Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1671/2025 01.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc müqaviləsi üzrə pulun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 fevral 2025-ci il tarixli 2(103)-1337/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Aleks androviç (“Borc verən”) ilə Cavabdeh (“Borc alan”) arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən, iddiaçı cavabdehə 50.000 ABŞ dolları məbləğində pul borc vermiş, borc alan borcu xx.xx.2024-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 4-cü bəndinə əsasən tam borc məbləği Messenger tətbiqində borc verənlə borc alan arasında təsdiqlənən hesaba 01 fevral 2024-cü il tarixindən gec olmayaraq qaytarılmalıdır.
2. Müqaviləyə Cavabdeh 50.000 ABŞ dollarını İddiaçı alması barədə qeyd əlavə edilmişdir.
3. İddiaçı Aleksandroviç tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla sonuncu xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən 50.000 (əlli min) ABŞ dolları məbləğində pulun ödənilməsi barədə xəbərdar edilmişdir. İş üzrə qəbul ed ilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən Cavabdeh 50.000 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliklərini qərəzli olaraq yerinə yetirməmiş, xx.xx.2024-cü il tarixədək 50.000 ABŞ dollarının iddiaçıya ödənilməsindən yayınmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış mövcud borc müqaviləsi ilə yanaşı, cavabdehin şəxsi istifadəsində olan 050 ***-**-** mobil nömrə ilə aparılmış yazışmalarla da, həqiqətən cavabdeh in iddiaçıdan 50.000 ABŞ dolları alması və iddiaçı qarşısında onu qaytarmaq öhdəliyi götürməsi öz təsdiqini tapmışdır. İddiaçı tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş, 3 gün ərzində borcun ödənilməsi tələb edilmişdir. Lakin, həmin məktub “Azari Express” poçt-daşıma kuryer xidmətinin xx.xx.2024-cü il tarixli aktından göründüyü kimi, Cavabdeh Azərbaycan Respublikası ərazisində olmadığından çatdırılmamışdır. Cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi, iddiaçının vəziyyətini olduqca ağırlaşdırdığından, məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
6. Cavabdeh ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi nin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(004)-4390/2024 saylı, 27 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ülkər Xəlil) iddia tələbinin təmin edilməsi, Cavabdeh 50.000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla) məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixədək borcu qaytarmağı öhdəsinə götürsə də, bugünədək borcu qaytarmamış, öhdəliyini pozmuşdur. Tərəflər arasında borc münasibətlərinin yaranması onlar arasında aparılmış və sübut kimi iddia ərizəsinə əlavə olunmuş “WhatsApp” yazışmaları ilə də təsdiq olunur.
9. Bun dan başqa, məhkəmə qeyd etmişdir ki, cavabdeh məhkəmə iclasından məlumatlı olmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, hər dəfə məhkəmə iclaslarının təxirə salınmasını xahiş etmiş, zəruri sübutlarını isə məhkəməyə təqdim etməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 739.1, 740.2 maddələrinə və Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1, 217.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərə flər arasında biznes münasibətləri mövcud olmuşdur. Biznes tərəfdaşlığı çərçivəsində iddiaçıya ödənilməli olan payı borc müqaviləsi formasında rəsmiləşdirilməsi qərara alınmışdır. Lakin hazırda bu həcmdə borcun birdəfəlik ödənilməsi ağlabatan deyildir. Bu səbəbdən, aylıq 1000 ABŞ dolları olmaqla tərəfindən icra edilə bilər.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1337/2025 nömrəli, 5 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), C.C.Musayeva və F.V.Abdıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh özü də şikayətində tərəflər arasında biznes fəaliyyətinin olması və sözügedən məbləğin həmin fəaliyyət nəticəsində iddiaçıya çatası məbləğ olduğunu, ilk imkanda pulu qaytaracağını bildirmiş, sadəcə bu münasibətlərin borc müqaviləsi adı altında qələmə verilməsi ilə razı olmadığını bildirmişdir. Bu hal da bir daha təsdiq edir ki, tərəflər arasında öhdəlik münasibətləri olmuş və cavabdeh bu öhdəliyə əməl etməyərək, iddiaçını çatacağına ümid etdiyi nəticədən məhrum etmişdir. Odur ki, borcalan qismində cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, onun hərəkətləri öhdəliyin lazımınc a icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
15. Kollegiya apelyasiya şikayətinin borcun aylıq 1.000 (bir min) ABŞ dolları olmaqla, ödənilməsi barədə hissəsinə münasibətdə isə qeyd etmişdir ki, cavabdeh tərəfindən qeyd olunan dəlil borcun hissə-hissə ödənilməsi ilə əlaqədar olduğu təqdirdə də göstərilən tələblə icra mərhələsi çərçivəsində məhkəməyə aidiyyəti qaydasında müraciət etmək hüququ istisna edilmir.
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386.1, 390.1, 390.2, 425, 442, 739.1, 739.2, 74 0.1 və 740.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün aşağı instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olmaqla belə əsaslandırılmışdır ki, işə baxan apellyasiya məhkəməsi məhkəmə iclasının vaxtı və yeri barəsində ona bildiriş göndərməmişdir. Digər tərəfdən, işə baxan apellyasiya məhkəməsi elə bir iclasla tərəflərin iştirakı olmadan işə baxılması ilə kifayətlənərək iş üzrə qətnamə qəbul etmişdir. İşə baxan məhkəmə ən azından məhkəmə iclasını bir dəfə təxirə salaraq, cavab dehin iştirakını təmin etməli və onun dəlillərini eşitdikdən sonra iş üzrə qətnamə qəbul etməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavil ə olmalıdır.
22. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
23. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.
24. Maddə
425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
25. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
27. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verm əklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
28. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
29. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tət biq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. L akin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tət biq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 fevral 2025-ci il tarixli 2(103)1337/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mi