Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1669/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul öhdəliyinin icra edilməməsinə görə məsuliyyət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-548/2025 nömrəli iş üzrə 22 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 12 iyun 2025-ci il tari xində Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Kazımova (Hacızadə) Şəhla Əmrulla qızının və İddiaçı2 şikayəti əsasında toplanmış material üzrə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində xx.xx.2017-ci il tarixdə əlyazma formasında izahatı alınmış və izahatda Qəniyeva X4 Rza Bağı oğlunun həyat yoldaşı Sevda Bağızadə ilə eyni kollecdə işlədiyini, maddi durumunun yaxşılaşdırılması üçün şirniyyat sexi açmaq məqsədilə İddiaçı2 hissə-hissə 13 500 (10.000 + 3.500) ABŞ dolları və 10 000 manat, İddiaçı1 isə hissə-hissə 15.500 (6.500 + 9.000) ABŞ dolları borc götürdüyünü, lakin 2.000 manat məbləğində pul almadığını, işi təşkil edə bilmədiyi üçün pulun müəyyən hissəsini xərclədiyini, qalan puldan İddiaçı2 6.550 manat və 3.250 ABŞ dolları, Kazımova (Hacızadə) Şəhla Əmrulla qızına isə 6.500 ABŞ dolları qaytardığını, İddiaçı2 10.250 ABŞ dolları və 3.450 manat, Kazımova (Hacızadə) Şəhla Əmrulla qızına isə 9.000 ABŞ dolları borcunun qaldığını, şirniyyat sexinin fəaliyyət göstərəcəyi yeri dəqiq göstərə bilmədiyini, iş qurmaq üçün götürülən məbləğdən avadanlıqların alınması üçün 10.000 ABŞ dolları və 10.000 manat xərclədiyini, avadanlıqları Sədərək ticarət mərkəzindən aldığını, alınan avadanlıqları dəqiq göstərə bilmədiyini, hazırda onların satışa verildiyini, İddiaçı2 6.550 manat və 3.250 ABŞ dolları və Kazımova (Hacızadə) Şəhla Əmrulla qızına 6.500 ABŞ dolları qaytarmasını təsdiq edən bir sənədin tərtib edilmədiyini, lakin bu halların iş yoldaşı Midvar xanım və Sevdanın bacısı Nərminə xanım tərəfindən təsdiq edilməsinin mümkün olduğunu, bundan əlavə işi qura bilməməsi ilə bağlı müraciətinə əsasən Sevda və Şəhla Kazımovaların bacısı Rəsmiyyəyə 7.400 manat və 3.500 ABŞ dolları borc verdiyini, lakin onun xahişinə əsasən bu barədə (Hacızadə) Şəhla Əmrulla qızına məlumat vermədiyini qeyd etmişdir. 2. 08.06.2017-ci il tarixli “Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında” Qərarla Kazımova (Hacızadə) Şəhla Əmrulla qızının və İddiaçı2 müraciətləri əsasında Yasamal RPİ-nin 29-cu PB-də toplanmış HK-1/435 nömrəli material əsasında fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və cinayət işi ibtidai istintaqının aparılmasından ötrü aidiyyəti üzrə Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilmişdır.
3. Yasamal RPİ-nin İŞ-nin “Əməlin tövsif edilməsi barədə” xx.xx.2019-cu il tarixli qərarla fakt üzrə Azərbaycan Respublikası 178.3.2-ci maddəsi ilə başlanmış cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələrinə tövsif edilmiş, Cavabdeh həmin maddələrlə ittiham elan edilmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-7/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh 29 oktyabr 2019-cu il tarixdən 30 oktyabr 2019-cu il tarixədək tutulduğu 1 gün müddətin bir günü ona təy in edilmiş azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla cəzasından çıxılması və üzərində qəti olaraq 1 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin ləğv edilməsi, onun barəsində “həbs” qətimkan tədbirinin seçilməsi, onun məhkəmə iclas zalından dərhal həbsə alınması və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməsi, Cavabdeh hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 23 aprel 2021-ci il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılma sı, zərərçəkmiş şəxslər və mülki iddiaçılar İddiaçı1 və İddiaçı2 mülki iddia ərizələrinin qismən təmin edilməsi, zərərçəkmiş şəxs İddiaçı1 vurulmuş maddi zərərə görə 22.647,80 manat və dövlət rüsumunun əvəzi 31 manat, cəmi 22.678,80 manatın mülki Cavabdeh tutularaq ona ödənilməsi, zərərçəkmiş şəxs İddiaçı2 vurulmuş maddi zərərə görə 29.105,10 manat və dövlət rüsumunun əvəzi 31 manat, cəmi 29.136,10 manatın mülki Cavabdeh tutularaq ona ödənilməsi, Yasamal Rayon Polis İdarəsinin depozitində saxlanılan 850 manatın zərərçəkmiş şəxs və mülki İddiaçı2 geri qaytarılması, məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 361,17 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi hökm edilmişdir.
5. Bakı Apellyasiya Məhkəm əsinin 1(103)-1152/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə məhkum edilmiş şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, zərərçəkmiş şəxslər və mülki iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə məhkum edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hökmünün məhkum edilmiş şəxs Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən ləğv edilməsi, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal həbsdən azad olunmas ı, Cavabdeh pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi, zərərçəkmiş şəxslər və mülki iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iddialarının baxılmamış saxlanılması, zərərçəkmiş şəxslər və mülki iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iddia ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüquqlarının olmasının izah edilməsi, Yasamal rayon Polis İdarəsinin depozitində saxlanılan 850 manat məbləğində pulun Cavabdeh geri qaytarılması hökm edilmişdir. Hökm qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instans iya məhkəməsində icraat
6. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı1 xeyrinə ona vurulmuş maddi zərərə görə 22.647,80 manat və İddiaçı2 xeyrinə ona vurulmuş maddi zərərə görə 29.105,10 manat məbləğdə pulun tutulmasını xahiş etmişlər.
7. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələblərini belə əsaslandırmışlar ki, mülki iddiaçının zərərçəkmiş şəxs qismində tanınmış olduğu cavabdehin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarında verilmiş ittihama əsasən mülki iddiaçılara, yəni zərərçəkmiş şəxs İddiaçı1 vurulmuş maddi zərərə görə 22.647,80 manat və dövlət rüsumunun əvəz i 31 manat, cəmi 22.678,80 manat və İddiaçı2 vurulmuş maddi zərərə görə 29.105,10 manat və dövlət rüsumunun əvəzi 31 manat, cəmi 29.136,10 manat, ümumilikdə 51.814 manat məbləğində maddi zərər vurmuşdur. Qeyd olunan faktlar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 1(004)-7/2021 saylı hökmündə öz təsdiqini tapmışdır. Belə ki, mülki cavabdeh mülki iddiaçılardan biznes adı ilə müxtəlif vaxtlarda pul aldığını etiraf etmişdir.
8. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hökmündə qeyd edilən pul məbləği hazırkı iddia tələbi ilə bağlı sübut hesab edilə bilməz. Hazırda onun Şəhla Kazımovaya hər hansı məbləğdə borcu qalmamışdır. Şəhla və Rza ona təzyiqlər etdiklərinə görə o, çoxlu dərman qəbul edərək özün ə qəsd etmiş və həmin fakt üzrə Xətai Rayon Prokurorluğunda araşdırma aparılarkən İddiaçı2 və Şəhla Kazımova pulu ona faizlə borca verdiklərini bildirmişlər. Ancaq şikayət ərizələrində isə qeyd etmişlər ki, guya o, onlardan pulu Naxçıvanda şirə zavodu açmaq adı ilə almışdır. Bütün bunlar iddiaçıların iddia tələbinin tamamilə əsassız və yalan olduğunu göstərmişdir. O, Şəhla Kazımovadan aldığı pulu iş yoldaşı olan bacısı Sevda Bağızadə vasitəsilə göndərmişdir. O, hər dəfə pulu bacısı Sevdaya verəndə öz istifadəsində olan nömrəsindən Kazımovanın nömrəsinə, habelə ev nömrəsinə zəng edərək pulu göndərməsini bildirmiş və SMS yazışması aparmışdır. Bundan başqa öz istifadəsində vatsap nömrəsindən Kazımova Şəhlaya zəng etmiş və yazışmışdır. Bundan başqa öz nömrəsindən və eləcə də vatsap nömrəsindən Sevda Bağızadənin nömrəsinə, digər bacıları X1 nömrəsinə, habelə digər bacısı X2 nömərsinə vatsap yazışmaları aparmışdır. Hətta İddiaçı2 mobil nömrəsindən 2016-cı ilin təxminən dekabr ayında mobil telefona SMS yazaraq bildirmişdir ki, “Sevdaya verdiyin pullar çatdı mənə, aramızda qaldı 400 manat, onu da verərsən”. Bütün bu yazışmalar onun istifadəsində olan “NOKİA” markalı telefonu ilə aparılmışdır.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(008)-563/2023 saylı, 3 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddia qismən təmin edilərək, Cavabdeh 14.100 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı2, 20.200 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı1 ödənilməsi qət edilmiş, iddia qalan hissələrdə rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh İddiaçı2 tərəfindən 10.000 manat və 3.500 ABŞ dolları, İddiaçı1 tərəfindən isə 2.000 manat (3500 ABŞ dollarından qalıq qalan) və 15.500 ABŞ dolları məbləğində borc pul verilməsi işin mübahisəsiz halıdır. Cavabdeh həmin puldan İddiaçı2 1.150 manat, İddiaçı1 4000 manat və 700 ABŞ dolları qaytarmışdır. Cavabdeh həmin pulu tam şəkildə iddiaçılara qaytardığını bildirsə də, bununla bağlı cavabdehin yalnız mülahizə xarakterli izahatı mövcud olmuşdur.
11. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, İddiaçı2 11 may 2016-cı il tarixdə “NBC” bankdan 10.000 ABŞ dolları pulu götürüb həmin gün cavabdehə verdiyini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə də qeyd olunan fakt öz təsdiqini tapmamışdır. Bundan başqa İddiaçı2 həm cinayət işi üzrə, həm də hazırkı iş üzrə məhkəmə iclasında izahatında cavabdehə pul məbləğlərini verən zaman onların yanında heç kimin olmadığını bildirmişdir.
12. Məhkəmə hesab etmişdir ki, İddiaçı2 tərəfindən cavabdehə 10.000 ABŞ dolları pulun verilməsi sübuta yetirilmədiyindən həmin hissədə iddia tələbi əsassızdır.
13. Məhkəmə tərəflər arasında borc münasibətləri yaranan zaman 1 ABŞ dollarının 1 Azərbaycan manatına olan məzənnəsi 1.50-1.55 manat arası olduğundan məhkəmə İddiaçı2 iddiasını qismən əsaslı hesab etmiş və Cavabdeh 14.100 (10.000-350-800 = 8.850 AZN + 3500 ABŞ dolları x 1.50=5.250 AZN) manat məbləğin tutularaq İddiaçı2 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qənaətinə gəlmişdir.
14. Məhkəmə cava bdehin Rəsmiyyə Əliyevanın ona borclu olduğu 2.000 manatı İddiaçı1 aldığı 3.500 ABŞ dollarından çıxması, bununla da sonuncuya 2.000 manat borcunun olmaması ilə bağlı dəlillərini əsassız hesab etmiş və İddiaçı1 iddiasının qismən təmin edilməsi və Cavabdeh 20.200 (15.500 ABŞ dolları - 700 ABŞ dolları = 14.800 ABŞ dolları x 1.50 = 22.200 AZN + 2.000 AZN = 24.200 – 4.000 AZN) manat tutularaq İddiaçı1 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qənaətinə gəlmişdir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 427.3, 442, 739.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Qətnamədən İddiaçı2 və Cavabdeh ayrı-a yrılıqda apellyasiya şikayətləri vermişlər.
17. İddiaçı2 apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə qətnamə qəbul edərkən iş üzrə maddi və prossesual hüquq normalarını pozmuş və onun əsaslı vəsatətini təmin etməmişdir. Belə ki, verilmiş vəsatəti təmin olunaraq cinayət işi materiallarında olan cavabdehin tam etirafı əldə olunsa idi, o zaman iddiası tam şəkildə təmin olunardı. Lakin məhkəmə vəsatətini təmin etməyərək ədalətli məhkəmə araşdırılmasını kobud şəkildə pozmuşdur. Bundan başqa ilkin proseslər zamanı cavabdeh 10.000 ABŞ dolları hissəsində də pulu aldığını etiraf etmişdir və sonradan qeyd etmişdir ki, bu hissədə məbləğ qaytarılıb. Amma bu hissənin qaytarılmasına dair hər hansı bir sübut yoxdur və qaytarmamışdır. Şəx s pulun alınmasını etiraf edirsə, sübutetmə yükü onun üzərinə düşür ki, nə zaman və hansı əsasla pulu qaytardığını təsdiqləsin. Lakin məhkəmə bu faktı nəzərə almamışdır. Odur ki, həmin hissədə iddianın təmin edilməməsi, əsassız olaraq onu 10.000 ABŞ dollarından məhrum etmişdir ki, bu da qətnamənin həmin hissədə mübahisələndirilməsinə səbəb olmuşdur. Birinci instansiya məhkəməsi işə baxarkən iddia tələbinin əsaslandırılıdığı və məhkəmə araşdırmasına təqdim edilmiş sübutları sübut kimi qəbul etməməklə və onları sübut kimi qiymətləndirməməklə, obyektiv araşdırma aparmamış, işə qərəzli yanaşmış, bununla da onun qərəzsiz məhkəmə müdafiəsinə təminat verilməsi kimi konstitusion hüququnu pozmuşdur. Məhkəmə qaytarılmalı məbləği hal-hazırkı məzənnə olan 1.70 AZN məzənnəsi ilə yox, 1.50 AZN məzənnəsi ilə hesablamışdır. Məhkəmə heç bir ciddi əsaslandırma etmədən sadəcə formal mülahizələrə əsaslanmışdır.
18. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə iş üzrə qətnamə qəbul edərkən yalnız onun barəsində olan cinayət işi üzrə çıxarılmış hökmlərə istinad etmiş, onun iddia tələbinə qarşı verdiyi etirazın dəlillərini və məhkəməyə təqdim etdiyi təkzib edilməz sübutlara ümumiyyətlə qiymət verməmişdir. Məhkəmə onun barəsində olan cinayət işinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən alınaraq araşdırılması və orada iddia tələbinə düzgün qiymət verilməsi üçün zəruri olan sənədlərin və ifadələrin nəzərdən keçirilməsi barədə verilən vəsatəti təmin etməsinə baxmayaraq cinayət işinin göndərilməsini Bakı şəhəri Yasam al Rayon Məhkəməsi tələb etməmişdir. Cinayət işinin materiallarının nəzərdən keçirilməsi ona görə zəruri idi ki, cinayət işi üzrə o, verdiyi izahat və ifadələrində dəfələrlə bildirmişdir ki, İddiaçı1 və İddiaçı2 faizə aldığı borc pula görə hər ay faizlərini ödəmişdir. İddia tələbi ilə bağlı məhkəmədə 2016-cı ildə Şəhla və Rzaya pul və faiz ödənilməsini təsdiq edən qeydləri məhkəməyə təqdim etməsinə baxmayaraq məhkəmə həmin qeydləri heç bir səbəb göstərmədən qəbul etməmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4004/2023 nömrəli, 31 avqust 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) cavabdehin Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, İd diaçı2 apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən İddiaçı2 xeyrinə tutulmalı olan pulun məbləği hissəsində dəyişdirilmiş, cavabdehdən 28.000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 ödənilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən İddiaçı2 2016-cı ilin may ayında ümumilikdə 13.500 ABŞ dolları və 10.000 manat məbləğində, İddiaçı1 isə ümumilikdə 15.500 ABŞ dolları məbləğində pulun borc alındığını, ötən dövr ərzində İddiaçı2 cəmi 1.200 (250 + 300 + 300 +350) manat, İddiaçı1 isə cəmi 4.200 (4.000 + 200) manat məbləğində pulun qaytarıldığını təsdiq etmişdir.
21. Məhkəmə kollegiyası hesab etmişdi r ki, aparılmış araşdırmanın nəticəsi olaraq hər hansı başqa məbləğin ödənilməsi öz təsdiqini tapmamış, cavabdehin mövqeyi isə birmənalı olaraq mövcud borcu ödəməkdən yayınmaq kimi qiymətləndirilmişdir.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh İddiaçı1 hər hansı əsas olmadan 2016-cı ilin avqust ayında 26.847,80 manat pulu almış və ötən dövr ərzində bu məbləğin yalnız 4.200 manat hissəsini qaytarmış, qalan məbləği qaytarmasa da, birinci instansiya məhkəməsi tərəfindən tutulması müəyyən edilmiş 20.200 manat məbləğini İddiaçı1 mübahisələndirməmişdir. Həmin məbləğin azaldılması və ya silinməsi üçün hər hansı əsas da müəyyən edilməmişdir.Bu səbəbdən həmin məbləğin cavabdehdə qalması hər hansı hüquqi əsas olmadan onun bu iddiaçının hesabına əmlak əldə etməsi və bununla da onun əsassı z varlanması kimi qiymətləndirilməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh hər hansı hüquqi əsas olmadan bu iddiaçıdan əldə etdiyi pul vəsaitini ona qaytarmalıdır.
23. Eyni zamanda, məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı2 ilə cavabdeh arasında 2016-cı ilin may ayında şifahi borc müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Həmin münasibətlər çərçivəsində cavabdeh iddiaçıdan 13.500 Abş dolları və 10.000 manat pul almış, ötən dövr ərzində bu məbləğin cəmi 1.200 manat hissəsini qaytarmışdır. Bununla da cavabdeh üzərinə götürdüyü öhdəlikəri vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu ödəməmiş, bununla da şifahi borc müqaviləsrin şərtlərini pozmuşdur. Buna görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.
24. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və iddia tələbinə istinadən yaranmış ümumi borcun 30.305,10 manat olmasını (halbuki, 13.500 ABŞ dolları Azərbaycan Rüspublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə manatla və 10.000 manat daha yüksək məbləğ təşkil edir, təxminən 13.500 x 1.70 = 22.950 + 10.000 = 32.950 manat), iddia üzrə bu məbləğin 29.105,10 manat hissəsinin tələb edildiyini, ötən dövr ərzində bu borcun 1.200 manat hissəsinin qaytarıldığını, lakin həmin pulun 850 manat hissəsinin hesablanmadığını nəzərə alıb, belə qənaətə gəlmişdir ki, cavabdehin iddiaçıya hazırda (29.105,10 – 850 = 28.255,10) 28.255,10 manat borcu qalmışdır. Bu məbləğ də cavabdehdən onun xeyrinə tutulmalıdır. Hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi 10.000 ABŞ dolları məbləğində borcu nəzərə almamaqda, habelə ABŞ dolları ilə olan borcu azərbaycan manatına münasibətdə 1 ABŞ dolları = 1,50 manat məzənnəsi ilə hesablamaqda haqlı olmamışdır. Bu da öz növbəsində iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsini, cavabdehin isə apellyasiya şikayətinin bu hissədə də rədd edilməsini şərtləndirmişdir.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 427.3, 442, 443.1, 448, 739.1, 739.2, 740, 740.2, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
26. Cavabdeh (Vəkil2) kassasiya şikayəti ve rərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-1977/2024 nömrəli, 23 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər M.T.Əhmədova (məruzəçi), Ə.G.Nurməmmədov və A.Ə.Abbasov) kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin 31 avqust 2023-cü il tarixli qətnaməsinin iddiaçı X6 iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
28. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki,sübutları qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən İddiaçı1 iddia tələbinin təmin olunan hissəsində işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. İddia tələbinin həmin hissəsinə aid olan kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin həmin hissəsinə aid olan (55-ci bənddə qeyd olunan) əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası İddiaçı2 iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə verilən borcun miqdarında mübahisə edilməyən məbləğ 10000 manat və 3500 ABŞ d ollarıdır. Həmin hissədə işin mübahisəli halı isə tərəflər arasında 10000 ABŞ dollarına görə borc münasibətlərinin olub-olmamasıdır.Belə ki,apellyasiya instansiyası məhkəməsinin bu hissədə gəldiyi qənaət belə olmuşdur ki, cavabdeh 2017-ci il üzrə Nərimanov Rayon Polis İdarəsində verdiyi müxtəlif izahatlarda iddiaçı tərəfindən ona 3500 ABŞ dolları və 10000 manat puldan başqa 10000 ABŞ dolları məbləğində pulun da verildiyini bildirir və qəbul edir, hətta bu hadisəni təsvir etməklə bu məbləği aldığı yeri dəqiq göstərir. Bundan başqa xx.xx.2017-ci il tarixli izahatında iddiaçıdan aldığı, ona qaytardığı və borclu qaldığı məbləğlərin müqayisəsindən də onun iddiaçıya məhz 13500 ABŞ dolları və 10000 manat borcunun olduğu müəyyən edilir. Lakin iki ildən sonra, yəni artıq təqsirləndirilən şəxs qismi ndə cəlb edilərkən təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokol üzrə izahatında belə bir məbləğin ona verilmədiyini, bu məbləğin səhv göstərildiyini söyləyir. Bu səbəbdən o iddiaçıdan 3500 ABŞ dolları və 10000 manat pulla yanaşı, həmçinin 10000 ABŞ dolları məbləğində pulu da borc almış, sadəcə olaraq sonradan bu pulun qaytarılmasından yayınması üçün etiraf etməmişdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi yalnız cavabdehin 2017-ci ildə verdiyi izahatları mötəbər sübut kimi qəbul etmişdir. Sübutlar qiymətləndirilərkən prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələrinin tələbləri baxımından məhkəmə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s.) malik olması, düzəliş, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir. Həmçinin həmin məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirməli, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. İlk növbədə qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1152/2021 №-li xx.xx.2021-ci il tarixli h ökmündən görünür ki, “...Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, zərərçəkmiş şəxs İddiaçı2 ifadələrində Cavabdeh 11 may 2016-cı il tarixdə 10000 (on min ABŞ dolları, 25 may 2016cı il tarixdə 10000 (on min) manat, 28 may 2016-cı il tarixdə isə 3500 (üç min beş yüz) ABŞ dolları verdiyini, Aynurun ona cəmi 350 manat ödədiyini bildirdiyi halda, Cavabdeh zərərçəkmiş şəxs İddiaçı2 yalnız 2016-cı ilin may ayında 3500 (üç min beş yüz) ABŞ dolları və 2016-cı ilin iyun ayında 10000 (on min) manatı aylıq 6 faizə sələmə aldığını, İddiaçı2 10000 ABŞ dolları almadığını, sonuncuya borclarını tam qaytardığını, 10000 manata görə 1050 manat faiz, 3500 ABŞ dollarına görə isə 600 manat faiz ödədiyini göstərmişdir. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş Sevda Bağızadənin ibtidai istintaq zamanı şah id qismində verdiyi ifadəsində əri İddiaçı2 tərəfindən Cavabdeh ilk olaraq 2016-cı ilin may ayında 10000 manat borc verildiyi göstərilmişdir. Bu fakt isə Cavabdeh İddiaçı2 2016-cı ilin may ayında 3500 ABŞ dolları və 2016-cı ilin iyun ayında 10000 manat borc alması, İddiaçı2 10000 ABŞ dolları almadığı barədə ifadələrində göstərdiklərinin həqiqətə uyğun olduğunu, İddiaçı2 ərizə və ifadələrində Cavabdeh 3500 ABŞ dolları və 10.000 manatdan əlavə 10000 ABŞ dolları da verməsi barədə fikirlərinin həqiqəti əks etdirmədiyini təsdiq edir”. Göründüyü kimi 61-ci bənddə qeyd edilən hökmdə cavabdehin İddiaçı2 3500 ABŞ dolları və 10000 manatdan əlavə 10000 ABŞ dolları da verməsi barədə iddiaçının dedikləri öz təsdiqini tapmamışdır. Lakin apellyasiya məhkəməsi qətnamə çıxararkən 61-ci bənddə qeyd edilən lərə heç bir münasibət bildirməmiş, iş materiallarında olan digər sübutlarla yanaşı tam və obyektiv qiymətləndirməmiş və nəticədə prosessual qanunvericiliyin müvafiq normalarının tələblərini pozmaqla qətnamə qəbul etmişdir.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1. 427.3, 442, 443.1, 448.1, 448.2, 739.1, 739.2,740, 740.2, 1091.1, 1091.2,1092.1, 1093.1ci maddələrinə istinadən əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
30. Təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətini əsaslı hesab etdiyini, cavabdehin ona Naxçıvanda konserv zavodunda iş tapdığını, bu işə qoşulmaqlarını təklif etdiyini, həmin dövrdə özünün də işsiz olduğunu, 10000 dollar və 10000 manat bankd a pulunun olduğunu, əvvəl satdığı maşınının da satışından 3500 dollar evdə qaldığını, sadaladığı pulları 3 dəfəyə cavabdehə verdiyini bu pulların aparılması prosesinin təqribi olaraq 2016-cı ilin may ayına təsadüf etdiyini, bir müddət cavabdehdən səs çıxmadığını, həyat yoldaşı ilə cavabdehin iş yoldaşı kimi normal münasibətlərinin olduğunu, bir gün xanımına zəng vurub, bulvarda dənizə özünü atacağını bildiridiyini, övladını da ona tapşırdığını, pulları da qaytara bilməyəcəyini dediyini, sonra xanımından telefonu alıb özünün danışdığını, onunla xeyli söhbət etdikdən sonra fikrindən daşındığını, sonradan dekabr ayının sonlarında cavabdehin dərman içib özünü zəhərləmək istədiyini, yanvar ayında onun evinə gedib xeyli söhbət etdiklərini, artıq cavabdehin ona oyun oynadığını başa düşdüyünü, son radan onunla danışıqlarını özünə məxsus olan “samsung” markalı telefona yazdığını, bunu etməsində də əsas məqsədin gələcəkdə cavabdehin onu şərləməsindən qorxması ilə bağlı olduğunu, həmin səs yazılarının başlamış cinayət işi üzrə istintaq mərhələsində ekspertizaya göndərildiyini və ekspert rəyi ilə də həmin yazılardakı səsin cavabdehə məxsus olduğunun təsdiq edildiyini, cinayət işinin materiallarına həmin səs yazısının əlavə edildiyini, sonradan cavabdeh tərəfindən guya pulun iddiaçılara geri qaytarılması ilə bağlı əsassız fikirlər səsləndirildiyini və şikayət verdiyini, lakin hazırkı vaxtadək bununla bağlı heç bir sübut təqdim edilmədiyini, halbuki əvvəlki apellyasiya baxışında sədrlik edənin sualına cavab olaraq cavabdehin 10000 dolları aldığını etiraf etdiyini bildirmiş,həmçinin mübahi sənin barışıq yolu ilə həll edilməsi üçün yerdə qalan məbləğin cavabdeh tərəfindən ödənilməsi şərti ilə iddiasının 10000 ABŞ dolları hissəsinin şübhəli sübut kimi Ali Məhkəmənin qərarında qeyd edilənləri nəzərə alınaraq 10000 manat və 3500 ABŞ dolları qaytarmaq şərti ilə cavabdehə 10000 ABŞ dollar məbləği güzəştə getdiyini bildirmiş, cavabdehin apellyasiya şikayətinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
31. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Vəkil2 öz apellyasiya şikayətini müdafiə etdiyini, qarşı tərəfin apellyasiya şikayətini əsassız hesab etdiyini, cavabdehin iddiaçılardan faizə borc aldığını,iddiaçıların iddia etdiyi kimi cavabdehin Naxçıvanda iş qurması ilə əlaqədar onlardan pul almasının tamamilə yalan olduğunu, həmçinin ca vabdehin İddiaçı2 10000 ABŞ dolları məbləğində borc almadığını, cavabdehin də iddiaçıya aldığı borcu sonradan hissə-hissə ödədiyini və cəmi 400 manat borcunun qaldığını, bu barədə İddiaçı2 ilə cavabdeh arasında mesajlaşmaların da mövcud olduğunu, cinayət işində də tərəflər arasında bütün danışıqların, mesajlaşmaların müəyyən edilməsi üçün onların vəsatəti əsasında ekspertiza təyin edildiyini, lakin ekspert rəyində 2016-cı ilə aid mesajlaşmaların müəyyən edilə bilmədiyini, bu səbəbdən də hazırda məhkəmə kollegiyasından mülki iş üzrə məhkəmə kompüter- texniki ekspertizasının keçirilməsini istədiklərini, sonradan iddiaçılar tərəfindən cavabdehə müəyyən təzyiqlər edildiyini, onun da dərman içib özünü zəhərlədiyini, bu məsələdən xəbər tutduqdan sonra iddiaçıların cavabdehin evinə baş çəkdiyi ni, cavabdehin anasının da baş verən hadisələrdən tamamilə məlumatsız olduğunu, anasının dəfələrlə iddiaçılardan qızının onlardan nə qədər borc almasını soruşmağına baxmayaraq iddiaçıların bu suala cavab verməkdən yayındığını qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini, İddiaçı2 apellyasiya şikayətinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
32. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Cavabdeh nümayəndəsinin dedikləri ilə razı olduğunu bildirmiş, apellyasiya şikayətinın əsaslı olduğundan təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
33. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 Əmirulla qızı cavabdehin apellyasiya şikayətinin əsass ız olduğunu, süni şəkildə məhkəmə prosesini uzadaraq borcu ödəməkdən yayındığını, İddiaçı2 apellyasiya şikayətinin əsaslı olduğunu qeyd etmiş və iddiaçının apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-548/2025 nömrəli, 22 yanvar 2025ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışınski (sədrlik edən və məruzəçi), A.N.İmanov və M.A.Məmmədov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh İddiaçı2 xeyrinə tutulmalı olan pulun məbləğinin müəyyən edilməsi (apellyasiya baxışı predmeti olan) hissəsində dəyişdirilmiş, Cavabdeh 15950 manat məbləğində pul vəsaiti nin tutularaq İddiaçı2 ödənilməsi qət edilmişdir.
35. Kollegiya baxılan hissədə kassasiya instansiya məhkəməsinin göstərişlərin nəzərə alaraq hesab etmişdir ki, İddiaçı2 münasibətdə apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğunu, kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə dəlilləri İddiaçı2 qəbul etdiyini və onların əlavə araşdırmaya ehtiyac olmadığını nəzərə alaraq, onun apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh apellyasiya şikayəti əsassız olduğundan rədd edilməli, qətnamə Cavabdeh İddiaçı2 xeyrinə tutulmalı olan borcun məbləğinə münasibətdə dəyişdirilməlidir. Belə ki, kassasiya instansiyasının göstərişləri də nəzərə alınmaqla mülki işdə olan materiallar, o cümlədən məhkəmə kollegiyasının iclasında cavabdehin özü tərəfindən verilmiş izahatlarla İddiaçı2 cava bdeh X3 10000 manat və 3500 ABŞ dolları məbləğində pul verməsi öz təsdiqini tapır. Əlavə olaraq cavabdehə 10000 ABŞ dolları məbləğində pulun verilməsi ilə bağlı qeyd edilməlidir ki, cavabdeh bu məbləği qəbul etmir, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1152/2021 №-li xx.xx.2021-ci il tarixli hökmündən də görünür ki, iddiaçının həyat yoldaşı da məhkəmədə şahid kimi dindirilmiş və o da ifadəsində yoldaşının cavabdehə 10000 manat və 3500 ABŞ dolları verdiyini təsdiqləmişdir (1-ci cild 84-cü səhifə). İddiaçı2 tərəfindən bu halın əksini təsdiq edə biləcək hər hansı sübut (qəbz və.s) məhkəməyə təqdim edilə bilməmişdir. Həmçinin məhkəmə iclasında İddiaçı2 cavabdehin yerdə qalan borc məbləğini qaytarması şərti ilə, 10000 ABŞ dollarını cavabdehdən tələb etmədiyini bildirmişdir. Beləliklə, kollegiya hesab edir ki, 10000 manat və 3500 ABŞ dolları (günün məzənnəsinə uyğun olaraq manatla hesablanmaqla) ümumilikdə, 15950 manat Cavabdeh oğlundan tutularaq İddiaçı2 ödənməlidir. Belə ki, tələb manatla ifadə edilmişdir.
36. Məhkəmə tərkibi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 425, 442, 443, 448, 739, 740, 1091 və 1092-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. Cavabdeh (Vəkil4) kassasiya şikayəti və kassasiya şikayətinə əlavə barədə ərizə verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
38. Kassasiya şikayəti iddia ərizəsinə etiraz və apellyasiya şikayəti ilə eyni d əlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı öhdəliklərin icrası ilə bağlı ümumi normalara istinad etməklə iddianı irəli sürmüş və birinci instansiya məhkəməsi tərəflər arasında hansı hüquq münasibətlərinin mövcud olmasını və həmin hüquq münasibətlərinə uyğun maddi hüquq normasını müəyyən etmədən iddianı qismən təmin etmişdir. Apellyasiya məhkəməsi həmçinin bu məsələlərlə əlaqədar hüquqi dəyərləndirmə aparmadan cavabdehin apellyasiya şikayətini təmin etməmişdir. İddianı təmin edən məhkəmələr tərəflər arasında borc pulun verilməsini işin mübahisəsiz halı kimi əsas götürərək, cavabdehin guya bu razılaşmanın şərtlərinə əməl etməməsinə istinad etmişlər. Lakin bu zaman məhkəmələr həmin razılaşmanın (borc müqaviləsinin) şərtlərinin ziddiyyətli olmasını nəzərə almamış və mü qavilənin şərtlərini Mülki Məcəllənin 404-cü maddəsinə əsasən təfsir etməmişlər.
39. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.3, 14.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. İddiaçılar kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
41. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
42. Maddə 425.1. Öz hüquqlarını hə yata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
43. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
44. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
45. Maddə 443.1.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
46. Maddə 448.1.Ə gər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
47. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
48. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (əvvəlki redaksiyada).
49. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (əvvəlki redaksiyada)
50. Maddə
740. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər (əvvəlki redaksiyada)
51. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (əvvəlki redaksiyada)
52. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
53. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya m üqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
54. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
55. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 407.2.Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır
61. Maddə 420. kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
62. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin olunan hissəsində mübahisələndirildiyi ndən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişl ərə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.
66. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki,Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 2(103)548/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.