Məhkəmə qərarları › İş №2(102)-1664/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1664/2023

17.04.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1664/2023 17.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi, kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, ipoteka predmetinin ilkin satış qiyməti, ekspert rəyləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil oğlu (məruzəçi), X5 və X1 ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc məbləğinin borc alandan tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsinə və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarılma tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-197/2022 nömrəli iş üzrə 07 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC-nin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə dair işə 17 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ASC “Xalq” Bankı ilə Cavabdeh1 arasında kredit müqaviləsi 09 iyul 2014-cü il tarixdə bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 illik 19 faizlə 48 ay müddətinə 25.450 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və hə min torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 7 otaqlı 32 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. İpoteka müqaviləsində ipoteka predmtinin bazar dəyəri 30000 manat, likvid dəyəri 28800 manat müəyyən edilmişdir.

3. Mübahisə kredit müqaviləsi üzrə öhdəliyin icra edilməmsi ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ASC “Xalq” Bank (bundan sonra “iddiaçı” və ya “Bank”) iddia ərizəsi (tələbin artırılması barədə ərizə) ilə Qusar Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü il tarixli, **********43914 nömrəli kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 iddiaçı ASC “Xalq” bankının xeyrinə 18529,49 ABŞ dolları məbləğində əsas, xx.xx.2018-ci il tarixinədək hesabla nmış 9094,38 ABŞ dolları məbləğində adi faizlər üzrə borcun, xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 7979,75 ABŞ dolları məbləğində penyanın, xx.xx.2018-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək vaxtı keçmiş əsas borc məbləğinə illik 20 faiz dərəcəsi ilə hesablanmış 7422,09 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi olmaqla, cəmi 43025,71 ABŞ dollarının və xx.xx.2020-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15% dərəcəsi ilə hesablanan penyanın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manatın və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilməsi üzrə çəkilmiş xərclərin tutulması, tələbin 09 iyul 2014-cü il tarixli, **********43914/ip nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı 32 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və Cavabdeh1 xx.xx.2014-cü il tarixli, **********43914 nömrəli kredit müqaviləsi üzrə Bank qarşısında 43025,71 ABŞ dolları məbləğində borcunun, xx.xx.2020-ci il tarixd ən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15% dərəcəsi ilə hesablanan penyanın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən tutularaq Banka ödənilməsi, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh2, onun ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, ipoteka predmetinin likvid dəyərinin 28800 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, borcalan kredit razılaşmasının tələbini pozaraq, ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır.

6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 443.2, 449, 528-ci, “İpoteka haqqında” Qanunun 1.0.9, 4, 33, 34, 39, 59.3 və 59-cü maddələrinə istinad etmişdir.

7. Cavabdeh1 iddiya etioraz olaraq göstərib ki, Bank tərəfindən tələb edilən borc məbləği yüksək göstərilib, ipoteka predmetinin qiyməti isə az göst ərilib.

8. Birinci instansiya məhkəməsi həm borcun məbləği, həm ipoteka predmetinin qiymətinin müəyyən edilməsi məqsədilə 08 oktyabr 2018-ci il tarixli qərardadlarla mühasibatlıq və qiymətləndirmə ekspertizaları təyin etmiş, qiymətləndirmə ekspertizasını "xxxx" MMC-yə tapşırmışdır.

9. Məhkəmə Ekspertiza Mərkəzinin 29 yanvar 2019-cu il tarixli, 34202 saylı rəyinə əsasən Cavabdeh1 29 avqust 2019-cu il tarixə (iddianını verildiyi tarixə) 18298,10 ABŞ dolları əsas, 9377,27 ABŞ dolları faiz borcu vardır. 10. "xxxx" MMC-nin 15 may 2019-cu il tarixli, ƏEM/M 34-574/19 saylı mütəxəssis rəyinə əsasən Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin 15 may 2019-cu il tarixə bazar dəyəri 196300,00 manat təşkil edir.

11. İddiaçının nümayəndəsi əmalkın qiyməti ilə bağlı rəylə razı olmadığı üçün birinci instansiya məhkəməsi 06 avqust 2019-cu il tarixli qərardadla qiymətləndirmə ekspertizası təyin etmiş, ekspertizanı "xxxx" MMC-yə tapşırmışdır. Qərardad ipoteka predmetinə baxış keçirilməsinə əmlak sahibi tərəfindən imkan yaradılmadığı üçün icrasız geri qaytarılmışdır.

12. Birinci instansiya məhkəməsi 25 dekabr 2019-cu il tarixli qərardadla qiymətləndirmə ekspertizası təyin etmiş, ekspertizanı “X3” MMC-yə tapşırmışdır. 13. “X3” MMC-nin 22 may 2020-ci il tarixli, AR 22-005/20 saylı rəyinə əsasən Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin 22 may 2020-ci il tarixə bazar dəyəri 198000,00 manat təşkil edir.

14. Bankın sifarişi əsasında “Rovers Konmark” Konsaltinq şirkətinin 22 iyul 2029-cu il tarixli rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 60000 manat, likvid dəyəri 55000 manat, "xxxx" MMC-nin 07 iyul 2020-ci il tarixli rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 65000 manat, likvid dəyəri isə 60000 manatdır.

15. Qusar Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli, 2(029)-42/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 09 iyul 2014-cü il tarixli, **********43914 №-li kredit müqaviləsi üzrə 18529.49 (on səkkiz min beş yüz iyirmi doqquz dollar qırx doqquz sent) ABŞ dolları məbləğində əsas borc, 09 iyul 2018-ci il tarixədək hesablanmış 9094.38 (doqquz min doxsan dörd dollar otuz səkkiz sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 01 aprel 2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 (on beş) faiz dərəcəsi ilə hesablanmış 700 (yeddi yüz) ABŞ dolları məbləğində penya, cəmi 28323.87 (iyirmi səkkiz min üç yüz iyirmi üç dollar səksən yeddi sent) ABŞ dollarının qətnamə icra olunan günə manat məzənnəsi ilə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına aparılmasına görə 30 (otuz) manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) ma nat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada iddiaçı ASC “Xalq” Bankın xeyrinə tutulması, tələbin 09 iyul 2014-cü il tarixli, **********43914/ip №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsindən yerləşən 0.08 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 135.2 kv.metr yaşayış, 122.5 kv.metr yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257.7 kv.metr təşkil edən, 2 mərtəbəli, 7 otaqlı 32 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və Cavabdeh1 09 iyul 2014-cü il tarixli **********43914 №-li kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Banknın qarşısında 28323.87 (iyirmi səkkiz min üç yüz iyirmi üç dollar səksən yeddi se nt) ABŞ dolları məbləğində borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına parılmasına görə 30 (otuz) manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat ipoteka predmetinin dəyərindən tutularaq iddiaçı ASC “Xalq” Banka yönəldilməsi, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh2, onun ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, 09 iyul 2014-cü il tarixli, ********* *43914/ip nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmetinin ilkin satış qiymətinin 198000,0 (bir yüz doxsan səkkiz min) manat müəyyən edilməsi, iş üzrə 445 ( dörd yüz qırx beş) manat təşkil edən ekspertiza xərcindən 295 (iki yüz doxsan beş) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 150 (bir yüz əlli) manatın isə iddiaçı ASC “Xalq” Bankdan tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Rafiq Kazımov)

16. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, kredit müqaviləsinə əsasən cavabdehlərin bank qarşısında öhdəliyi yaranmış, cavabdehlər öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və onlar bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır.

17. Birinci instan siya məhkəməsi borcun məbləğini ipoteka predmetinin qiymətini işdəki rəylərə əsasən müəyyən etmişdir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 279, 295, 442, 443, 445.1, 445.2.1, 448.1, 448.2, 449.4, 462.1, 465.2, 467, 739.2-ci, “İpoteka haqqında” 1.0.9, 34.1.1, 39.3.3-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

19. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın rədd olunmuş hissəsində ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, qətnamə işdə olan sübutlara uyğun olmamaqla maddi və prosessual hüquq normaları pozulub, ipoteka predmetinin ilkin satış qiyməti əsassız artırılmaqla müəyyən edilib.

21. Cavabdeh apellyasiya instansiyası məhkəməsinə "xxxx" MMC-nin 20 oktyabr 2020-ci il və “Morion” Qiymətləndirmə Mərkəzinin 15 oktyabr 2020-ci il tarzili qiymətləndirmə rəylərini təqdim etmişdir. Həmin rəylərə əsasən ipoteka predmetinin qiyməti müvafiq olaraq 199700 manat bazar, 190000 manat likvid, 201000 manat bazar və 192000 manat likvid dəyəri ilə müəyyən edilmişdir.

22. Apellyaisya instansiyası məhkəməsi ipoteka predmetinin təkrar qiymətləndirməsi məqsədilə 05 noyabr 2020-ci il tarixli qərardadla tikinti texniki ekspertizası təyin edərək, qiymətləndirməni "xxxx" MMC-yə tapşırmışdır. 23. "xxxx" MMC-nin 06 yanvar 2021-ci il tarixli rəyinə əsasən ipoteka premetinin bazar dəyəri 202000 manat, likvid dəyəri 185000-190000 manatdır.

24. İddiaçının təqdim etdiyi və onun sifarişi əsasında “Azərbaycan qiy mətləndiricilər cəmiyyəti” İB Ekspertiza Şurasının 14 fevral 2021-ci il tarixli, AQC 21/007 saylı mütəxəssis rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 91000 manat təşkil edir.

25. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-327/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə bankın apellyasiya şikayəti qismən təmin edilərək Qusar Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli, 2(029)-42/2020 saylı qətnaməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinə aid hissədə dəyişdirilmiş və əmlakın ilkin satış qiymətinin 190.000 manat dəyərində müəyyən olunması, borcun Cavabdeh2 Nürmət oğlundan tutulmasına dair hissədə qətnamənin ləğv edilməsi, iddianın təmin edilməmiş qalan hissəsində qətnamənin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Telman Məmmədov (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov, Səyyad Qafari)

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, əldən çıxmış fayda qismində zərərin ödənilməsinin hərracı keçirmək vəzifəsini daşımayan cavabdehin üzərinə qoyulması qanuni və əsaslı deyildir. Bu səbəbdən iddia tələbinin həmin hissəsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Lakin birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmış, belə tələb olmadığı halda, borc məbləğlərini həm də Cavabdeh2 birgə qaydada tutmuşdur. Halbuki Cavabdeh2 ipoteka qoyan olmuş, kredit müqaviləsi üzrə öhdəliyin icrası üçün başqa üsulla məsuliyyət daşımamışdır.

27. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, qətnamə borc məbləğlərinin Cavabdeh2 da tutulmas ına dair olan hissədə ləğv edilməlidir.

28. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi əmlakın ilkin satış qiymətini müəyyən edərkən "xxxx" MMC-nin 06 yanvar 2021-ci il tarixli rəyini əsas götürmüş (190.000 manat) və hesab etmişdir ki, "xxxx" MMC-nin, "xxxx" MMC-nin və “Azərbaycan qiymətləndiricilər cəmiyyəti” İB Ekspertiza Şurasının rəyləri əmlaka baxış keçirilmədən tərtib edildiyindən əmlakın real bazar dəyərinə uyğun deyildir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

29. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021ci il tarixli, 2(102)-3891/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2021-ci il tarixli, 2(105)-327/2021 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

31. Ali Məhkəmənini mövqeyi: - işdən görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində əmlakın bazar dəyəri 30.000 manat, likvid dəyəri isə 28.800 manat müəyyən olunmuşdur. İşə məhkəmə instansiyalarında baxılan ərəfədə müxtəlif qiymətləndirmə şirkətləri tərəfindən 7 dəfə əmlakın qiymətləndirilməsi aparılmış və əmlakın biri-birindən fərqli qiymətləri müəyyən olunmuşdur; - apellyasiya instansiyası məhkəməsi əmlakın ilkin satış qiymətini müə yyən edərkən məhkəmə tikinti texniki ekspertizasının 06 yanvar 2021-ci il tarixli rəyini əsas götürmüş (190.000 manat) və hesab etmişdir ki, "xxxx" MMC-nin, "xxxx" MMC-nin və “Azərbaycan qiymətləndiricilər cəmiyyəti” İB Ekspertiza Şurasının rəyləri əmlaka baxış keçirilmədən tərtib edildiyindən əmlakın real bazar dəyərinə uyğun deyildir. Apellyasiya instansiyası məhkəməsinin razılaşmadığı qiymətləndirmə hesabatlarında əmlakın qiyməti 55.00091.000 manat məbləğində digər qiymətləndirmə hesabatlarında isə əmlakın qiyməti 185.000-198.000 manat məbləğində müəyyən olunmuşdur. Qiymətləndirmə rəyləri arasında belə bir kəskin fərqin olması apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız əmlaka baxışın keçirilməməsi ilə əlaqələndirilməsi qiymət fərqinin əsas səbəbi kimi qəbul edilməsi inandırıcı görünmür. Əmlaka baxış keçirilmədən rəy verilərkən məhz hansı halların nəzərə alınmaması, onların nə dərəcədə əmlakın qiymətinin müəyyən olunmasına təsir göstərməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamış və onlara müvafiq qiymət verilməmişdir; - iş üzrə dəfələrlə əmlakın qiymətləndirilməsi aparılsa da, rəylər arasında kəskin fərqlər olduğundan, iş üzrə kompleks məhkəmə ekspertizasının keçirilməsi bu ziddiyyətin aradan qaldırılmasına və əmlakın həqiqi dəyərinin müəyyən olunmasına imkan verə biləcəyi baxımından belə bir ekspertizanın keçirilməsi müzakirə olunmalıdır. Müxtəlif qiymətləndiricilərin bir araya gəlməklə verəcəkləri rəy mübahisənin bu hissədə düzgün həllini təmin etmiş olar. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

32. İşin təkrar apellyas iya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi 06 oktyabr 2021-ci il tarixli qərardadla ipoteka predmetinin qiymət ilə bağlı ekspertzia təyin etmiş ekspertizanın aparılması "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin mütəxəssisləri cəlb edilməklə Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. 33. "xxxx" MMC-nin 25 yanvar 2022-ci il tarixli rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 190000 manat, likvid dəyəri 180000 manatdır. 34. "xxxx" MMC-nin 24 yanvar 2022-ci il tarixli rəyinə əsasən ipoteka predmetini bazar dəyəri 208000 manat, likvid dəyəri 187200 manatdır. 35. "xxxx" MMC isə rəy verilməsinin imkan xaricində olmasını göstərib, qərardadı icrasız saxlamışdır.

36. Məhkəmə Ekspertizası Mərkəzinin 13 aprel 2022-ci il tarixli, 10/6317 saylı rəyinə əsasən (mütəxəssis rəyləri nəzərə al ınmaqla) Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 155.965,0 manat, likvid dəyəri 140.370,0 manat təşkil edir.

37. Tərəflər həmin rəylərlə razılaşmadığı üçün apellyasiya instansiyası məhkəməsi 05 may 2022-ci il tarixli qərardadla iş üzrə təkrar məhkəmə qiymətləndirmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspertizanın aparılması "xxxx" MMC, "xxxx" MMC və "xxxx"-nun mütəxəsisləri bir araya gəlməklə Məhkəmə Ekspertizası Mərkəzinin digər ekspertinə həvalə edilmişdir. 38. "xxxx" MMC-nin 12 sentyabr 2022-ci il tarixli, FY-1661/FM nömrəli mütəxəssis rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 157.000 manat, likvid dəyəri 130.000 manat təşkil edir. 39. "xxxx" MMC-nin 15 sentyabr 2022-ci il tarixli, 01/22-452 nömrəli mütəxəssis rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 180.000 manat, likvid dəyəri 153.000 manatdır. 40. "xxxx" MMC-nin 16 sentyabr 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 155.000 manat, likvid dəyəri 130.000 manat təşkil edir.

41. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2022-ci il tarixli rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 155.965,0 manat, likvid dəyəri 140.370,0 manat təşkil edir.

42. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-197/2022 nömrəli iş üzrə 07 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apelly asiya şikayəti qismən təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli, 2(029)-42/2020 nömrəli qətnaməsi ipoteka predmetinin qiyməti hissəsində dəyişdirilmiş, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin likvid dəyəri ilə 140.370,0 (yüz qırx min üç yüz yetmiş min) manat məbləğində müəyyən edilməsi qət edilmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, sözügedən ipoteka predmetinin ilkin satış qiymətinə dair işdə biri-birindən kəskin şəkildə fərqlənən müxtəlif qiymətləndirici rəyləri vardır. Sözügedən ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı tərəflər arasında hər hansı razılaşma yoxdur və onlar arasında faktiki olaraq ipoteka predmetinin ilkin satış qiymətinə dair mübahisə vardır. Buna görə də tərəflər arasında yaranmış mübahisə üzrə ob yektiv nəticəyə gəlinməsini təmin etmək üçün iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ipoteka predmeti olan əmlakın orta bazar qiyməti və satış (likvid) qiyməti müəyyən edilmişdir

44. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, son alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2022-ci il tarixli rəyi ilə ipoteka predmetinin bazar dəyəri 155.965,0 manat, likvid dəyəri 140.370,0 manat təşkil etməsi əsaslı olub, işin faktiki hallarına uyğun olduğuna görə sübut növü kimi qəbul edilməli və həmin rəy tərəflər arasında yaranmış mübahisə üzrə yekun nəticəyə gəlmək üçün yetərli hesab edilməlidir.

45. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı bank bi rinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmeti olan əmlakın real dəyərinin 55000 və 60000 manat məbləğində müəyyən edilməsi ilə bağlı halları sübuta yetirə bilməmişdir.

46. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticən “İpoteka haqqında” Qanun 1.0.9, 39.1 və 39.3.3-cü maddələri ilə əsaslandırmışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

47. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 07 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

48. İddiaçının kassasiiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsi pozulub. Belə ki, Ali Məhkəmənin iş üz rə qəbul edilmiş qərarındakı göstərişin mahiyyəti ondan ibarət olmuşdur ki, daha əvvəllər iş üzrə müxtəlif qimyətləndiricilərin rəyləri mövcud olduğundan və bunların arasında kəskin ziddiyətlər oluduğundan iş üzrə bir neçə qiymətləndiricinin bir araya gəlməklə yekun bir rəy təqdim etməsi və həmin rəyə uyğun olaraq ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması mübahisənin bu hissədə düzgün həllini təmin etmiş olar. Lakin Ali Məhkəmənin bu göstərişinə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Ümumiyyətlə, Ali Məhkəmənin bu göstərişinin məqsədi müxtəlif rəylər arasındakı ziddiyətlərin aradan qaldırılmasından və yekun bir rəy əsasında əmlakın qiymətinin müəyyən olunmasından ibarətdir. Qeyd edilən uyğunsuzluqlarla bağlı İddiaçı tərəfindən ip oteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı Ali Məhkəmənin qərarında qeyd edilmiş göstərişə uyğun olaraq təkrar ekspertizanın keçirilməsinin təyin edilməsi barədə vəsatət apellyasiya instansiyası məhkəməsinə təqdim edilsə də, həmin vəsatət təmin edilməmişdir.

49. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv olunması və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

50. Cavabdeh1 kassasiya şikayəti belə əsaslandırlıb ki, iş üzrə müxtəlif rəylər vardır, əksər ekspertiza mərkəzləri fərdi yaşayış evinin bazar qiymətini 190000-202000 manat müəyyənləşdirilmişdir və məhkəmə qərarlarında ipoteka predmetinə ilkin satış qıymətləri olaraq müvafiq rəqəmlər qeyd olunmuşdur. Burdan belə nəticəyə gəlmək olar ki, "xxxx" MMC-nin, “X3” MMC-nin, "xxxx" MMC-nin, “X2” MMC-nin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin qiymətləndirmə hesabatı, Məhkəmə Tikinti Texniki ekspertizasının rəyi, "xxxx" MMC-nin, "xxxx" MMC-nin rəylərində göstərilən qiymətlər ədalətli və düzgün qiymətdir. Hazırda sözügedən evin qiyməti 185000-190000 manat müəyyən olunmalıdır.

51. Cavabdeh2 da kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv olunması və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

52. Cava bdeh2 da kassasiya şikayəti digər cavabdehin şikayəti ilə eyni məzmunda əaslandılırlmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

53. Cavabddehlər iddiaçının kassasiya şikayətinə qarşı yazılı etiraz vermişlər. Etirazda iddiaçının kassasiya şikayətinin əsasız olması və bu səbəbdən şikayətin təmin edilməməsi göstərilmişdir. Tətbiq edilən hüquq “İpoteka haqqında” Qanun Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansi yası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 418.1. Maddi və prosessual h üquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələr i tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

55. Kassasiya şikayətlərində apellyasiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin qiyməti hissəsində mübahisələndirilir. Apellyasiya baxışının da predmeti həmin hissə olduğu üçün, məhkəmə kollegiyası faktiki olaraq qətnaməni tam yoxlayır.

56. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfind ən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Apellasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

59. Belə ki, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişlərə uyğun olaraq, iki dəfə qiymətləndirmə ekspertizası təyin etmiş, ekspertizanın aparılmasını 6 müxtəlif qiymətləndirici təşkilatın mütəxəssələri cəlb eilməklə Məhkəmə Ekspertizası Mərəkəzinə həvalə etmiş, nəhayət ipoteka predmetini likvid dəyərini Məhkəmə Ekspertizası Mərəkəzinin rəyinə uyğu n müəyyən etmişdir.

60. Nəzərə alınsa ki, “İpoteka haqqında” Qanunun hazırki işə tətbiq edilən 39.3.3-cü maddəsinə görə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir, belə olan halda həmin maddəyə əsasən apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

61. Qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəylərinə Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymət vermiş, nəyə görə Məhkəmə Ekspertizası Mərəkəzinin rəyinə istinad etməsini əsaslandırmışdır.

62. İpoteka predmetinin likvid dəyərinin daha aşağı və daha yuxarı olması ilə bağlı müvafiq olaraq iddiaçı və cavabdehlərin kassasiya şikayətlərinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsinin əldə etdiyi Məhkəmə Ekspertizası Mərəkəzinin rəyləri ilə təkzib edilmişdir.

63. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

64. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" ASC-nin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-197/202 2 nömrəli iş üzrə 07 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar