Məhkəmə qərarları › İş №2(102)-1672/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1672/2021

29.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1672/2021 29.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh Məhərrəm oğlu Üçüncü şəxs: X1 Üçüncü şəxs: X5 Üçüncü şəxs: X6 Üçüncü şəxs: X7 Üçüncü şəxs: X3 İddia tələbi: “mənzildən çıxarılma” Açar sözlər: mənzildən çıxarıl*** Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Rəhmanov Emin Yelmar oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli, 2(103)-4410/2020 sayl ı qətnaməsindən Cavabdeh Məhərrəm oğlu tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 29 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ***seriyalı, ******* nömrəli “Çıxarışdan” görünür ki, mübahisəli torpaq sahəsi iddiaçının adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 05.10.2011-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, həmin Xidmət tərəfindən “Çıxarışla” birlikdə “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayo n Məhkəməsinin qərardadı əsasında verilmiş 04.12.2017-ci il tarixli, 24052 nömrəli rəydən görünür ki, cavabdehin ailə üzvləri ilə birlikdə yaşadığı mübahisəli tikili iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 25.02.2013-cü il tarixli, 2(010)-356/2013 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı sonuncunun ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmaları qət edilmiş və həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı Cavabdeh Məhərrəm oğluna qarşı mənzildən çıxarıl***tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan və X. ünvanında yerl əşən özbaşına tikilidən cavabdehin və onun ailə üzvlərinin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim E.Z.Ağayev, iş № 2(010)-7472/2017) İddiaçı Cavabdeh Məhərrəm oğluna qarşı mənzildən çıxarıl***tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.N.İmanov, E.Q.Nəbiyev və H.Ü.Həmidov, iş № 2(103)3732/2018) iddiaçının apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın təmin edilib İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İlham Şükürov küçəsi, yeni məhəllədə 0,015 ha torpaq sahəsində yerləşən tikilidən Cavabdeh Məhərrəm oğlunun ailə üzvləri ilə birlikdə çıxarılması qət edilmişdir. Qətnamədən Cavabdeh Məhərrəm oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2018ci il tarixli qərarı ilə (hakimlər: Ə.M.Rüstəmov, M.T.Əhmədova və Ə.G.Nurməmmədov, iş № 2(102)-5947/2018) cavabdehin kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Məmmədov, Ş.Ə.Məhərrəmova və X.Ə.Sarıyev, iş № 2(103)1788/2019) iddiaçının apellyasiya şi kayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 iyun 2019-cu il tarixli qərarı ilə (hakimlər: S.F.Hacıyev, Q.A.Əsgərov və E.R.Vəliyeva, iş № 2(102)4480/2019) iddiaçının kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: T.S.Səmədov, İ.S.Şirinov və E.C.Kazımov, iş № 2(103)11178/2019) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkə məsinin 25 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər: İ.R.Xələfov, Q.Ə.Allahverdiyev və G.A.Quliyev, iş № 2(102)459/2020) kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 03 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli, 2(103)-4410/2020 saylı qətnaməsi ilə (hakimlər – F.F.Babayev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilərək, Bakı ş əhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-7472/2017 saylı, 25 dekabr 2017-ci il tarixli qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamənin çıxarılması, iddia tələbinin təmin edilməsi, İddiaçı xüsusi mülkiyyətində olan X. ünvanında yerləşən tikilidən Cavabdeh Məhərrəm oğlunun (ailə üzvləri olan - X2, X8, X9, X10 və X4 ilə birlikdə) çıxarılmaları qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh Məhərrəm oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin fakt iki hallarına düzgün hüquqi qiymət verməmişdir.Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. İddiaçı vəkili və nümayəndəsi Rəhmanov Emin Yelmar oğlu kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Cavabdeh Məhərrəm oğlunun kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli, 2(103)-4410/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Rəhmanov Emin Yelmar oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə İddiaçı, Cavabdeh Məhərrəm oğlu, üçüncü şəxslər X1, X5, X6, X7, X3 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konst itusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157. 2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdır***aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normaları nın pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyas iya instansiyası məhkəməsi Bakı şəhəri, Əmircan qəsəbəsi, İlham Şükürov küçəsində 0,015 ha torpaq sahəsinin İddiaçı mülkiyyətində olmasını, mülkiyyətçinin hüquqi əsasla və məcburi rekvizitlərlə əhatə olunmuş hüquqmüəyyənedici sənədlər əsasında sahibi olduğu mükiyyətindən məhrum edilməsinin yolverilməz olduğunu nəzərə almaqla hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, cavabdehin ailə üzvləri ilə birlikdə mübahisəli torpaq sahəsində yerləşən özbaşna tikilidə heç bir hüququ əsas olmadan yaşaması, iddiaçının qanuni əsasla ona məxsus və hazırkı dövrədək xitam verilməyən hüququnu məhdudlaşdırır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, mübahisəli özbaşına tikili iddiaçıya məxsus torpaq sahəsində yerləşməklə cavabdehin ailə üzvləri ilə birlikdə həmin tikilidə n çıxarılması barədə iddia tələbi ilə çıxış etməkdə iddiaçı torpaq sahəsinin mülkiyyətçisi kimi haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 25.02.2013-cü il tarixli, 2(010)-356/2013 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı sonuncunun ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmaları qət edilmiş və həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış borc müqaviləsinin məzmunundan müəyyən olunur ki, Cavabdeh həmin evi almaq üçün iddiaçıdan borc almış və həmin müqavilə üzrə öhdəliyinin təminatı kimi alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh borc müqaviləsi üzrə borcunu ödədiyini irəli sürsə də, bu arqumentini hər hansı mötəbər dəlillə sübuta yetirə bilməmişdir; Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün ə sas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Məhərrəm oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli, 2(103)-4410/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar