Məhkəmə qərarları › İş №2(102)-1667/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1667/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1667/2021 05.04.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: iddianın əsasının dəyişdirilməsi, dispozitivlik prinsipi, çəkişmə prinsipi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Cavabdeh, onun vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4334/2020 nömrəli iş üzrə 19 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 05 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında bax araq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh (bundan sonra – cavabdeh) tərəfindən 08.11.2019-cu il tarixdə tərtib edilmiş sadə yazılı formalı “İzahat” adlandırılan ərizədə, o, iş müqabilində “xxxx” MMC-nin direktoru olan İddiaçı (bundan sonra – iddiaçı) 34338 manat pul vəsaiti götürdüyünü, 12 noyabr 2019-cu il tarixdə işi (öhdəliyinə götürdüyü işi) tamamlasa həmin pul vəsaitini həmin gün geri qaytarmağı, əks halda bununla bağlı məsuliyyəti öz üzərinə götürdüyünü qeyd etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında 08 noyabr 2019-cu il tarixində bağlanmış razılaşmaya əsasən 34338 manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 5000 manat, hüquqi xidmətə görə ödədiyi 100 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehi uzun müddətdir ki, tanıyır. Cavabdeh işi ilə əlaqədar pula ehtiyacı olduğunu iddiaçıya bildirərək 34338 manat məbləğində borc istəmişdir. İddiaçı da onunla razılaşaraq həmin məbləğdə pulu borc verəcəyini bildirmişdir. Cavabdeh borcun alınması və müəyyən edilmiş müddətdə iddiaçıya qaytarması barədə 08 noyabr 2019-cu il tarixində öz xətti ilə izahat (iltizam) yazmışdır. Həmin razılaşmaya əsasən cavabdeh borc götürdüyü pulu müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə tam qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin, cavabdeh razılaşmanın şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməmiş, borclu olduğu məbləğdən heç bir ödəniş etməmişdir. Bununla əlaqədar, cavabdeh borclu qaldığı məbləğin yaxın vaxtlarda ona qaytarılması barədə dəfələrlə vədlər versə də, borcun qaytarılmasından yayınmışdır. Bundan sonra cavabdehə bir necə dəfə xəbərdarlıq barədə ərizə verilsə də cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, cavabdehin təqsiri üzündən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qaldığından hüquqi xidmətlə bağlı vəkilə müraciət etmiş, müvafiq müqavilə bağlayaraq hüquqi xidmətə görə 100 manat pul ödəmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, müqavilə iki şirkət arasında avtomobillərə te xniki baxış keçirilməsi ilə laqədar bağlanıb. İddiaçını tanımır, onun adından XXX adlı şəxslə danışıqlar aparmış və həmin şəxs maşınların texniki baxışı üçün razılaşdıqları pulu göndərdiyini bildirmişdir. Lakin həftənin sonuncu iş günü olduğuna və bundan sonra 3 gün iş günü olmayacağına görə pul onun hesabına köçürülməmişdir. Bununla bağlı qarşı tərəfdə yaranm narazılığı aradan qaldırmaq üçün onun pulu hesaba göndərməsinə inanaraq, iltizamı imzalamışdır. Bundan sonra da pul onun hesabına köçürülməmişdi. Öhdəliyinə götürdüyü iş 12 ədəd maşına texniki baxış keçirilməsi olub. Maşınlara texniki baxış keçiriləndən sonra o, öhdəliyini yerinə yetirmiş olacaqdı və bundan sonra pulu qaytarmalı deyildi. Ona hər hansı təsir olmayıb. Lakin izahatın məzmununu XXX adlı şəxsin deməsi ilə yazmışdır. Bak ı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-706/2020 nömrəli iş üzrə 31 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim O.Məmmədli) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin 34338 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinən tutulması hissəsində qeyd etmişdir ki, iddiaçı iddia tələbini həmin hissədə əsaslandırdığı hal kimi cavabdehə 34338 manat məbləğində borc verdiyini, lakin cavabdehin həmin borcu geri qaytarmadığını bildirmişdir. Bu halı sübut edəcək sübut növü kimi iddiaçı məhkəməyə cavabdeh tərəfindən 08.11.2019-cu il tarixdə tərtib edilmiş ərizə təqdim etmişdir. Lakin həmin ərizədən görünür ki, iddiaçı pul məbləğini cavabdehin ona göstərəcəyi xidmət müqabilində ödəmişdir. İddiaçı həmin pul məbləğini c avabdehə borc kimi verməsi və ümumiyyətlə həqiqətən cavabdehə verməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Habelə iddiaçı həmin izahatda cavabdehin ona ödənilmiş pul müqabilində öhdəsinə götürdüyü işin nədən ibarət olmasını, həmin işin tamamlanıb-tamamlanmasını və işin tamamlandığı halda cavabdehin hansı səbəbdən pul vəsaitini geri qaytarmalı olduğu barədə hər hansı fikir ifadə etməmiş, məhkəməyə sübut təqdim etməmiş, iddia tələbində göstərilən dəlilləri məhkəmədə işin hər hansı halı ilə sübuta yetirə bilməmişdir. Bundan əlavə, məhkəmə iddia tələbinin 5000 manat mənəvi zərər hissəsi üzrə qeyd etmişdir ki, iddiaçı göstərilən iddia tələbi üzrə mənəvi zərərin vurulmasına dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, iddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair hissəs i də rədd edilməlidir. Məhkəmə, həmçinin hesab etmişdir ki, iddiaçının iddia tələbi məhkəmə tərəfindən rədd edildiyi üçün hüquqi yardıma və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 5.3, 739.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasın ın (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4334/2020 nömrəli iş üzrə 19 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) iddiaçının apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək cavabdehdən 34338 manat pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən şahid X3 izahatında bildirmişdir ki, yazılı izahatda qeyd edilən 34.338 manat pul vəsaiti iddiaçınındır və nağd şəkildə cavabdehə ödənilmişdir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iş materiallarında olan yazılı izahata, şahid ifadəsinə və köçürülmənin aparılması haqqında bildirişlərə (i.v. 36-37) əsasən, cəmi 34.338 ( 5238+29100) manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə verilmişdir. Bundan əlavə, cavabdeh tərəf qeyd olunan məbləğin ona verilməməsinə və ya iddiaçı tərəfin öhdəsinə götürdüyü işi tamamlamamasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi, həmçinin tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, ərizədə olan “...öhdəliyimə götürdüyüm işi tamamlasam...” ifadəsi əslində “...öhdəliyimə götürdüyüm işi tamamlamasam...” ifadəsini nəzərdə tutmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin halları və iş materiallarında olan sübutlarla iddia tələbində qeyd olunan 43338 manat məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsi təsdiq edildiyindən birinci instansiya məhkəməsinin iddia tələbinin 34338 manat məbləğin iddiaçının x eyrinə tutulması hissəsində təmin edilməməsinə dair qətnaməsi əsassız olduğundan ləğv edilməlidir. Kollegiya iddia tələbinin 5000 manat mənəvi zərər, hüquqi xidmətə görə ödənilmiş 100 manat və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması ilə bağlı hissəsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmış və hesab etmişdir ki, həmin hissədə qətnamə dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 5.3, 752.1-ci maddələrinə, MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxış ına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə obyektiv baxmamış, mübahisəni tam və hərtərəfli araşdırmamış, işdə olan sübutlara düzgün və işin halları ilə əlaqəli şəkildə qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və onun vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri v ə vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna ola raq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş süb utlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə cavabdeh olan kassator apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etsə də iddianın rədd edilməsi hissəsi iddiaçı tərəfindən mübahisələndirilmədiyindən və mübahisənin predmeti bölünən olduğundan həmin məhkəmə aktı iddianın təmin edilmiş hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). MPM Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq möv qeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9.3). Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Maddə

53. İddianın dəyişdirilməsi İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmet ini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir:... 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarı Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli Qərarı İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olm ayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi MPM-in 53 və 149-cu maddələrinin mənasına görə tərəf birinci instansiya məhkəməsində iddia qaldıranadək kimdən, nəyi və nəyin əsasında tələb etmək istədiyini müəyyən etməli, bütün bunları öz ərizəsində əsaslandırmalı, öz sübutlarını və ya sübut qismində araşdırılmasını arzuladığı faktlar barədə məlumatları iddia ərizəsinə əlavə etməlidir. MPM-in 47.1-ci maddəsi nə əsasən işdə iştirak edən şəxslər, onlara verilmiş prosessual hüquqlardan qanuna uyğun şəkildə və vicdanla istifadə etməli, tələbin əsası kimi istinad etdikləri halları məhkəməyə düzgün təqdim etməli (məlumat verməli), məhkəmə prosesinin əsassız şəkildə, qeyri-müəyyən müddətə uzanmasına səbəb olan hərəkətlərə yol verməməlidirlər. Qanunverici işdə iştirak edən şəxslərin üzərinə öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat vermək vəzifəsini onunla əsaslandırır ki, qarşı tərəf ona qarşı yönələn tələblə bağlı özünün müdafiəsini təşkil edə bilsin (MPM-in 9.2-ci maddəsi). Bu baxımdan işin məhkəmə baxışının gedişində müəyyən olunan hallarının iddia tələbinin əsası kimi istinad edilmiş hallara uyğun gəlməməsinin səbəb olduğu əlverişsiz nəti cələrin riskini də məhz belə hallarla bağlı məhkəmə yanlış məlumat vermiş tərəf daşıyır. Qeyd olunanlarla yanaşı, prosessual qanunvericilik iddiaçıya birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək iddia tələbinin həcmini azaltmaq və ya artırmaq hüququ verir. Lakin iddianın əsası və predmeti iddianın ən vacib iki ünsürünü təşkil etdiyindən onların dəyişdirilməsinə də iddia ərizəsinin verilməsinə dair prosessual qanunvericiliyin tələbi eyni qaydada tətbiq olunmalı, iddiaçı iddianın əsasını və ya predmetinin dəyişdirilməsi ilə bağlı məhkəməyə yazılı ərizə təqdim etməlidir. İddianın əsasını seçmək və onu dəyişdirmək hüququnun müstəsna olaraq iddiaçıya məxsus olması dispozitivlik prinsipindən irəli gəlir. Bu prinsip işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materialları ndan və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Dispozitivlik prinsipinə əsasən iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. İddiaçının öz iddiasının əsasını birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək yazılı ərizə verməklə dəyişməsi barədə qayda dispozitivlik prinsipi ilə yanaşı, həm də mülki prosesin digər fundamental prinsipi olan çəkişmə prinsipinin təmin olunmasına yönəlmişdir. Çünki iş üzrə cavabdeh öz müdafiəsini təşkil etmək, iddiaçının dəlillərinə əsaslandırılmış cavab vermək, habelə özünün əks sübutlarını təqdim etmək imkanına malik olmaq üçün qarşı tərəfin ona yönəlmiş tələbinin əsasının nə olduğu barədə aydın ifadə e dilmiş məlumata malik olmalıdır. Baxılan iş üzrə iddia tələbinin əsası ondan ibarətdir ki, iddiaçı cavabdehin xahişi ilə ona borc pul vermiş, cavabdeh pulu alaraq bu barədə yazılı iltizam imzalamış, lakin müəyyən olunmuş müddət ərzində borcu qaytarmamışdır. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçını tanımır, aralarında heç bir borc müqaviləsi mövcud olmayıb, iltizamı iddiaçının rəhbəri olduğu hüquqi şəxsə məxsus avtomobillərə texniki xidmət göstərilməsi ilə əlaqədar bağlanmış şifahi müqavilə münasibətləri çərçivəsində imzalamışdır. İşə birinci instansiya məhkəməsində baxılması zamanı iddiaçı iddianın əsasının dəyişdirilməsi barədə ərizə verməmişdir. Birinci instansiya məhkəməsi məhz iddiaçının cavabdehə borc verdiyini təsdiq edən hər hansı sübut təqdim etmədiyini, mübahisə li ərizədə göstərilən məbləğin cavabdehin ona göstərəcəyi xidmət müqabilində ödənildiyini müəyyən etmiş, iddiaçının tələbində göstərilən dəlilləri sübuta yetirə bilmədiyi üçün iddianı rədd etmişdir. Apelyasiya instansiyası məhkəməsi isə iddianı iddiaçının birinci instansiya məhkəməsində (tərəflər arasında borc müqaviləsinin bağlanması) irəli sürdüyü əsasla deyil, iddia ərizəsində və birinci instansiya məhkəməsində iddiaçının istinad etmədiyi tamamilə başqa əsasla (tərəflər arasında podrat hüquq münasibətinin yaranması) təmin etməklə faktiki olaraq iddianın əsasını dəyişmiş və bununla da prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmə nəinki cavabdehi, həm də iddiaçının özünü istinad etdiyi əsasla bağlı sübutlar təqdim etmək imkanından məhrum etmiş, məhkəmə araşdırması zama nı müzakirə predmeti olmayan hallar əsasında qətnamə qəbul etmiş, bununla MPM-in 53-cü maddəsi ilə yanaşı, 9.1-9.3, 14.1 və 14.2-ci maddələrinin də tələblərini pozmuşdur. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, əgər iddiaçı iddianın əsasını dəyişməyibsə, lakin başqa əsasla iddianın təmin olunmasına hüquqi əsas verən sübutlar təqdim edibsə belə, məhkəmə həmin sübutların məzmunundan çıxış edərək fəqrli əsaslarla iddianı təmin edə bilməz. Çünki bu hal yuxarıda istinad olunan dispozitivlik və çəkişmə prinsipləri ilə bir arayı sığmamaqla, həm iddiaçını, həm də cavabdehi mühüm prosessual hüquqlardan məhrum etməklə nəticələnə bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, məhkəmənin iddianın əsası ilə uzlaşmayan sübutları nəzərə almadan işə mahiyyəti üzrə baxması iddiaçını məhz həmin sübutlara is tinad etməklə yeni əsasla məhkəmədə iddia qaldırmaq hüququndan məhrum etmir. Ona görə də kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, yeni apelyasiya baxışına göndərilməli, işə həmin hissədə yenidən baxılarkən yuxarıda istinad olunan mülki prosessual hüquq normalarının tələblərinə riayət edilməklə mübahisə tətbiq edilməli, maddi hüquq normalarına müvafiq həll edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4334/2020 nömrəli iş üzrə 19 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar