Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-167/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-167/21 (Açar sözlər: birgə nikah dövründə əldə edilmiş ipoteka predmeti olan mənzilə payın müəyyən edilməsi, mənzilə köçürülmə, mənzilə görə ödəniləcək pulun paylara uyğun bölünməsi) Bakı şəhəri, 22 fevral 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş mənzilə payın müəyyən edilməsi və mə nzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10040/2019 nömrəli xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə aldıqları ünvan 1, mənzil 26-ya 2/3 hissədə payının müəyyən edilməsi və azyaşlı uşaqları xx.xx.2009-cu il təvəllüdlü oğulları X1, xx.xx.2014-cü il təvəllüdlü oğulları X3 ilə birlikdə həmin ünvana, yəni payına düşən hissəyə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı cavabdehlə ilə 2008-ci ildə nikaha daxil olublar. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü Şükürzadə Fərid və xx.xx.2014-cii il təvəllüdlü Şükürov Əli adlı iki uşaqları var.
3. Tərəflər birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən 26 saylı mənzili alqısatqı müqaviləsi əsasında almışlar və həmin mənzil cavabdehin adına rəsmiləşdirilmişdir.
4. Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə tərəflərin nikah pozulmuş, iddiaçı hazırda qohumlarının himayəsində yaşayır, birgə nikah dövründə aldıqları mənzil isə hazırda cavabdehin ixtiyarındadır.
5. Cavabdeh iddiaçıya uşaqları ilə birlikdə oraya köçüb yaşamasına imkan vermir və hədə-qorxu gəlir.
6. İddiaçı hesab edir ki, onun həmin mənzilə 2/3 hissədə payı müəyyən edilməli və uşaqları ilə birlikdə köçüb orada yaşamalıdır.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Ailə Məcəlləsinin 32-ci maddəsinə istinad eymişdir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli 2(011)3345/2019 saylı qətnaməsi ilə iddia qismən edilmiş, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 41 saylı evin, 26 saylı mənzilinə ½ hissədə payının müəyyən edilməsi və onun yetkinlik yaşına çatmayan uşaqları X1 və X2 ilə birlikdə həmin mənzilə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Şəhriyar Əliyev)
9. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, mübahisəli mənzil tərəflərin birgə nikah dövründə alqı-satqı müqaviləsi əsasında aldıqları əmlakdır, mənzil mülkiyyət hüququ ilə cavabdehin adına qeydə alınıb, iddiaçı həmin mənzildə yaşamır.
10. Birinci instansiya məhkəməsi hesab edib ki, Cavabdeh adına qeydiyyatdan keçmiş ünvan 1, 26 saylı mənzilə İddiaçı mülkiyyət hüququ tanınmalı və tərəflərin əmlakdakı payları bərabər müəyyən edilməlidir.
11. Birinci instansiya məhkəməsi iddiaçının öz azyaşlı uşaqları ilə birlikdə payının müəyyən edildiyi mənzilə köçürülmələri tələbinə münasibətdə belə nəticəyə gəlib ki, iddiaçının mülkiyyət hüququ tanındığından, onun əmlakından maneəsiz istifadə etmək hüququ da vardır.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29, Mülki Məcəllənin 152.1, 157.1, 223.3, 225.1, 228.5, Ailə Məcəlləsinin 37.1, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1 maddələri ilə əsaslandrımışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edil məsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti belə əsaslandırıb ki, həbsdə olduğu üçün birinci instansiya məhkəməsində iştirak edə bilməyib. İddiaçı bu faktı gizlədib.
15. Həmçinin iddiaçının cavabdehə Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 37 saylı evin 74 saylı mənzilinə köçürülmə tələbinə dair iddiası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-9998/2018 saylı qətnaməsi ilə təmin edilmiş, Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
16. Hazırda iddiaçı yenidən məhkəməyə müraciət edərək eyni əsasla övladları ilə birgə yaşayış üçün yerlərinin olmamasını mübahisəli mənzildə payına düşən hissəyə köçürülməsini istəyir.
17. Bu zaman iddiaçının hansı mənzilə köçürülməsi məsələsi konkret olaraq öz həllini tapmır.
18. Bundan başqa, mübahisəli mənzili xx.xx.2015-ci il tarixdə alqı-satqı və ipoteka müqaviləsi əsasında “xxxx” ASC-nin verdiyi kredit hesabına alınmışdır. Kredit müqaviləsinə əsasən cavabdehə 50 min manat məbləğində 300 ay müddətinə kredit verilmişdir.
19. Hazırkı vaxta qədər hər ay 263.92 manat olamaqla 4154 manat pul ödənilmişdir. 45846 manat isə bundan sonra ödənilməlidir.
20. Birinci instansiya məhkəməsi tərəfindən bu hallar aydınlaşdırılmadan paylar müəyyən edilmişdir.
21. Bakı Apellyasiya Məhkəməsi “xxxx” ASC-ni 3-cü şəxs qismində işə cəlb etmişdir.
22. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10040/2019 nömrəli xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3345/2019 saylı, xx xxxxx 2019-cu il tarix li qətnaməsi dəyişdirilmiş, İddiaçı 1269,48 manatın tutularaq Cavabdeh ödənilməsi, mübahisəli mənzilin alınması üçün götürülmüş kredit borcunun qalıq hissəsinin tərəflərin paylarına uyğun olaraq bölüşdürülməklə kredit ödənişinə görə xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxx 2040-cı il tarixədək, hər ayın 1-i İddiaçı tərəfindən Cavabdeh 131,96 manatın ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılnası qət edilmişdir. (hakimlər Aida Hüseyn (sədrlik edən və məruzəçi) Etibar Nəbiyev, Raqib Qurbanov)
23. Apellyasiya məhkəməsi qeyd edib ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Mülki Məcəllənin 223.3, 225.1, 228.5-ci, Ailə Məcəlləsinin 37.1-ci maddələrini tətbiq etməklə mənzilin ümumi mülkiyyətdə olması və iddiaçının öz himəyəsində olan övladları ilə birlikdə həmin mənzilə köçürülmələri ilə bağlı düzgün nəticəyə gəlsə də, mənzilin ipoteka ilə yüklü olmasını, banka borcun olmasını nəzərə almamışdır.
24. Apellyasiya məhkəməsi mənzilin kreditlə alınması barədə cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı sayaraq belə qənaətə gəlib ki, mübahisəli mənzilin alınması üçün cavabdehin götürdüyü kreditin qalıq borcu tərəflərin paylarına uyğun müəyyən edilməlidir.
25. Apellyasiya məhkəməsi tərəflərin nikahının 2017-ci ilin dekabr ayında pozulduğunu nəzərə alaraq kredit müqaviləsi üzrə hesabdan çıxarışa əsasən müəyyən edib ki, 2017-ci ilin dekabr ayından hazırkı tarixədək (2019-cu ilin oktyabr ayı da daxil olmaqla) cavabdehin şəxsi vəsaiti hesabına ümumilikdə banka 2538,96 manat ödənilmişdir. Buna görə də cavabdehin ödədiyi 2538,96 manat pul vəsaitinin yarı hissəsi, yəni 1269,48 manat iddiaçı tərəfindən cavabdehə ödənilməlidir.
26. Həmçinin apelyasiya məhkəməsi xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödəniş cədvəli və hesabdan çıxarışa əsasən müəyyən edib ki, cavabdeh tərəfindən hər ayın 1-i 263,92 manat ödənilməli və sonuncu ödəniş 2040-cı ilin avqust ayının 01-də həyata keçirilməlidir.
27. Apellyasiya instansiyası tərəflərin kredit müqaviləsi üzrə qalıq borcdakı paylarının bərabər olduğunu, 2019-cu ilin oktyabr ayına kimi ödənişlərin artıq həyata keçirildiyini, kredit müqaviləsinin cavabdehlə bağlanıldığını və Ailə Məcəlləsinin 37.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edib ki, həmin müqavilə üzrə 2019-cu ilin noyabr ayından etibarən 263,92 manat aylıq ödənişlərin yarı hissəsinin, yəni 131,96 manatın öd ənilməsi öhdəliyi iddiaçının üzərinə qoyulmaqla iddiaçı tərəfindən aparılmalı ödənişlər cavabdehə verilməlidir.
26. Apellyasiya məhkəməsi əlavə olaraq Ailə Məcəlləsinin 37.3, 41.2, Mülki Məcəllənin 196, 500.1, 500.2, 509.1 və 509.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh kassasiya şikayəti verib, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayətini apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, şikayətdə iddiaçı tərəfindən cavabdehə 1269,48 manat deyil, əslində 2538,96 manat ödənilməli olmasına, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına istinad edilib. b) Kassasiya ş ikayətinə qarşı tərəfin etirazının dəlilləri
29. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
30. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
31. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən Cavabdeh və onun vəkili Vəkil iddiaçı ilə razılıq etdiklərini, bununla bağlı barışıq sazişi təqdim edəcəklərini bildirsələr də, sonuncu məhkəmə iclasında iştirak etməmişlər.
32. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun t anınmasını tələb etmək ixtiyarı vardır. Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsi Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Maddə 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apell yasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
37. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
38. İddia tələbi iddiaçının cavabdehlə birgə nikah dövründə aldıqları ünvan 1, mənzil 26-ya 2/3 hissədə payının müəyyən edilməsi və iddiaçının həmin mənzilə köçürülməsi barədədir. Belə olan halda, iddianın təmin olun masının əsas şərti mənzilin birgə nikah vaxtı ümumi vəsait hesabına əldə edilməsi halının müəyyən edilməsidir.
39. İşin məhkəmələr tərəfindən müəyyən edilən halı da ondan ibarətdir ki, ünvan 1, 26 saylı mənzil tərəflərin birgə nikah vaxtı, yəni xx.xx.2015-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən alınmış və Cavabdeh adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Tərəflərin nikahı 2017-ci ilin dekabr ayında pozulmuş, nikah pozulduğu vaxtdan 2019-cu ilin oktyabr ayı da daxil olmaqla cavabdeh şəxsi vəsaitindən ümumilikdə banka 2538,96 manat ödəmiş, 2040-cı ilin avqust ayının 01-dək olan müddət ərzində də hər ay 263,92 manat ödəniş olmalıdır.
40. Göründüyü kimi, işin müəyyən edilən hallarına əsasən apellyasiya məhkəməsinin gəldiyi nəticə yuxarıda qeyd edilən digər hüquq norma ları ilə yanaşı, Ailə Məcəlləsinin 37.3-ci maddəsinin tələbləri baxımından düzgün olmuşdur.
41. Buna görə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin tətbiq etdiyi maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab edir.
42. Apelyasiya məhkəməsi iş materiallarında olan sübutları da Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirib.
43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyası nın 2(103)-10040/2019 nömrəli xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.