Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1668/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-13253/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Z.Rzayev, iş № 2(008)-570/2018) İddiaçı Cavabdehnə qarşı tikinti işlərinin aparılmasına qeyr i-qanuni müdaxilənin qadağan edilməsi, tikilinin sökülməsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə ilə Cavabdeh İddiaçı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı İddiaçı adına verilmiş Reyestrdən Çıxarışın ləğv edilməsi, neft kəmərinin mühafizə zonasına düşən tikililərin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və həmin sahədə tikinti işlərinin aparılmasının qadağan edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Cəmilova, İ.K.Xəlilov və İ.Ə.Kərimli) Dövlət Neft Şirkətinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xx xx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - qarşılıqlı iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşin halları: N sahəsi xx xxxxxx 2016-cı il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. 2017-ci ilin may ayında İddiaçı Dövlət Neft Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli torpaq sahəsini 1995-ci ildə əldə edib orada yaşayış evi inşa etməsini, həmin dövrdə ona məxsus torpaq sahəsində boru kəmərinin olmamaqla belə bir kəmərin sonradan çəkilməsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2004-cü il tarixli 167 №-li qərarı ilə təsdiq edilmiş istismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə zonasının müəyyənləşdirilməsi Qaydaları”na əsasən bo ru kəmərinin oxunun hər tərəfindən 50 metrlik mühafizə zolağının təyin olunmasını, lakin Şirkətin əməkdaşları tərəfindən ona məxsus evin divarlarının və hasarının sökülməklə ona 10.140 manat məbləğində maddi, 10.000 manat məbləğində isə mənəvi zərər dəyməsini əsas göstərməklə onun tərəfindən aparılan tikinti işlərinə qeyriqanuni müdaxilənin qadağan edilməsi, 10.140 manat məbləğində maddi, 10.000 manat məbləğində mənəvi zərərin Neft Şirkətindən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə cavabdeh Dövlət Neft Şirkəti qarşılıqlı iddia verərək İddiaçı məxsus torpaq sahəsinin Buzovna-Ramana Dş-250 magistral neft kəmərinin mühafizə zonasında (25,2 metrində) yerləşməsini əsas göstərməklə həmin torpaq sahəsinə dair verilmiş xx xxxxxx 2016-cı il tarixli Reyestrdən Çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsində yerləşən tikililərin cavabdehlərin hesabına sökülməsi və orada hər hansı tikinti işlərinin aparılmasının ona qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia və qarşılıqlı iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh (qarşılıqlı iddiaçı) Dövlət Neft Şirkəti kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdeh Dövlət Neft Şirkətinin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli torpaq sahəsi Abşeron İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1995ci il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün X3 ayrılmış və xx xxxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən hazırkı iş üzrə İddiaçı satılmışdır. Neft Şirkəti İddiaçı adına verilmiş Reyestrdən Çıxarışın ləğv edilməsini tələb edərkən həmin Çıxarışın verilməsi üçün əsas olmuş İcra Hakimiyyəti Başçısının sərəncamını və alqı-satqı müqaviləsini mübahisələndirməmişdir. Göstərilən vəziyyətdə İddiaçı adına verilmiş Reyestrdən Çıxarışın ləğv edilməsini mümkünsüz hesab edən məhkəmə iddianı rədd etmiş və bu zaman maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə istinad etmişdir. Qanunun həmin normasına görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həq iqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2 019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1668/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1668/2020
18.03.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver