Məhkəmə qərarları › İş №2(102)-1671/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1671/2020

18.03.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1671/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdehkassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(002)-1226/2019, hakim G.İ.Əhmədova) İddiaçı Cavabdeh qarşı iddiası təmin edilmiş, iddiaçının övladları X9 və X5 ilə birlikdə XXX köçürülməsi qət edilmiş dir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-11656/2019, hakimlər V.T.Həsənov, Ş.A.Məmmədova, X.Ə.Sarıyev) Cavabdehapellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Cavabdeh ilə İddiaçı 2001-ci ildə faktiki ailə qurmuş, xx xxxx 2005-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər, xx xxxxxx 2004-cü il tarixdə Günay və xx xxxx 2013-cü il tarixdə Nəzrin adlı qızları doğulmuşdur. xx xxxxxx 2013-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, kirayəyə verən qismində “Dövlətqaçqınkom” qeyd olunmaqla, Bakı şəhəri, Q aradağ rayonu, Müşfiqabad qəsəbəsi ev 9, 72 saylı mənzili Cavabdeh kirayəçi qismində istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Kirayəçinin ailə üzvləri qismində X3, X9 qeyd olunmuşdur. Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə X1 arasında bağlanmış nikah qeydinin pozulması qət edilmişdir. xx xxxxx 2019-cu il tarixdə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhə miyyət kəsb edən hallar, o cümlədən, iddiaçının nikah pozulduqdan sonra evi tərk edərək yaşamaq üçün valideynlərinin yanına getməsi, 5 il sonra isə əsassız olaraq hazırki iddianı qaldırması, cavabdehin ikinci dəfə ailə həyatı qurması və iddiaçının həmin evdə yaşamasının mümkünsüzlüyü nəzərə alınmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı evə köçürülmə tələbinə dair hazırki iddianı irəli sürmüşdür. İddiaçının köçmək istədiyi ev dövlət mənzil fonduna daxil olmaqla, kirayəçi qismində cavabdehin istifadəsinə və sahibliyinə verilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68-ci maddəsi ilə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinin hüquq və vəzifələri müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lak in qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Həmin Məcəllənin 99.5-ci maddəsinə əsasən kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzil dövlət mənzil fonduna daxil olmaqla, dövlətin səlahiyyətli orqanı qismində Azərbaycan Respublikası Qaçqınlar və X7 üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlə bağlanılmış 2013-cü il tarixdə kirayə müqaviləsi əsasında cavabdehin və onun ailə üzvlərinin sahibli yinə və istifadəsinə verilmiş, ailə üzvləri qismində isə X3 və X9 qeyd olunmuşdur. Göründüyü kimi, kirayəçi qismində məhz cavabdeh, onun ailə üzvləri qismində isə iddiaçı və onun övladı çıxış etmişdir. Müəyyən edilmişdir ki, tərəflər nikahın pozulmasınadək övladları ilə birlikdə həmin mənzildə bir yerdə yaşamışlar, nikah pozulduqdan sonra isə cavabdeh iddiaçının övladları ilə birlikdə həmin mənzildə yaşamasına maneçilik törədərək, onların köçüb orada yaşamasına icazə verməmişdir. Bu baxımdan mübahisəli mənzil cavabdehlə birlikdə digər ailə üzvlərinə yaşayış sahəsi kimi verilmiş və cavabdehin malik olduğu hüquqlara iddiaçı da malikdir. Tərəflər arasında olmuş nikahın pozulması iddiaçını və onun övladlarını yaşayış sahəsindən istifadə etmək hüququnu istisna etmir. Cavabdehin kassasiya şika yətində irəli sürdüyü və məzmunca apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən dəlilləri apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla həmin dəlillərə hüquqi qiymət verilmişdir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar