Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1668/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09.12.2021-ci il tarixli, 2(103)11509/2021 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 18.02.2015-ci il tarixli, 27SMEG-1-0-96-15 saylı əsas kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə 38.300 ABŞ dolları məbləğində kredit verilmiş, kredit öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 1 mərtəbəli, 89.4 kv.m. ümumi, 73.4 kv.m. yaşayış, 16.0 kv.m. yardımçı sahəsi olan 17 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 18.02.2015-ci il tarixli, 27-SMEG-1-0-96-15 saylı kredit müqaviləsi üzrə 31537,91 ABŞ dolları əsas borc, 33705,90 ABŞ dolları faiz borcu, 7675,07 ABŞ dolları cərimə, kredit müqaviləsinin bitdiyi tarixdən 15.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 351,85 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 73270,73 ABŞ dolları məbləğdə borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın cavabdehin mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən, 4 otaqlı, 1 mərtəbəli, 89.4 kv.m. ümumi sahəsi, yaşayış sahəsi 73.4 kv.m., və yardımçı sahəsi 16.0 kv.m. olan 17 nömrəli fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılması, borcun və məhkəm ə xərclərinin satışdan əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda borcun qalan hissəsinin ümumi qaydada tutulması, fərdi yaşayış evinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra cavabdehin və digər şəxslərin fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehin həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldıaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 18.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş, 15.02.2021-ci il tarixinə banka 31537,91 ABŞ dolları əsas borc, 33705,90 ABŞ dolları faiz borcu, 7675,07 ABŞ dolları cərimə, kredit müqaviləsinin bitdiyi tarixdən 15.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 351,85 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 73270,73 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır.
4. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, onun tərəfindən banka ödənişlər edilmişdir. Lakin borcdan heç nə silinməmişdir. Eyni zamanda hesab edir ki, bank tərəfindən əsas və faiz borcları, dəbbə pulu düzgün hesablanmamış, bankın xeyrinə şişirdilmişdir. Əvvəlcə dolların məzənnəsi qalxmış, daha sonra pandemiya düşmüşdür. Qeyd olunanlara əsasən iddianın təmin olunmamasını xahiş etmişdir.
5. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh 18.02.2015-ci il tarixli 27-SMEG-1-0-96-15 saylı kredit müqaviləsi üzrə 31 537,91 ABŞ dolları əsas, 16 312,85 ABŞ dolları faiz, 775,7 ABŞ dolları cərimə, kredit müqaviləsinin bitdiyi tarixdən 15.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 351,85 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla cəmi 48.977,16 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun və 46,90 manat məhkəmə xərclərinin "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ipotekaya qoyulmuş Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən 4 otaqlı, 1 mərtəbəli, 89.4 kv.m. ümumi, 73.4 kv.m. yaşayış, 16.0 kv.m. yardımçı sahəsi olan 17 nömrəli fərdi yaşayış evinə yönəldilərək ilkin satış qiyməti 55000 manat müəyyən edilməklə açıq hərr acda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunmuş vəsait tələbin təmin edilməsi üçün kifayət etmədiyi halda borcun qalan hissəsinin ümumi qaydada Cavabdeh tutulması, ünvan 2 ünvanında yerləşən 4 otaqlı, 1 mərtəbəli, 89.4 kv.m ümumi, 73.4 kv.m yaşayış, 16.0 kv.m yardımçı sahəsi olan 17 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 (bir) ay ərzində Cavabdeh evdən çıxarılması və evin boşadılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 33,50 manat hissəsinin Cavabdeh, 16,50 manat hissəsinin "xxxx" ASC-dən tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, məhkəmə-mühasibatlıq eks pertizasının 24.06.2021-ci il tarixli, 9/3650 saylı rəyi ilə, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 18.02.2015-ci il tarixli 27-SMEG-10- 96-15 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: 18.02.2018-ci il tarixə: əsas borc üzrə - 35157,50 ABŞ dolları; faiz borcu üzrə- 16312,33 ABŞ dolları. 20.04.2021-ci il tarixə: əsas borc üzrə35157,50 ABŞ dolları; faiz borcu üzrə- 18634,83 ABŞ dolları.
7. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh 18.02.2015-ci il tarixli, 27-SMEG-1-0-96-15 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 31537,91 ABŞ dolları əsas borc, 16312,33 ABŞ dolları faiz borcu və kredit müqaviləsinin bitdiyi tarixdən 15.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 351,85 ABŞ dolları məbləğində əldən çıxmış fayda borcunun qalması, müqavilə üzrə öhdəliklərin icrası ipoteka ilə təmin olunması təsdiq olunduğundan iddia tələbi həmin borcun tutulmasına, tutmanın ipoteka predmetinə yönəldilməsinə, mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 ay ərzində cavabdehin çıxarılması və evin boşaldılmasına dair hissələrdə təmin edilməlidir.
8. Həmçinin məhkəmə tərəfindən ipoteka predmetinin qiymətinin müəyyən olunması üçün "xxxx" MMC-nin rəyi alınmışdır. 26.07.2021-ci il tarixli, 259/YB/21 saylı qiymətləndirilmə hesabatına əsasən ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən, 4 otaqlı, 1 mərtəbəli, 89.4 kv.m. ümumi sahəsi, yaşayış sahəsi 73.4 kv.m., və yardımçı sahəsi 16.0 kv.m. olan 17 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 63000 manat, likvid dəyəri isə 55000 manat müəyyən edilmişdir.
9. Məhkəmə həmin hesabata əsasən ipoteka predmeti olan evin ilkin satış qiymətini 55.000 manat məbləğində müəyyən etmişdir.
10. Məhkəmə bildirmişdir ki, borcun vaxtında ödənilməməsinə görə 7675,07 ABŞ dolları məbləğində dəbbə pulunun alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, 7675,07 ABŞ dolları məbləğində dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, buna görə tələb olunan dəbbə pulu 775,07 ABŞ dolları məbləğinədək azaldılmalıdır. 11.Məhkəmə iddia tələbinin tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra cavabdehin və digər şəxslərin mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzilin banka təhvil verilməsi” hissəsi ilə bağlı hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, müvafiq tələbi irəli sürmək hüququ ipoteka predmetini açıq hərracda əldə edən şəxsə aid olduğundan "xxxx" İKB-nin həmin tələblə çıxış etmək üzrə subyektiv hüququ yaranmamışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Qətnamədən Yelo BankASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən, yəni iddianın təmin olunmadığı hissədə ləğv ed ilərək iddia tələblərinin tam təmin olunmasını xahiş etmiş, şikayətini məhkəmənin əsassız ekspert rəyinə istinad etməsi, ekspertin cavabdehin ödənişlərinin bir hissəsinin dəbbə borcuna silinməsini nəzərə almadığına əhəmiyyət vermədiyi, cərimə borcunun məbləğini tənasübsüz azaltdığı arqumentləri ilə əsaslandırmışdır.
13. Qətnamədən həmçinin Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və borcunun məbləğinin düzgün hesablanması ilə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini borc məbləğlərinin düzgün hesablanmadığı ilə əsaslandırmışdır.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.12.2021-ci il tarixli, 2(103)11509/2021 saylı qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) iddiaçı Yelo Bank ASC-nin nümayəndəsinin apel lyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3637/2021 saylı iş üzrə 14 sentyabr 2021-ci il tarixli qətnaməsinin “Cavabdeh 18.02.2015-ci il tarixli, 27- SMEG-1-0-96-15 saylı kredit müqaviləsi üzrə 775,7 ABŞ dolları cərimə borcunun, ümumilikdə isə 48977,16 ABŞ dolları borcun tutulması” hissəsində dəyişdirilmiş, Cavabdeh 18.02.2015-ci il tarixli 27-SMEG-1-0-96-15 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə tutulmalı olan cərimə borcunun məbləğ 1500 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), ümumilikdə tutulmalı borcun məbləği isə 49.702,61 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta m əzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) müəyyən edilmiş, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş, 15 fevral 2021-ci il tarixinə onun 31 537,91 ABŞ dolları əsas, 33 705,90 ABŞ dolları faiz borcu yaranmış, 7675,7 ABŞ dolları cərimə, kredit müqaviləsinin bitdiyi tarixdən 15.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 351,85 ABŞ dolları məbləğində əldən çıxmış fayda hesablanmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi sənədləri ekspert rəyi ilə birlikdə təhlil edərək hesab etmişdir ki, müvafiq rəylə razılaşmamaq üçün hər hansı əsas mövcud olmamış və birinci instansiya məhkəməsi kredit borcunun məbləğini Konstitusiya Məhkəməsinin göstərilən qərarındakı hüquqi mövqeyə uyğun olaraq müqavilə müddətinin bitdiyi tarixədək hesablamaqda haqlı olmuşdur.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bank, Cavabdeh 31537,91 ABŞ dolları olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə 7.675,07 ABŞ dolları cərimə hesablayıb tələb etmişdir və məhkəmənin qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olsa da, məhkəmə bu tənasübsüzliyin nisbətini düzgün müəyyənləşdirməmişdir. Kollegiya hesab etmişdir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 1500 ABŞ dolları həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Kassasiya şikayətinin və ona etirazın d əlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 19.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə istinad etsə də, “tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır” müddəasını mübahisəli münasibətə tətbiq etməmiş, qəbul etdiyi qətnamədə cərimə borcunun tənasübsüz olaraq yüksək olduğunu qeyd etməklə əsassız olaraq cərimə borcunu azaltmış, birinci instansiya məhkəməsinin mö vqeyini təsdiqləməklə səhv nəticəyə gəlmiş, bu zaman bankın mənafeyini nəzərə almamış, ekspertiza rəyini əsas götürməklə yekun qərar qəbul etmiş, ekspert tərəfindən borcun düzgün hesablanmamasını, cərimə borcuna silinmiş məbləğin faktiki olaraq ekspert tərəfindən nəzərə alınmamasını, həmin ödənişlərin əsassız olaraq faiz borcundan silinməsini nəzərə almamış, iddiaçının nümayəndəsinin təkrar ekspertiza barədə vəsatətini təmin etməmiş, bununla da səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər
21. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izaha tları dinlənilmək üçün çağırılmadan baxılmışdır. 22.Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. addə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə da xil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə
460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digə r iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 24. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.Əsas anlayışlar 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 1.0.6. ipoteka hüququ -bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallardaipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Maddə 34.İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranm asına əsas verən hallaraşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsininicrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtininbaş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə 59.İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi 59.3.İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikd ə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
26. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə ü çün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
27. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibət ini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Kassasiya kollegiyası iddiaçının apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrar ekspertizanın keçirilməməsi barədə dəlillini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər. MPM-nin 102.2-ci maddəsində isə, məhkəmənin əsassızlığına görə eksperin rəyi ilə razılaşmadığı halda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin edə bilməsi qeyd olunur. Bu normaların məzmunundan göründüyü kimi, təkrar ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb. Həmçinin təkrar ekspertiza təyin olunması üçün konkret əsaslar müəyyən olunub. İddiaçı təkrar ekspertiza təyin olunmasını şərtləndirən sübutları təqdim etməmişdir. Məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kim i qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz.
32. Ümumiyyətlə kassator ekspert rəyini mübahisələndirmiş olsa da, hesablamanın məhz nəyə görə düzgün olmadığını əsaslandırmamışdır.
33. İddiaçı kassasiya şikayətində həm də ekspert rəyinin əsassız olduğunu əsaslandırmaq üçün bildirmişdir ki, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Məhkəmə kollegiyası ödənişlərin silinmə ardıcıllığını nəzərə almamış, ekspertiza rəyini əsas götürməklə yekun qərar qəbul etmişdir.
34. Məhkəmə kollegiyası kassatorun bu dəlili ilə də razılaşmır. Çünki ekspert rəy verərkən iddiaçının özünün təqdim etdiyi çıxarış materiallarını əsas tutmuş, həmin materiallar əsasında müəyyən etmişdir ki, c avabdeh 20.04.2021-ci il tarixədək 13.520 ABŞ dolları məbləğdə ödəniş etmişdir və bu məbləğdən 3141 ABŞ dolları əsas borcdan, 10.378 ABŞ dolları faiz borcundan çıxılmışdır. Göründüyü kimi ekspert borcu iddiaçının özünün təqdim etdiyi hesabatlara əsasən hesablamış, cavabdehin ödədiyi 13.520 ABŞ dollarından 10.378 ABŞ dollarının faizlərə silinməsini nəzərə almışdır.
35. Məhkəmə kollegiyası, hesablanmış dəbbə pulunun məbləğinin azaldılmasının əsassızlığı barədə iddiaçının dəlili ilə bağlı qeyd edir ki, həmin dəlil əsassızdır. Çünki Mülki Məcəllənin 460 və 462.1-ci maddələrinə əsasən, cərimə - öhdəliklərin icrasının təmin edilməsinin üsullarından biridir. Yəni cərimə öhdəliyin lazımi qaydada icrasını təmin etmək məqsədi daşıyır.
36. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (Mülki Məcəllənin 462.1-ci maddəsi).
37. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Dəbbənin hüquqi mahiyyəti ondan ibarətdir ki, dəbbə qanunda və müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri, yəni pul tənbehi kimi çıxış edir. Bu tənbeh, müəyyən hədlərdə borclunun mülkiyyət hüquqlarına təsirsiz ötmür. Nəzərə alınmalıdır ki, dəbbə pulu ilə bağlı tələb həll edilərkən, borclu şəxsin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.
38. Buna görə də Mülki Məcəllənin 467-ci mаddəsində işin hаllаrı nəzərə аlınmaqla tənаsübsüz surətdə yüksək dəbbə pulunun аzаldılа bilməsi nəzərdə tutulmuşdur. Tənаsüb müəyyənləşdirilərkən kreditorun həm əmlаk mənаfeləri, həm də bütün əsаslı mənаfeləri nəzərə аlınır.
39. İşə baxmış apellyasiya instansiyası məhkəməsi də qeyd etmişdir ki, borcalana 7675,07 ABŞ dolları məbləğində cərimə hesablanmışdır. Həmin məbləğ tənasübsüzdür, və 1500 ABŞ dolları məbləğdə müəyyən edilməsi ağlabatan və ədalətlidir.
40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
41. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbə r tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.12.2021-ci il tarixli, 2(103)11509/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.