Məhkəmə qərarları › İş №2(102)-167/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-167/2023

23.01.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-167/2023 23.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması və ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 avqust 2022-ci il tarixli, 2(105)-750/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul e tdi. İşin halları

1. Cavabdeh ilə "Bank of Baku” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AK/78029/49/24 saylı kredit müqaviləsinə əsasən, bank Cavabdeh 60 ay müddətinə, illik 17 % olmaqla 16262 ABŞ dolları məbləğində kredit vermişdir

2. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh aldığı dövlət nömrə nişanı ** XC *** olan “KİA Sportage” avtomobili bankın xeyrinə girov(ipoteka) qoymuşdur. Dövlət nömrə nişanı ** XC *** olan “KİA Sportage” avtomobilin qiyməti 32525 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ASC (bundan sonra - iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2720,47 ABŞ dolları məbləğində əsas borcun, 6281,93 ABŞ dolları məbləğ ində faiz borcunun, cəmi 9002,40 ABŞ dolları borcun tutulması, tələbin cavabdehə məxsus ** XC *** dövlət nömrə nişanı olan “KİA Sportage” markalı avtomobilə yönəldilməsi, avtomobil açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbini onunla əsaslandırmışdır ki, hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdehin banka olan borcunun ödənilməsi barədə ona dəfələrlə xəbərdarlıq ediməsinə və bildiriş göndərilməsinə baxmayaraq hazırki vaxtadək onun banka olan borcu ödənilməmiş qalır. Hazırda cavabdehin banka olan əsas kredit borcu 2720,47 ABŞ dolları, faiz borcu 6281,93 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən gecikdirildikdə, habelə icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 sentyabr 2021-ci il tarixli, 9/5402 saylı ekspert rəyinə əsasən, 19 fevral 2015-ci il tarixli, AK/78029/49/24 saylı kredit sazişi üzrə Cavabdeh İddiaçı ASC-yə olan əsas borcu 2692,54 ABŞ dolları, faiz borcu üzrə 5898,74 ABŞ dolları məbləğində müəyyən edilmişdir.

6. Abşeron Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 27 oktyabr 2021-ci il tarixli, 2(012)-1195/2021 nömrəli qətnaməsi ilə (hakim:E.Məmmd əov) iddia qismən təmin edilmiş, cavabdehdən əsas borcu 2692,54 ABŞ dolları, faiz borcu üzrə 5898,74 ABŞ dolları olmaqla, ümumilkdə 8591,28 ABŞ dolları borc və ya ödəniş gününə Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi, tələbin cavabdehə məxsus ** XC *** dövlət nömrə nişanı olan “KİA Sportage” markalı avtomobilə yönəldilməsi, cavabdehin mülkiyyətində olan ** XC *** dövlət nömrə nişanı olan “KİA Sportage” markalı avtomobilin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

8. Həmçinin, b irinci instansiya məhkəməsi hesab etmişdir ki, kredit müqaviləsindən irəli gələn öhdəlik lazımınca yerinə yetirilmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan avtomaşının açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, iddiaçının ipoteka ilə yüklü edilmiş ** XC *** dövlət nömrə nişanı olan “KİA Sportage” markalı avtomobilə tutmanın yönəldilməsi tələbinin də qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1, 425.1, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 448.2-ci, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddə lərinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, onun borcunun düzgün hesablanaraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsiin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iddia ərizəsinə məhkəmədə baxılarkən etibarnamə üzrə nümayəndəsi və vəkili tərəfindən dəfələrlə onun tərəfindən ödənilmiş ödənişlərin edilməsi və həmin ödənişlərin hansı qaydada borcdan silinməsi barədə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən müvafiq sənədlərin tələb edilməsi barədə şifahi vəsatət verilsə də, məhkəmə həmin vəsatəti təmin etməmişdir. Məhkəmə mühasibatlıq ekspe rtizası təyin edilərkən də, ekspertə heç bir sənəd təqdim edilmədiyindən ekspertizanın rəyi formal olmuş və borc düzgün hesablanmamışdır. Belə ki, bankdan 16262 ABŞ dolları kredit götürmüş və mütəmadi olaraq heç bir gecikmə olmadan borcunu ödəmiş və nəticədə 2692,54 ABŞ dolları borcu qalmışdır. Bu onu göstərir ki, banka olan borcunun təxminən 84 faizini ödəmişdir. Belə olan halda, 2692,54 ABŞ dolları əsas məbləğə 5898,74 ABŞ dolları faiz borcunun necə hesablanması məlum deyildir. Faiz borcu əsas borcdan 2 dəfədən artıq çoxdur və bank tərəfindən formal və əsassız hesablamanın ekspertiza tərəfindən heç bir araşdırma aparmadan təkrarlanması ilə müşayiət olunmuşdur. Bu hal məhkəmə tərəfindən araşdırma aparılmadan qanunsuz və ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. Bütün bu hallar nəzərə alınaraq qanuni və ədalətli yekun nəticəyə gəlinməsi üçün onun banka olan borcu düzgün hesablanmalıdır.

12. İş üzrə keçrilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/4226 saylı rəyindən müəyyən olmuşdur ki, cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 19 fevral 2015-ci il tarixli, AK/78029/49/24 №-li kredit sazişinin şərtlərinə müvafiq olaraq cavabdehin xx.xx.2020-ci il tarixə (müqavilə müddətinin sonuna) banka olan borcu 8.826,16 USD məbləğində, o cümlədən əsas borc üzrə 2.927,42 USD, faiz borcu üzrə 5.898,74 USD müəyyən olunur. Həmçinin hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx.xx.2020-ci il tarixdə borcalan tərəfindən 234,88 USD məbləğində ödəniş aparılmışdır. Həmin 234,88 USD məbləğində ödəniş əsas məbləğə yönəldilməklə 8.591,28 məbləğində, o cümlədən əsas borc üzrə 2692,54 USD, faiz borcu üzrə 5898,74 USD borcu qalır.

13. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatından müəyyən olunmuşdur ki, cavabdehə məxsus “KİA Sportage” markalı (buraxılış ili-2014, rəngi-qara), ** XC *** dövlət qeydiyyat nişanlı avtomobilin likvid dəyəri 24500 manat təşkil edir.

14. İş materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatından müəyyən olunmuşdur ki, cavabdehə məxsus “KİA Sportage” markalı (buraxılış ili-2014, rəngiqara), ** XC *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 28000 manat, likvid dəyəri 24500 manat təşkil edir.

15. Sumqayıt Apellyasiya Məhkəməsi (bunda n sonra - apellyasiya instasiya məhkəməsi) Mülki kollegiyasının 11 avqust 2022-ci il tarixli, 2(105)-750/2022 nömrəli qətnaməsi ilə (hakimlər: T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və G.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin əsas və faiz borclarına aid hissələrdə dəyişdirilmədən saxlanılması, qətnamənin ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, cavabdehə məxsus “KİA Sportage” markalı (buraxılış ili-2014, rəngi-qara), ** XC *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda ilkin satış qiyməti 24500 manat müəyyən edilməsi qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, əsas və faiz borc larına aid hissələrdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

17. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətini müəyyən etməmişdir. Ona görə də, qətnamə ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, cavabdehə məxsus “KİA Sportage” markalı (buraxılış ili-2014, rəngi-qara), ** XC *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 24500 manat müəyyən edilməlidir.

18. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri ilə tam təkzib edilir.

19. Apellyasiya insta nsiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.2, 269.4, 270.1, 295, 317.1, 385.1, 442, 443.1, 445.1, 445.2, 448.1, 448.2, 449.4, 739-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9, 6.2, 34.1, 39.3.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6, 372.7, 384.0.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işə yenidən araşdırlması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassator şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə üzrə öhdəliklərini düzgün yerin ə yetirsə də, iddiaçı onun ödənişlərini əsassız hesablanmış faiz və cərimə məbləğinə çıxmışdır ki, bu da vətəndaşın hüququnun kobud şəkildə pozularaq əsassız hesablanmış borca məruz qalmışdır. Həmçinin, təkrar ekspertiza təyin edilməsinə baxmayaraq, eyni, əlavə heç bir araşdırılma aparılmadan qanunsuz və əsassız rəy verilmiş, apellyasiya instansiyası məhkəməsi də heç bir araşdırma aparmadan ekspertin rəyini əsas götürərək qanunsuz qətnamə qəbul etmişdir.

22. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

24. Maddə 317.1 Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

25. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Maddə 443.1 Öhdəliyini icra etmə yən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

28. Maddə 445.1 İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

29. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

30. Maddə 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

31. Maddə 449.4 Özgə vəsait indən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

32. Maddə 739 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

33. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:

34. Maddə 1.0.9 İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

35. Maddə 34.1 İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; əsas öhdəlik üzrə faizləri n ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

36. Maddə 39.3.3 Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

37. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazla rının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

41. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır.

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apel lyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

45. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıld ığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

46. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 avqust 2022-ci il tarixli, 2(105)-750/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar