Məhkəmə qərarları › İş №2(102)-167/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-167/2022

07.02.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-167/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-167/22 (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi işə buraxmağa görə əmək haqqı tələbi) Bakı şəhəri, 07 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı İddiaçı vəkili Vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbinə da ir mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1346/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC-nin kassasiya şikayətinə 07 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İddiaçı Cavabdeh MMC-də təsərrüfat şöbəsinin rəisi vəzifəsində işləmişdir.

2. Cavabdeh MMC-nin 19 iyun 2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əsasən iddiaçının əmək müqaviləsinə xitam verilib.

3. İddiaçı həmin əmrin qanuniliyini mübahisələndirir. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Nəcəf X7 Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh MMC-nin 19 iyun 2020-ci il tarixli X-20/10 saylı əmri nin ləğv edilməsi (etibarsız hesab edilməsi), onun Cəmiyyətin təsərrüfat şöbəsinin rəisi vəzifəsinə bərpa edilməsi, cavabdeh tərəfindən 19 iyun 2020-ci il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ona ödənilməsi, mənəvi zərərin əvəzi olaraq cavabdehdən 5000 (beş min) manat vəsaitin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Sonradan iddiaçı iddia tələbinin həcmini azaldaraq mənəvi zərərin əvəzini tələb etməmişdir.

6. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı 15 ilə yaxındır Qəbələ konserv zavodunda işləyir. İndiyədək həmin zavodda müxtəlif vəzifələrdə çalışmışdır. Sonuncu dəfə təsərrüfat şöbə rəisi vəzifəsinin icrası ona həvalə edilmişdir. İşlədiyi müddətdə həmişə öz vəzifəsini layiqincə yerinə yetirmiş, bütün bu illərdə var gücünü, enerjisini, qabiliyyətini şirkətin yolunda sərf etmişdir. Lakin 2020-ci ilin iyun ayının 19-da iddiaçı birdən-birə ən ağır intizam tənbehi tətbiq edilməklə ilə işdən çıxarılmışdır.

7. Cavabdehin səlahiyyətli nümayəndəsi Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozaraq iddiaçı ilə olan əmək münasibətlərinə xitam vermişdir. Bununla da iddiaçı qanunsuz və əsassız olaraq işdən çıxarılmışdır. Belə ki, zavodun kadrlar şöbəsində mütəxəssis işləyən Aynur Maqsudova iddiaçıya və zavoddakı bir çox işçilərə qarşı ayrı-seçkilik etmiş, qərəzli mövqe tutmuş, qəsdən və bilərəkdən onları ləkələməyə və nüfuzdan salmağa çalışmışdır. Bir müddət bundan əvvəl iddiaçıya və bir sıra işçilərə haqsız yerə töhmət verilməsin ə nail olmuşdur.

8. Aynur Maqsudova bir çox işçilərə qarşı qərəzli mövqe tutması və zavod rəhbərliyini də yanıltması nəticəsində zavodda xeyli sayda işçilərin ondan narazı qalmasına, ona qarşı öz etirazlarını ifadə etmələrinə səbəb olmuşdur. A.Maqsudova isə bu etirazları bəhanə edərək, işçilərin işdən çıxarılmasına çalışmaqdadır. Nəticədə bir neçə işçi haqsızlıqlara görə məhkəməyə müraciət etmişdir. Zavodda qeyd olunan halların şahidi olan xeyli sayda işçilər vardır. A.Maqsudovanı belə hərəkətlərə kimin vadar etdiyini bilmirlər. Ancaq A.Maqsudova haqsız hərəkətlərinə davam etməkdədir.

9. İddiaçı son zamanlar şöbədə guya bir sıra işçilərin maaşlarının kəsilməsinə səbəb olmağı barədə söz-söhbətlər gəzdiyinin şahidi olmuşdur. Bu iddiaçını hiddətləndirmiş və iddiaçı 10 iyun 20202-ci ildə zavod un kadrlar şöbəsinə yaxınlaşaraq söz-söhbətlər barədə öz fikrini bildirmişdir.

10. Barəsində olan belə məlumatların doğru olmadığını, belə şayiələrin yayılmasının ikrah hissi doğurduğunu, belə halların yolverilməz olduğuna dair öz fikirlərini səsləndirmişdir. X15 iddiaçı ilə kobud danışmış və ona “tərbiyəsiz” demişdir. İddiaçı da ona qarşı dediklərini A.Maqsudovaya qaytarmışdır. Bundan sonra mübahisə olmaması üçün iddiaçı otaqdan çıxmışdır. Buna görə direktor müavini Rahib Kərimov iddiaçını otağına çağırmışdır. İddiaçı gedəndə Aynur Maqsudovanın və maliyyə mütəxəssisi olan Kənan Şahverənovun da həmin otaqda olduğunu görmüşdür. Rahib Kərimov iddiaçıdan nə baş verdiyini soruşduqda, hadisəni olduğu kimi ona danışmışdır. Bu zaman Kənan Şahverənov və Aynur Maqsudova iddiaçıya qarşı çıxaraq on un üstünə cummuş, ona “tərbiyəsiz” deyərək üzərinə gəlmişlər. Buna görə də iddiaçı onlardan uzaqlaşmış və Rahib Kərimovla həyətə düşmüşlər. Həmin vaxtı Aynur Maqsudova arxalarınca həyətə çıxaraq “səni bu zavoddan rədd edəcəyəm” deyə qışqırmışdır. İddiaçı ona cavab verməmiş və nəzakətli davranmışdır. Bütün olanlar bunlardan ibarət olmuşdur. İddiaçı heç kimi təhqir etməmiş və heç kiminlə nəzakətsiz davranmamışdır.

11. Aydındır ki, iddiaçının buna görə işdən çıxarılması adı çəkilən şəxslərin qərəzli hərəkətlərinin nəticəsidir. İddiaçı tərəfindən heç bir qanun və qayda pozuntusu olmamışdır. Sadəcə öz fikrini bildirmiş, zavodda olanlara dair öz fikirlərini səsləndirmişdir. Əmək Məcəlləsində işçi ilə əmək müqaviləsinə xitam verilməsinin əsası kimi işçinin öz fikrini bildirməsi nəzərdə tutulmamış dır. İşçinin müəssisədə olanlar barədə iradını bildirməsi, öz fikrini, sözünü, düşüncələrini söyləməsi qanunazidd hərəkət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 10-cu maddəsinə əsasən, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Konstitusiyanın 47-ci maddəsi fikir və söz azadlığına təminat verir.

12. Fikirlərini, düşüncələrini açıq şəkildə ifadə etdiyi üçün naməlum səbəblərdən şəxsi qərəzliyi olan zavodun səlahiyyətli şəxsləri tərəfindən iddiaçı işdən uşaqlaşdırılmışdır. Halbuki, əmək müqaviləsi Əmək Məc əlləsinin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əmək olunmaqla tərəflərin birinin təşəbbüsu ilə ləğv edilə bilər. Dana sonra iddiaçıya həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad olunmağı barədə qeydlərin aparıldığı əmək kitabçası və əmrin surətini təqdim etmişlər.

13. İddiaçı bunun haqsızlıq olduğunu bəyan etməklə etiraz etmişdir. Tanıdıgı bir çox şəxslərə öz gileyini, narazılığını və şikayətini bildirmişdir. Bundan sonra iddiaçını çağırıb deyiblər ki, əgər öz xahişi ilə işdən çıxmaq barədə ərizə yazsa əmək kitabçasını düzəldə bilərlər, yəni qeyd olunan maddəni yazmazlar. Bu minvalla iddiaçıdan ərizə almışlar. Bundan sonra iddiaçıdan təkrar olaraq əmək kitabçasını istəmiş və düzəliş etdiklərini bildirmişlər. Lakin düzəliş etməmişlər.

14. Belə tutarsız davranışları görüb ərizə yazmağına peşiman olmuş və iddiaçı ərizəsini geri götürmüş, məhkəməyə müraciət etməyə qərar vermişdir.

15. İddiaçı ilə əmək müqaviləsi bağlanmış, hər dəfə vəzifə dəyişiklikləri olanda da yeni əmək müqavilələri ona imzalatdırılmış, lakin bu müqavilələrin bir nüsxəsi verilməmişdir. Bu hal da ayrıca qanun pozuntusudur. Buna görə də iddiaçı onunla bağlanmış əmək müqaviləsini məhkəməyə təqdim edə bilmir. İddiaçının işdən çıxarılmağı, onunla olan əmək müqaviləsinə xitam verilməsi barədə direktor müavini Rahib Kərimovun imzaladığı və möhürlə təsdiq etdiyi Cavabdeh MMC-nin 19 iyun 2020-ci il tarixli X-20/10 saylı əmr qanuna ziddir və ləğv olunmalıdır.

16. Cavabdehin nümayəndəsi iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - Cavabdeh MMC-də Təs ərrüfat şöbə rəisi işləmiş İddiaçı 10.06.2020-ci il tarixdə insan resursları xidməti aparılan otağa, sonra isə Cavabdeh MMC-nin direktorunun otağına daxil olub, orada PSC (X3) MMC-nin İnsan Resursları xidmətinin baş mütəxəssisi vəzifəsində işləyən X2 qeyri-etik ifadələrlə təhqir etmiş, həmçinin müəssisənin maliyyə mütəxəssisi X4 ilə mübahisə etmiş və bu əməlləri ilə müəssisənin normal fəaliyyətini pozmuşdur. Bununla da İddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin "xxxx" bəndinin, Cavabdeh MMC-nin “X18 Qaydaları”nı, Cavabdeh MMC-nin "xxxx"nin tələblərini pozmuşdur. MMC-nin rəhbərliyi yuxarıda göstərilənləri əsas gətirərək müəssisənin təsərrüfat şöbəsinin rəisi İddiaçı həmin vəzifəyə layiq olmadığını və tutduğu vəzifədən azad olunması qərarına gəlmişdir; - buna görə də Əmək Məcəlləsinin 186- cı maddəsinin 2-ci bəndini nəzərə alaraq və həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinin tələblərini rəhbər tutaraq, Cavabdeh MMC ilə İddiaçı arasında olan əmək müqaviləsinə 19.06.2020-ci il tarixdən etibarən xitam verilmişdir. Həmçinin iddiaçıya 20 gün istifadə edilməmiş əsas məzuniyyət günü üçün pul əvəzi ödənilmişdir; - iddiaçının verdiyi iddia, həmçinin iddia ərizəsində qeyd etdiyi digər məsələlər tam əsassızdır.

17. Qəbələ rayon Məhkəməsinin 2(025)-813/2020 saylı, 14 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Abbas Əliyev)

18. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, tərəflərin izahatlarını, şahid ifadələrini qiymətləndirib müəyyən etmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında 01 yanvar 2012-ci il tarixdə bağlanmış “əmək m üqaviləsi”nə əsasən iddiaçı limonad istehsal sahəsinin rəisi vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh MMC ilə şöbə müdiri vəzifəsində çalışan İddiaçı arasında 01 noyabr 2018-ci il tarixdə bağlanmış “əmək müqaviləsinə əlavə”yə görə onlar arasında 01 noyabr 2011-ci il tarixdə bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə və əlavəyə görə sonuncu K-247/18 nömrəli əmrə əsasən 01.11.2018-ci il tarixdən şöbə müdiri vəzifəsinə təyin edilmiş və həmin tarixdən onun tarif maaş ştatı cədvəlinə uyğun olaraq əmək haqqı 2400 manat olmuşdur. 10.06.2020-ci il tarixdə MMC-də işləyən fəhlə (işçi) X5 əmək haqqının düzgün hesablanmadığı ilə bağlı PSC əməkdaşı Aynur Maqsudovaya müraciət etmişdir. Buna görə də sonuncu mühasiblə əlaqə saxladıqda ona tabeldə əmək günlərinin həqiqətən də az göstərildiyi məlum ol muşdur. Bundan sonra iddiaçı aqressiv tərzdə Aynur Maqsudovanın xidməti otağına daxil olaraq onunla mübahisə etməyə başlamış, səs-küy yaratmış, müəssisədə çalışan işçilərin narahatlığına səbəb olmaqla işin ahəngini pozmuşdur. Müəssisənin direktor müavini Rahib Kərimov məsələdən Aynur Maqsudova vasitəsi ilə xəbər bildikdə, iddiaçını otağına dəvət etmiş və onunla söhbət aparmışdır. Bu zaman İddiaçı PSC-nin əməkdaşı Aynur Maqsudovanın, Cəmiyyətin işçisi X1 və digərlərinin yanında əvvəlki qanunazidd hərəkətlərini daha da aqressiv olaraq davam etdirmiş və orada olan işçilərlə, kobud, nəzakətsiz və etikadan kənar hərəkətlərlə mübahisə edərək (şöbə müdiri olaraq digər işçilər üçün nümunəvi davranışı ilə örnək olmalı olduğu halda) Aynur Maqsudovanı əsassız və lüzumsuz yerə təhqir etmiş və bu cürə hərəkətləri ilə də müəssisənin iş ahəngini bir neçə müddətə pozmuşdur.

18. Birinci instansiya məhkəməsi qeyd edib ki, Cavabdeh MMC-nin direktoru E.Paşayev tərəfindən təsdiq edilmiş “Davranış kodeksi»nin "xxxx" bölməsində qeyd olunan tələblərə görə Cavabdeh MMC-nin hər bir işçisi ətrafındakı bütün insanlara hörmətlə yanaşmalı və hər kəsin şəxsiyyətini qiymətləndirməli, başqasının fikri ilə razılaşmasa da, buna səbr və hörmətlə yanaşmalı, bütün vəziyyətlərdə özünü ələ almağı bacarmalı, ədəbli və nəzakətli olmalıdır kimi etik prinsiplərə əməl və riayət etməyə borcludurlar.

19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh MMC-nin direktoru E.Paşayev tərəfindən təsdiq edilmiş “Davranış kodeksi»nin "xxxx" bölməsində qeyd olunan tələblərə görə MMC-nin hər bir işçisi ətrafındakı bütün i nsanlara hörmətlə yanaşmalı və hər kəsin şəxsiyyətini qiymətləndirməli, başqasının fikri ilə razılaşmasa da, buna səbr və hörmətlə yanaşmalı, bütün vəziyyətlərdə özünü ələ almağı bacarmalı, ədəbli və nəzakətli olmalıdır. kimi etik prinsiplərə əməl və riayət etməyə borcludurlar. MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilən “X18 qaydaları”nın 2-ci bəndinə əsasən cəmiyyətdə çalışan hər bir işçi öz iş vəzifələrini vicdanla yerinə yetirmək, əmək intizamına riayət etmək, digər işçilərə öz vəzifələrini yerinə yetirməyə mane olmaqdan çəkinmək kimi tələblərə əməl etməyə borcludur. Qaydaların 6.1-cı bəndinə əsasən işçi əmək funksiyalarını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyətsiz yerinə yetirdikdə Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutlan, həmçinin əmək müqaviləsi ilə müəyyən ed ilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona bir sıra intizam tənbehlərindən birini verə bilər və eləcə də Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə əmək müqaviləsini ləğv edə bilər.

20. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı İbrahim oğlu Cavabdeh MMC-nin "xxxx"nin "xxxx" bölməsində və eləcə də “X18 qaydaları”ın 2-ci bəndinə qeyd olunan tələblərdən tam xəbərdar olduğu halda, qəsdən əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməklə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozmuşdur. Buna görə də “X17 Zavodu» MMC-nin direktorunun müavini X9 19.06.2020-ci il tarixli, X-20/10 nömrəli Əmrdə əmək qanunvericiliyinin tələblərinə tam olaraq riayət etməklə iddiaçının 10.06.2020-ci il tarixdə İnsan Resursları xidməti aparılan otağa və cəmiyyətin direktorunun otağına daxil olarkən əməkdaşları qeyri-etik ifadələrlə təhqir etməsini və Əmək Məcəlləsinin 72-ci maddəsinin "xxxx" bəndinə görə əmək vəzifələrini, habelə MMC-nin “Şirkətdaxili intizam Qaydaları”nın müvafiq tələblərini kobud şəkildə pozduğunu göstərmişdir.

21. Birinci instansiya məhkəməsi göstərib ki, əmək qanunvericiliyinin mənasına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməmişdən əvvəl işəgötürənin işçidən yazılı izahat verməsini tələb etməlidir. İşçinin yazılı izahat verməkdən imtina etməsi onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini istisna etmir. İşəgötürən bu əsasla əmək müqaviləsini ləğv edərkən onun zəruriliyini əsaslandırmalıdır. İşəgötürən əmrdə (sərəncamda, qərarda) göstərməlidir ki, işçi kon kret olaraq hansı öhdəliklərini yerinə yetirməmişdir və bu lazımi sənədlərlə təsdiq olunmalıdır.

22. Birinci instansiya məhkəməsinə görə İddiaçı tərəfindən 16 iyun 2020-ci il tarixdə Cavabdeh MMC-nin direktoru Elşad Paşayevə yazılmış izahata əsasən işəgötürən tərəfindən əmək qanunvericilyinin qeyd olunan tələblərinə tam olaraq riayət olunmuşdur. “X17 Zavodu» MMC-nin direktorunun müavini X6 19.06.2020-ci il tarixli, X-20/10 nömrəli «işdən azad olunma haqqında» əmrində İddiaçılə aralarındakı əmək müqaviləsinin ləğv olunması zəruriliyi əsaslandırılmışdır

23. Birinci instansiya məhkəməsi belə qənaətə gəlib ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh MMCnin 19.06.2020-ci il tarixli, X-20/10 nömrəli əmri (əmrdə Azərbaycan Respublikası Əm ək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsaslanması) əmək qanunvericiliyinin tələblərinə uyğundur, tam qanuni və əsaslıdır. Buna görə də iddiaçının işə bərpa olunması tələbinə dair iddiası təmin edilməməlidir.

24. Məhkəmə mövqeyini Əmək Məcəlləsinin 44, 70, 71, 72, 83, 84, 87-ci, Mülki Prosessual Məcəllənin 14 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

25. İddiaçı qətnamədən apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verməmişdir; - iddiaçı əmək qanunvericiliyinin tələblərinə əməl olunmamaqla işdən çıxarılıb; - Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsi nəzərə alınmayıb.

27. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1990/2020 nömrəli, 12 noyabr 2020-ci il tarixli, qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi) Ələddin Məcidov, Ayaz Mahmudov)

28. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

29. İddiaçı İddiaçıkassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki koll egiyasının 2(102)-2500/2021 nömrəli, 21 aprel 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1990/2020 nömrəli iş üzrə 12 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

31. Kassasiya instansiyasının mövqeyinə görə iddiaçı 2006-cı ildən cavabdeh təşkilatda müxtəlif vəzifələrdə işləmiş və bu müddət ərzində hər hansı bir xətaya yol verməmiş və buna görə onun barəsində intizam tənbeh tədbiri tətbiq edilməmişdir. Göstərilən vəziyyətdə iddiaçının barəsində ən ciddi tənbeh tədbirinin tətbiq edilməsinə nə dərəcədə zərurət olması işəgötürən tərəfindən əsaslandırılmamış və işə baxan məhkəmə də tətbiq edilən tədbirin törədilən xəta ya nə dərəcədə uyğun olmasını yoxlamamış və həmin hallara qiymət verməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

32. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1346/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli, qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tаrixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa olunması” tələbinə dair iddiası təmin edilməsi, Cavabdeh MMC-nin 19 iyun 2020-ci il tarixli X-20/10 saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-yə cəmiyyətin təsərrüfat şöbəsinin rəisi vəzifəsinə işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanmaqla ödənilnməsi qət edilmişdir. (hakimlər Akif Eyvazov (sədrlik edən və məruzəçi) Gündüz Abbasov, İmanverdi Şükürov)

33. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edib ki, iddiaçı ilə kadrlar şöbəsinin mütəxəssisi Aynur Maqsudova arasında mübahisə sonuncunun MMC-nin fəhləsi Nazim Orucovun ona əmək haqqının düzgün hesablanmaması ilə bağlı göstərdiklərini araşdırmaq cəhdi ilə əlaqədar yaranmışdır. Bundan xəbər tutan iddiaçı R.X16 ilə yüksək tonla mübahisə etmiş və sonuncu iddiaçıya qarşı “tərbiyəsiz” ifadəsini işlətdikdə, iddiaçı da onun ünvanına eyni sözü işlətmişdir.

34. Apellyasiya məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi iddiaçının hərəkətlərini əmək vəzifələrinin kobud surətdə pozulması və müəssisənin iş ahəngini pozması kimi qiymətləndirərkən nəzərə almamışdır ki, iddiaçının Aynur Maqsudov a ilə yüksək tonla mübahisə etməsi, eləcə də, Aynur Maqsudovaya onun işlətdiyi “tərbiyəsiz” ifadəsinə qarşı eyni ifadə ilə cavab verməsi iddiaçının hərəkətinin əmək vəzifəsinin kobud surətdə pozulması və müəssisənin iş ahənginin pozulması kimi qiymətləndirilə bilməz. İddiaçı Nəcəf X8 Maqsudovanın təsərrüfat şöbəsinin səlahiyyəti dairəsinə daxil olan işə qarışmasından narazı qaldığı üçün onunla mübahisə etmiş və müəyyən olunduğu kimi, həmin mübahisə qarşılıqlı olmaqla onlardan hər biri digərinin ünvanına “tərbiyəsiz” ifadəsini işlətmişdir.

35. Apellyasiya məhkəməsi onu da qeyd edib ki, iddiaçı 2006-cı ildən cavabdeh təşkilatda müxtəlif vəzifələrdə işləmiş və bu müddət ərzində hər hansı bir xətaya yol verməmiş və buna görə onun barəsində intizam tənbeh tədbiri tətbiq edilməmişdir.

36. Apelly asiya məhkəməsi qeyd edilənlərə əsasən belə nəticəyə gəlib ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin əmri əmək qanunvericiliyinin tələbinə uyğun olmadığından ləğv edilməlidir. Belə olduğu halda iddiaçının “işə bərpa tələbinə dair” iddiası da əsaslı sayılmaqla təmin edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

37. Cavabdeh MMC (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv, mövcud sübutlara əsasında yeni qərar çıxarılmasını xahiş edib.

38. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya məhkəməsi işə təkcə iki işçinin mübahisəsi rakursundan yanaşıb. Bu cür yanaşma düzgün deyil. İşə kompleks yanaşmaq lazım idi. İki işçinin arasında olan mübahisənin başlama səbəbi v ardır, bu səbəb özü-özlüyündə işin ahənginin pozub; - iddiaçının işdən azad olunma haqqında əmrin əsaslandırma hissəsində bir neçə hal qeyd edilib: əməkdaşların qeyri-etik ifadələrlə təhqir edilməsi; Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində nəzərdə tutulan əmək vəzifələrinin pozulması; şirkətdaxili intizam qaydalarının pozulması; - apellyasiya məhkəməsi nədənsə, yalnız təhqir hissəsini əsas tutuaraq iddiaçının birbaşa vəzifə öhdəliyi olan tabeliyində olan işçilərin davamiyyət cədvəllərinin düzgün tutulmaması halından yayınmışdır. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

39. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

40. Məhkəmə kollegiyasının İddiaçı vəkili Vəkil1 kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi.

41. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, kassatorun nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 70 (bənd “ç”). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən əsaslarla ləğv edilə bilər. Maddə 71 (3-cü hissə). İşəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hans ı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə

186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri

1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini ve rə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlə t mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Maddə

300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin b arışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılm aq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə n əticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

46. İddia tələbi işə bərpa barədədir. İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla əmək müqaviləs inə xitam verilməsini qanunsuz hesab etmiş və tələbinin əsası kimi ona istinad etmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə qərəzli olaraq xitam verilib. Cavabdeh buna etiraz olaraq iddiaçının zavodun əməkdaşlarını təhqir etməsini, onlarla mübahisə etməsini, bununla da iddiaçının müəssisənin normal fəaliyyətini pozmasına istinad etmişdir.

47. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə isə iddiaçı ilə kadrlar şöbəsinin mütəxəssisi Aynur Maqsudova arasında mübahisə yaranmış, onlar bi biri ilə yüksək tonla mübahisə etmiş və sonuncu iddiaçıya qarşı “tərbiyəsiz” ifadəsini işlətdikdə, iddiaçı da onun ünvanına eyni sözü işlətmiş və iddiaçının bu hərəkəti ilə əmək vəzifəsinin kobud surətdə pozulması və müəssisənin iş ahənginin pozulması halı aşkar edilməmişdir. Həmçinin o da müyyən edilib ki, iddiaçı 2006-cı ildən cavabdeh təşkilatda müxtəlif vəzifələrdə işləmiş və bu müddət ərzində hər hansı bir xətaya yol verməmiş və buna görə onun barəsində intizam tənbeh tədbiri tətbiq edilməmişdir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi kassasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, kassasiya məhkəməsinin hazırki iş üzrə birinci qərarında verdiyi göstərişlərə əməl edərək qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

49. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi və iddiaçını n apellyasiya şikayəti ilə bağlı hazırki qərarın 33-36-cı bəndlərində əks edilən dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir və bu səbəbdən həmin bəndlərdə əks edilənləri təkrar etməyə zərurət görmür. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi iddia tələbi və iddiaya etirazda göstərilən xüsusatları kassasiya məhkəməsinin hazırki iş üzrə birinci qərarında verdiyi göstərişlər üzrə tam araşdırmış və bütün bunlardan çıxış edərək tələbə tətbiq edilməli olan maddi hüquq normaları baxımından düzgün hüquqi qiymət vermişdir.

50. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, iki işçinin arasında olan mübahisənin başlama səbəbinin özü-özlüyündə işin ahənginin pozması barədə dəlilin nəyə əsaslanması kassasiya şikayətindən görünmür. İdd iaçının işdən azad olunma haqqında əmrinin əsaslandırma hissəsində bir neçə hal qeyd edilsə də, apellyasiya məhkəməsinin nəyə görə əmrin yalnız təhqir hissəsini əsas tutması barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş hallarına əsasən əmrdə iddiaçı ilə əmək müqaviləsinə məhz onun müəssisənin əməkdaşlarını təhqir etməsi səbəb kimi göstərilib.

51. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegi yasının 07 iyul 2021-ci il tarixli, 2(107)1346/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar