Məhkəmə qərarları › İş №2(102)-167/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-167/2020

09.01.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-167/2020 09.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi kassatorun nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(007)-3599/2018, hakim H.Əhmədov) ilkin iddia təmin edilmiş, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilin boşaldılması və həmin mənzilin İddiaçı təhvil verilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-3387/2019, hakimlər X.Sarıyev, E.Şamayev, Ş.Məhərrəmova) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş,Nizami rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassatorun nümayəndəsi və vəkili məhkəmə kollegiyasına kassasiya şikayətindən imtina edilməsi barədə ərizə ilə müraciət edərək kassasiya şikayətindən imtinanın qəbul edilib icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili ərizəni müdafiə edərək imtinanın qəbul edilməsi və kassasiya icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş ilkin iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayətindən imtina qəbul edilməli, iş üzrə kassasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410.1-ci maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 410.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və ya işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edərsə, kassasiya instansiyasında icraata xitam verilir. İş üzrə kassatorun kassasiya şikayətindən imtina etməsinin qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması müəyyən edilmir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassatorun kassasiya şikayətindən imtinası qəbul edilməli və kassasiya instansiyasında icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 410-cu maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətindən imtinası qəbul edilsin və iş üzrə kassasi ya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar