Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1672/2023 15.03.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1178/2022 nömrəli iş üzrə 23 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İnqlab oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1490 manat məbləğində maddi zərərin, 500 manat məbləğində mənəvi zərərin, cəmi 1990 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 2(016) -65/2022 saylı, 28 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 450 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1178/2022 nömrəli iş üzrə 23 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Ağsu Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(016)-65/2022 saylı qətnaməsinin nəticə hissəsinə “dövlət rüsumu olaraq ödənilmiş 9 manat 20 qəpik pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. Dövlət rüsumunun qalan hissəsi İddiaçı özünə aid edilsin” cümlələri əlavə edilməklə dəyişdirilmişdir. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan s onra – MPM) 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyasının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-nin 112.1 və 112.1.3-cü maddələrinin tələblərinə görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh, cəmi 1990 manat pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Beləliklə, cavabdehin mübahisələndirdiyi məbləğ (1990 manat) qanunvericilikdə nəzərdə tutulmuş məbləğdən az olduğundan, onun həmin qətnamədən kassasiya şikayəti vermək hüququ yoxdur. MPM-nin 408.1.1-ci maddəsi nə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və MPM-nin 404-1.2 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(107)-1178/2022 nömrəli iş üzrə 23 noyabrt 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin və mülki iş Şəki Ap
Məhkəmə qərarları › İş №2(102)-1672/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-1672/2023
15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver