi və uçota alınmış təsərrüfat subyekti (obyekti) mövcud deyildir.

15. Belə ki, qanun i qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-9/2015 saylı, 27 aprel 2015-ci il tarixli hökmündən görünür ki, İsməli Bayramov Sumqayıt şəhəri, 32-ci məhəllədə fəaliyyət göstərən MMC-nin direktoru X8 tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 03 saylı əmrlə nəzarətçi-rüsumçu vəzifəsində işləyən zaman üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulan şəxs kimi “Azərbaycan Respublikası Yanğın Təhlükəsizliyi Qaydaları”nın 6.1, 6.5, “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkaları, baza və anbarları üçün yanğın təhlükəsizliyi qaydaları”nın 3.19.1, 3.19.15, 3.19.18 və “Elektrik enerjisindən istifadə qaydaları”nın 9.3.7-ci bəndlərinin tələblərini kobud surətdə pozaraq, “X6 Şirkəti” MMC-nin direktoru Ağamirzə Əhədov tərəfindən verilmiş 02.03. 2010-cu il tarixli 05 saylı əmrə əsasən ticarət mərkəzində yanğın təhlükəsizliyinə cavabdeh şəxs olduğu halda ticarət mərkəzinin cavabdehlik daşıdığı 3-cü mərtəbəsində, ayaqqabı sahəsində yanğın təhlükəsizliyinə riayət etməmiş, ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin yanğın təhlükəsizliyinə görə təlimatlandırılmasına və istifadə edilən elektrik şəbəkələri və elektrik avadanlıqlarının qüvvədə olan qanunvericiliyin tələblərinə cavab verməsini təmin etməmiş, eləcə də ticarət obyektlərində elektrik qızdırıcılarından, cihazlardan və elektrik uzadıcılarından istifadə olunmasının qarşısını almamışdır. Bu səbəbdən də xx.xx.2013-cü il tarixdə saat 19.26 radələrində ticarət mərkəzinin 2-ci binasının 3-cü mərtəbəsində pilləkən qəfəsinə yaxın olan 121 saylı ticarət obyektinin içərisində elekt rik şəbəkəyə nəzarətsiz, qoşulu qalmış elektrik xəttində (elektrik uzadıcısında) əmələ gəlmiş elektrik təyinatlı qəza halının nəticəsində yaxınlıqda yerləşən yanar materialların alışmasından yanğın baş vermişdir. Nəticədə 19.615 kv.metr sahədə yerləşən 360 sahibkarın ticarətlə məşğul olduğu mağaza və piştaxtalar içərisindəki əmlakla birlikdə yanaraq məhv olmuşdur.

16. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(060)-2981/2023 nömrəli, 11 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 7.000 manat pul və dövlət rüsumunun 85 manat hissəsinin tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarə t olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə zərərin vurulmasına əsas olan hadisəni törətməkdə təqsirli hesab edilmiş İsməli Bayramovun MMC-nin direktoru Ağamirzə Əhədov tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 03 saylı əmr ilə “nəzarətçi-rüsumçu” vəzifəsində işlədiyi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı MMC-yə qarşı iddia qaldırmaqda haqlı olmuşdur.

18. Məhkəmə vurulmuş ziyanın məbləği ilə bağlı qeyd etmişdir ki, sözügedən cinayət işi üzrə keçirilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2014-cü il tarixli, 18338 saylı rəyinə əsasən aparılmış tədqiqat nəticəsində Bakı şəhərində yerləşən ticarət mərkəzlərində, mağazalarında modelinə, texniki göstəricilərinə görə mövcud olan analoji mal ların qiymətlərinə əsasən Sumqayıt şəhəri, 32-ci məhəllədə fəaliyyət göstərən MMC-yə məxsus ticarət mərkəzində yanğın baş verməsi nəticəsində təqdim olunan siyahılara əsasən faktiki ortada olmayan müxtəlif adlı məhv olmuş malların texniki göstəricilərinə uyğun olaraq, istintaq tərəfindən onların mövcudluğu qəbul edildikdə respublikadaxili orta bazar pərakəndə satış qiymətləri, nəzəri hesablama yolu ilə şərti olaraq iddiaçıya məxsus müxtəlif qiymətlərdə təzə əmlakın dəyərinin cəmi 7.000 manat olduğu müəyyən edilmişdir.

19. Məhkəmə hesab etmişdir ki, iddiaçıya dəymiş ziyanın məbləği iddiaçının zərərçəkmiş kimi iştirak etdiyi cinayət işi üzrə müəyyən edilmiş və hər bir zərərçəkmiş şəxsə dəymiş zərər məbləği təqsirləndirilən şəxs İsməli Bayramova qarşı irəli sürülmüş ittihamın əsasını təşkil e tmişdir. Başqa sözlə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə iddiaçıya İsməli Bayramov tərəfindən məhz 7.000 manat ziyan vurulduğu müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, hökm həmin hissədə də hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Bu səbəbdən məhkəmə cavabdehin iddiaçıya vurulmuş zərərin məbləğinin 7.000 manat məbləğində olmaması barədə etirazının dəlilləri ilə razılaşmamışdır.

20. Eyni zamanda iddiaçı sözügedən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındığından məhkəmə cavabdehin MMC-yə məxsus ticarət mərkəzində belə bir şəxsin işləməməsi barədə etirazının dəlilləri ilə də razılaşmamışdır.

21. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı hazırda ona 8.200 manat məbləğində ziyan dəydiyini bildirərək cavabdehdən həmin məbləğin tutulmasını tələb etsə də, 1.200 (8.200-7.000) manat hissəsində iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

22. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1099.1 və 1099.2-ci, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 82.4, 119.1 və 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

23. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozub, işi tam, obye ktiv və hərtərəfli araşdırmayıb və nəticədə qanunazidd qətnamə qəbul etmişdir. Qeyd olunmalıdır ki, MMC bu barədə araşdırma aparmış və məlum olmuşdur ki, nə iddiaçı, nə onun oğlu, nə də ərizədə adı çəkilən Bəsti adlı qadınla MMC-nin hər hansı bir müqaviləsi olmamış, belə bir icarəçi Ticarət Mərkəzində qeydiyyatdan keçməmişdir. Vergi İdarəsinə vermiş olduqları sorğu nəticəsində məlum olmuşdur ki, iddiaçının adına hər hansı bir VÖEN qeydiyyatdan keçməmişdir və bu şəxs sahibkar kimi fəaliyyət göstərməmişdir. Bununla belə, o, baş vermiş hadisə ilə bağlı zərərçəkmiş kimi tanınmış və zərər Ali Məhkəmənin 1(102)171/2017 nömrəli, 16 fevral 2017-ci il tarixli qərarı ilə məhkum İsməli Bayramov tərəfindən iddiaçıya dəyən zərər aradan qaldırılmış, məhkumla barışdıqlarını və məhkuma qarşı heç bir şik ayət və tələblərinin olmadıqlarını məhkəməyə bildirmişlər. Lakin məhkəmə bu halları nəzərə almamış və iddianın rədd edilməsi barədə qətnamə qəbul etməmişdir. İddiaçı əsassız iddia ilə məhkəməyə müraciət edərək zərərin cavabdeh hüquqi şəxsdən tutulmasını xahiş etmişdir. Məhkəmə isə qeyd olunan halları araşdırmamış, əsassız qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün tədbirlər görülməmiş, mövcud olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir.

25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(105)-1984/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Ayaz Mahmudov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xx.xx.2013-cü il tarixdə saat 19:26 radələrində “Karvan” ticarət mərkəzində yanğının baş verməsi, qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-9/2015 nömrəli, 27 aprel 2015-ci il tarixli hökmü ilə İsməli Bayramovun təqsirli bilənərək məsuliyyətə cəlb edilməsi və iddiaçının həmin cinayət işi üzrə zərərçəkən qismində tanınması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi maddi zərərin ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 1099.1, 1099.2-ci maddələri təşkil edir. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin ic rası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir. Habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin maddələrin məzmunundan göründüyü kimi hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək vəzifələrinin icrası zamanı onun vurduğu zərərin əvəzini ödəməlidir. İşçi dedikdə isə əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs başa düşülür. İşəgötürənin sözügedən maddə ilə nəzərdə tutulmuş məsuliyyətinin yaranması üçün mülki hüquq pozuntusu törədən şəxs h üquqi şəxsin işçisi olmalı, hüquqi şəxsin işçisi mülki hüquq pozuntusunu əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı törətməlidir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (Mülki Prosessual Məcəllənin 82.4. maddəsi).

27. Qeyd etmək lazımdır ki, İsməli Bayramov cavabdeh MMC-nin işçisi olmuş və üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydalara riayət etməmiş, bu səbəbdən də xx.xx.2013-cü il tarixdə saat 19:26 radələrində ticarət mərkəzinin 2-ci binasının 3-cü mərtəbəsində yanğın hadisəsi baş vermiş və 19.615 kv.metr sahədə yerləşən 360 sahibkarı n ticarətlə məşğul olduğu mağaza və piştaxtalar içərisindəki əmlakla birlikdə yanaraq məhv olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı MMC-yə qarşı iddia qaldırmaqda haqlı olmuşdur.

28. Məhkəmə kollegiyası iddia tələbinin zərərin əvəzinin ödənilməsi hissəsinə münasibətdə hesab etmişdir ki, iş üzrə qüvvədə olan məhkəmə aktlarından görünür ki, iddiaçı cinayət işi üzrə zərərçəkmiş kimi tanınmışdır. Cinayət işi üzrə keçirilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2014-cü il tarixli, 18338 saylı rəyinə əsasən aparılmış tədqiqat nəticəsində Bakı şəhərində yerləşən ticarət mərkəzlərində, mağazalarında modelinə, texniki göstəricilərinə görə mövcud olan analoji malların qiymətlərinə əsasən Sumqayıt şəhəri, 32-ci məhəllədə fəaliyyət göstərən MMC-yə məxsus ticarət mərkəzində yanğın baş verməsi nəticəsində təqdim olunan siyahılara əsasən faktiki ortada olmayan müxtəlif adlı məhv olmuş malların texniki göstəricilərinə uyğun olaraq, istintaq tərəfindən onların mövcudluğu qəbul edildikdə respublika daxili orta bazar pərakəndə satış qiymətləri, nəzəri hesablama yolu ilə şərti olaraq iddiaçıya məxsus müxtəlif qiymətlərdə təzə əmlakın dəyəri cəmi 7.000 manat təşkil edir. Göründüyü kimi üzərinə sübutetmə yükü düşən iddiaçı mübahisələndirilən hissədə zərərlə bağlı sübutlar təqdim etdiyi halda, bunun əksini təsdiq edən sübutları üzərinə vəzifə düşən cavabdeh isə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, qüvvədə olan məhkəmə aktı ilə cavabdeh tərəfindən iddiaçıya maddi z iyan vurulması öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsi cavabdeh MMCdən 7.000 manat pulun tutulması barədə düzgün nəticəyə gəlmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 1099.1 və 1099.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 384.0.1 və 385.2-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

30. Qətnamədən cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

31. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyas ı məhkəməsi xx.xx.2013-cü il tarixdə saat 19:26 radələrində “Karvan” ticarət mərkəzində yanğının baş verməsi, qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-9/2015 nömrəli, 27 aprel 2015-ci il tarixli hökmü ilə İsməli Bayramovun təqsirli bilənərək məsuliyyətə cəlb edilməsi və iddiaçının həmin cinayət işi üzrə zərərçəkən qismində tanınmasını işin mübahisəsiz halı olması qənaətinə gəlmişdir. Lakin məhkəmə işin digər mübahisəsiz halını yəni MMC-nin də yuxarıda qeyd olunan hökmlə zərərçəkmiş şəxs qismində tanınmasını nəzərə almamışdır. Belə ki, mövcud hökmdə həm iddiaçı, həm də cavabdeh zərərçəkmiş kimi tanınmış və həmin dövrdə cavabdehin hazırkı iş üzrə iddiaçıya dəymiş ziyanın məbləğini mübahisələndirmək hüququ olmamışdır. İddiaçının ibtidai istintaq zamanı təqdim etdiyi xx.xx.2013 -cü il tarixli ərizəsində qiymətlər ümumi formada qeyd olunmuş, əmlakların siyahısı tam olaraq göstərilməmiş, yekunda ümumi olaraq mücərrəd formada 7.000 manat məbləğində ziyanın vurulduğu qeyd olunmuşdur. Bundan əlavə, hökmdə göstərilmiş xx.xx.2014-cü il tarixli ekspert rəyinin 2-ci səhifəsinin sondan 2-ci abzasında qeyd olunur ki, “Ümumiyyətlə qiymətləndirilməsi üçün təqdim edilən hər hansı əmtəələr faktiki ekspert baxışı keçirilmədən, onların konkret olaraq əmtəə görünüşü, markalanma, ölçü və digər texniki göstəricilərini, mənəvi və fiziki köhnəlməyə hansı dərəcədə məruz qalması barədə tam məlumat olmadığından, tədqiqat aparılmaqla obyektiv nəticəni müəyyən etmək mümkün deyildir”. Yəni bir növ əmlakın dəyərlərinin qiymətləndirilməsi zərərçəkmiş şəxslərin sözləri ilə müəyyən edilmişdir. Lakin məhkəmələr yuxarıda qeyd olunan halları nəzərə almamış, iddiaçıya dəymiş zərərin məbləğini müəyyən etməmiş, bununla bağlı hər hansı bir sübut tələb olunmamışdır. Məhkəmələr yalnız Mülki Prosessual Məcəllənin 82.4cü maddəsinə istinad etməklə qərar qəbul etmişlər. Halbuki həmin normanın tələblərinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

32. Həmçinin iddiaçı tərəfindən iddia qaldırılarkən iddia tələbinə münasibətdə dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışa əsasən 102 manat dövlət rüsumu ödəməli olduğu halda 100 manat ödəniş etmiş, məhkəmə isə işi icraata qəbul edərək yekun qətnamə qəbul etmişdir. Halbuki göstərilən nöqsanın aradan qaldırılması üçün qərardad qabul etməklə iddia ərizəsini geri qaytarmalı idi. Kassasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri:

33. İddiaçı cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək qeyd etmişdir ki, onun İsməli Bayramovla heç bir barışığı olmamışdır. Ona dəymiş zərərin ödənilmədiyi aşkardır. Ona faktiki olaraq 8.200 manat zərər dəysə də, istintaqa ona həmin məbləğdə zərər dəyməsi barədə ərizə versə də, istintaq zamanı keçirilmiş ekspertiza ilə zərərin məbləği azaldılıb 7.000 manat müəyyən edilmişdir. Etirazda kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublika sının Mülki Məcəlləsi.

34. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

35. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

36. Maddə 21.2. Etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun.

37. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

38. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

39. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

40. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

41. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

42. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

45. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 101.3. Ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğunu müəyyən etdikdə, ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə məhkəməyə vəsatət göndərir. Vəsatətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstərilir.

50. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

51. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmə dən, şikayəti təmin etmədən saxlaya bilər.

55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən iddianın təmin olunması hissəsində mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçü n əsas yoxdur.

59. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

60. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

62. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

63. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

64. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəb ul etmişdir.

65. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1984/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar